ANA SƏHİFƏ / YAZARLAR

Gəzməyə qərib ölkə?..

Əbülfət MƏDƏTOĞLU

7231    |   2017-09-28 23:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəs ölməyə?..

Dünya bu gün öz qayğıları ilə, öz qlobal məsələləri ilə məşğuldu. Özü də bu məsələlər, bu problemlər həm böyük maliyyə tələb edir, həm də böyük əqli potensial. Bax, belə bir vaxtda bizim də özümüzə görə problemimiz var. Bütün mətbuat gecə-gündüz ancaq məktəbli formasından yazır. Valideyndən tutmuş müəlliməyə, müəllimədən tutmuş məktəb direktoruna, ordan Bakı Təhsil İdarəsinə, oradan da lap Təhsil Nazirliyinə qədər hər kəs bu məsələ ilə bağlı bu gün mətbuata açıqlama verir, irad və təkliflərini dilə gətirir. Hətta bu işə QHT-lər də qarışıb. Onlar da çoxuşaqlı ailələrin məsələsini atıblar ortaya. Deyirlər ki, bu ailələrə məktəbli forması əldə etmək üçün güzəştlər etmək lazımdır. Nə isə... Problemimizi görürsünüz də?..

Mənim yaşıdlarım, hələ bir az da məndən cavanlar 1 sentyabrı yaxşı xatırlayırlar. O vaxtlar heç bir göstəriş, tapşırıq olmadan hər kəs evdə olan, bəzən də özündən böyük qardaş-bacısından qalan nimdaş da olsa ağ köynəyini, qara şalvarını ütüləyib yollanırdı məktəbə. Özü də yeganə bir məqsəd var idi ki, üst-baş təmiz olsun, məktəbə gedən hər kəs öz səliqəsi ilə başqalarından fərqlənsin. Yəni onda biz daha çox dərs vəsaitlərinə, ləvazimatlara diqqət yetirirdik, çantamızın hansı rəngdə olması, üstünə kimin şəklinin yapışdırılması o qədər də əhəmiyyətli deyildi. Müəllimlər bizdən səliqə, valideynlər bizdən, səliqə və hər ikisi də birlikdə bizdən bilik tələb edirdilər. Məqsəd oxumaq, öyrənmək idi. Və bu məqsəd də indiki kimi mətbuatın probleminə, ölkənin bir nömrəli məsələsinə çevrilməmişdi.

Həyat axarı ilə gedirdi, biz oxumağa, öyrənməyə can atırdıq, dırnaqlarımızdan tutmuş saçımıza qədər hamısını səliqəli saxlamağa, nümunəvi olmağa çalışırdıq. Görünür içimizdəki bu özünütərbiyə bizi çox şeylərdən, yəni məktəbliyə dəxli olmayan ətrafdan ayırıb kitablara, sinif otaqlarına, oxu zallarına bağlamışdı. İşimiz-gucumuz oxumaq, elmi disskusiyalar, mübahisələr etmək, müəllimlərimizin, valideynlərimizin sevimlisi olub könüllərini xoş etmək idi. Əslində bununla biz özümüz öz taleyimizi müəyyənləşdirirdik. İndi sular axdı, zaman dəyişdi və...

İndi 1 setyabr var, amma ilk dərs günü deyil. Bizim kimi heç kim daha 1 sentyabrı gözləmir. İndi 15 sentyabr bayramıdı, o qabağa düşübdü. Amma bu 15 sentyabr yalan olmasın 15 də problem gətirib valideynlərə, məktəblərə, uşaqlara. O problemləri saymağa ehtiyac yoxdu, hər kəs bilir. Sadəcə mən durub onları saysam, elə əvvəldə dediyim məmləkətin problemini qabartmış olaram. Amma istəmirəm. Onsuz da o problemi efirdə də, ekranda da, mətbuatda da hər gün təkrarlayırlar. Özü də ən azı sentyabrın axırına kimi təkrarlana-təkrarlana da gedəcək. Mən isə özümün, yaşıdlarımın 1 sentyabrını yaddaşımda təzələyir, ötənləri gözümün önünə gətirir və bir vaxtlar yazdığım misraları xatırlayıram.

Bir uşaq həvəsi gizlənib məndə
Onun bir damarı baldı elə bil
Hər il sentyabr ayı gələndə-
İlk dərsdən dilim də laldı eləbil...

Partalar önümdə keçilməz çəpər
Yazı taxtası da sorğu meydanı
Xərtədən baş açmaq özü birtəhər -
Gəzmək fürsətidi qoca dünyanı...

Hər gün təkrarlanır vurma,həm bölmə
Dilə çətin yatan sözlər də nə çox...
Mən çaşıb qalanda,sən baxıb gülmə -
Sənin də sorğudan qaçmaq yerin yox!..

Fənlər əvəzlənir, saatlar ötür
Hər müəllim bir qapı açır üzümə
Mənim yaddaşımda imtahan gedir -
Bir qiymət tapmıram yazım özümə...

***
Məmləkətimizin coğrafi sərhədləri mənə bəllidi. Mən bu sərhədlərin daxilində az-çox gəzib-dolanmışam. Və hər səfərdən də özümə görə müəyyən təəssüratlarla qayıtmışam. Onların içərisində könül açanı da olub, ürək ağrıdanı da. Amma bütün hallarda bu təəssüratlarda nə vətəni, nə məmləkəti, nə onun coğrafiyasını, nə də bütün bunlar üçün məsuliyyət daşıyan səlahiyyət sahiblərini günahlandırmamışam. Çünki mən də bu məmləkətin bir sıra nəfəriyəm və günahlandırmağa qalsa, elə mənim də payıma yetərincə günahlar düşür. Ən azı ona görə ki, mən də öz yerimdə, öz yaşımda, öz gücüm daxilində etməli olduğum xidmətlərin hamısını təbii ki, yerinə yetirməmişəm. Buna da ya gücüm çatmayıb, ya imkanım, ya da laqeydlik göstərmişəm. Bir sözlə, günahlar içərisində mənim də günah payım var. Lakin bu isti yay günlərində mən bir gerçəkliyin şahidi oldum. Bu təəssürat məndə belə bir fikir formalaşdırdı ki, biz özümüz özümüzü yaxşı tanımadığımız kimi, məmləkətimizi, onun coğrafiyasını da yaxşı tanımırıq, bilmirik.

Bakı əməlli-başlı qır qazanına bənzəyirdi, asfalt adamı ütürdü, havasızlıq nəfəs almağı çətinləşdirir, insanı sudan çıxarılmış balıq halına salırdı. Bu ilki yayın istisini ancaq bu cür xarakterizə etmək olar. Təsəvvür edin ki, bu yay istilər lap vurub kəllə-çarxa çıxmışdı. Bax, belə bir məqamda bir dost yardımı ilə dağlara üz tutdum. Paytaxtdan 6-7 saatlıq bir məsafədə olan o dağlarda mən az qala yay fəsli olduğunu, Bakının od-alovu içərisindən gəldiyimi bir andaca unutdum. Gördüm ki, bu yerlərdə insanlar arın-arxayın, istidən tıncıxmadan öz işilə, gücüylə məşğuldu. Elə bil ki, Gədəbəy dağlarının, meşələrinin, bulaqlarının nə Bakıdan, nə də burda tüğyan edən isti havalardan xəbəri yoxdu. Bəlkə də kimlərsə dediklərimlə razılaşmayacaq, amma şəxsən mən avqustun qora bişirənində Gədəbəyi belə gördüm. Bulaqlarının suyunda barmaq göynəyir, yarpızının dadında həyatın elə məqamları, elə anları xatırlanır ki, dərhal uşaqlığa, Tuğda keçən günlərə, Quru çayın sahilinə qaçmaq istəyirsən...

Doğrudan da biz ağıllı kəlamlar söyləməkdə nümunə göstərilə bilərik. Çünki atalarımız daha çox hikmətli sözlər deməklə məşğul olublar. Məsələn, deyiblər ki, "ev buzovundan öküz olmaz". Və yaxud "gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" və s. İndi özünüz fikirləşin, Azərbaycanın cənnət guşələrini unudub, gəzməyə qərib ölkəni üstün bilənlər daha necə olmalıdılar. Axı atalar deyib ki, gəzməyə qərib ölkə!.. Mən Gədəbəydə olanda gördüm ki, gəzməyə də, lap elə uğrunda ölməyə də doğulduğun yer, yaşadığın məmləkət daha önəmlidi. Çünki onun hər şeyi var. Sadəcə onu görmək, sərhədlərdən kənarda xalqdan gizli günlər keçirmək istəyindən bir anlıq daşınmaq lazımdı. Onda həmin o xaricdəki xəstəsi olduğumuz gözəllikləri, istirahət günlərini məmləkətə gətirmək, burada da yaratmaq çox asan olar.

Qaya bəxtim, duman səndən gen durmur
Bulaq ömrüm, içilirsən anbaan
Yaşıl yamac, boyum sənlətən durmur -
Ovulursan, kiçilirsən anbaan...

Mən səninlə öyünürəm,qarlı dağ
Gör bir necə böyüyürsən,qarlı dağ!
Geniş orman, qalın meşə,barlı bağ -
Hər anınla seçilirsən anbaan.

Otlu cığır, itən çəhlim, daşlı yol
Kim unutdu, kim təzədən açdı yol...
Mən keçdikcə səni, gözü yaşlı yol -
Düz boyuma biçilirsən anbaan.

Hər çiçəyi, hər böcəyi,hər quşu
Sevə-sevə izləyirəm gərdişi...
Ay Əbülfət, təbiətdə hər işi -
Varlığına köçürürüsən anbaan...

***
Bu məmləkət həmişə özünə problem axtarır, tapmayanda da özü yaradır. Amma nədənsə yaratdığı problemin ya ölçüsünü, ya çəkisini, ya da bütövlükdə əndazəsini unutduğundan sonradan onunla əlbəyaxa qalır. Bütün bunlar mənim kəşfim deyil, həyatın bir gerçəkliyidi.

O gerçəkliyin içərisində mənim üçün yayın isti günlərində bir məqam bütün çılpaqlığı ilə bəlli oldu. Anladım ki, qayğılardan, yorğunluqlardan və nəhayət qaçmaq istədiklərimdən çox da uzaqlara getməyə ehtiyac yoxdu. Eləcə öz dağlarımıza, öz sərin və möcüzəli guşələrimizə çəkilmək kifayət edər. Orda təbiət özü insanın ruhunu da rahat edir.

Yorğunluq çıxdı candan
Ruh candan çıxan kimi
Əyildim bulaqlara
Dadına baxan kimi.

Lap özümü unutdum
Bilmədim ki, buluddum.
Baxışımla qurutdum-
Köksümə sıxan kimi.

Hər qaya bir ərəndi
Gözüm göyə dirəndi.
Xoşbəxt səni görəndi-
Sübh günəş doğan kimi!..

... Hə, özünə problem yaradan soydaşım, problemlərin çoxluğu sənə bu məmləkəti unutmaq haqqını vermir. Başın nə qədər qarışıq olur, olsun, hərdənbir gözünü uzaqlardan çək, necə deyərlər, özünə qayıt, özünə bax. Yəni bu məmləkətin coğrafiyasına...



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK