ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: GƏNCƏ VƏ GƏNCƏDƏ BİR OĞLAN!

160540    |   2017-11-20 10:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəncə! Ustad Akif İslamzadə ölməz bəstəkar Cavanşir Quliyevin (sözləri Dilsuz Mustafayevin) bir mahnısını oxuyub: «Bura Vətəndir!» Orda belə bir yer var: «Elə dünyadan əzəl, gözəl Şəkidi, balam gözəl Şəkidi!» Şəkililərin xətrinə dəyməsin, mənə elə gəlir ki, elə dünyadan əzəl Gəncədi!

Gəncə həm də xəzinə deməkdi. Mədəniyyətin xəzinəsidi! Musiqinin, sözün, sənətin də xəzinəsidi! Görkəmli şəxsiyyətlərin, gözəl insanların xəzinəsidi!

Gəncə! Torpağı öpüləsi bir şəhər! Çünki o torpağa bəşəriyyətin ən böyük mütəfəkkiri Şeyx Nizaminin ayağı dəyib. Ona görə də bərəkətdi başdan-ayağa. Hər daşı, torpağı da tarixdi.

Gəncə! Azərbaycanın müqəddəs bayrağının ilk dəfə göylərə qaldırıldığı şəhər! Azərbaycanın ilk paytaxtı!


Gəncə! Heç vaxt sönməyəcək bir ocaq!

Və bu Gəncədə barmaqları ilə möcüzə yaradan bir oğlan. Dünyadakı bütün gözəlliklər və qəlbindəki bütün sevgilər ürəyindən süzülüb gəlir barmaqlarına, o barmaqlar da tarın simlərinə, pərdələrinə toxunanda od olur və bizim qəlbimizi yandırır. Bizi bu dünyadan ayırır İlahi bir dünyaya aparır.

Gəncə! Və bu Gəncədə bir oğlan!

Məşhur «Göygöl» ansamblının yaradıcısı. O ansambl ki, Gəncə bölgəsində və Gəncədən kənar bölgələrdə nə qədər istedadlar vardı tapıb üzə çıxarıb və Azərbaycan xalqına bəxş edib. Bu sətirləri yazanda bir anlıq Rövşən Behcətin, Şahnaz Haşımovanın səslərini eşitdim. Bulaq suyu kimi təmiz, gün işığı kimi nurlu səslərini.

Gəncə! Və bu şəhərdə bir oğlan!

Musiqi mədəniyyətimizin inkişafında xüsusi xidmətləri olan bir oğlan! Öz şirin barmaqları ilə ürəyimizə su çiləyən bir oğlan! Bəzən bir az şöhrətlənən kimi yerə-göyə sığmırıq. O nə qədər şöhrətlənir şöhrətlənsin, yerlə, göylə əlləşmədi. Ürəklərə sığmağa çalışdı və sığdı da. Qurban Pirimov kimi, Əhsən Dadaşov kimi, Əhməd Bakıxanov kimi, Sərvər İbrahimov kimi, Ramiz Quliyev kimi, Möhlət Müslümov kimi və Rəmiş kimi hər birimizin ürəyində özünə bir yuva qurdu.

Gəncə! Və Gəncədə bir oğlan!

Saç ağarıb. Tarın simlərilə, pərdələrilə öpüşən o barmaqların ağrısına saç dözərmi?! Elə o barmaqlar bizim saçımızı da ağardır və ağardıb.

Dədə Qorqudun da saçını sazı və barmaqları ağartmışdı.

Gəncə! Və Gəncədə bir oğlan!

Bu günlərdə onun 70 yaşı tamam oldu. Tanrı bu sevdiyi oğlana nə lazımdı verib: yar-yaraşıq, ağ saçlar, istedad, saflıq, insanlara sevgi və insanların ona sevgisi! Bəs mən nə arzulayım?! Tanrı qəlbimizi oxşayan o barmaqlarına dəyməsin! Və bir də gözdən-nəzərdən saxlasın!

Gəncə! Və Gəncədə bir oğlan var!

Bu oğlan Fikrət Verdiyevdi!



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK