ANA SƏHİFƏ / YAZARLAR

KƏSİŞMƏ NÖQTƏSİ...

Əbülfət MƏDƏTOĞLU

7253    |   2017-12-01 16:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gerçəkliyin bir üzü...

Bilmirəm yadınızdadı ya yox, bir yazı yazmışdım. Adı da beləydi: "Bakıda axtarıb Trabzonda tapdığım adam". Bunu elə-belə xatırlatmıram və nə də sizə demək istəmirəm ki, o yazını tapıb oxuyasınız. Sadəcə, bunu xatırlatmaqda bir məqsədim var. O məqsəd də bundan ibarətdir ki, hər halımdan xəbərdar olan oxucularım bilsinlər ki, Trabzonda tapdığım adam bu günlərdə Bakıya gəlmişdi. Özü də xoş məramla. Daha bir dostumuzun və "Ədalət" qəzetində barəsində yazdığım "Bacı dost olarsa" adlı yazımın qəhrəmanı, oxucuların imzasını yaxşı tanıdıqları Fəridə Rəhimlinin Laləsinin toyuna gəlmişdi. Bu, məsələnin bir tərəfi. Yəni bunun oxuculara o qədər də dəxli yoxdur. Sadəcə, bu gəlişdə həmin trabzonlu adamın mənə tutduğu iki iradı qabartmaq istəyirəm. Birincisi, onunla birlikdə şəhərimizin, bütövlükdə Qafqazın ən möhtəşəm ziyarətgahı olan Heydər məscidində olduq. Çox bəyəndi. Özünün dediyi kimi, könüldən vuruldu bu məscidə. Amma məscidin yaxınlığındakı mərasim evindəki məqamı görəndə halı pozuldu. Bircə kəlmə dedi:

- Siz ölənlə ölmək istəyirsiniz bəyəm? Bu qədər də ehsan olar? Bunun ölənə nə faydası var?

İkinci məqam da toyun gedişində az qala o öncəki məqamla üst-üstə düşdü:

- Qardaşım, siz həm canınızın, həm də malınızın düşmənisiniz. Ortalığa bu qədər yemək-içmək tökmüsünüz. Niyə israfçılıq edirsiniz? Bizdə olduğu kimi, sizdə də yəqin bu yeməklərə ehtiyacı olan kifayət qədər insanlar var. Niyə bunları daşıyıb zibilliklərə atırsınız? Sonra da restorana borclu qalırsınız?

Bəli, mən bu iki məqamı xatırlatdığım üçün içimdə həmin gündən sual şəklində dolaşan məqamlara, daha doğrusu, Trabzonda şahidi olduğum mərasimlərə tərəf üz tutub getdim. Orada ilk dəfə həmin barəsində danışdığım dostum, qardaşım Əhməd bəyin oğlunun toyunda baş verənlərə heyranlıqla baxırdım. İnsanlar həqiqətən toyda əylənirdilər, deyib-gülürdülər, oynayırdılar. Masalarının üzərində də sadəcə şirələr və şirniyyatlar. Necə deyərlər, toy şirinliyi. Həmin toydan sonra maraqla iki minə yaxın insanın qatıldığı bu mərasimə nə qədər pul xərclədiyini soruşdum. Və onun söylədiyi rəqəm bizim 10 nəfərlik ad günü məclisinə xərclədiyimizdən xeyli az idi. O mənə söylədi ki, həmin pulun da böyük hissəsi musiqiçilərə verilir. Çünki onlar dəvət olunurlar, sifariş edilirlər...


Sonuncu dəfə Trabzonda olanda dostumun ailəsinə ağır itki üz verdi. Dəfn mərasimində də iştirak etdim, dəfndən sonra da ailənin hüznlü günlərinin iştirakçısı oldum. İnanın ki, dəfn mərasiminin özü və bu mərasimə başsağlığı üçün gələnlərə göstərilən diqqət məni çox təəccübləndirdi. Yalnız yaxın qonşular hüznü düşmüş ailəyə müəyyən isti yeməklər bişirib gətirirdilər. Onların o kədərli anlarını unutdurmaq, onlara fiziki güc vermək üçün. Kənardan gələn insanlar isə sadəcə müəyyən müddətdə oxunan ayələrə, surələrə qulaq asıb mərhumun doğmalarına "Məkanı cənnət olsun!" deyib gedirdilər... Bax, bütün bunlar məndə bir daha belə bir əminlik yaratdı ki, biz çox şeylərin milliliyini, dəyərini, ölçüsünü arxası üstə çevirmişik. Ona görə də toyda da doyunca sevinə bilmirik, yasda da ürəyimiz istəyən qədər göynəmək imkanımız olmur. Hər iki məqamda biz ancaq bu mərasimləri necə yola verəcəyimizi, vəsaiti hardan tapacağımızı düşünürük. Görəsən biz niyə beləyik? Bununla nə demək, nə etmək istəyirik? Bax, elə bu sualları içimdə özümə ünvanladığım məqamda yadıma Trabzonda Uzun Göldə yaşadığım bir ovqat da düşdü. Dağların başına azacıq qar yağmışdı. Qış nəfəsini hiss etdirirdi. Və mənə elə gəldi ki, indi Şuşadayam... Cıdır Düzündə dayanıb sağa-sola baxıram... Kirsin zirvəsinə qari ələnibdi. Mən də özümü unudub bir daşa söykəndim və üzümü dağlara tutub dedim:


Sizə ahımı göndərdim

Dağlar, qarınız ərisin...

Yarınız ahımı çəksin -

Yansın, yarınız ərisin...


Baxıb uzaqdan soluram

Dildən, imandan oluram...

Dərdlə o qədər doluram -

Daşsın, varınız ərisin!


Nolar, mənə bir ip atın

Xilas yolu qoyum adın...

Unuda bilmirəm dadın -

Dağlar, barınız ərisin!..


***

Bəli, adam doğulduğu yerdən kənarda olanda qəribə hisslər keçirir. İllah da ki, söz, ədəbiyyat adamları özündən asılı olmadan daha çox müqayisələrə, bənzətmələrə meyl göstərir. Mən də Trabzonda olarkən hər daşda, hər ağacda, hətta ən kiçik şəlalədə belə doğulduğum Qarabağ bölgəsiylə, gəzib, görüb, tanıyıb, sevdiyim işğal altındakı yerlərimizlə bir oxşarlıq, bir eynilik, bir paralellik axtarmağa çalışıram. Bununla həm özümə təsəlli vermək istəyirəm, həm də özümün öləzəyən ümidlərimi diriltməyə çalışıram. Yəni ruhumu ölməyə, ümidimi sönməyə qoymaq istəmirəm. Çalışıram ki, o gördüklərimi yaddaşımda qalanlarla bir sıraya düzüm... onları bir-birinə qovuşdurum... onların yollarını kəsişdirim. Və beləcə, həmin o yolla da çıxıb gedim Qarabağa... Amma...


Bəli, yollar özbaşına deyil ki, adamın əlindən, ayağından tutub apara. Yollarla getmək lazımdı. Özü də o yollarla ki, düşmən ora mərmilər əkib, partlayıcılar yerləşdirib. O yollar bir növü mərmilərin şitilliyinə çevrilib. Gözləyir. Amma olsun da, qurbansız nə başa gəlir ki?! Təki ayağımız o yollara dəysin... təki ləpirlərimiz o yollarda təzələnsin...Və...

Bir də ki, bu qəribə dünyada onsuz da oxşarlıqlar var. Onu görmək, onu tapıb göstərmək sadəcə bir az diqqət, bir az da içdən təpər istəyir, hərarət istəyir. O varsa, paralelliyi, oxşarlığı mütləq görəcəksən. Mən həmin o Uzun Gölün son mənzərəsini seyr edə-edə bu payızın bütün ağırlığını hopdurdum canıma. Çünki gölün sahilində dayananda hətta söykəndiyim dağın da nə qədər gücsüz olduğuna bir daha inandım. Güvəndiyim dağın başında qar varıydı axı! Ona görə də məndən heç də az günahkar olmayan o gölə, o dağa və bir də Sənə üz tutub dedim:


Kirpiyinin ucuyla

Ağla, sən, ağla məni...

Burda, bir daş oyuqda -

Tutub sən saxla məni...


Qəribliyin ağrısı

Şan-şan olsun içimdə...

Təzələnən sarğısı -

Al qan olsun içimdə...


Susub udum səsimi

Yuyunsun incik ruhum...

Su at, gülüm üstümə -

Əlinin ətrin duyum...


***

Heç kim dünyanı tutub onun sonuna qədər qalası deyil. Və heç kim də təkbaşına bütün yaxşısını, pisini, ağırını, yüngülünü özüylə daşıyıb ona sahib çıxa bilməyəcək. Hər şey bir nöqtədən idarə olunduğundan, bir qələmlə yazıldığından hər kəsin siyahıda olan adına və yerinə dərd payı düşəcək, qismət veriləcək. Bax, onda mənim nə demək istədiyimi, niyə bu nöqtəyə toxunduğumu yəqin ki, daha dəqiq duyub dəyər verəcəksiniz. Amma indilikdə demək istəyirəm ki, az qala 1600 km bir məsafəni qət edib bir toya-düyünə gəlmək, dost ürəklərini sevindirmək hər kişinin, hər insanın işi deyil. Lakin Əhməd bəy nə məsafəni, nə onun yol çətinliklərini kirpiyinin ucuna da gətirmədən gəldi və biz də onun bu gəlişini ayrı bir diqqət, fərqli bir dostluq və nəhayət, böyük bir insanlıq kimi qəbul etdik. Necə deyərlər, mənim içimdən "Axırıncı aşırım" filmində Kərbəlayının dediyi bir söz düşdü:

- Boynumda haqqın var...

Hə, doğrudur, Əhməd bəy təkrar-təkrar vurğuladı ki, bu mənim sizə qardaş, dost sevgimdi. Bu, nə haqq deyil, nə də borc deyil. Biz ailə dostuyuq, bir ailənin üzvləriyik. Və ölüncə də belə olacağıq. Bizdən sonra da, inşallah, övladlarımız beləcə, mehriban olarlar.

Mən onun fikirləriylə tam razı olsam da, yenə içimdə onun bu diqqətinə, bu insanlığına qarşı son dərəcə bitib-tükənməyən bir təşəkkür ağacı qol-budaq atıbdı. Və inanıram ki, o təşəkkür və doğmalıq ağacı heç vaxt yarpaqlarını tökməyəcək. Eləcə həmişəyaşıl olaraq qalacaq.

... Günlər bir-birini əvəz edir. Zamanın nə diqtə edəcəyini öncədən bilməsək də, amma bir-birini qovan günlərini hələ ki yaşayırıq. Düzdür, bu, yaşamaqdan daha çox mövcud olmaqdı. Çünki yaşamaq tamam fərqli bir şeydi. Onun parametrləri də, ounn dayaq nöqtələri də bizim üçün ölçülüb-biçilməyib. O zümrə tamam başqadı. Biz, mövcud olanların sırasındayıq. Elə bu mövcudluğumuza görə də, Tanrımıza minnətdarıq, olmaya da bilərdik. İndi ki varıqsa, deməli, var olanın qədrini bilmək, zamanını dəyərləndirmək və zamanın içərisində Sənin böyüklüyünü, bir də bu böyüklüyün sevgisini uca tutmaq lazımdı. Axı:


Gecəm perik, gündüzümsə didərgin

Qəm daşıyan bir sarvanam mən hər gün...

Göz yaşımla başlayar gün, bitər gün -

Bitən günlər bitirəcək məni də!..


Məni səndən daha yaxşı kim anlar?!

Ürəyimdə insafına güman var...

Bilirsənmi, itirilən bu anlar -

Anbaan da itirəcək məni də!..


Zamanımı dörd divara bölürəm

Dərd daşından dərd divarı hörürəm...

Səxavətlə əl tutursan, görürəm -

Urvatlı tut, sən fitrə tək məni də!..


Bəli, mən dostluğun və sevginin, bir də məişətimizlə mədəniyyətimizin, əxlaqımızın,bütövlükdə insanlığımızın müəyyən çalarlarını üzümü sənə tutub oxucularıma çatdırdım...




İmza:

YAZARIN ARXİVİ

2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
11.10.2017
11.10.2017
11.10.2017


VİDEO