Miqr - A - siya

İRADƏ TUNCAY
2718358 | 2017-09-24 13:28

Sözüparçaladım parçalamağına, amma A hərfindən başqa o biri hissələrin nəsə bir işəyarayacağından əmin deyiləm. Latınca migratio - köç, məskən dəyişmək anlamınıverir. Latıncadısa, Roma yada düşür.Roma yada düşürsə, imperiyamı, fəthlərmi,işğalmı, əzilmiş xalqlarmı, köhnə dünyamı, yeni dünyanın yaranmasımı... nəsəyada düşür. Hər halda, Roma əsas roldadı. İndi miqrantlar Romanı işğal edib. Və sonra nəolacağı məlum deyil. Və bir də Asiya....

Miqrant ölkəyə gələn, emiqrant ölkədən gedənədeyirlər. Beynəlxalq miqrasiya təşkilatının hesabatına görə, 2010-cu ildə dünyaəhalisinin 3,1 faizi, yəni 214 milyon adam miqrasiya edib. BMT-nin 2013-cü il məlumatlarınagörə isə 3,2 faizdi bu rəqəm. Həmin illərdənsonra çox sular axıb. Yəni sularda çox miqrantlar batıb. (Günaha batmaq da istəmirəm,amma bu batmaqlar da humanitar yardım çərçivəsində olunur elə bil. Rezinqayıqda risk edib dənizə çıxanları elə dənizin ortasında bir gəmi qarşılayır,ya da qarşılamır. Pulu öncədən ödəyirlər. Pul alınıb, amma kimdi maraqlanan? Rəsmi bir sənəd yoxdu axı. Min nəfərdən şansı olan yüz adamgedib çata bilər bəlkə. Bu da yenidövrün biznesidi. Miqra-biznes). Bu dərinliyin ən pik hündürlüyü isə 2015-ciilin payına düşür. Avropa qərbiAfrikadan gələn köçkün selinə adətkarda olmuşdu bir növ, amma 2015-ci ildaşqını onları da çaşqın duruma salmışdı. Həmin vaxt kiçik qayıqlarla, sallarlaAralıq dənizi vasitəsiylə gəlib xəyal ölkələrinə çatmaq-gələnlər üçün ümididisə, qarşılayanlar üçün böyük problem idi. Və bunun qarşısını almaq üçüntranzit ölkələrdən yardım istəmək zorunda qaldı AB.... 2015-ci ilin seli əvvəlkisulardan fərqlənirdi. Bu adamlar müharibədən, hərbi konfliktlərdən qaçırdılar.8 aya 800.000 adam keçmişdi AB-nin sərhədlərini. Günə 6 min... Öz marşrutları da vardı - Türkiyə-Yunanıstan-qərbiBalkanlar, sonra Macarıstan, Avstriya,Almaniya... Belə inadkar miqrantlarıda ilk dəfə görürdü Avropa. (Bir haşiyə çıxaq. Həmişə Şərqdə bütün ilklərəimza atan ölkə kimi yeni dövrün qaçqın, köçkün dalğasını da ilk olaraq bizaldıq üstümüzə. Adı dünya xəritəsinə yenicə düşən kiçik bir ölkə. Və bir milyonqaçqın.Yıxılmadıq, ayadayıq). Doğrudur, Bosniya konflikti zamanı, hələ 90-cıillərin əvvəllərində buna bənzər hallaryaşanmışdı. Amma indiki halda iqtisadi-siyasi krizis və qısa zaman kəsiyi, gələnəhalinin Avropaya yad müsəlmanlardan oluşması da vəziyyəti ağırlaşdıran başlıcasəbəblərdən idi. Toplantı dalınca toplantı keçirilsə də problem həll olunmur. Qərbhəyəcan təbili çalır, amma bu selin qarşısını almaq mümkün deyil. Həm də tələbkarseldi bu sel. Günü-gündən istəkləri də, iştahları da artır. Təbii sual doğur:bu adamların yerin-yurdun, evin-eşiyin niyə dağıdırdız ki? Amma bu suala cavabverəcək insanlar çox uzaqdadılar - okean var arada. Rezin qayıqlar ora üzə bilməz.

Təklifolunur ki, miqrantları İtaliya və Yunanıstanın ərazisində mərkəzləşdirilmiş birbölgədə yerləşdirib idarə etsinlər, amma kimbu fikirdən məmnun olar ki?Türkiyə təcrübəsi var ortada - AB söz verdiyi paraları ödəmir. Vaxt isə gedir...Vaxt getdikcə olaylar artır. Və miqrantların əleyhinə kiçik bir söz deyənləri də faşizmdə, irqçilikdə ittihamedirlər. Fərqli düşünən siyasilər də var; Almaniyanın keçmiş kansleri Şröderhesab edir ki, Avropa qocalır və demoqrafik balans miqrantların sayı ilətarazlaşa bilər (Yenə günaha batmaqistəmirəm, amma indi orqantransplantologiyasının belə geniş vüsət aldığı bir dövrdə bumiqrantlar lap göydəndüşmə oldu məncə.).

Narahat olmağadəyər əlbəttə - sakit, donuq, hüzrlü qitə terror havasıyla isinməyəbaşlayanda materikin həm də Asiya iləqohum olduğunu xatırlamaq gərəkir...

Asiya- həm ərazi, həm də əhali sayına görə ən böyük hissəsidi dünyanın. Dünyanıninkişaf eləməkdə olan hissəsidi. Maraqlıdı, amma dünyanın tanınmayan "dövlətlər"ininböyük faizi də bu torpaqların payınadüşür. Abxaziya, DağlıqQarabağ, Şimali Kipr, Cənubi Osetiya, Tayvan... Əhalisinə də aziat deyirlər.Aziat... Mifologiyada troyalıların müttəfiqiolan çarın adı Asiyadı. Hətta Prometeyin arvadının da adı Asiyadı... Herodot əsərlərindədünyanın böyük hissəsini Asiya adlandırır. Qədim sivilizasiyalar burda yaranıb.Bütün dinlər burda yaranıb. Çox zəngin olublar və görünür eləbu amil onları hamı üçün cazib torpaq halına gətirib. İndi Asiyada,Osmanlı varisi Türkiyəni və İranıçıxsaq, bütün dövlətlərin tarixi müstəmləkə tarixidi. Materik qonşuları sənayeinhisarını bu qitənin hesabına gerçəkləşdirib. O vaxtdan əzilir Asiya...Halbuki materik birlikdə Avrasiya adlanır. Və bizim yaşadığımız bütünkataklizmlər də birlikdə yaşanır. Tarixboyu belə olub.

Məncə, bunu dərdeləməyək. Miqrasiya bu gün dəbdə olan sözdü. Elə ilk hecası nələrisə yadasalır. Və ya ikinci hissəsinə diqqət eləsək Asiya gəlir göz önünə. Tarixdən yada salsaq ki, böyük köçlər(yəni miqrasiyalar) da Asiyadan başlayıb vəbu sözlə əməlli qohum olduğumuzu düşünüb də fəxr eləməyəbaşlasam, yazı qalacaq... İndi Atillababamızı yad eləmək də olar - nətəhər hamınıqatıb qabağına, nətəhər romalıların anasını ağladıb. O vaxt özlərinin vəhşidediklərinin qarşısını almaq üçün Çin səddi tikilmişdi. İndi də Avropa sərhədlərindətəxminən belə qurğular quraşdırılır.

Köç başlanıberamızın 350-ci ilindən sonra və davam edib 600-cü ilə qədər (intensiv köçdənsöhbət gedir). Səbəb təbii ki, dəyişməyən, elə indiki səbəbdi - torpaq məsələsi.İqlim dəyişikliyi, hardasa quraqlıq, hardasa kəskin soyuqlar, sellər, daşqınlarinsanları məskunlaşdığı ərazilərdən qaçmağa, münbit torpaqlar axtarmağa məcbur edir. Həmin dövrə iqlim pessimumudeyirlər. Avropanın əhalisi 20 milyondan 10 milyona qədər azalır. Yaşayış məskənlərinimeşələr basır. Öz xoşuna kimsə özverimli ərazisini yadelliyə verməzdi və burda gücfaktoru gəlir tarix müstəvisinə. Atlı xalq - hunlar. Və hunlar özatlarıynan yeni xəritə yaradırlar.Yeni dövlətlər gəlir Roma imperiyasınınqalıqları üzərinə. Demoqrafik mənzərə dəyişir. Optimum başlayır. Hətta Romaordusunda xidmət edən döyüşçülərin də əksəriyyəti vəhşi xalqların nümayəndələrindən ibarətolur. Yəni muzdlular yerli xalqların nümayəndələrini sıxışdırmağa çalışır,onlar da müqavimət göstərir. Hələ Sullanın vaxtında Roma əyanlarının böyükbir qismi məhv edilmişdi. Onların əvəzinə isə Senata öz siyasətinə uyğunadamlar yerləşdirilmişdi. Bu repressiyaların həyata keçirilməyində onamuzdlular yardım edirdi. Və bunun əvəzindəisə imperiya daxilində torpaqla təminolunurdular. Barbar tayfalar Romaya gələndə artıq imperiya daxildən də istila olunmuşdu. 10 min qul azad olunub hakimiyyətinən yüksək pillələrinə qalxa bilmişdi. Soyuq yerlərdəki ağır həyatşərtləri Avropanın mülayimiqlimli yerlərinin işğalını an məsələsi edir. İmperiya sərhədləri zəifləyir. Sərhədlərzəifləyirsə dövlətin dağılmağı da labüdolur... Sonrasını da oxuyan bilir... Müharibələr nə qədər etnosu yoxa çıxarır.Hətta qalib hunlar başqa xalqlaraqarışıb tarix səhnəsindən gedirlər. SonradanƏrəb xilafətinin yaranması, norman istilası (normanların da əslənhunlarla qohum olmaqları barədə fərziyyələr var), Çingizxanın müharibələri,oğuz türklərinin hücumları yeni köçdalğası və yeni etnoqrafik mənzərə yaradır. Köç Asiyadan başlayıb. Vəgörünən budur ki, eləcə də davam etməkdədi. Böyük sayda insan köçününrahat, sağ-salamat, dinc şəkildə harasa yerləşməyinə kimsə inanmaz təbii. Bəzən istisnalar daolub. Məsələn, yəhudilər dahayaxşı ölkələrdə məskunlaşıblar.

Fikirləşirəm ki,nə qəribədi, yeni dövrün ilk qaçqın dalğasında üzən də biz olduq, gəmilərlə dənizəçıxanı da. Bizdən də miqrasiya edənlər var. Çoxdu da deyəbilərik. Nə gedənlərə, nə qalanlara birsöz demək olmur. Əsas məsələ tarixin səhnəsində qalmaqdı... Yoxaçıxmamaq...

Miqrasiya...Miqr-A-siya... Miqrasiya sözü Asiyasözünü yadıma saldı. Asiya Avropayla bir materikdi. Avrasiya... Miqr-A-vropa...Ola bilərmi? Yox, olmur, düz gəlmir...

Artıq ağlım damiqrasiya eləyir fikirləşməkdən....


TƏQVİM / ARXİV