ANA SƏHİFƏ / YAZARLAR

DAĞDAN AĞIR KİŞİ

Faiq QİSMƏTOĞLU

28708    |   2017-10-27 17:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

…Köhnə kişiləri yada salanda onlar haqqında çoxları belə bir fikir səsləndirir: filankəs çox ağayana, dağdan ağır kişiydi. Və bu dağdan ağır kişilər elə bir iş olmazdı ki, onu aşırmasınlar… bu dağdan ağır kişilər elçilik üçün hansı qapıya getsəydilər, onlara «yox» deməzdilər… bu dağdan ağır kişilər ən çətin, ən ağır məqamda elin-obanın qarşısına çıxmağı bacarardılar. Çünki bu kişilər necə görünürdü, elə də varıydı. Yəni onlar olduğu kimi görünən kişiləriydi…

…Belə kişilər az-az olub. Amma hər eldə, obada bu cur dağdan ağır kişilər yaşayıb, ağsaqqallıq edib və camaata əl tutub. Ən azından ona görə ki, onları eldə, obada camaat özünə arxa, dayaq bilib. Və bu kişilər də elin-obanın xeyrinə, şərinə yarayıblar…

…1979-cu ilin sentyabr ayı idi. Onda Azərbaycan Televiziyasının kənd təsərrüfatı şöbəsində təcrübə keçirdik. Universitetin 5-ci kursunda oxumağımıza baxmayaraq, televiziyada bizə inanırdılar və bel bağlayırdılar. Bir dəfə də televiziyanın kənd təsərrüfatı şöbəsinin müdiri, yazıçı-jurnalist Cəlal Bərgüşad otağa daxil oldu və dedi:

- Qağa, (o, adamlara belə müraciət edərdi) hazırlaş, sabah axşam səni və rejissorumuz Böyükağanı Tovuza aparacam. Özü də qatarla gedəcəyik. Çünki orda bir kişi var, mənim dostumdur və dəvət eləyib ki, bir veriliş çəkim. Axşam qatara mindik, kupedə yerimizi rahatladıq, səhərə yaxın Tovuza çatdıq…

…Artıq stansiyada maşın bizi gözləyirdi. Əvvəlcə Cəlal müəllim raykomun birinci katibiylə görüşdü, sonra da Qovlar qəsəbəsinə yola düşdük. Orda da onun dostu, uzun illər duz-çörək kəsdiyi sovxoz direktoru Əli Süleymanov gözləyirdi. Maşın sovxozun həyətinə çatanda Cəlal Bərgüşad da rahat nəfəs aldı. Dedi ki, bu dəqiqə qağam maşının səsini eşidib çölə çıxacaq. Doğurdan da biz maşından düşəndə gördük ki, hündürboy, sifətindən nur yağan və zəhmli bir adam qarşımıza çıxdı. Onlar öpüşüb-görüşdü və Cəlal Bərgüşad bizi də həmin adamla tanış etdi. Bax, onda gördüm ki, bu kişi Tovuzun dağdan ağır ağayana, sanballı kişilərindən olan Əli Süleymanovdur. Atama da oxşarı vardı. Çünki mənim atam da onun kimi hündürboy, dolu, zəhmli bir kişiydi.

Elə kabinetində bizə səhər yeməyi düzəltdirmişdi. Stolun üstündə bal, qaymaq, pendir, kərə yağı, şor və nə desən vardı. Təbii ki, ac adam bunları şirin-şirin yeməliydi. Və Cəlal Bərgüşad da kənd adamı olduğu üçün motal pendirini isti çörəyin arasına büküb şirin-şirin yeməyə başladı. Və biz də ona baxıb şirin-şirin baldan, qaymaqdan yeməyə başladıq. Əli müəllim bir anlıq çölə çıxdı və hiss elədim ki, bizə rahat yemək üçün şərait yaradır…

Elə oldu ki, mən və rejissor 4 dəfə «Lenin» ordenli briqadir Lətif Muxtarovun üzüm plantasiyasına getdik. Ordan çox maraqlı süjet hazırladıq. Sonra da Cəlal müəllim dedi ki, mən Əli müəllimlə söhbət edirəm, siz gedib başqa süjetləri də çəkərsiniz. Elə oldu ki, bu sovxozdan sonra biz Firudin müəllim və İsgəndər müəllimin sovxozundan da süjetlər çəkdik. Və onların hər biri də çox ağayana, sanballı kişilər idi. Yadımdadır ki, sovxozda üzüm plantasiyasında olarkən bir neçə salxım qara və ağ şanını dərib gətirdilər. Cəlal müəllim həmin üzüm salxımlarını vedrənin içərisindəki suya salıb çıxardı və gilələri bir-bir qoparıb yedi. Sonra da üzünü tutub o kişilərə dedi ki, qağa, Tovuzun üzümünün dadından doymaq olmur…

Biz iki gün Tovuzun kolxoz və sovxozlarında çəkiliş apardıq. Amma çörəyi həmişə Əli müəllimin, Firudin müəllimin və İsgəndər müəllimin yanında yeyərdik. Onların üçü də bir-birilə çox yaxın dost idilər. Üçü də ağayana, dağdan ağır kişiləriydi. Və o kişilərin Tovuzda çox böyük hörməti, nüfuzu vardı. Allah ömür versə, mən həm Firudin müəllim, həm də İsgəndər müəllim barəsində ayrıca bir yazı qələmə alacam.

Əli Süleymanov 90 ildən çox bir ömür yaşayıb. Və bu ömrü kişi kimi mərd-mərdanə başa vurub. Əli müəllimi Tovuzda hansı qadın görürdüsə, ağzına yaşmaq vurardı… Əli müəllimi hansı uşaq yolda görərdisə, hörmət əlaməti olaraq papağını çıxarardı… Əli müəllimlə xeyirdə, şərdə kimlər rastlaşardısa, ona yuxarı başda yer göstərərdilər. Onsuz da Əli müəllim hansı məclisdə əyləşsəydi, elə ora yuxarı baş hesab olunurdu və hamı da gəlib əyləşərdi bu dağdan ağır kişinin yanında…

Sovet dövründə rayonda birinci katiblər hər elin, obanın ağsaqqal, sanballı kişilərilə razılaşmalı olurdu. Çünki bu sanballı kişilər o birinci katiblərin yolunu azmasına imkan vermirdilər. Bu sanballı kişilər həmişə çalışardılar ki, o birinci katiblər rayonda at oynatmasın və Tovuzda da Əli müəllim kimi, Firudin müəllim kimi, İsgəndər müəllim kimi kişilər vardı. Və birinci katiblər də bu kişilərlə, onların fikirlərilə, məsləhətlərilə çox vaxt razılaşardılar.

Tovuzda Əli Süleymanovu qurub-yaradan, böyük işlər görən bir el ağsaqqalı kimi də hamı tanıyırdı. Və bu gün də onun adı el-oba arasında hörmətlə çəkilir. Və deyirlər ki, Əli Süleymanovun yeri həmişə görünür. İndi Qovlar şəhər statusu alıb və bu şəhər daha da böyüyüb və möhtəşəm olub. Bu şəhərin böyüməsində, abadlaşmasında, tikilməsində Əli müəllimin çox böyük əməyi, zəhməti var. Ən azından ona görə ki, Sovet dönəmində və sonra da bu kişi yüzlərlə insana arxa durub, çörək verib və yaxşılıq edib. Bu gün onun yurdunda çox ziyalı, çox savadlı və vətənpərvər övladları var. Nizami müəllim, Talıb müəllim və Məzahir müəllim. Onlardan mən 1994-cü ildə Lətif Süleymanlının tanış etdiyi Nizami müəllimi tanımışam. Sonradan bir dəfə də Samuxda prokurorluq orqanlarında işləyən və sonralar prokuror vəzifəsində çalışan Məzahir müəllimi görmüşəm. Və övladlarının hər birində onun cizgisini, xasiyyətini, xarakterini hiss eləmişəm. Görmüşəm ki, onlar da ataları kimi çox ağayana, sanballı kişilərdilər.

Əli Süleymanov Heydər Əliyev siyasətinin və məktəbinin davamçılarından olub. Bu cür kişilər həyatın hər cür üzünü, hər cür çətinliklərini görüblər. Belə kişiləri nə həyatın çətinlikləri, nə də kimlərinsə təzyiqləri heç vaxt sındıra, əyə bilməyib. Çünki onlar təpədən-dırnağa mərd, mübariz və ağayana adam olublar.

Bu gün də Tovuzda kimdən soruşsan, kiminlə söhbət eləsən Əli müəllim haqqında xoş xatirələrini danışar. Xüsusən də köhnə kişilər bu adamları hər an yada salır və xatırlayırlar. Tovuzda Qovlar qəsəbəsində bu kişinin çox böyük əməyi, zəhməti olub. Bunu rayonun məmə deyənindən, pəpə yeyəninə qədər çoxları yaxşı bilir. Ona görə də bu cür kişilərin adını əbədiləşdirmək lazımdır. Yəni ən azından Qovlar qəsəbəsində bir küçəyə, bir ünvana onun adını vermək olar. Bu adı verməklə tovuzlular həm də özlərini ucaltmış olar və dağdan ağır kişiləri gələcək nəslin yaddaşına həkk edərlər…

Çünki yaxşı kişiləri, dağdan ağır adamları heç vaxt nə tarix unudur, nə də el-oba. Və Əli Süleymanovu da uzun müddət tovuzlular xatırlayacaq, yada salacaqlar. Ən azından ona görə ki, bu cür kişilər yaxşı əməlləriylə məkanından və zamanından asılı olmayaraq həmişə yaşayırlar, xatirələrdə qalırlar və tez-tez yada düşürlər…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Şair Əlisəmid Kürlə İlqar Əlfioğlu babat yeyib-içib çıxırlar. Küçədə də səs-küylə mübahisə edirlər. Polis onları saxlayır, sənədlərini istəyir, heç birinin də sənədi yox. Polis ünvanı bilmək üçün İlqar Əlfioğludan soruşur:

- Harda yaşayırsan?

İlqar:

- Müstəqil Azərbaycan Respublikasında.

Polis görür İlqardan bir hay çıxmadı, Əlisəmiddən soruşur:

- Sən harda yaşayırsan?

- Mən də onun qonşusuyam.





digər lətifələr
ARXİV
FACEBOOK