ANA SƏHİFƏ / YAZARLAR

SÖZ

Fəridə RƏHİMLİ

6965    |   2017-12-08 18:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Böyük Füzuli "Söz" qəzəlində deyir ki:

...Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Və qəzəlin sonunda da deyir ki:

...Gər çox istərsən, Füzuli, izzətin, az et sözü

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.

Bəli, sözün kəsərdən, hörmətdən düşdüyü indiki zamanda bunları xatırlatmam səbəbsiz deyil. Boş-boş söz verənlər, yalan danışanlar, kiminsə xoşuna gəlsin deyə (bir mahnımızda deyildiyi kimi: "Mən çox danışıram ki, gəlim sənin xoşuna"), içdən gəlməyən mənasız sözlərlə ikrah hissi yaradanların hər gün artması, çoxalması təəssüf doğurur. Səni yalandan tərifləyən işini yoluna qoyduqdan sonra bir gün də yalandan pisləyəcəkdir. İnam, güvən qalmayıb ətrafındakılara. Bu iki söz əslində bir-biri ilə bağlıdır. İnam olmasa, güvənə bilməzsən. Eyni zamanda güvənməsən də inana bilməzsən. Bir anlıq düşünün, ətrafınızda nə qədər güvənə biləcəyiniz insan var? Təəssüf ki, mənim üçün çox az, lap azdır belə adamlar. Verdiyi sözün məsuliyyətini anlamayan, Allahın verdiyi - insanın insan üzərindəki haqqını heçə sayan nadanlar nə çoxdur!

Əvvəllər xalqımızın birmənalı qəbul etdiyi, güclü cinsin "çəkisini artıran" bir ağır kəlmə vardı: Kişi sözü! O söz ağızdan çıxdısa, kişi ölsə də dediyinə əməl etməli, verdiyi sözü tutmalıydı. Yoxsa insan arasına çıxa bilməzdi, çıxsa da hörmətini itirmiş olardı. Az-az sözünə xilaf çıxanlar olurdu ki, onlar elin gözündən düşmüş sayılardılar - ağsaqqal məclislərində yerləri olmaz, önəmli məsələlərdə söz haqları alınardı. "Kişi kimi" ifadəsi elə bir etalon idi ki, o kəlmə işləndisə, məsələ həllini tapıb demək idi... Bəs noldu bu xalqa? Nə dəyişdirdi bizləri? Niyə o qədər qiymətli olan mənəvi sərvətimiz əldən gedir? Kimlər bu naqisliyi qanımıza hopdurmağa nail ola bildi? Nə oldu kişilərimizə? Niyə bir kişinin qeybətə cəhd edərkən sözünü kəsib: Arvad kimi qeybət etmə, - deyildiyi zamanlar keçmişdə qaldı, indi kişilər daha çox qeybətə, böhtana meyillidirlər? Bunudamı yeməklə, havayla, suyla, maddi durumla, dolların qalxmasıyla əlaqələndirək? İnsan mənəviyatını aşındıran, heçə endirən səbəb nədir görəsən? Bir qadının yanlış yolda olduğunu görüb, yaxınlarını sındırmadan, onu o yoldan sapındıran, birinin haqqında böhtan danışanın sözünü ağzında qoyub, onu qınayan, tənbehləyən, ehtiyac üzündən hansısa nadana möhtac olmasın deyə əlindən gələni edən, köməksizin haqqını müdafiə edən kişilərimiz hara yoxa çıxdılar? İndi bu işləri cinayət aləminin "vorzakonlar"ımı həll etməlidir? Görün hansı zəmanəyə gəldik ki, Qaçaq Süleyman, Qaçaq Nəbi, Qaçaq Kərəm... kimi xalqın rəğbət bəslədikləri insanlar indi "Qanuni oğrular"dır.

Ən sıradan bir maddi durumunu düzəltmək üçün hər kəsin qarşısında əyilməyə hazır, dilənçi, yazıq, fağır kəlməsini üstünə alan "kişilər ordusu" yaranmaqdadır. Bu, hər kəsin hər gün qarşılaşdığı və təəssüf ki, artıq alışdığımız bir durumdur. Amma ac qalmaq alçaqlıqdan yaxşıdır. Barışmaq olmur, barışmaq istəmirəm bu durumla. Çünki indiki nəsildən fərqli olaraq, mən əsl kişilərin olduğu bir dövrdə yaşadım! İndi onlardan tək-tək gözə dəyir, görəndə sevinməyə bilmirsən, yaxının, doğman kimi qəbul edirsən, çünki tükənməkdədirlər, qorumaq istəyirsən. Bəlkə biri ona baxıb, özünü düzəltdi deyə, ümidlənirsən. Bu, dənizdə batanın saman çöpündən yapışması gümanı kimi səslənsə də, ümid sonuncu ölür. Çünki gənclərimiz ağsaqqal sözünü yalnız "prikollarda" (lətifələrdə) istifadə edirlər, nəinki onun məsləhətinə əməl etmək...

İmam Əli (ə) deyir ki: "Kişi sözü ilə deyil, əməli ilə tanınar". Boş-boş danışmaqdansa, susub əməli ilə nümunə olmaq lazımdır. Dilsiz ol, amma yalançı olma. Kişi səhv edər, şərəfsizlik etməz, çünki səhv bağışlanar, amma şərəfsizlik əsla! Şərəf və qeyrət isə bahalı mülkdür, pulla alınmaz və ucuz insanlarda olmaz.

Mənim aləmimdə, son zamanların ən layiqli kişisi, bir milyondan çox qaçqını, talanmış torpaqları, Xocalıda girov götürülərək hələ də təhqir olunan qadınları ilə yaşadığımız, yaşaya bildiyimiz indiki dururumuzda bu sözə layiq olan bir ad var: Mübariz İbrahimov! Götürə bilmədi bu ağırlığı - qeyrəti, namusu heç nə olmamış kimi yaşamağa izin vermədi. Gözləmək, səbr etmək əmrini həzm edə bilmədi, təkbaşına getdi düşmən üstünə (Molla da deyir ki, mənim elədiyimi yox, dediyimi edin!-F.R). O, heç bir vəd vermədi, pafoslu sözlər işlətmədi, içindən gələni, vicdanının diktə etdiyini həyata keçirdi və əbədi bir ömür - həm Allahın dərgahında şəhidlik zirvəsini qazandı, həm də insanların qəlbinin ən mübhəm guşəsində taxtını qurdu. Hər dəfə Mübarizi düşünəndə onun düşmən üstə gedərkən hansı hissləri keçirdiyini anlamaq istəyirəm, nə düşündüyünü... Söz demədi, ancaq əməli bundan sonrakı tariximizdə deyiləcək, yazılacaq minlərlə dastana, kitaba, yazıya söz olacaq.

Sözünüz kəsərdən düşməsin! Sözünüz havada qalmasın! Sözü ilə əməli uyğun olanlardan olun!



İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK