ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: AZƏRBAYCANIN BELİNİN QIRILDIĞI GÜN

26333    |   2017-11-21 10:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çox ağır ifadədi. Amma bu, elə beləydi. İnsan gərək ağlını nə qədər itirə ki millətin say-seçmə oğullarını, dövlətin bel sütunlarını, ermənilərin adlarını eşitdikdə altlarını islatdıqları şəxsiyyətləri yığa bir vertolyota və sinidə göndərə düşmənin düz ortasına.

Yaratdığı xüsusi təyinatlı milis dəstəsinin gücü ilə təpədən-dırnağa silahlanmış erməni quldurlarını vurub Çaykənddən, Kamodan, Azaddan çıxarmış, yalnız avtomatla silahlanmış milisin, ov tüfəngi ilə silahlanmış könüllülərin gücü ilə erməni tankının, topunun qabağında Dağlıq Qarabağda Azərbaycan kəndlərini qorumağı bacaran Məhəmməd Əsədovun, gedib Dağlıq Qarabağın ortasında erməni quldurlarının həbsinə nail olan, şəxsən istintaqını aparan İsmət Qayıbovun, dünyaca ünlü akademik Tofiq İsmayılovun başına ermənilər nə qədər pul qoymuşdular. Eləcə də həmin dəhşətli hadisədə həlak olan böyük şəxsiyyətlərin başına pul qoymuşdular.

Sən onları yığırsan bir vertolyota və sinidə göndərirsən ki, alın, qırın.

Və sonra da rəsmi məlumat yayırsan ki, vertolyot dumana düşüb, dağa dəyib partlayıb.

Osman Mirzəyev! Azərbaycan mətbuatının ağsaqqallarından biri! Murdar suya qoyulub içiləsi bir kişi!

Könlümdən bir dəli ağlamaq keçir. Dostum Alı Mustafayevin həyatda dəlicəsinə ağlamağını görməmişdim, amma ölümü ilə bütün Azərbaycan xalqını dəlicəsinə ağlatdı.

Plavski! O rus deyildi ey, təpədən-dırnağa azərbaycanlıydı. Və oturmuşdu Xankəndində, ermənilərlə dör-dör döyüşürdü.

Vaqif Cəfərov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı. Bir dəfə də ermənilər onun mindiyi vertolyotu vurmuşdular, amma sağ qalmışdı. 20 noyabrda isə…

Hələ utanmaz-utanmaz sonra da bir şayiə yaydılar ki, vertolyotu Qatır Məmməd vurub. Təbii ki, buna inananlar da tapıldı. Qatır Məmmədin postuyla vertolyotun vurulduğu Qarakəndin arası 20 kilometrdi. O vaxt yalnız bir tankı, beş-altı da qranatamyotu olan Qatır Məmmədin 20 kilometrlikdə bir vertolyotu vurması qeyri-mümkün idi. Əslində indiki müasir silahlarla da bu çox böyük ustalıq tələb edir. Amma hökumət bu şayiə ilə xalqı inandıra bilmədi.

Bu gün həm də mənim ən şərəfli töhmət aldığım gündü.

«Ədalət» onda həftədə bir dəfə - şənbə günü çıxırdı. 20 noyabr isə ara gününə düşmüşdü. Qarabağda bir bölgə müxbirimiz vardı Faiq Sadıqov, çox igid oğlandı. Səngərlərdən bizə reportajlar göndərərdi, məqalələr göndərərdi. Çəkinmədən Xankəndinə gedərdi. Hadisəni eşidən kimi onu axtarıb Ağdamda tapa bildim. Dedim nə olur-olsun get hadisə yerinə, mənə dəqiq məlumat çatdır. Ağdamın milis rəisindən də xahiş elədim ki, Faiqə kömək elə. Faiq getdi hadisə yerinə, amma vertolyota 500 metr qalmış maşından düşürmüşdülər ki, burdan belə olmaz. O da hadisənin şahidlərini tapıb danışdırmışdı. Hadisə yerində təhqiqat aparan Adil müəllimi (deyəsən, Bakı şəhər prokuroru idi) danışdırmışdı. Sonra Ağdama qayıdıb telefonda əsl həqiqəti bizə çatdırmışdı.

İşdən sonra uşaqlara dedim ki, getməyin, bu gecə qəzet çıxaracağıq. Təbii ki, nəşriyyat icazə verməzdi. Direktora az qala ilan dili çıxartdım, razılıq verdi. Sonra da mətbəədə kim lazımıydı – ustalardan tutmuş fəhlələrədək hamısını gördüm. Dedim bu gecə evə getməyəcəksiz, gecə saat birdən sonra bir «levıy» qəzet buraxacağıq.

Babək Yusifoğlu, Faiq Qismətoğlu, Lətif Süleymanlı, Rəşid Faxralı, Daşdəmir Əjdəroğlu səhərədək çalışdıq. Səhər saat 5-in yarısı, yadımdan çıxıb, deyəsən 70 min tirajla qəzeti buraxdıq.

Saat 10-da Hüquqşünaslar İttifaqında bomba partladı. O zaman qəzet Azərbaycan Hüquqşünaslar İttifaqının orqanı idi. Bütün işçiləri yığdılar ittifaqa. Bir tərəfdən icazəsiz qəzet buraxmağım, ikinci tərəfdən də hökumətə və ölkə rəhbərliyinə solaxay çomaq tolazlamağım. Nə isə, bir şiddətli töhmətlə aradan çıxa bildim.

Qəzet İttifaqın orqanı olan zaman düz 11 dəfə töhmət almışdım, hamısı da belə şeylərə görə. Bir dəfə də Ayaz Mütəllibovun müsahibəsini 7-ci səhifədə verdiyimə görə (bu sırf texniki səhv idi, qəsdən edilməmişdi) işdən çıxarılmışdım. Düz bir aydan sonra İsmət Qayıbovun təkidiylə yenidən vəzifəmə bərpa olunmuşdum.

Bəli, bu gün Qarakənddəki dəhşətli faciədən 26 il +1 gün keçir.

Bu gün həm də mənim ən şərəfli töhmət aldığım gündən 26 il keçir.

P.S. Bir də mənim şərəfli töhmət aldığım günün səhəri bir qəzetdə mənim və işçilərim haqqında böhtan dolu bir yazı çap olundu. Guya mən həmin gün mətbəənin fəhlələrini içirdib işlədibmişəm.

Nə isə…



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK