ANA SƏHİFƏ / AVTOMOBİL

Yol polisi sürücülərə müraciət etdi: "Diqqətli olun"

46353    |   2017-10-04 16:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Faktiki hava şəraiti ilə bağlı Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Adalet.az xəbər verir ki, idarənin bölmə rəisi, polis-polkovniki Vaqif ƏsədovTrend-ə bildirib ki, bu cür hava şəraiti ilə əlaqədar sürücülər həddindən artıq diqqətli olmalıdırlar.

O deyib ki, faktiki hava şəraiti ilə əlaqədar bu gün səhər saatlarında paytaxtın bir sıra küçələrində avtomobillərin hərəkətində maneələr yaranıb ki, bu da sıxlıqla nəticələnib: "Hava şəraiti ilə bağlı yollarda avtomobillərin hərəkətində problemlər yaransa da, yol polislərinin səyi nəticəsində hərəkət tənzimlənib. Yol polisləri hazırda yollarda fasiləsiz xidmət aparır, hərəkətin normal olmasına çalışırlar".

V.Əsədov qeyd edib ki, hazırda paytaxtın Nizami rayonunda, M.Abbasov küçəsində yolun çökməsilə əlaqədar yol bağlanıb və avtomobil sürücülərindən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər: "Daha bir problemli yol isə Rəsulzadə qəsəbəsindən Binəqədi istiqamətinə gedən yoldur. Həmin yolda təmir işlərinin aparılması, kommunikasiya xətlərinin çəkilməsi prosesinə hazırlıq gedir. Ona görə də, sürücülərdən xahiş olunur ki, alternativ yollardan istifadə etsinlər".




İmza:
SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK