nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | “Ədəbiyyat kütlənin qəbulu yox, fərdlərin qəbuludur” - MÜSAHİBƏ Adalet.az | “Ədəbiyyat kütlənin qəbulu yox, fərdlərin qəbuludur” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Ədəbiyyat kütlənin qəbulu yox, fərdlərin qəbuludur” - MÜSAHİBƏ

31705    |   2017-10-18 15:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsanlar var ki, Tanrını SÖZdə axtarır. Söz bütün gözəlliklərin tablosudur. Öz Tanrısını sözdə axtaran tablo şairlərindən biri də müsahibim, AYB-nin üzvü, gənc şair Emil RASİMOĞLUdur. Gənc yazar söhbətimizdə müasir ədəbi mühitdə baş verənlərdən, xüsusi ilə də poeziyadan və yaradıcı baxışından səmimi söhbət açdı.

- Salam, Emil bəy!

Salam!

- Yaradıcılıqda nə var, nə yox?

- Yaradıcılıqdı da... öz axarında davam etməkdədir.

- Çox zaman şeirə vicdanla dəyər verilməməsindən gileylənirsiz... Nə deyə bilərsiz bu barədə?

- Bilirsən, sən hazırki ədəbi mühitin, hətta belə deyərdim, ən qlobal və həllini hələ də tapmayan bir probleminə, mənimsə belə desək yaralı yerimə toxundun. Bu hər birimizə bəllidir ki, bu gün istənilən bir ədəbi nümunə haqqında yazı yazılırsa, istənilən bir şairin, yazıçının yaradıcılığı ilə bağlı fikir sərgilənirsə demək olar ki, o zaman meyar bədii keyfiyyət yox, şəxsi münasibət götürülür. Bax onda yaradıcılıq şəxsi münasibətlərə məğlub olur. Axı ədəbiyyat dostluq, yoldaşlıq, doğmalıq eləcə də din, sərhəd, hətta düşmən belə tanımır. Ədəbiyyat bədii mətn tanıyır, bədii mətn! Nəinki yazılarda, mətbu orqanlardan tutmuş şifahi nitqlərə qədər bu münasibətlərdən qaynaqlanan ədəbi vicdansızlığı görmək olar. Bəlkə də bu həm də bir insanlıq problemidir.

- Həmin bu kimi qələm adamlarının ədəbiyyata dəxli var ki?

- Təbii ki, əgər istedad sahibidirsə var. Bilirsən, biri var şairin, yazıçının yaratdığı bədii mətn, biri də var, həmin şəxslərin ədəbi mövqeyi. Bunları bir-biri ilə qarışdırmaq lazım deyil. Ona görə ki, ən ciddi ədəbiyyat nümayəndəsi belə mövqeyində vicdansız ola bilər.

- Ciddi ədəbiyyat demişkən, ümumiyyətlə, ciddi ədəbiyyat anlayışı məqbuldurmu sizin üçün?

- Maraqlı mövzuya toxundun. Həmin bu ifadəni mən də istər şifahi nitqdə, istərsə də yazıda işlədirəm. Çünki ümumilikdə elə qəbul edilib. Ancaq açığı belə hesab edirəm ki, əslində, nə ciddi ədəbiyyat, nə də qeyri-ciddi ədəbiyyat var. Yalnız ƏDƏBİYYAT var. Bəs soruşa bilərsən ki, bu anlayış necə yarandı? Düşünürəm ki, ciddi ədəbiyyat anlayışının özü elə qeyri-ciddi ədəbiyyat anlayışından yaranıb. Belə deyək də, ədəbiyyat nümunəsinə bənzəyən nələrsə ədəbiyyat adından tam inkar edilməyib yenə ədəbiyyat adı altında qeyri-ciddi ədəbiyyat hesab edildikdə əksiliyində ciddi ədəbiyyat anlayışı yarandı.

- Şeirlərinizdə bədii fəlsəfə daha çox duyulur... Nə deyə bilərsiz?

- Bir az təvazökarlıqdan kənar çıxmasın, bu, istedad, düşüncə və orijinal baxış vəhdətindən irəli gəlir. Yeri gəlmişkən onu deyim ki, yaranan əsər bir ədəbi hadisə olmalıdı, ədəbiyyat düşüncəsində inqilab etməlidi. Buna novatorluq da deyirlər.

- Ədəbi gəncliyin şeirlərində imitasiya hədsiz şəkildə duyulur. Mənə elə gəlir ki, bu imitasiya elə bir-birlərini oxumaqlarından irəli gəlir. Siz necə düşünürsüz?

- Bəli, səbəblərdən biri də sənin vurğuladığın amildi... Ancaq mənə elə gəlir ki, bunun ən başlıca səbəbi kütləviləşməkdi. Bu günün ədəbi gəncliyi kütləviləşməkdədi. Kütləviləşməksə fərdi və fərqli düşünmək, görmək təfəkküründən məhrum olmağa gətirib çıxarır. Kim o kütləviləşməyi inkar edə bilirsə yaradıcılıqda özünəməxsusluğu ifadə edə bilir. Əks halda yox...

- Sizin üçün şeir yazmaq nədir?

- Həə... Maraqlı sualdı (gülür). Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır.

- Tanrı demişkən, yaradıcı adam üçün keçilməz bir qüvvə ola bilərmi?

- Yenə bu suala hardasa öz tərəfimdən cavab verəcəm. Belə hesab edirəm ki, yaradıcılıq kütləvilik xarakteri yox, bəşərilik xarakteri daşıyır. Ona görə də yaradıcı insanın düşüncəsi heç bir qüvvə qarşısında aciz qalıb, o qüvvəni özünə bütləşdirməməlidi.

- Sizin bu cavabınızdan məndə maraqlı bir sual yarandı. Emil Rasimoğlu üçün Allah var?

- Zaman-zaman mübahisə predmeti olan bir sual verdin (gülür). Bəlkə də o ən böyük həqiqi yalandır, bəlkə də ən böyük uydurduğumuz həqiqətdir. Bilmirəm... Ancaq gəl sənə bir nüansı deyim də... Mən on dörd əsrdən çoxdu Allahı yuxuda görürəm. Həmişə də nədənsə əlləri qanlı, gözləri intiqam hissi ilə dolu, özü isə müharibə geyimində. Yuxuyasa qəti inamım yoxdu, yoxdu, ay Məhəmməd! Nə bilim e...

Birdə ki, vicdanı olan adamın Allah nəyinə gərəkdir axı...

- Əyalətlərdəki ədəbi mühitlə bağlı nə deyə bilərsiz?

- İlk öncə onu deyim ki, ədəbiyyat üçün zaman və məkan anlayışı yoxdur. Ancaq bütün bunlarla yanaşı, yaradıcı insanın inkişafı üçün mühit və şərait mütləqdir axı. Bu mənada əyalətlərdə çağdaş ədəbi mühit zəifdi, bəlkə də heç yoxdu desəm yanılmaram.

- Mühitdən söz düşmüşkən, paytaxtdakı ədəbi mühitdə çirkin qruplaşmalar da var... Nə düşünürsüz?

- Vallah, mən özüm o qruplaşmalardan uzaq olduğum üçün içindən xəbərim yoxdur, çölü də hər kəsə məlumdur.

- Bayaq Allahın varlığı ilə yoxluğunu şübhə altında saxlayırdız, amma indi isə "vallah” deyirsiz. Bunu necə başa düşək?

- Sən də heç nəyi gözdən qaçırmırsan ha... (gülür). Bilirsən, adam bəzən cəmiyyətin dilində də danışır. Həm də bunun kökündə sadəcə insan təhdəlşüuru dayanır.

- O zaman yaradıcı insanın kütlə təsirinə düşmək ehtimalı da var?

- Mən elə deməzdim. Sadəcə yaradıcı insan da digər tərəfdən kütlənin bir üzvüdü axı. Ona görə də düşüncədə olmasa da, ünsiyyətdə bəzən kütlə ilə ortaq olur.

- Ədəbiyyat kütləyə xidmət etmir ki?

- Qətiyyən! Ədəbiyyat kütlənin qəbulu yox, fərdlərin qəbuludur.


Məhəmməd TURAN




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA evdəqal SÖHBƏTİ

“Turana qovuşmaq bütöv Azərbaycandan keçir” - MÜSAHİBƏ

1918-ci ilin 31 mart soyqırımı-soyumayan "Böyük Ermənistan" ehtirası

İranda koronavirusa yoluxmuş körpə dünyaya gəlib

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

Səfir: Çin Azərbaycana epidemiya ilə mübarizədə dəstək göstərməyə hazırdır

BİR ANIN İÇƏRİSİNDƏ... - MÜSAHİBƏ

Kənd müəllimi: “Müəllim olmaqdan zövq almıram” - Müsahibə

İradə TUNCAY: “Yaşadığımız aləm Allahın insanlara sevqi payıdır” - MÜSAHİBƏ

Xəyalə Sevil: "Sevqi - etdiyin günaha dəyməlidir" - MÜSAHİBƏ

Radə Abbas: “Azərbaycan qadınına qarşı baş vermiş haqsızlıqlar...” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2020-04-03
2020-04-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK