ANA SƏHİFƏ / YAZARLAR

ÜRƏK HƏKİMİYLƏ ÜRƏK SÖHBƏTİ

Əbülfət MƏDƏTOĞLU

13787    |   2017-10-03 17:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Professor Qalib Qarayevə gecikmiş etirafım


Həyatın mənim üçün yazılan səhifələrində onun da adı var. Özü də böyük hərflərlə yazılıb. Böyük və diqqətçəkən bir rənglə. Hardan baxsam o adı görürəm və kimdən soruşsam o adın sahibini tanıyır. Demək bu da ondan xəbər verir ki, yazılan səhifə elə-belə nəyinsə xatirinə deyil. Ömrün bir naxışıdı, ömrün bir anıdı. Özü də elə naxış, elə andı ki, o, südlə gəlib sümüklə çıxacaq bir missiyanı daşıyır özüylə...

Bəli, mən onu tanımaqda, yəni üz-üzə dayanıb əlini sıxmaqda çox gecikmişdim. Kifayət qədər çox! Əgər indiki ağlım olsaydı, heç nəyə baxmazdım. Gedərdim, arayardım, tapıb sıxardım əllərini və deyərdim ki, sizi tanıdığıma, sizinlə tanış olduğuma və ən vacibi sizin insanlara şəfa verən əlinizi sıxdığıma görə xoşbəxtəm...

Gecikdim. Lakin bu gecikmənin mənə məlum olmayan səbəbini başqa bir dostum, ağsaqqal qardaşım Şirxan Adıgözəlov qaldırdı ortadan. Günlərin bir günündə biz üz-üzə oturduq və bir-birimizin şərəfinə xoş sözlər dedik. Bax, həmin o günü mən fəhmlə duydum ki, gecikməyimə baxmayaraq, bu adı yaddaşıma yazdığım kimi, ömür yoluma da Tanrı qələmi yazıbmış. Özü də elə qələmlə yazıbmış ki, əvvəldə dediyim kimi, onu görməmək mümkün deyil...

Bu il barəsində söz açdığım Qalib həkimin 70 yaşı tamam oldu. Onda da oturdum, düşündüm. İstədim ki, durub gedim qapısına - bir qom güllə, ya bir qələmlə, ya bir kitabla. Deyəm ki, hörmətli professor, dəyərli həkim, gəlmişəm Sizi təbrik etməyə. Amma yenə gecikdim... Bu dəfə gecikməyimin bircə səbəbi oldu. O da duyğularımın, ürəyimin hökmünü gerçəkləşdirmək üçün uyğun məqam seçə bilməmək. Görünür, bu mənim şanssızlığımdı. Yaxud hardasa qəti qərar verə bilməməyimin nəticəsidir. Amma hər nədisə zənnimcə, bu, yaxşı bir iş deyil. Əslinə qalsa, qəbahətdi. Boynuma alıram, etiraf edirəm. Ona görə də bu yazını yazmağa başlayanda təqribən 2 ay düşünmüşəm. Necə yazım, hardan başlayım, hansı sözləri seçim... Axı, məclislərdə görüşüb-öpüşdüyüm, telefonla tez-tez narahat etdiyim, adının işığına uçduğum bir insanın barəsində yazı yazmaqdı istəyim...

Ataların bir müdrik kəlamı var. Həmin o müdrik kəlamda deyilir ki, "istəyin hara, mənzilin də ora". Mən bu kəlamı yazdığım yazıya bünövrə saymıram. Amma ipucu hesab edirəm. Çünki mənim qəhrəmanım da öz istəyinin dalınca gedibdi. Özü də onun yolu Füzuli rayonunun Qarğabazar kəndindən başlayıb. Onda 1947-ci il idi. Sovet-alman müharibəsi yenicə bitmişdi. Adamların çöhrəsində təbəssüm olsa da, təhnələri boş, problemləri isə həddindən artıq idi. Amma buna baxmayaraq, üz-gözlərindəki sevinc onlara ümid verirdi. Elə bir ümid ki, Qalib müəllim o ümidin ətəyindən tutub gələcəkdi Bakıya. Çünki həmin kənd məktəbini uğurla başa vuran Qalib Qarayev qarşısına məqsəd qoymuşdu - həkim olacaqdı! Bunun üçün həm onun iradəsi, həm də orta məktəbdə aldığı biliklər kifayət edirdi. Bax, istəyin dalınca getmək, istəyin tuşlandığı mənzilə çatmaq da beləcə göyərdi, belə çiçəklədi, beləcə, qol-qanad açdı. Füzulinin rayon mərkəzindən çox da uzaq olmayan həmin o məşhur Qarğabazar kəndindən başlayan yol onu o vaxtkı Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna gətirib çıxardı. Həmin sevinci ailəsinin, doğmalarının, xüsusilə anasının və özünün necə yaşadığını, necə Tanrı duaları ilə dəyərləndirdiyi unudulmaz bir andı. Adətən kəndin ağır həyatını yaşayan, onun maraqlı, həm də hərdən adamı, xüsusilə uşaqları bezdirən təsərrüfat işləri orta məktəbi bitirənlərə "bu aləmdən qaçıb qurtarmağa" bir imkan yaradır. Təbii ki, həmin o "qaçanlar" ali məktəblərə qəbul olunanda və yaxud hansısa bir uğurlu işin qulpudan yapışanda kənddə qalanlar da sevinir, bu işin sahibi olanlar da. necə deyərlər, sevinc sevincə qarışır. Bax, Qalib Qarayev də təkcə kəndin qayğılarından qurtardığına görə yox, həm də öz istəyinə qovuşduğuna görə, müəllimlərini də, doğmalarını da özü qədər sevindirə bilmişdi. Üstəlik, tələbə kimi də həm institut daxilində, həm onun hüdudlarından kənarda qazandığı uğurlar və bu uğurların xoş sədası kəndin mövzularından birinə çevrilmişdi. Hər kəs fəxrlə Qalib Şalon oğlu Qarayev məhz Füzulidə, özü də Qarağabazar kəndindən olduğunu fəxrlə dilə gətirirdi. Axı, ADP-nin tələbəsi olan Qalib Qarayev 1970-ci ildən SSRİ tələbələrinin müsabiqəsində "Ürəyin işşemik xəstəliyinin cərrahi müalicəsi" adlı eksperimental tədqiqatı ilə bürünc medal qazanmışdı. Bu da onu deməyə əsas verirdi ki, artıq Azərbaycan tibb elminin tarixinə bir iz düşürdü, bir ad yazılırdı. Artıq gün kimi aydın idi ki, Qalib Qarayev bu elmin ağrılı, amma şərəfli yolunda öz izini açacaq, öz sözünü deyəcək. Ona güvənənlər yanılmadılar. Qalib Qarayev çox qısa zaman ərzində öncə keçmiş Leninqrad şəhərində, sonra SSRİ-nin digər şəhər və paytaxtlarında özünün qarşısına qoyduğu məqsədə çatdığını sübut edən elmi müdafiələr, elmi titullar... sonra böyük dünyaya çıxışlar və nəhayət... bugünkü əməkdar elm xadimi, tibb elmləri doktoru, Qalib Şalon oğlu Qarayev zirvəsi!..

Bu gün professor Qalib Qarayevin adı, daşıdığı vəzifə təkcə onu tanıyanlara deyil, bütün tibb aləminə məlumdur. Mən professorun ölkə hüdudlarından kənarda qazandığı uğurları, onun bir pedaqoq-alim kimi yetirmələrini və ümumiyyətlə, tibb elminə verdiyi böyük töhfələri saymaq fikrində deyiləm. Çünki bu insanın həyat yolu özü bir məktəbdi. Bu yazını yazmaqda da məqsədim böyük alimimizi, görkəmli elm xadimimizi tərifləmək deyil. Onun heç buna ehtiyacı da yoxdu. Sadəcə mən bu yazını ürəyimin illərdən bəri mənə pıçıldadığı fikirləri sözə çevirmək üçün yazıram. Çünki mənim aləmimdə Qalib həkim sənətiylə şəxsiyyəti üst-üstə düşən, hətta xarici görkəmi, üzünün-gözünün təbəssümüylə həkimliyi üst-üstə düşən adamdı. Onunla oturub söhbət edəndə şəxsən mən ağrının nə olduğunu unuduram. Hətta dəfələrlə içimdə qərar vermişəm ki, Qalib həkimdən ürək problemlərimlə bağlı hansısa suallara cavab istəyim. Amma görüşüb söhbətə başlayanda hər şeyi unutmuşam. Çünki Qalib həkim o qədər müsbət aura yaradır, özünün sözüylə birlikdə adamı elə bir nöqtəyə qaldırır ki, sanki yerdən qopub ayrılırsan - sanki bir ağrısız-acısız, qayğısız bir mühitə düşürsən. Mənə elə gəlir ki, Qalib həkimin tibbdə qazandığı uğurların arxasında onun şəxsiyyətinin bu qədər işıqlı olması dayanır. Mən tərəddüdsız onun ürəyində bir işıq yuvasının, bir günəş parçasının bərqərar olduğunu dilə gətirə bilərəm. Və bir də...

Bəli, mən yazımın əvvəlində vurğuladım ki, onunla şəxsi tanışlığımın yaşı o qədər də böyük deyil. Amma onu mən hələ 1980-ci ildən tanıyıram. Bir mətbuat işçisi kimi Sovet dönəmi çərçivəsində Azərbaycanın tibb elmində baş verən yenilikləri zaman-zaman izləmək imkanım olmuşdu və onda Qalib müəllimin sorağını eşidib adını yaddaşıma yazmışdım. Sonra onu Qarabağ hadisələrinin ilk mərhələsində Füzulidə olan ziyalıların toplantılarında gördüm, çıxışlarını dinlədim. Necə deyərlər, vətənlə bağlı çıxışlarını dinlədim. Və yaddaşıma yazıb bir eloğlu kimi qürur duyduğum alimin təkcə öz sahəsində yox, həm də cəmiyyətdəki vətəndaşlıq mövqeyinin də bütövlüyünü anlayıb ona olan sevgimi bir az da bülövlədim. Və bu gün bütün bunları xatırlamaqla mən Qalib müəllimə üz tuturam:

- Siz həkim kimi də, alim kimi də, xüsusilə İNSAN və VƏTƏNDAŞ kimi də mənim üçün və Sizi tanıyan hər kəs üçün əzizsiniz, dəyərlisiniz! Sizinlə fəxr etdiyimiz üçün biz də qürur duyuruq!

...Və nəhayət, Qalib həkim, bu yazı heç də Sizin 70 yaşınıza mənim hədiyyəm deyil. Çünki mən Sizə layiq olacaq hədiyyəni hələ tapa bilməmişəm. Amma bu yazı mənim ürəyimin illərdən bəri özüylə gəzdirdiyi və Sizə deməyə uyğun məqam tapmadığı fikirlərdi, özü də pıçıltı formasında. Nəhayət ki, o pıçıltıları mənsözə çevirməyə çalışdım. Amma hiss edirəm ki, hələ hamısını deməmişəm. İnşallah, ürəyimdə sizə deyəcəklərimin qalanlarını Füzulidə, Tuğda üz-üzə danışarıq. Buna ümid edirəm!..




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK