bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri Adalet.az | AQİL ABBAS: "AXUND"UN DA ZİBİLİ ÇIXDI?! Adalet.az | AQİL ABBAS: "AXUND"UN DA ZİBİLİ ÇIXDI?! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: "AXUND"UN DA ZİBİLİ ÇIXDI?!

16702    |   2017-09-17 09:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəzetələrdə oxudum ki, Qafqaz Müsəlmanları İdarəsi belə bir qərar çıxarıb ki, «axund» ifadəsi «imam» sözü ilə əvəz edilsin. Səbəb də o göstərilib ki, məsələn, qardaş Türkiyədə bu vəzifəni tutanlara axund yox, imam deyirlər.

Niyə, dostlar, bu nə örnəkdi?! Onda Türkiyədə də dövlət başçısına «cümhurbaşkanı» deyirlər, biz də «cümhurbaşkanı» deyək? Və yaxud nazirə də «bakan» deyirlər.

Həm də axund təkcə vəzifə deyil, yüz illərdi bu xalq savadlı, ziyalı adamlara «axund» deyə müraciət edirdilər, daha yüksək elmə, təhsilə, dünyagörüşünə malik şəxslərə də «şeyx». Məsələn, Nizami Gəncəviyə.

Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifə də həmişə «Axund» deyə müraciət olunub. Misalları artırmaq olar. Mirzə Fətəli Axundovun soyadı da «axund» sözündən irəli gəlir.

Day olan olub, keçən keçib. Bildik, məscidlərin böyüklərinə innən belə «imam» deyə müraciət edəcəyik.

İmam Əli, imam Həsən, imam Hüseyn, imam Cəfəri Sadiq, imam Zeynalabdin…

Yaxşı, bunu başa düşdük. Bəs, müftilərə nə deyəcəyik?

Xan əmi Əbülfət Əliyevlə Filarmoniyanın bağında oturubmuş, görür yaxın bir dostunun oğlu keçir, uşağın da adı Marks imiş. Çağırır:

- A bala Marks, bir bəri dur görüm dədən nə təhərdi.

Uşaq yaxınlaşıb deyir:

- Xan əmi, atam adımı dəyişib ey, day adım Marks deyil.

Xan əmi:

- Niyə, a bala, Marksın da zibili çıxdı?




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-06-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK