hacklink Adalet.az | XOCALI HƏFTƏSİ Adalet.az | XOCALI HƏFTƏSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XOCALI HƏFTƏSİ

"Dərdim çoktur hangisinə yanayım Yinə tazələndi yürək yarəsi"

58524    |   2013-03-16 11:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bir Anadolu Türküsündən"

Türk dünyasının dərdləri o qədərdir ki, hansına yanasan bilmirsən.
İllərdən bəridir şubat (fevral) ayının sonuncu həftəsi Xocalı Soyqırımı Həftəsi kimi keçirilir.
Türkiyənin dörd bir küncündə, bütün universitetlərdə, bələdiyyələrdə Xocalı Soyqırımı ilə bağlı fəaliyyətlər yeridilirdi. Ancaq bu ilkilər mənə görə, hər il şahidi olduqlarıma görə digərlərindən çox fərqli idi. Bu il mətbuat məsələyə daha bir önəm vermişdi sanki. Elə bil hamısı əhdləşmişdi ki, bu məsələni eninə-boyuna şərh etsinlər.
Adil və insansevər türk millətinin dirçəlməsindən dəhşətə gələn kaftarlar, indidən başlayaraq tədbir görürlər ki, 2015-ci ildə ermənilərə dırnaqarası soyqırımın yüz illiyini dünya miqyasında gündəmə gətirtsinlər, əleyhimizdə təbliğatlar apartdırsınlar. Qərbli və şərqli imperialist canilər tarix boyu özlərinin törətdiyi bəşəriyyətə yaraşmayan cinayətlərin, qətliamların, soyqırımların üstünə, əllərində oyuncağa çevirdikləri erməniləri itildib meydanlara salaraq o vasitə ilə kölgə salmağa, onları ört-basdır etməyə çalışacaqlar. Yazıq ermənilərə, ağızlarının heliyini axıtdıra-axıtdıra dedirdəcəklər ki, "Türklər canidir, soyqırımçıdır, vəssalam".
Doğrudan da 1915-ci illərdə sadəcə olaraq Anadoluda soyqırımlar törədənlər kimlərdi? İki milyondan artıq dinc və məsum Türkü məscidlərə, samanlıqlara, mal-qara damlarına doldurub qapısını bağlayaraq od vurub diri-diri yandıran hansı millətin mənsubları idi? Hər yerdə kütləvi şəkildə qırılıb quyulara doldurulan uşaqların, qadınların, qocaların qurban getdiyi soyqırımları, qətliamları kimlər törətmişdi? Biz onları yaxşı tanıyırıq. Kaftarlar indiyə kimi öz maraqlarından savayı heç bir dəyəri ağıllarına da gətirməyiblər, indən belə də gətirməyəcəklər. Dünən yaranan və hələ də yarasından qan tökülən Srebrenitsa və Xocalı Soyqırımlarının qarşısında lala-kara-kora dönüblər, dönəcəklər.
"Mən belə dünyanın nəyinə yanım???"
Ötən ilin noyabr ayının 25-dən dekabrın 19-na kimi Bakıda oldum, müxtəlif rayonlara getdim. Xüsusilə Sumqayıt səfərim digərlərindən fərqlənirdi, çünki Dolu filminə ilk dəfə orda tamaşa etdim. Türkiyəyə qayıtdıqda Xocalı Soyqırımı həftəsində Dolu filminin müxtəlif şəhərlərdə tamaşaya qoyulması fikrini dostum, Avrasya Yazarlar Birliyinin Başqanı Yaqub Dəliöməroğluna açdım. Yaqub Bəy söylədiklərimdən çox məmnun oldu və "gəl bu fikrini həyata keçirək, Aqil bəyin Türkiyə Türkcəsinə köçürdüyün yeni romanının çapını da o vaxta çatdıraq, maraqlı olar", - dedi. İki tərəfdən qolları çırmayıb işə daxil olduq. Əvvəla Kaysəri-Ərciyəs Universitetində işləyən və illər əvvəl bir simpoziumda tanış olduğum prof. dr. Sevinc Üçgül xanımla telefon əlaqəsi saxlayıb fikrimi çatdırdım, sonra Konya-Səlcuq Universitetinin tarix bölməsində müəllim işləyən tələbə yoldaşım dos. dr. Ruhi Özcana danışdım və Dənizlidə yaşayan təqaüdçü müəllim İslam Günəşə dedim. Sağ olsunlar, hamısı məsələyə diqqətlə və səmimiyyətlə yanaşdılar, üçcə günün ərzində də mənə şad xəbəri çatdırdılar. Kaysəridə Ərciyəs Universitetində, Konyada Səlcuq Universitetində, Dənizli və Ankarada isə bələdiyyələrin xüsusi mədəniyyət salonlarında film tamaşaya qoyulacaqdı. Daha əvvəlcə Aqil Bəyin "Allahı Qatil Edənlər" adlı povestini Türkiyə Türkçəsinə "Adı Konamayan Katil" adıyla köçürmüşdüm. Yaqub bəy, ona hər zəng çalışımda; "gecəli-gündüzlü işləyəcəyəm ki, Aqil bəygil gələnə kimi kitabın çapı məsələsi həll olunsun, "Dolu" romanının da ikinci çapını hazırladacağam, filmin tamaşaya qoyulduğu yerlərdə Aqil bəy də öz əsərlərini imzalayıb gələnlərə təqdim etsin" -deyirdi. Aqil Abbas bəyə və həyat yoldaşı hörmətli İradə xanıma zəng etdim, məsələni çatdırdım ki, hökmən Türkiyəyə filmin tamaşası üçün gəlsinlər. Hər ikisi də sağ olsun, şubat (fevral) ayının 23-ündə gəldilər, Yapub bəylə birlikdə özlərini hava limanında qarşılayıb qalacaqları Sürməli otelinə apardıq. Ertəsi gün Atatürkün məqbərəsi, Ankara qalası və Ankaranın Kazan qəsəbəsinin bir kəndinə Yaqub bəy və Avrasiya Yazarlar Birliyinin katibi, şair Əli Ağbaşla birlikdə apardıq. İstədik ki, qonaqlarımız daxili Anadoludakı bir kəndlə də tanış olsunlar, maraqlı da oldu.
Şubatın 25-ində isə səhər ertədən Kaysəriyə yola düşdük. Ora çatdıqda Sevinc xanımla birlikdə dr. Qafar Çaxmaqlının da filmin tamaşası üçün lazımi fəaliyyəti göstərdiyinin şahidi olduq. Əvvəlcə universitetin rektoru prof. dr. Fəxrəddin Kələştimur bizləri qəbul etdi, Aqil bəy və İradə xanımla səmimi söhbət elədi, iki qardaş ölkə arasındakı dostanə münasibətlərin daha da irəli pillələrə qaldırılması yolunda tələbə və müəllim mübadiləsinin, təlim-təhsil sahəsindəki əməkdaşlığın önəmini və vacibatını vurğuladı. Yaqub bəy və mən də bu barədə Rektor bəyə Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsində görüləsi işlər haqda dilimizin döndüyüncə danışdıq. Film orda tamaşaya qoyulmazdan əvvəl Aqil Abbas və Yaqub bəy tamaşaçılara Xocalı Soyqırımı, Qərb dünyasının bu məsələyə biganə yanaşmasının səbəbləri barədə geniş məlumat verdilər və sonra filmin tamaşası gerçəkləşdi. Ərciyəs Universitetinin bu məsələdə həssas hərəkət etdiyi, hədsiz səy göstərdiyi hər bir detaldan aydın olurdu. Tamaşa qurtardıqdan sonra Aqil bəyi hörmətlə səhnəyə dəvət etdilər, ona plakat və gül bağlaması təqdim edərək öz təşəkkürlərini bildirdilər və "film gözəl alınıb, Qarabağ məsələsinin hansı səbəblərə görə yarandığını bu filmlə daha yaxşı başa düşdük"-dedilər. Axşam isə rektor bəyin həyat yoldaşı və dostlarının qonaqpərvərliyinin şahidi olduq. O axşam Ərciyəs Universitetinin xüsusi otelində yer ayırtmışdılar, gecəni orda qalıb səhərisi Konyaya yola düşdük. Dos. dr. Ruhi bəy və Səlcuq Universitetinin tarix fakültəsinin dekanı prof. dr. Alim Gür bizi səmimiyyətlə qarşıladı. Film, Universitetin həyətində tikilən Süleyman Dəmirəl adına görkəmli mədəniyyət mərkəzində tamaşaya qoyuldu. Aqil bəylə, "Dolu" romanının təqdimatında, yenə Xocalı Həftəsi münasibətilə üç il əvvəlcə də bu salonda olmuş, yadda qalan bir konfrans vermişdik. Min nəfərlik salon ağzına kimi tələbələr və müəllimlərlə dolu idi. Xüsusilə tələbələr filmə rəğbətlə yanaşdılar, Aqil bəyin çıxışı möhtəşəm oldu. Yaqub bəy də, mən də qısa çıxışlarımızla Xocalı Soyqırımının xalq olaraq bizə hansı mesajları çatdırdığını, birlik və bərabərliyə hər vaxtdan daha artıq indi ehtiyac duyduğumuzu vurğuladıq. Universitet adına Alim Gür bəy Aqil bəyə plakat təqdim etdi, onlar bu hərəkətləri ilə məsələyə nə cür həssasiyyətlə yanaşdıqlarını bir daha sübut etmiş oldular. Yaqub bəyin böyük əziyyətlə çap etdirdiyi "Dolu" və "Adı Konamayan Katil" romanlarını Aqil bəy öz imzasıyla tələbələrə bağışladı. Axşama sarı üz tutduq Ankaraya. Film ertəsi gün Altındağ Bələdiyyəsinin təşkilatçılığında Yunus əmrə Kültür Mərkəzində tamaşaya qoyuldu, ancaq bu baxılış digərlərindən çox fərqli idi. Salon ağzına kimi dolu idi və yalnızca qadınlardan, daha düzü analardan ibarətdi. Mən də, Aqil bəy də, Yaqub bəy də çaş-baş qalmışdıq. Şəxsən indiyə kimi heç bir yerdə yalnızca analıq şərəfinə nail olmuş qadınlardan ibarət hərhansı bir yığıncağın şahidi olmamışdım, ona görə heyrət elədim. Bu cür bir təşkilatçılıqda Altındağ Bələdiyyə Başqanının müavini Yunus Kələş bəy və həmkarı Sevgi Bəyaz xanımın əməyi vardı. Hər ikisinə də səmimi qəlbdən təşəkkürlərimi bildirirəm.  Film gedərkən hönkürərək ağlayan anaların səslərini eşidirdik. Aqil bəy, filmdən sonra həmişə olduğu kimi yenə də çox gözəl çıxış elədi. Yunus bəy, Aqil bəyə plakat və həmkarı Sevgi xanım da bələdiyyənin gül bağlamasını təqdim etdi.
Filmə tamaşa edənlər arasında Azərbaycan Cümhuriyyətinin Ankara Səfirliyinin işçiləri və prof. dr. Musa Qasımlı da vardı. Musa bəy, Xocalı Həftəsi münasibətilə Türkiyəyə, Qazi Universitetinin təşkil etdiyi simpoziumda iştirak etmək üçün gəlmişdi. Musa müəllimi yaxşı tanıyıram, hədsiz işgüzar bir alimdir. Konyadan Ankaraya çatıb evə gəldikdə hardasa gecənin yarısı idi, zəng çaldım, telefonu götürdü, "qardaş narahat eləmədim ki" - deyəndə, "əzizim bu saatda bilirsən ki, mən yatmaram, işləyirəm, sabah bir neçə televiziyanın qonağı olacağam" -dedi. Səhərisi gün ertədən saat yeddidə durub hazırlanmış və bir neçə yerdəki görüşdən sonra filmi tamaşaya gəlmişdi. Dörd televiziyanın qonağı olmuş və Xocalı Soyqırımının səbəblərini, Türk dünyasının hal-hazırdakı vəziyyətini, nə etməyin gərəyini öz alim yozumu ilə tamaşaçılara təqdim etmişdi. Onlardan mən ikisini izləyə bildim. Halal olsun Musa bəyə, Azərbaycanımız bu cür görkəmli alim millət vəkillərinə sahibdirsə, onları ön plana çəkirsə, inanıram ki, öz problemlərini həm daxildə, həm də xaricdə qısa zamanda uğurla həll edəcəkdi. Bunu da deyim ki, tarixçi alimimiz Musa Qasımlının yaxın bir neçə günə kimi "Türk-Sovet Münasibətləri" adlı elmi əsəri Atatürk Araşdırma Mərkəzi tərəfindən çap olunacaqdır. Əsəri, oğlum dr. Alpərtunga Türkiyə Türkcəsinə köçürüb. Musa bəyə elmi və siyasi fəaliyyətləri yolunda uğurlar arzulayıram.
Ertəsi gün yenə səhər ertədən yola düşüb Dənizliyə üz tutduq. Dənizli bələdiyyəsi də məsələyə həssasiyyətlə yanaşmışdı. Dənizli bələdiyəsinin kültür üzrə müdiri Xudaverdi bəy və ekibi, qaynım İslam Günəş böyük diqqətlə işi aparmışdılar. Film tamaşaya qoyuldu, sonunda yenə Aqil bəy çıxış edərək salonda əyləşənləri özünə məxsus xitabətilə heyrətləndirdi, cuşa gətirdi. Ona bələdiyyənin plakatı və gül bağlaması, müxtəlif hədiyyələr təqdim olundu, burda da romanlarını imzalayıb gələnlərə təqdim etdi. Gecə bizə ayrılan beş ulduzlu oteldə qaldıq və səhərisi ertədən durub yola düşdük.
Aqil bəyin və həyat yoldaşı İradə xanımın Türkiyə səfəri mənə görə Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında öz önəmli rolunu layiqiylə yerinə yetirdi.
Bir neçə söz də İradə xanım barədə demək istəyirəm. Düzünü deyim, 1988-ci ildən tanış olsam da İradə xanımı kifayət qədər tanımamışdım. Ankarada qaldıqları bir neçə gün ərzində az da olsa onu tanımaq fürsətini tapdım. Mənim çox sevdiyim mərhum milli şairimiz Məmməd Arazın qızı olması onu fərqləndirən cəhət deyildi. İradə xanım özünə məxsus xarakteri ilə məni heyrətləndirdi. O, Məmməd Araz irsinin davamçısı olduğuna görə, onun dönməzliyini və milli məsələlərdəki sınmazlığını əks etdirdiyinə görə mənim gözümdə azı yüz qat daha böyüyərək Bakıya qayıtdı. İndiyə kimi İradə xanıma biz türklərin irsimizdən gələn kişi xilqətiylə yanaşmış və onun xanım-xatın obrazından uzaqlaşa bilməyəcəyini fikirləşmişdim. Ancaq bir həftə ərzində həyat yoldaşım Fatma xanımla birlikdə onlarla birlikdə olduqda gördüm ki, mən səhv fikirləşmişəm. Gəldiklərinin üstündən cəmisi iki gün keçəndən sonra "əmi" deyə müraciət etdiyim Məmməd Arazın, "Məndən Ötdü Qardaşıma Dəydi" və "Mən Araz Şairiyəm" şeirlərində yaratdığı fikir dünyasının, İradə xanımın şəxsində püxtələşdiyini, onun xarakterində yoğrularaq özünü büruzə verdiyinin şahidi oldum. Düzünü deyim, bu səhvim mənə ləzzət elədi. Məmməd əmimin irsi və ideyası yaşayır və İradə xanımın irsi ilə yaşayıb gedəcəkdi, ancaq bu irs Toğruldamı, yoxsa Tuncaydamı və ya onların balalarındamı öz əksini tapacaq ona da Ulu Tanrı qərar verib. Gözəl ozanımız Yunis İmrə nə gözəl deyib; "Görəlim məvlam neylər, neylərsə güzəl eylər", gözləyib görəcəyik inşallah. Hər halda Məmməd Araz ruhunun kimdəsə özünü göstərməsi xalqlarımız və dövlətlərimiz adına böyük qazanc olacaqdır.
Uğurunuz avand olsun İradə Tuncay-Aqil Abbas ailəsi, yalnızca balalarınız yox, bizlər də əl-ələ verib yaratdığınız ailə ilə qürur hissi duyuruq. Tanrının kölgəsi üstünüzdən əskik olmasın.
Sonda qısaca demək istəyirəm ki, Aqil bəyin və İradə xanımın Xocalı Həftəsi ilə bağlı Türkiyə səfəri iki qardaş dövlət və xalqın yaxınlaşmasında, qardaşlığının, dostluğunun möhkəmlənməsində əvəzsiz iş gördü.
Tanrı millətimizi hər cürə bəlalardan hifz eləsin.
Seyfəddin Altaylı, Ankara
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK