ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: MADRİDDƏ APREL DÖYÜŞLƏRİ

23542    |   2017-11-02 09:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Köhlən atlılar Madriddə «Atletiko»nun stadionunda nallarından qığılcım çıxana qədər çapdılar. Az qala nəinki Avropaya, hətta son zamanlar dünyaya futbol dərsi keçən ispanlarla son anadək çarpışdılar.

Qarabağ atları ilə dünyanın ən gözəl və ən güclü atları sayılan ərəb atlarının fərqini bilirsinizmi? Bilməyənlər üçün deyək ki, Qarabağ atlarının əcdadı Orta Asiyadan gəlmədi. Türklər bu atlarla üç qitəni fəth eləmişdilər.

Ərəb atları hündürboyludu, iti qaçandı. Qarabağ atları isə ortaboylu və geniş sinəlidir. Ərəb atları qısa məsafədə bizimkiləri ötür, amma məsafə artdıqca ərəb atları geri qalır və sonda bizimkilərə təslim olurlar. Qarabağ atlarını dayanmadan 40 kilometr çapmaq olur. Sürəti bəzən saatda 60-70 kilometrə çatır.

Qarabağ atlarının bir başqa məziyyəti də var: əsl döyüş atlarıdı. Həm yüksək manevr qabiliyyəti var, həm də sahibi ilə bərabər döyüşüb ön ayaqları ilə, ağzı ilə düşməni parça-parça edə bilir. Söz verirəm, bu atlar haqqında ayrıca məqalə yazaram. Hərçənd ki «Əmrahbank»ın prezidenti Yunis İldırımzadə bu atlar haqqında məndən daha çox bilgiyə malikdi.

İndi «Qarabağ»ın futbolçuları Qarabağ atları kimi rəqiblə son ana qədər dişləriylə, pəncələriylə də çarpışdılar.

Hətta 56-cı dəqiqədə Pedro Enriki şahə qalxdı. Düzdü, bu ona və komandaya baha başa gəldi, amma canı sağ olsun. Hərdənbir bu qabiliyyətimizi, davakarlığımızı da göstərməliyik.

Demək olar ki, bir hissə (40 dəqiqə) 10 nəfərlə qaldıq.

Uzunboylu ispan atları nə qədər özlərini öldürsələr də, bizim ortaboylu Qarabağ atlarımıza dov gələ bilmədilər. Çingiz Aytmatovun əsəri var ey «Gün əsrdən uzun çəkdi» («Əsrə bərabər gün»), amma sonuncu 10 dəqiqədə saniyələr saatdan uzun çəkirdi. Elə bil stadiondaydım, oyunu 90 dəqiqə ayaq üstə izlədim. Səs-küyüm də qonum-qonşuları götürmüşdü.

İspan atlıları (istəyirsən ispan atları oxu) Qarabağ atlılarına (istəyirsən Qarabağ atları oxu) qalib gələ bilmədi.

Futbolçularımız Madriddə bizə Aprel döyüşlərindəki sevinci yaşatdılar. Bizə sevinc göz yaşları bəxş etdilər. Yaşa, Qurban Qurbanov! Səni və bütün Qarabağ atlılarını bağrıma basıram. Bağrıma basıram yox ey, bağrımıza basırıq! Təbriklər, Tahir Gözəl bəy! Təbriklər Əmrah Çelikəl bəy! Rəşaddan da yoxdu da.

Bəli, Madriddə əsl Aprel döyüşləri idi. Şəhidlərimizin ruhlarını da şad etdilər.

Sonda. Ötən yazılarımın birində qeyd eləmişdim ki, inşallah, İmarətdə Qurban Qurbanova bir heykəl qoyarıq. İnşallah, qoyacağıq da. «Qarabağ» belə möhtəşəm oyunlarını Uemblidən də gözəl İmarətdə də oynayacaq. Həmkarlarımızdan biri mənim bu fikirlərimə sosial şəbəkədə lağla yanaşmışdı. Sən lağında ol, qaqa, sən inanmasan da biz o heykəli İmarətdə yapacağıq.

Qurban! Sən inandıqlarımız, milliyə getmə! Ya da…

… Beskov «Spartak»ın, Lobanovski «Dinamo» Kiyevin məşqçisi ola-ola, həm də SSRİ yığmasına rəhbərlik edirdi…

… milliyə getsən, elə onlar kimi elə. Yoxsa, bir də gördün gedib Tiflisdən birini götürüb gəldilər.O da özüylə bir KamAZ qohum-əqrəbasını yığıb gətirdi, «Qarabağ»ı elədilər «Quriya» Lançxuti.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK