ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: AY ALLAH, MƏNİ NİYƏ ŞƏHİD ELƏMƏDİN?!

6964    |   2017-11-13 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Aprel şəhidləri ilə bağlı bir əsər üzərində işləyirəm. Çox ağır gedir. «Dolu»nu yazanda da bu ağırlığı hiss eləmişdim. Oturub Mehriban xanıma diqtə edirdim. Hərdən də gözümün önünə gəlirdi hadisələr, kövrəlirdim. Hətta ağladım da. Belə bir yer idi: Şəhid atası oğlunun yerinə döyüşə girir və şəhid olur. «Dolu»da da belə bir yer var, amma bu onun təkrarı deyil.

Bu vaxt otağa saçı ağarmış və çox səliqəli geyinmiş bir nəfər daxil oldu. Məsələ ondadı ki, mənim otağımın qapısı həmişə açıq olur. Yəni kimsə qapını döymədən girir içəri. Ürəyimdə yamanladım ki, qoyun yazımızı yazaq da. Amma geri çevirə bilməzdim. Dedim axı, qapım açıqdı və həmişə açıq olur.

Yer göstərdim ki, əyləşin və dedim ki, eşidirəm sizi.

Adını, soyadını dedi, amma yazmıram. Görünür, onun problemləri ilə bağlı ayrı yazı yazacam.

Əyləşdi. Dedim ki, eşidirəm.

- Mən savaş başlayandan «speçnaz»da olmuşam. Tərtərdə, Ağdamda, Füzulidə döyüşmüşəm. Seyidəhmədlidə yaralanmışam. Sonra sağalıb yenidən döyüşə getmişəm Ağdama.

Ağdamda döyüşdüyü kəndləri adbaad sayır. Komandirlərin adını adbaad sayır. Bildirir ki, o, döyüşə könüllü gedib.

Sonuncu dəfə də Ağdamda yaralanıb, amma yenə döyüşə gedib. Atəşkəsə qədər də səngərdən çıxmayıb. Müharibə veteranıdı.

Neçə ildi işsizdi. Deyir ki, bir Allahıma şükür edirəm ki, ən ağır vaxtlarımda, hospitalda ölümlə savaşdığım vaxtlarda da xanımım məni tək buraxmadı. Bəlkə də onun sevgisidir ki, mən ölmədim.

- İndi həmin xanımımın yanında başımı qaldıra bilmirəm. Çünki neçə ildi işsizəm. Evə çörək gətirə bilmirəm. Yaralarım imkan vermir ki, daş da daşıyım. Amma yenə xanımım hər axşam məni gülərüzlə qarşılayır. Hər şey yaxşı olacaq deyir. Tez-tez Şəhidlər Xiyabanına gedirəm. Ziyarət edirəm. Və şəhidlərə paxıllığım tutur. Hətta Allaha asi oluram. Deyirəm, ay Allah, mənim günahım nə idi ki, məni onlar kimi şəhid edib xoşbəxt etmədin?!

Soruşuram ki, məndən bir istəyin varmı?

Deyir:

- Heç bir istəyim yoxdu. İstəyim olsa nə edəcəksən ki? Elə gəldim ürəyimi boşaldım və gedim. Salamat qal! Amma, müəllim, inşallah, savaş gözləyirəm. 61 yaşım var və bu gün savaş başlasa, yenə döyüşə gedəcəm.

Və getdi. Çox şey danışdıq. Razılıq versə, danışdıqlarını yaxın günlərdə çap edəcəm.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK