Adalet.az | FAL QƏLƏM Adalet.az | FAL QƏLƏM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

FAL QƏLƏM

Nicat Novruzoğlu

12134    |   2017-10-17 15:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Falçılar dəbdədi. Onların fəaliyyətinə nə qədər dırnaqarası yanaşılsada, tənqid edilsədə hələ də içimizdə inamlarını qazandıqları insanlar kifayət qədərdir. Bəzən falçılara güvənən bu insanların avam kateqoriyaya daxil cahillər adlandırsaqda, sonradan bura üz tutanların hansı ali təhsil müəssisəsini qurtardıqlarını və ya hansı rəhbər vəzifədə işlədiklərini öyrəndikdən sonra qalırsan məəttəl. Və içimizdə bu bacarığın nəticəsinin olduğuna bir yəqinlik yaranır. Yəqin falçıların hesabına, gücünə, qələminə bu enişli-yoxuşlu dünyada nəyəsə nail olmaq olur.

Neyniyək, çayı əksinə üzəsi deyilik ki. Camaatımız inanırsa biz niyə şəkk edək? Bəlkə bir köməyi dəydi?

Bu götür-qoy beynimi yeyə-yeyə gedib ağlma çatmışdı. Falçı ağlımdan çıxmırdı. Həm də neyniyim, bir belə problemlərdən yazırıq, danışırıq öz həllini tapmır. Yazdığın problem həll olmadıqca da sənə inam itir. Deyirlər ki, qələminin kəsəri yoxdu. El oba içində biyabır olmuşam.

Bir yolumuz var bir xeyli vaxtdır düzəlmir. Bir xeyli də bu haqda yazmışam. Əlac edən yoxdur. El obada arada məni məsxərəyə qoyur ki, bunada səbəb mənim yazmağından bir şeyin hasil olmamağıdır. Məcburam elə bir şey edəm ki, nəhayət hansısa bir problemi çözəm və hörmətə minəm. Özüdə bu zəmanədə. Hörmətin belinin sürüşkən vaxtında.

Beləcə başladım falçı axtarmağa. Maşallah olsunmu deyim, olmasınmı deyim bilmirəm. Bir onu bildim ki, falçı sarıdan da kalanıq. Axtardıqca tapırsan. Hərəsinində öz dəsti xətti.

Özünə görə ad çıxartmış falçılardan birinin qapısına getdim. Bir xeyli gözlədikdən sonra mənim də qəbul vaxtım yetişdi. Girib içəri o əndrəbazi otaqda dərdimi falçıya anlatdım. Dedim ki, filan kəndin yolu pis gündədir. Mən camaat adından Sizin qapıya gəlmişəm ki, öz mübarək dəsti xəttinizlə bizim yolun açılmasına bir kömək edəsiniz. Amma demədim ki, jurnalistəm və sənin qələməyin çalmasına ehtiyacım var.

Falçı məsələyə o qədər mütəxəssiscəsinə yanaşdı ki, elə bil hər gün yol çəkdirir. Bir stəkan suyu masanın üstünə qoyub dedi ki, bu su sizin yolun açarıdı. Səpəcəksən yola və az bir zamanda müsbət nəticəsini görəcəksən.

Suyu götürüb düzəldim kəndə. O kəndə ki, illərdi yol üzünə həsrətdi.

Suyu gecə yola səpməyə qərar verdim. Dedim qoy kəndçilərim bilməsin ki, mən bu yolu necə çəkdirirəm. Elə bilsinlər ki, o yazdığım tənqidin nəticəsidir ki, yolları yenidən çəkilir. Və əgər çəkilməsədə, o bir stəkan dualı su təsir etməsədə yenə də mənə bir söz gəlməz. Deməzlər ki, ay gic bir stəkan suylada yol çəkərlər. Xülasə suyu səpdim gecənin zülmət qaranlığında yola.

Mən səhv etməmişdim. Bu su səpmədən 5 gün geçməmişdi ki, emailimə məktub gəldi. Kəndçilərimin təşəkkür məktubu. Onlar öz təşəkkürlərini bildirirdilər. Və mənim qələmimin itiliyindən ağızdolusu yazırdılar.

Artıq elimiz obamız məndən danışırdı. Hər yerdə mənə ehtiramla salam verirdilər. Ancaq məni dinləmək, mənimlə məsləhətləşmək istəyirdilər. Xətrimi, hörmətimi bir icra nümayəndəsi daha da artırdı. Belə ki, qonşu kəndin kəndçiləri bildirdilər ki, icra nümayəndəsi bizi cana yığıb. Yola onun əlindən bir yumurta çıxardıb qoya bilmirik ki, sataq dolanaq. Bizə bir əlac elə.

Yenə falçının qapısının önündəyəm. Bir az gözləməli oldum. İçəridə adam var idi. İçəridəkinin çıxanda kim olduğunu görəndə falçıya inamım bir az da artdı. O müxalif siyasətçilərdən biri idi. Deməli müxalifətçilərdə falçıya inanır.

Keçdim içəri. Ədəb ərkanla salamlaşandan sonra ilk öncə yolun təşəkkürünü həm sözlə həm də "konvertlə" çatdırdım. Falçının özündən razı təbəssümünü üzündə görən kimi ürəklənib o siyasətçidən söhbət saldım və nəyə gəldiyini soruşdum. Falçının cavabı qısa oldu: "Başa saldım ki, sənin mitinqinə adam gələsi deyil. Get özünə bir iş tap, bir işlə məşğul ol. Sənin qatarın gedib".

Cavabım qısalığından anladım ki, falçı növbəti səfərimin səbəbini bilmək istəyir. Vəziyyətdən onu agah elədim.

Bu dəfə masanın üstünə içərisində maye olan balaca şüşə qab qoyub "qurd yağıdı. Apar sürt onun kreslosuna, çıxıb getsin kənddən"-dedi.

Doğrusu elə başa düşdüm ki, falçı qurd deyəndə o el arasında soxulcan dediyimiz həşəratı nəzərdə tutur. "O balacalıqda qurd bu boyda kəndin icra nümayəndəsinə necə bata bilər axı?"- sualını düşünən kimi də falçıya ünvanladım. Falçı gülərək bildirdi ki, bu o soxulcan qurdun yox vəhşi qurdun yağıdı. Gözlərim bərəlməsin deyə sıxıb qıyıq vəziyyətdə bir anlanıqlı "həəəə", dalınca da təşəkkürlü və xudahafizli "sağol" deyib çıxdım otaqdan. Açığı yol boyu nə qədər fikirləşdimsədə qana bilmədim ki, bu qurdu hardan tapırlar, onun yağını necə sivirirlər. Belədə ki, mənə lazımdır ki, bu hansı qurdun yağıdı? Əsas odur iş getsin.

Sabahısı icra nümayəndəsinin kreslosunu yağlayıb dalıncada babat bir tənqidi yazı yazdım. 3 günə icra nümayəndəsini vəzifəsindən alıb qoydular qonşu rayonun icra hakiminə müavin. Bizə onun getməyi lazım idi ki. O da alındı.

Yenə xətir-hürmət artdı. Pay pürüş də ki, öz yerində. Salam verən "sənin halalındı" deyib ləyən-ləyən yumurtanı qoyurdu maşınıma.

Xalq məni sevirdi. Hər yerdə söz-söhbətim gedirdi, adım çəkilirdi. Bir yazar kimi günü-gündən ad san qazanırdım. Deyirdilər ki, bunun qələmi faldı. Kimdən, nədən yazırsa vsyo məsələ tamamdı. Day bilmirdilər ki, qələmim fal olan kimdi. Bu minvalla bir xeyli gün gördüm.

Amma bu günündə ömrü var imiş. Elə bil mənə göz dəydi. Yavaş-yavaş əlim işdən, barmaqlarım qələmdən soyumağa başladı. Əvvəl-əvvəl bunu az bir zamanda əldə etdiyim maddiyyatın çoxluğundan yaranmış arxayınçılıq kimi qəbul etsəm də sonradan gördüm ki, yox burda nəysə başqa şey var. Yazmaq deyilən zada yaxın gedə bilmirəm. Həriflər gözümü yorur, canımı alır.

Özümü verdim yenə falçının yanına. Onu vəziyyətdən hali etdim. Falçı gözlərini yumub, başını ora bura çevirib sonrada bərkdən ösgürdü. Sonra isə gözünü açdı və bərəldərək təxminən 1 dəqiqəyə yaxın gözümün içinə baxdı. Deyəsən dərdimi tapmışdı. Sonra yavaş-yavaş dedi: "Səni bağlayıblar". "Necə bağlayıblar, hara bağlayıbalar"?- sualımı həyəcanla falçının gözlərimə dikilmiş bərəlmiş gözlərinə gözlərimi bərəldərək verdim. Falçı mənə canıyanan birisi kimi yüngül ah çəkib sözünə davam etdi: "Hara bağlayacaqlar ki, qıfıla. Sənin şəklini sancaqlayıb, qıfıllıyıb harasa atıblar əgər onu tapıb gətirsən bağlılığını açıb, səni anadagəlmə edərəm. Tapmasan mümkün deyil".

Kor peşman kəndimizə döndüm. Hardan tapacam üstü sancaqlı, qıfıllı şəklimi? Axı məni kim qıfıllayardı ki? Şübhələndiyim kimsə yox idi.

Kəndimizdə isə bağ salınırdı. Axan çayın kənarı ilə. Parkın hələ tam hazır olmamış ərazisi ilə yavaş-yavaş adımlayırdım. Gözüm qıfıllı və sancaqlanmış şəklimi axtarırdı, beynim isə düşmənimi.

Birdən qarşımı iki nəfər kəsdi. Biri kənd bələdiyyəsinin sədri idi, o birisini tanımırdım. Bələdiyyə sədri hal-əhvaldan sonra yanındakını göstərib dedi: "Tanış ol jurnalistdi. Bu parkın salınmasının səbəbkarı. Necə yazdısa bura bir belə texnika töküblər ki, park salsınlar. Zalım oğlunun qələmi fal imiş..."




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK