ANA SƏHİFƏ / YAZARLAR

O, BİR NUR İDİ

Faiq QİSMƏTOĞLU

5524    |   2017-11-08 13:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Payız ayları mənim üçün çox ağrılı, çox kədərli və çox hüznlüdür. Çünki bu aylarda ən ağır günlərimi, ən dərli anlarımı yaşamışam. Sentyabr ayında atamı itirmişəm, oktyabr ayında qardaşım rəhmətə gedib, noyabr ayında isə anam dünyasını dəyişib. Və hər payız gələndə qəlbim üşüyür. Düşünürəm ki, görəsən bu payız mənim ömrümə necə yazılacaq? Əlbəttə, hər şey Allah-Təalanın razılığı ilə baş verir. Yəni qurban olduğum hansı taleyi yazıbsa, onu da yaşamalıyıq və biz Allahın yazdığı heç bir şeyə etiraz eləyə bilmərik…

Bu payızın oktyabr ayının 30-u da mənim üçün çox ağır oldu. Yəni payızın qaş-qabağını yığması və havanın tez-tez dəyişməsi çox sevdiyim və nəslimizdə, kökümüzdə böyük hörmət qazanan yaxın qohumumuz – Teyyub Zəkəriyyə oğlu Abbasovun dünyasını dəyişməsinə gətirib çıxardı. Ağlıma gətirməzdim ki, son dərəcə sağlam və hər gün təsərrüfat işləri ilə məşğul olan, əlləşib-vuruşan adamın bir göz qırpımında ürəyi dayanacaq…

Mən onun qədər səbrli, onun qədər dözümlü və onun qədər heç kimə əyilməyən adam az-az tanıyıram. Heç vaxt elədiyi yaxşılığa görə, kiminsə boynuna minnət qoymazdı. Əksinə, o yaxşılığı eləyəndə çox rahat olardı və sevinərdi. Deyərdi ki, mənim əlimdən nə gəlirsə, onu hamıya eləməliyəm. O fərq qoymazdı ki, bu qohumdu, yaxud yaddır. Hamıya eyni gözlə, eyni ürəklə yanaşardı. Kiminsə haqqının tapdanmasına, çörəyinin əlindən alınmasına və ən nəhayət, incidilməsinə imkan verməzdi.

Allah-Təala hər adama nur bəxş eləmir… Allah-Təala seçdiyi və sevdiyi insanlara nur verir. Yəni o insanların çöhrəsində qeyri-adi bir təbəssüm və nur olur. Bizim qohumun da çöhrəsində bir nur vardı və bu gün də mənim gözlərim qarşısına gələndə, həmin nuru onun çöhrəsində görürəm. Heç vaxt qaş-qabağını yığmazdı. Düzdü, çox zəhmli adam idi, ciddi insan idi. Ancaq qohum-əqraba arasında bu zəhm də, bu ciddilik də heç vaxt hiss olunmurdu. O, bizdən bir şeyə görə inciyərdi: qapısını gec-gec açdığımız üçün! Deyərdi ki, axı mən sizin hamınızı çox istəyirəm, niyə gec-gec gəlirsiniz? Əvvəllər Sumqayıt şəhərinin 17-ci mikrorayonunda iş yerindən verilən mənzildə yaşayırdılar. Sonra elə oldu ki, Yeni Yaşma yaşayış sahəsindən torpaq aldı və qısa zamanda orda ikimərtəbəli ev tikdi, həyət-bacada ağac, gül-çiçək əkdi və böyük bir təsərrüfat yaratdı. Və bizə də deyərdi ki, gəlin burda torpaq sahəsi götürün. Düzdür, mən o torpaq sahəsini götürmədim. Amma baldızları Roza xanıma, Bənövşə xanıma yanından torpaq sahəsi götürtmüşdü. Elə həmişə də istəyirdi ki, süfrəsinin arxasında bütün qohum-əqrabası əyləşsin. Adam var ki, evinə gedəndə qaş-qabağı yer süpürür. Amma onun evinə getməyəndə, qaş-qabağı çatılardı. Elə ki, həyətə girirdin, qapını açırdın, bax, onda elə bil dünyanı ona verirdin. İki daşın arasında qoyun-quzu kəsdirər, süfrə açdırardı. Ümumiyyətlə, Teyyub müəllim hamıya çörək verən insan olub…

Teyyub Abbasov 1948-ci ilin iyulun 1-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Xarkovda ali məktəbi bitirib. Təyinatla Sumqayıtdakı Kimya İstehsalat Birliyində 7-ci hərbiləşdirilmiş yanğınsöndürmə hissəsində əməkdaş kimi işə başlayıb, sonra rəis müavini və rəis olub. O, burda uzun müddət rəis vəzifəsində çalışıb. Yəni başqa sözlə demiş olsaq, bu vəzifədə əyləşəndə düşünüb ki, hər işə vicdanla yanaşmaq lazımdır. Onu tanıyan adamlar çox yaxşı bilirlər ki, Teyyub Abbasov kiminsə haqqının taplanmasına imkan verməyib və ədalətsiz də iş görməyib. Daha doğrusu, Teyyub müəllim hansı vəzifədə əyləşməyindən asılı olmayaraq, haqq-ədalətə sığınıb və həmişə obyektiv olub. O, balalarına heç vaxt haram çörək yedizdirməyib. Teyyub Abbasov bir müddət də Binəqədi rayonundakı 37 nömrəli hərbiləşdirilmiş yanğından mühafizə idarəsində müfəttiş işləyib. 1994-1999-cu illərdə isə Sumaqayıt şəhərindəki 7 nömrəli hərbiləşdirilmiş yanğından mühafizə idarəsində rəis vəzifəsində çalışıb.

O, çox zəhmətkeş və halal bir ailədə böyüyüb, tərbiyə alıb. Heç bir arxası, heç bir köməyi olmadan rəis vəzifəsinə qədər yüksəlib. 1999-cu ildə isə polkovnik-leytenant kimi təqaüdə çıxıb. Teyyub müəllim hamının qarşısında alnıaçıq, üzüağ olub. Yəni heç kim deyə bilməz ki, Teyyub Abbasov rəis işləyəndə kiminsə haqqını tapdalayıb və kiməsə qarşı əldalətsizlik edib.

Heç vaxt əziyyətdən, zəhmətdən qorxmayıb. Hər şeyə, hər bir uğura öz gücüylə çatıb. Təqaüdə çıxandan sonra böyük bir təsərrüfat yaradıb. Halal zəhmətlə mal-qoyun saxlayıb və bundan qohum-əqrabaya da lazım gələndə əl tutub, pay verib. Yazımızın əvvəlində qeyd elədik ki, Teyyub Abbasov çox təmiz, vicdanlı və həqiqəti sevən insan olub. O, haqsızlığa qarşı həmişə etiraz səsini ucaldıb. Kimliyindən asılı olmayaraq, əgər haqsızlıq edərdisə, bax, onda bu kişini qarşısında görərdi.

… Yetmiş yaşına çox az qalmışdı. Ürək vəfa eləsəydi, 2018-ci ilin iyulun 1-də 70 yaşı tamam olacaqdı. Amma heç vaxt təmtəraqlı ad günləri keçirməyi xoşlamazdı. Düzdü, istəyərdi ki, ocağının başında doğmaları, yaxınları əyləşsin… istəyərdi ki, qohum-əqraba onun qapısını tez-tez açsın… istəyərdi ki, evi həmişə qonaq-qaralı olsun… qonaq-qara olmayanda bulud kimi dolardı, rəngi də qapqara qaralardı. Mənə deyərdi ki, ay qohum, sən Allah, bizə tez-tez gəl! Çünki mənim ürəyim hamınızı çox istəyir. Düzdü, onun ürəyi bizi çox istəyirdi. Amma vaxt qıtlığında, bir az da məsafə çox olduğundan mən bacımgilə gec-gec gedərdim…

Ən çox baldızları Roza xanım, Bənövşə xanım, İradə xanım onların qapısını açardı. Ən çox dərdləşdiyi adamlar bacanaqları - Etibar müəllim və bir də Qərib olardı. Çünki onlar Teyyub müəllimi hamıdan çox istəyərdilər və tez-tez də onun qapısını açardılar. Bacıları Fatma, Şəkər, Validə də onun xətrini çox istəyərdilər. Çünki o, yaxşı qardaş idi, yaxşı ata idi, yaxşı baba idi, yaxşı yeznə idi, yaxşı da bacanaq idi. Bu cür adamlar dünyaya az-az gəlir. Gələndə necə təlatüm yaradırsa, gedəndə də elə bir təlatüm yaradır…

Maşallah, iki ağıllı oğlu var: biri Elnur, biri də Vüqar. Atalar o vaxt xoşbəxt olurlar ki, onların yolunu davam etdirən var… atalar o vaxt xoşbəxt olurlar ki, onlar dünyasını dəyişəndə övladlarından arxayın gedirlər… atalar o vaxt xoşbəxt olurlar ki, nəvələr də onlara bənzəyir. Teyyub müəllimin iki nəvəsi var. Onlardan biri kinq-boks üzrə Avropa çempionudu. İndi Gəncədə hərbi xidmətdədi.

Mən dünyada bir-birinə sədaqətli çox adamlar görmüşəm. Amma Teyyub müəllimlə Əfruz xanım kimi bir-birinə bağlı, bir-birinə əbədi bir istəyi olan insanlarla az-az rastlaşmışam. İnanın, onları heç vaxt ayrı təsəvvür etmək mümkün deyil. Düzdür, bu gün Teyyub müəllim Allahın dərgahındadır. Amma bir onu bilirəm ki, o, bir gün də, bir saat da Əfruz xanımın yadından çıxmır…

Çox qəribədir ki, onu yumaq üçün məscidə aparmışdıq. Və məsciddə də qeyri-adi bir möcüzə baş verdi. O, məsciddə yuyulmağa başlayandan son ana qədər orda azan səsi gəldi və Quran oxundu. Mən bu anı oğlanları Elnurun və Vüqarın yadına saldım. Dedim ki, bax, bu sizə böyük təsəlli olmalıdır. Yalnız Allah çox sevdiyi insanlara bu cür xoşbəxtlik bəxş edə bilər. Azan və Quran səsi altında yuyulmaq və son mənzilə yola salınmaq hər adama qismət olmur.

Dünyada hərə öz ömrünü və Allah-Təala tərəfindən bəxş edildiyi illəri yaşayır. Təqaüddə olan polkovnik-leytenant Teyyub Abbasov da Allahın ona verdiyi bu illəri çox namusla, çox şərəflə və çox qeyrətlə alnıaçıq yaşayıb. Onun övladları və nəvələri ataları, babalarıyla həmişə qürur duyacaqlar və deyəcəklər ki, mən Teyyub müəllimin oğluyam, nəvəsiyəm! Bundan böyük dəyər, bundan qiymətli varlıq ola bilməz! Elə insanın da bu dünyada qazandığı var-dövlət onun təmizliyi, saflığı və qürurudu. Çünki bu qüruru, bu təmizliyi nə zamanın tufanı, nə zəlzələsi heç vaxt məhv edə bilməz! Ona görə ki, nə qüruru, nə mənəvi saflığı pulla almaq, var-dövlətlə qazanmaq mümkün deyil…




İmza:

YAZARIN ARXİVİ

2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK