nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Fədayə Laçın Ceyms Bond imiş... Adalet.az | Fədayə Laçın Ceyms Bond imiş... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Fədayə Laçın Ceyms Bond imiş...

Nicat Novruzoğlu

21422    |   2017-10-31 17:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən gün gündəmimizdə hadisələr bol idi. Ürək açanı da var idi, ürək üzəni də, ölkəmiz üçün əhəmiyyətlisi də. Bu hadisələrin miqyasından və önəmliyindən asılı olmayaraq isə parlayanı, önə çəkiləni və ən çox müzakirə ediləni Fədayə Laçın idi. Zəbt eləmişdi o gündəmimizi. Əslində o zəbt eləməmişdi, onunla zəbt eləmişdilər gündəmi.

Hətta elə zəbt eləmişdilər ki, uzunluğu 850 kilometr olan və onun da 504 kilometri Azərbaycan ərazisindən keçən Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimidə, o tədbirdə iştirak edənlərdə, onların bu layihə haqqında dedikləri də, Azərbaycan televiziya məkanının əfsanələrindən olan tanınmış diktor, Xalq artisti Rafiq Hüseynovun vəfatı da, "MTN işi" üzrə Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova oxunan hökm də yaddan çıxmışdı. Fədayə Laçındakı Laçın da yaddan çıxmışdı. Ancaq Fədayə idi gündəmdə. Hansı saytı açırdınsa, hansı sosial şəbəkəyə baxırdınsa, Fədayə idi. Günün sonuna yaxın Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 1 nəfər ölsə də, gündəm dəyişmədi.

Köşə yazıları, statuslar, mahnılar, Fəlakətimizin Fədayəyə klip çəkmək istədiyi fraqment də virtual aləmdə cərəyan verirdi. Hər kəs bir cürə özünü fəda edirdi Fədayə qalmaqalı üçün. Fədayə də fəda vermişdi, biz də fəda gedirdik.

Tanınmışlar tələm-tələsik münasibət bildirdilər. Biri dedi ki, saf sevginin qurbanı olub, biri də sevginin sərhədsizliyin qabartdı, "axı sevgi heç bir sərhəd tanımır", biri isə...

Bax beləcə zəbt edilirdi gündəm. Bir kriminal olayın içindəki Fədayə Laçınla. Bayağı musiqiçi adlandırılan Fədayə Laçınla, elə bayağı formada da zəbt edilirdi.

Qarmaqarışıq xəbərlərlə Ceyms Bond eləmişdilər Fədayəni. Ceyms Bondu da yəqin tanıyırsınız. O agent 007-dir. Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə casus və qəhrəman obrazıdır.

Hələ macəraları ilə Fədayə Ceyms Bondu kölgədə də qoymuşdu. Əgər Ceyms Bond Fədayədən xəbər tutsa mutləq ki, onun fəndlərindən novbəti filmində yararlanacaq. Bəlkə hələ filmin titirində Fədayənin adı da yazılacaq.

Mən bu olayın heç bir detalından yazmadım və indi də yazmayacam. Bir cümləlik status da yazmadım. Mənə Fədayə maraqlı deyil. Və o dünən günümü zəbt edə bilmədi. Hər yerdə qarşıma çıxsa belə.

Çünki bu elə bir gün idi ki, bu gündə bir daha təkrar edirəm ki, ölkəmiz üçün əhəmiyyətli olan Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi baş tutdu. Bu günün işığında idi Azərbaycan. Bütün dünyanın gözü bizdə idi. Hər kəsin gözü bizdə olanda diqqətli olun.




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Onun üçün dünyanın mərkəzi Qarabağ, paytaxtı isə Ağdamdır - Əzizə İsmayılova yazır

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2020-04-08
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK