ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: ARDA TURANIN FACİƏSİ

(Futbol müalicəsi olmayan xəstəlikdi)

18726    |   2017-10-31 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avropanın ən ulduz futbolçularından biri sayılan Arda Turan Azərbaycan çempionatının zəif komandalarının birinin ehtiyat oyunçular skamyasında oturan futbolçularından birinə çevrilməkdədi.

Vaxtilə «Atletiko» Madriddə aparıcı oyunçu idi, bir türk kimi onunla fəxr edirdik. İndi isə adamın bu ulduz futbolçunun düşdüyü vəziyyətə ürəyi ağrıyır.

Şener Şenin bir məşhur filmi var. Film komediya kimi çəkilsə də, əslində böyük bir faciədi. Böyük bir kəndin ağası olan, sayılıb-seçilən, əli öpülən Şener Şen (yaratdığı obrazın adı yadımdan çıxıb) İstanbulda yaşamaq eşqinə düşür. Və nəyi var satır üz tutur İstanbula. Şəhərdə onu acınacaqlı bir həyat gözləyir. Əlində, ovcunda olan pul da gedir, ailəsini dolandırmaq üçün küçə ticarəti ilə məşğul olmaq istəyir, ona da bələdiyyə məmurları hər dəfə mane olur, başına min bir oyun gəlir. Və axırda havalanır.

İndi Arda Turan həmin Şener Şenin həyatını yaşayır. Əslində bizdə də belə insanlar bir yox, beş yox, minlərlədir. Kənddəki ev-eşiyini, torpağını atır, üz tutur Bakıya və elə bilir ki, Bakıya yel əsib qoz tökülüb. Necə ki Şener Şen elə bilirdi ki, İstanbula yel əsib qoz töuülüb, gəlir şəhərə qazandığı pul ev kirəsinə çatmır. Belələri bəzən içkiyə aludə olur, ya oğurluq edir, ya da əlindən heç bir iş gəlməyəndə intihar.

İndi Arda Turan da elə bildi «Barselona»da yel əsib qoz tökülüb, getdi yığmağa, əlində, ovcunda olanı da itirdi. Arda Turanın formadan düşməyinin bir obyektiv, bir subyektiv səbəbi var. «Barselona»ya o zaman gəldi ki, komandaya qoyulan müəyyən qadağalara görə 3-4 ay əsas heyətdə oynaya bilmədi.

Futbolu bilənlər bilir, əgər bir futbolçu zədələnib iki-üç oyunu buraxırsa, müəyyən qədər formasını itirir. Sonradan komandaya uyğunlaşmaq üçün ona müəyyən vaxt lazım gəlir. Onda ki üç-dörd ay əsas heyətə düşməyəsən və sonra da «Barselona» kimi bir komandanın oyununa uyğunlaşa biləsən. Çətin deyil ey, çox çətindi. Nəticədə komandaya uyğunlaşa bilmədi, getdikcə formasını itirdi, «Atletiko»da birinci oyunçu olan «Barselona»da 18-ci oyunçuya çevrildi.

İndi «Barselona» çıxarıb bazara alan da yoxdu, hətta Türkiyə komandaları da almırlar. Doğrudan da ürək ağrıdan məsələdi.

Formasını itirməkdə ikinci səbəb nəydi? Bu bir az mistikadı. Futbolçuların öz imicləri olur, bununla fərqlənmək istəyirlər. Hər bir oyunçunun qol vurarkən sevincini nümayiş etdirdiyi kimi. Məsələn, Ronaldo qol vurandan sonra meydanın bir yerində dayanıb qol vurduğu ayağını göstərir. Messi qol vurduqdan sonra üzünü Allaha tutub xaç çevirir.

Arda Turan da uzun saç saxlayırdı, saçını da bantla bağlayırdı. Bu meydanda 22 futbolçunun içində dərhal onu tanıdırdı, həm də ona çox yaraşırdı.

Bir gün qardaş ölkənin cümhurbaşkanı sayın Ərdoğan Madriddə olarkən Arda Turanla görüşdü. Görüş zamanı saçına işarə edərək dedi ki, Madriddə kuaför (fransızcadı, türk dilində dəllək deməkdi, bərbər də deyirik) tapılmır, saçını qırxdırasan?! Həmin gündən sonra gedib saçını qırxdırdı və yekə bir saqqal buraxdı. Bu da onun formadan düşməsinin səbəblərindən biri oldu. Bibliya kitabında adı keçən gücü saçında olan bir qəhrəman var, əgər yaddaşım məni yanıltmırsa, adı Samsondu. Heç demə, Ardanın da gücü qoyduğu saqqalda yox, Samson kimi kəsdirdiyi saçındaymış.

Bəli, Avropa meydanlarında at oynadan sevimli bir türk futbolçumuzu beləcə itirdik. Sizi bilmirəm, məni çox ağrıdır.

Mən «Barselona» ilə «Real»dan başqa o Avropa klublarının oyunlarını izləyirəm ki, orda mütləq bir türk oynayır. Həmin türk oynayan komandalara da «Qarabağ»a necə azarkeşlik edirəmsə elə azarkeşlik edirəm. Məsud Özildən sonra «Real» gözümdən düşüb, indi Ardadan sonra da «Barselona». İndi Məsudun xətrinə məcburam sevmədiyim «Arsenal»a azarkeşlik edim.

Futbol elə bir köpəyoğlu xəstəlikdir ki, mübtəla olmayan bilməz.




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK