warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | ATAMBAYEV NİYƏ QALMAQAL QOPARTDI? Adalet.az | ATAMBAYEV NİYƏ QALMAQAL QOPARTDI? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ATAMBAYEV NİYƏ QALMAQAL QOPARTDI?

Mehman Cavadoğlu

22236    |   2017-10-14 10:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qırğızıstan cəmiyyəti prezident seçkilərinin son həftəsinə ölkəni sarsıdan faciəli avtomobil qəzasının yaratdığı şok təəssüratla qədəm qoydu. Ötən şənbə günü səhər saatlarında baş nazirin müavini Temir Cumaqədirovun Toyota Land Cruiser markalı xidməti avtomobili Bişkek-Qara-Balta avtomobil yolunun 36-cı kilometrliyində qarşıdan gələn Kamazla toqquşub. T. Cumaqədirovla birgə onun sürücüsü və köməkçisi də elə hadisə yerində dünyalarını dəyişiblər. Sentyabr ayının 21-dən həm də ölkənin seçki qərərgahınına rəhbər təyin edilmiş vitsepremyer Talas şəhərinə seçki məntəqələrinin hazırlıq vəziyyətini yoxlamaq üçün gedirmiş. Həmin vaxta kimi qərərgaha rəhbərlik edən baş nazirin digər bir müavini namizədlərdən birinin xeyrinə təbliğat aparmaqda suçlanaraq vəzifəsindən uzaqlaşdırılmışdı.

Bu dəhşətli faciədən ən çox sarsılan, deyəsən, ölkənin indiki başçısı Almazbek Atambayevin özü olmuşdu. Qırğızıstan prezidenti təbiətən çox çılğın adamdır. O, "açıq danışmaq”, "sözü birbaşa üzə demək” kimi siyasətçilərin həmişə uzaq durmağa çalışdığı xüsusiyyətləriylə tez-tez gündəmə gəlir. Ancaq onun qəzadan sonra söylədiyi nitqinin emosional ağırlığını təkcə xarakterinin bu cəhətilə bağlamaq düzgün olmazdı. Hiss olunurdu ki, Atambayev konyuktura xətrinə belə danışmır. Prezident həqiqətən sadiq dostunu, yaxın silahdaşını itirmiş bir insan, cavan və perspektivli kadrından məhrum olmuş bir dövlət rəhbəri kimi tam bir kədər və üzüntü içindəydi. Görünür, məhz buna görə də onun bu dəfəki demarşı nəinki bütün diplomatik normaları aşıb keçdi, hətta adi insani münasibətlərin sərhədlərini də vurub dağıtdı. Bir sözlə, gözünü yumub, ağzını açdı və içinin illərlə yığılmış xıltını boşaltdı. Özü də ən yaxın, ən böyük, ən güclü, ən varlı, üstəlik, dini baxımdan eyni, etnik baxımdan... elə bir az yuxarı-aşağı, etnik baxımdan da eyni olan qonşusunun ünvanına.


Atambayevin qalmaqallı çıxışına keçməmişdən qabaq onu da qeyd edim ki, ötən şənbə günü Qırğıstanda məlum avtoqəzadan savayı siyasi gündəmi lərzəyə gətirən digər bir hadisə də baş vermişdi. Bir neçə gün əvvəl seçkilərin hazırkı favoritlərindən biri olan Omurbek Babanovun xeyrinə namizədliyini geri götürmüş Bakıt Torabayovun səs yazısı yayılmışdı. Həmin səs yazısında keçmiş namizəd deyir ki, Babanov prezident seçiləndən sonra mən onunla şərikli biznes quracam. Avtoqəzanın şoku içində olan prezidenti də elə bu söz cin atına mindirib və dövlət mükafatlarının təqdim olunma mərasimində etdiyi çıxışında qəzəbini həmin namizədlərin himayəçisi hesab edilən Nazarbayevin (xatırladaq ki, bu yaxınlarda Qazaxıstan prezidenti Babanovla şəxsən görüşüb) üstünə töküb: "Mən ədalətli seçkilər keçirməyə söz vermişəm və sözümün üstündə duracam. Ancaq bizim ölkəmiz bu cür namizədlər üçün kommersiya boxçasıdır”. Onun sözlərinə görə Bişkekə bu cür namizədləri sırıyan məhz Qazaxıstandır. Qazax siyasi dairələri 2010-cı ildə inqilabla devrilmiş prezident Kurmanbek Bakiyevi çox sevirlər. Bakiyevi hələ də öz bayramlarına dəvət edirlər. Onların ən yüksək səviyyəli rəsmilərinin Bakiyevin Qırğızstandakı həmin 2010-cu il inqilabı vaxtı dinc adamları güllələməsini təqdir etdiklərini şəxsən özüm eşitmişəm. A. Atambayev daha sonra bildirib: "Nazarbayev deyir ki, təkcə Alma-Atanın ümumdaxili məhsulu Qırğızıstanın ümümdaxili məhsulundan 5 dəfə, Qazaxıstanınkı isə 20 dəfə, hər adambaşına düşən illik gəlir isə 10 dəfə çoxdur”. "Bəs, onda niyə pensiyalar 10 dəfə yox, cəmi 1,5 dəfə çoxdur” – deyə Atambayev öz ritorik sualına özü də cavab verir: "Çünki oğurlayırlar. Onlar Qazaxıstanın sərvətlərini oğurlayırlar, bu sərvətlər qazax xalqına çatmır.” O, sözünə davam edərək deyir ki, bizdə adambaşına gəlir indikindən on dəfə çox olsa, pensiyalar da on dəfə artacaq. Bizim qonşu Talas vilayətində heç də onlardan pis yaşamırlar. Qırğız prezidenti bunun səbəblərini söyləməyi də unutmur: "Atambayev onlara pis nümunədir, Atambayev azad və ədalətli seçkilər keçirdir ki, bu da onlar narahat edir. Qazaxıstan rəsmiləri bunu pis nümunə hesab edir və özləri üçün təhlükə sayırlar. "Nazarbayev düz deyir ki, Qırğızıstana gənc prezident lazımdır – deyə Atambayev davam edir. – Bizim prezidentliyə namizədlərimizin ən böyüyü Nazarbayevdən 20 yaş balacadır. Mən özüm isə 16 yaş. İndi kimə, bizə, yoxsa onlara gənc prezident lazımdır?” Sonra o, keçmişə baş vurur və ittihamlarını tarixi müstəviyə keçirdir: "Biz qazaxlarla qardaşıq, qanımız birdir. 500 il əvvəl biz Çingiziləri özümüzə sultan seçdik. Bəzən indi də adama elə gəlir ki, Qazaxıstanı qazaxlar yox, hələ də çingizilər idarə edir”. Daha sonra o, qazax rəhbərliyini qorxaqlıqda suçlayır. "Yüz il bundan qabaq qırılmış qazaxların xatirəsini yad etməyə də cəsarətiniz çatmadı”. Xatırladaq ki, burda söhbət 1916-cı ildə Orta Asiyada çar hökumətinə qarşı qalxmış qiyamda rus əsgərlərinin törətdiyi qırğınlardan gedir. Ötən il Qazaxıstandan fərqli olaraq Qırğızıstanda bu hadisə ilə bağlı geniş tədbirlər keçirilmişdi .

Ümumiyyətlə, son dövrlər Qırğızıstanda müsəlman dünyasına, bir çox postsovet ölkələrinə örnək olası demokratik proseslər baş verir. Ölkədə avtoritar təmayüllərdən uzaqlaşmaq sahəsində mühüm addımlar atılıb, çoxpartiyalı parlament formalaşıb, hakimiyyətin ötürülməsinin dinc və işlək mexanizmləri yaradılıb. Təbii ki, bu proses özünün ilkin və kövrək mərhələsini yaşadığına görə hələlik, oturuşmuş bir demokratik sistemin mövcudluğundan danışmaq tezdir. Cəmiyyətdəki alternativlik siyasi plüralizmdən daha çox yerliçilik, tayfa-klan münasibətlərinə əsaslanır ki, bu da qorxulu tendensiyaların hər an baş qaldıra biləcəyi ehtimalını xeyli artırır. Elə ona görə də indiki prezident seçkiləri ölkənin yeni tarixi üçün çox ciddi bir mərhələ və ciddi sınaqdır.

Seçki kampaniyası sona yaxınlaşdıqca seçki ehtirasları da tam qızışır, siyasi gərginlik öz pik nöqtəsinə çatır. Hətta prezident Atambayev ölkədə iğtişaşlar hazırlanması barədə ciddi informasiyaların olması səbəbindən MDB dövlət başçılarının Soçi zirvəsinə də getmədi. Düzdür, bəzi ekspertlər bunu Qazaxıstan prezidenti N. Nazarbayevlə görüşmək nədir, adicə rastlaşmaqdan belə yayınmaq cəhdi kimi qiymətləndirsələr də, elə həmin ekspertlərin özləri ölkədə hadisələrin hər an nəzarətdən çıxmaq ehtimalının mövcudluğunu da danmırlar.

Startda on nəfərdən çox namizədin qatıldığı seçkilər (bir neçə nəfər kampaniyanın gedişində namizədliyini geri götürüb) finiş xəttinə faktiki olaraq iki favoritlə – hakim sosial-demokrat partiyasının namizədi, prezidentliyə namizəd olandan sonra baş nazir postundan istefa vermiş Sooronbek Jeenbekov və keçmiş baş nazir, Respulika – Ata Yurd partiyasının və parlament fraksiyasının rəhbəri Omurbek Babanovla yaxınlaşır. Sorğu mərkəzləri və ekspertlər hər iki namizədin şanslarını bərabər qiymətləndirir. Namizədlərin arasındakı qarşılıqlı ittihamlar elə istənilən ölkədə keçirilən seçkilərin ruhuna uyğun şəkildə gedir – bir-birlərini nədə gəldi ittiham edirlər. Ancaq S. Jeyenbekovun düşərgəsində olanlar siyasətçidən daha çox oliqarx hesab etdikləri rəqiblərini Qazaxıstanın marionetkası olmaqda, qonşu ölkənin biznes və digər maraqlarını təmsil etməkdə, keçmiş prezident Bakiyevin kriminal klanına bağlılığda ittiham edirlərsə, Babanovçuların hücumları namizədin özündən çox indiki prezidentə qarşı yönəlib. Onlar Atambayevi seçkilərə müdaxilə etməyəcəyi ilə bağlı verdiyi sözü tutmamaqda, S.Jeenbekovun namizədliyini müdafiə etməkdə suçlayır, bütün hakimiyyət resurslarının onun qələbəsini təmin etməyə səfərbər olunduğunu iddia edirlər. Amma Babanovun özü də kampaniyasını tam siyasi müstəvidə aparmır. Məlum avtomobil qəzasından bir neçə gün əvvəl onun qatı tərəfdarlarından biri olan deputat Kanat İsayevin dövlət çevrilişi cəhdində ittiham edilərək həbs olunması göstərir ki, müxalifət də güc resurslarından istifadə etmək imkanlarından məhrum deyil. Çünki deputatın çox ciddi bir ittihamla üzləşməsi dedi-qoduya yox, konkret videomateriala əsaslanır. Artıq ölkədə nümayiş etdirilmiş həmin videoda K.İsayevin iğtişaşlar törətmək üçün cinayətkar ünsürlərə pul paylaması səhnələri öz əksini tapıb. Namizədin hər seçki məntəqəsinin qarşısına 200-300 nəfər adam toplaşmasının vacibliyi ilə bağlı aramsız müraciətləri də elə bu planın tərkib hissəsi kimi yozulur.

Üzümüzə gələn bazar qırğız xalqının növbəti vacib sınaq günüdür. Bu sınaqdan uğurla çıxmaq ölkənin demokratik inkişafı yolunda çox vacib mərhələ olacaq. Allah eləməmiş, başqa senarilər işə düşsə, indiyə kimi əldə edilənlər də məhv olacaq. Yaxın tarixin təcrübəsi göstərir ki, bu ölkədə qazan qaynayıb daşanda çox yeri yandırır.





İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK