ANA SƏHİFƏ / YAZARLAR

ÜRƏYİM PARTLAYIR…

Faiq QİSMƏTOĞLU

22891    |   2017-09-29 14:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Bəzən elə hadisəylə və elə məqamla üzləşirsən ki, adamın onda hövsələsi daralır, səbri azalır. Və hətta ürəyimiz o qədər sıxılır ki, elə bilirik bu dəqiqə o yerindən çıxacaq, partlayacaq. Ürək partlamasın neyləsin? Bir də görürsən ki, hansısa ziyalı, alim, professor, hətta akademik dilin saflığı haqqında, təmizliyi barəsində danışanda elə özü ən böyük xətaya, səhvə yol verir. Hansı ki, həmin ziyalı, akademik qaldırdığı və toxunduğu problemlər çox düz olur, amma sadəcə olaraq özü də danışarkən əcnəbi sözlərdən, yabançı ifadələrdən istifadə eləyir.

Elə sözlər var ki, o, beynəlxalq sözdü və dilimizdə vətəndaşlıq hüququ qazanıb. Amma buna baxmayaraq, həmin sözün də istənilən qədər sinonimi, loru dildə demiş olsaq, oxşarı var. Təəssüf ki, bizim bəzi savadlı ziyalılarımız terminlə danışmağı və xarici dillərdən daxil olmuş ifadələri işlətməyə daha çox həvəs göstərirlər.

Yadıma böyük yazar Üzeyir Hacıbəyovun felyetonlarından biri düşür. Biri molladan soruşur ki, molla əmi, müsəlmana qəzet oxumaq haramdı, yoxsa halaldı? Molla da deyir ki, qəzet oxumaq müsəlmana yaraşmır və haramdı. Və həmin adam gedib bir intellegent tapır ona da bu sualı ünvanlayır. İntellegent də deyir ki, baxır hansı qəzeti oxuyasan. Əgər mən müsəlman qəzetlərini oxusam, onda əcnəbilər deyər ki, bu vəhşi müsəlmandır. Baxmayaraq ki, ermənilər, gürcülər öz qəzetlərini oxuyurlar və buna görə də heç utanmırlar. Ancaq mən rus qəzetlərini oxuyuram və ruslar da görəndə deyir ki, bu vəhşi müsəlman deyil, abrozovonnu müsəlmandı…

Görürsünüzmü, XX əsrin əvvəllərində hətta bəzi dırnaqarası ziyalılarımız öz qəzetimizi oxumağı təhqir sayıblar və deyiblər ki, qoy biz xarici qəzetləri oxuyaq, ona görə də əcnəbilər bizə hörmətlə yanaşsınlar…

Bizim millət həmişə özünü yox, əcnəbini düşünüb. Və bu əcnəbilərin qarşısında az qala ürəyimizi çıxarıb onlara vermək istəyirik. Amma bu əcnəbilərin bir balaca imkanı olanda heç bizimkiləri adam yerinə də qoymurlar. Məsələn, indi Afrikadan və eləcə də digər uzaq ölkələrdən qaradərili adamları gətirib bəziləri az qala bizim gözümüzə soxmaq istəyirlər. Onların bir çoxunu şadlıq saraylarının qapısının ağzında əllərində bizim qalxan və nizəmiz durduğunu görürük. Guya bununla da kimlər isə bir yenilik edir, ora gələnləri sevindirirlər. Vallah, bu «yenilik» bizə ziyandan başqa heç bir xeyir gətirmir.

Elə bil mətləbdən bir az uzaqlaşdıq. Adam bəzən özündən asılı olmur, hissə qapılır və bu hiss də götürüb onu aparır ucu-bucağı görünməyən bir aləmə. Axı biz dilin saflığından danışııdıq. Müxtəlif televiziya kanallarında bu mövzu ilə əlaqədar tez-tez verilişlər hazırlanır və tamaşaçılara təqdim olunur.

Bir ay bundan qabaq isə belə verilişlərdən biri adını çəkmək istəmədiyim hörmətli kanallarından birində efirə getdi. Sözün düzü, veriliş mənim çox xoşuma gəldi. Çünki burda Azərbaycan dilinin saflığından, təmizliyindən və duruluğundan söhbət açılırdı. Verilişə dəvət olunanlar da ölkənin tanınmış alimləri, ziyalıları və ekspertləri idi. Onlar mətbuatda işlədilən əcnəbi sözlərlə bağlı çox maraqlı fikirlər səsləndirirdilər. Bu fikirlərin hamısı məqbul sayıla bilər.

Amma məni bir yazar olaraq ən çox narahat edən aparıcıdan tutmuş verilişin ekspertlərinə qədər hər birinin tez-tez «mətbuat» sözü əvəzinə «media» ifadəsini işlətməsi idi. Bu gün sanki mətbuat sözünü işlətmək və yada salmaq çoxlarının yadından çıxıb. Mən heç cürə başa düşə bilmirəm: məgər «media» sözü «mətbuat» ifadəsindən daha yaxşı səslənir, yoxsa orijinal görünür? Vallah, dilin rəvanlığı, səlisliyi və şirinliyi baxımından «mətbuat» ifadəsi daha yaxşı səslənir. Bəlkə də mən fikrimdə yanılıram? Amma gəlin ədalətlə deyək ki, Azərbaycan mətbuatının bünövrəsini qoyan Həsən bəy Zərdabi bu addımı atmaqla yeni bir mərhələ yaradıb. İndi biz deyək ki, «Əkinçi» mediası öz dövrünün aynası olub? Bu ifadə nə dərəcədə kobud səslənir, onu hörmətli oxucunun hər biri yaxşı duyur. Onu da başa düşmək olmur ki, «mətbuat tariximiz» ifadəsinin yerinə, «media tariximiz» söz birləşməsini işlətsək, görün necə pinti bir deyim alınır.

Biz univertitetdə oxuyanda jurnalistika fakültəsində «mətbuat tarixi» kafedrası vardı. Və həmin kafedranın da müdiri səhv eləmirəmsə, böyük yazıcı- jurnalist və alim Şirməmməd Hüseynov idi. Onda gəlin bu kafedranın da adını dəyişib belə qoyaq: «Azərbaycan media tarixi». Görürsünüzmü, istər-istəməz «media» ifadəsi o iki sözə xələl gətirir. Yəni o iki sözün şirəsini, ürəyini, qaymağını itirir.

O verilişlə bağlı ekspertlərdən birinə öz iradımı da bildirdim. Hörmətli tanınmış ziyalı da dediklərimlə razılaşmalı oldu. Mən burda amerika kəşf eləmirəm. Sadəcə olaraq, dilin saflığından danışırıqsa, birinci biz jurnalistlər sözün saflığını qorumalıyıq. Ondan sonra kimdənsə bunu tələb eləyə bilərik.

Televiziyalarda bu gün də həmin səpkili verilişlər efirə gedir. Və yenə tez-tez «media» ifadəsini işlədirlər. Ən qəribəsi budur ki, bu «media» ifadəsini işlədənlər ölkənin tanınmış jurnalistləri, qəzet redaktorları və yazarlarıdır. Və tanınmış qəzet redaktorlarının, yazarlarının hamısı da mənim dostumdur. Sadəcə olaraq, dost dostun da çatışmayan cəhətini, qüsurunu deyəndə o əsl dost olur. Dahilərdən kimsə deyib: «Dostunu çox istəyirsənsə, onu tənqid elə. Düşmənini məhv eləmək istəyirsənsə, onu təriflə».

Mən də elə oldu ki, uzun müddət narahat olduğum və ürəyimi partladan bu məsələni qələmə aldım. Bilmirəm, bundan mənim qələm dostlarım inciyəcək, xətirlərinə dəyəcək, yoxsa yenə əvvəlki kimi televiziya çıxışlarında tez-tez «media» ifadəsini işlədəcəklər?

Bizim Azərbaycan dilinin şirinliyi, lakonikliyi və gözəlliyi həmişə seçilib. Və bu dilin şirinliyini də, lakonikliyini də biz yazarları qorumalı, dilimizin lüğət tərkibini zənginləşdirməliyik. Amma biz isə bəzi hallarda bu böyük mətləbdən uzaq düşür, əcnəbi sözlərin aludəçisi olur və nəticədə onu tez-tez işlətməklə gözəl Azərbaycan dilinə xələl gətiririk.




İmza:

YAZARIN ARXİVİ

2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK