ANA SƏHİFƏ / YAZARLAR

ÜRƏYİN QÜRUB ÇAĞI

Əbülfət MƏDƏTOĞLU

19233    |   2017-10-20 17:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ömür yolundan notlar


Həyat təkcə bir düzəngah, bir səhra, bir vadi, bir dağ, bir dərə, bir orman deyil... Həyat həm də yoldu - "olum"dan başlayıb "ölüm"ə gedən yol! Bu yolun paramertlərini, düsturlarını, hətta naxışlarını belə öncədən görmək, öncədən göz önünə gətirmək mümkün deyil, olsa-olsa onu xəyal etmək olar. Xəyalların da gerçəkləşməsi ancaq möcüzə sayılır. Ancaq möcüzə baş verəndə xəyallar gerçəkləşir. Doğrudur, indi elə bir zamanda, elə bir svilizasiya müstəvisində yaşayırıq ki, hər bir ixtira, hər bir yenilik dərhal köhnəlib möcüzəni kölgə altında qoyur. Amma bütün bunlara baxmayaraq, fərdi qaydada da olsa belə xəyalın gerçəkləşməsi elə fərdin özü üçün də möcüzədi. Mən möcüzə olacaq xəyallardan çox-çox uzağam. Çünki yaşadığım, gördüyüm həyat və bütövlükdə içində olduğum durumun özü mənə möcüzə gözləməyi təkcə unutdurmayıb, hətta qadağan edib. Mən də qanuna sayğılı bir vətəndaş olduğumdan tərəddüdsüz gözümü çəkmişəm möcüzələrdən...

Hə, dediyim kimi, həyat həm də yol deməkdi. Mən barmaqhesabı olsa da, 1959-cu ilin yanvar ayının 1-dən yol gəlirəm. Bildiyimə görə, bu yolun görünməyən 9 ayı da olub. Deyəsən elə təxmini düşüncələrə görə, ən maraqlısı da o 9 ay imiş. Çünki sonrakı yol boyu qarşılaşdıqlarım, rast gəldiklərim, məruz qaldıqlarım məndə elə assosiasiyalar yaradıb ki, hərdən onu ifadə etməyə söz tapmıram. Tapıram ey, amma o sözü kağıza yazmaq mümkün olmur. Heç dillə deməklə də. Onu ancaq gərək çox iti bir sürətlə ağlından keçirəsən. Yəqin təxmin etdiniz hansı ifadələrdən danışdığımı. Etmədinizsə, bu daha yaxşı. Mən isə...

Hər gün eyni ssenaridi; səhərin gözü açılır, əl-üzünə bir ovuc su çırpıb tələsirsən işinin-gücünün dalınca. Bu tələsmənin iki səbəbi var: biri məsuliyyətdi, o biri də evdən, evin qayğılarından baş götürüb qaçmaq. Çünki ləngiyəndə ev adamlarının qayğıları bir-bir səslənəcək, ehtiyaclar bir-bir dilə gətiriləcək. Və sonda da təbii ki, evin kişisi pərişan bir görkəmdə ya başını aşağı salıb çıxacaq, ya da əsəbi bir şəkildə qapını çırpıb gedəcək. Bax, bu məqamların baş verməməsi üçün gözünün yuxusunu ovan kimi üzünə bir ovuc su çırpıb evi tərk etmək daha məqsədəuyğundur. Şəxsən mən neçə illərdir ki, belə də edirəm. Hətta hərdən uşaqlar mənə iradlarını da bildirirlər, özü də çılpaq şəkildə:

- Ata, bir az ləngi, ya da tez gəl üzünü görək!

Mən də onlara divardakı şəklimi göstərirəm, "istədiyiniz qədər baxın" - deyirəm. Beləcə, ovuduram onları. Beləcə, özümü onların haqlı ittihamlarından mühafizə edirəm. Əslində bu mühafizə də deyil. Bu, özümün özümdən qaçmağım, gizlənməyim kimi bir şeydi. Amma hara qədər qaçacam. Nə vaxta qədər qaçacam. Bax, "oğulsansa, bu suallara cavab ver!" - deyirəm hərdən özüm-özümə. Yəqin ki, sizlərdən də mənim kimi düşünənlər, mənim kimi sualdan qaçanlar var. Və varsa, deməli, mən tək deyiləm. Ona görə də təkliyə çəkilib üzümü göyə tuturam və deyirəm:


Mən bitmiş, tükənmiş adam

Göyə də, yerə də yadam...

Sənə də çatmayan sədam -

Qoy ölsün, içimdə mənim!


Tapındım sənə son din tək

Qapını döydüm, səs-ün tək...

Dolandım başına gün tək -

Əridi gücüm də mənim...


Uzaq yox, yaxın olacaq

Mənsiz gün "ah"ın olacaq...

Bir az günahın olacaq -

Bu vaxtsız köçümdə mənim!

***

Hə, neçə gündü özümə yer tapa bilmirəm. Bunun da bir səbəbi elə yerin olmamasıdı və bunu ağlıma gətirəndə də ağıllı vəzirin qəzəbli şaha verdiyi cavab yadıma düşür. Bilməyənlər üçün deyim ki, döyüş vaxtı şah göstəriş verir ki, toplardan atəş açsınlar. Və başlayır gözləməyə. Gözləyir görür toplardan atəş açılmadı. Qəzəblə vəziri çağırır, cavab istəyir. Vəziyyətin çıxılmaz olduğunu görən vəzir özünəməxsus təmkinlə deyir:

- Şah sağ olsun, toplardan atəş açmamağımızın on səbəbi var.

Şah soruşur:

- De görüm nə səbəbdi bunlar.

Vəzir cavab verir:

- Şah sağ olsun, birincisi barıtımız yoxdu...

Şah dərhal onun sözünü kəsir:

- Bəsdir, qalan doqquzunu deməsən də olar.

Beləcə, vəzir ordu başçısını da, topçuları da, özünü də xilas edir və şaha da gerçəyi demiş olur. Təbii ki, onun qəzəbinə gəlmədən. İndi mən də həyatdakı dediyim o məqamları, yaşadığım o gərginlikləri, üz-üzə gəldiyim rəngi, cizgisi, ifadəsi, məlum olmayan sifətləri görə-görə ayaqda qalmağa, yaşamağa çalışıram. Amma neyləyim ki, ayaqda qalıb yaşamaq üçün zəruri olan ən vacib on şərtdən doqquzu yoxdu. Bircəciyi var, o da mənim hələ ki, bir insan, bir vətəndaş kimi yaşamağımdı, mövcudluğumdu. Belə yerdə içimdə şam yandıran, mənə ümid işığı verən ancaq qrammatikanın qaydalarına uyğun olaraq ən böyük hərflərlə yazdığım, ifadə etdiyim DOSTdu. Məhz yıxılmaqdan məni qoruyan DOST! Mənim yükümü bölüşən, mənim fikrimə dayaq verən həmin DOST!

Ümumiyyətlə, mənim inancıma, mənim gəldiyim nəticəyə görə, heç nə elə-belə baş vermir və heç nə də heç kim tək arxasız, dayaqsız deyil. Mütləq nəyinsə arxasında nəsə var, kiminsə arxasında kimsə mövcuddu. Bu yerdə yadıma böyük Məmməd Arazın bir fikri düşür. Şair deyirdi ki, bu çətin yolu bir mərd qadınla keçdim! İndi mən də öz-özümə düşünürəm ki, mən yaşadığım ömrü və bu ömrün ağ yolunu məhz həmin o güvəndiyim dostla, həmin o ürəyimi tapşırdığım insanla və nəhayət, heç vaxt əlimi ətəyindən üzmədiyim Allahımla keçib gəlmişəm... Ola bilsin ki, hardasa, nədəsə, nə vaxtsa büdrəməyim olub. Bunun da günahı güvəndiklərimdə yox, özümdədi. Çünki mən hissə tez qapılır, xəyala daha çox dalır və bir də hər sözə, hər səsə inanıb qapı açıram. Bunun da ağrısını çəkirəm.

Özü də o qədər həssaslıqla, o qədər ağır bir formada çəkirəm ki, o sızıltı, o yara həyatımdan ayrılıb getmir. Hətta bəzən ümidsizliyə də qapılıram. Və orda da deyirəm ki:


Daha kimsə arzu etmir

Yordum mən, hamını yordum...

Dərd də boğazımdan getmir -

Sordum mən, tamını sordum...


Nə varsa bəxtin özündə

İstədim yanam közümdə...

Sevdiyim qızın gözündə -

Mən sönən şamımı gördüm...


Bu ömrü axşam, ya səhər

Sona çatdırın bir təhər...

Sinəmdəki düyün, qəhər -

Vermədi, yamını gördüm!..

***

Bütün yazı boyu bir yol gəlirdim. Həyatdakı yolumun əks sədası ola biləcək, görüntülərini, yaşantılarını misralayan yol... Həmin yolda bir anlıq dayandım. Nəfəs almaq üçün, dincəlmək üçün yox, sadəcə ürəyimə qulaq asmaq üçün. Çünki son günlərin yaşantıları yenə kökdən salıb ürəyimi. Kökdən düşmüş ürəyin nə mizrabını tapıram, nə də onu harda kökləyə biləcəyi nöqtəni. Ona görə də ürəyim köksüz saz kimi yad səslər çıxarır. Və bu səslər də başqaları kimi mənim özümə də xoş gəlmir. Deməli, mənim də xoşuma gəlməyən bu səsin hardasa sükuta çevrilməsi, hardasa daldalanması zərurəti yaranıb. Bu zərurəti gerçəkləşdirmək mənim boynuma düşür. Amma neyləyim ki, mən çəkdiyim həyat yükünün mənə ayırdığı vəzifə borcundan vaxt tapa bilmirəm. Qopa bilmirəm ki, ürəyimi onun səsinə kökləyim. Siz də sızıltılardan, adamı təngə gətirən bu qatmaqarışıq fikirlərdən canınızı qurtarasınız...

Deməli, əlimdəki qələmi ağ vərəqin ilk sətrinə tuşlayıb birinci hərfi, birinci sözü, birinci işarəni naxışlamaq istəyirəm. Və elə bilirəm ki, o ilk işartıyla hər şey öz yoluna düşəcək. Necə ki, suyun dəhnəsini açırsan, su öz axarıyla gedir. Mənim yazmaq istədiyim də məhz belə olacaq. Amma görürəm ki, yox, mən ürəyi o qədər sıxmışam, sıxışdırmışam ki, artıq üzümə qayıdır, mənə etiraz etməyə başlayır. Mən də onu dilə tutmağa çalışıram.


Yorub salmışam əldən

Halı yoxdu səslənə...

Sevdiyi qucaq açmır

Girib orda bəslənə -

Ürəyim...


Qaranlıqda ulayan

Küləyin səsi kimi...

Özünə ağı deyir

Özünün kəsi kimi -

Ürəyim...


O halsız halımda da

Yenə yönü sənədi...

Sevənlərin olmadı -

Sevdiyim bir dənədi -

Ürəyim!

***

Belə, indi bütün yol boyu nə düşündüyümü, nə yazdığımı artıq təxmin etdiniz. Amma mənə elə gəlir ki, nə yazdıqlarım, nə də sizin təxmin etdiyiniz hətta içimdə olanların, eləcə də gəldiyim yolun bir anını ifadə etmək gücündə deyil. Bu düşüncəni söz xatirinə dilə gətirmirəm. Çünki zamanın sürətilə mənim öz yolumla getmək sürətim çox fərqlidi. Aralarında yerlə göy qədər məsafə var. Ona görə də mənim uğurlu sayıb atdığım addım bir anın içərisində ya uğursuz olur, ya da gərəksiz. Bu da məni məcbur edir ki, hər an özümə, ürəyimə və bir də yoluma əlavə güc sərf edim, əlavə vaxt ayırım, əlavə diqqət yetirim. Bunların toplusu da məni heç olmasa sırada saxlasın. Mən də həmin o sıradan öz yoluma tərəf boylana bilim. Ya da o sıradan öz yolumda olmaq üçün istifadə edim...

Gördünüzmü, nə qədər ziddiyyətli, nə qədər qarmaqarışıq bir məqamdı. Ona görə də hərdən öz-özümə pıçıldamaq zorunda qalıram. Yəni öz misralarımla özüm özümə təsəlli verirəm. Deyirəm ki:


Mənim də günəşim olubdu yəqin

Mənim də ulduzum hardasa qalıb...

Bəxtimin açarın gətirən mələk -

Ulduzu itirib hardasa salıb...


Üzümdən-gözümdən tökülən kədər

Heç kimə xoş deyil bir damla qədər...

Demək, mən çəkirəm bu yükü hədər -

Ürək borcu kimi boynuma alıb...


Anlamaq çətindi, amma gərəkdi

Dizim yer şumladı, əlim vər əkdi...

Gözünün önündə ağ bir vərəqdi -

Yazarsan sən məni xəyala dalıb...


Bəli, bütün bunlar mənim öz yolumdan bəhs edən bir yazının, bir mövzunun iynə ucu boyda hissəsidi. Amma demək istəyirəm ki, onun həcminin elə də önəmi yoxdur. Önəmli olan bu ömürdü, bu yoldu. Təəssüf ki, bu ömrün, bu yolun günəşi qüruba doğru gedir. Özü də Sənin - ürəyimin təsirilə...



İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK