ANA SƏHİFƏ / YAZARLAR

BİR SƏS YETİM QALDI

21698    |   2017-09-13 17:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xanəndə Eldar Novruzovun ruhuna


Bu yazını başlamamışdan öncə təkrar dinlədim səni. Və qədim bir xalq mahnısını elə yanıqlı-yanıqlı oxuyurdun ki, içim od tutub yanırdı. Etiraf edim ki, ağlamaqdan bütün gücümü toplayıb özümü zorla saxlamışdım. Dişimlə, darnağımla sıxmışdım ürəyimi. Amma nahaq. Gərək səsinə qoşulub ağlayaydım. Bəlkə onda nəfəsim genələrdi, ürəyim partlamaqdan, çat verməkdən qurtulardı. Amma görünür səni oxumaq yaşatdığı kimi, məni də az-çox bu yazıları yazmaq yaşadır. Ona görə də ürəyim çat versə də, amma partlamadı.

Sənin ölüm xəbərini eşidəndə şoka düşdüm. Çünki sonuncu dəfə Təşkilat Nəsirovun yubileyində qarşılaşdım, orda dinlədim səni və ordan da ayrılıb iş yerimə gələndən sonra uzun müddət fikirləşdim ki, Təşkilat Nəsirova yazı hədiyyəmi bağışlayandan sonra sənin barəndə də ürəyimdə gəzdirdiklərimi yazım. Çünki sənə bir yazı borcum vardı. Bu borc da elə-belə yaranmamışdı. Səni hələ uşaqlıq illərindən dinləyib sevmişdim.

Aramızda 11 il yaş fərqi vardı. Deməli, bu 11 ilin ən azı 5-6 ilini səni dinləmək, dərk etmək iqtidarında olmuşdum və etmişdim də! Təvazökarlıqdan bilmirəm uzaqdı, ya yaxın, amma bu bir gerçəkdi ki, səni Tuğ kəndində, öz toyumda da lap bəy tərifinə qədər dinləmişdim. Elə şövqlə oxuyurdun ki, adam səni dinləməyə bilmirdi... elə sakit oxuyurdun ki, adam səni dinlədikcə rahatlanırdı... elə ustalıqla, necə deyərlər ədəb-ərkanla oxuyurdun ki, səndən diqqət yayındırmaq olmurdu. Və çox qəribədir ki, bütün bunlar sənin o vaxtkı yaşına görə bəlkə də bir az uyğun gəlmirdi. Çünki bütün bu dediklərim 33 yaşında bir ifaçının oturuşu-duruşu üçün çox böyük ölçülər idi, parametrlər idi. Sən demə, gənc yaşımda da ustadlar kimi oturub-durmaq mümkün imiş, məclis, mərəkə idarə etmək mümkün imiş. Sən bax bu dediklərimi o yaşında çox gözəl bacarırdın. Hətta bu toyda iştirak edən paytaxtdan gəlmiş dostlarım sonralar toydan, musiqidən söhbət düşəndə səndən danışırdılar, səni xatırlayırdılar...

Füzuli rayonunun işğalına qədər sənin üz-gözündə həmişə təbəssüm görmüşdüm. Qayğısızlıq görmüşdüm. Və inanmışdım ki, sənin içinə hopmuş bu qayğısızlıq, bu təbəssüm səsinin işığında həmişə çiçəkləyəcək, həmişə səni qoruyacaq, səni öz mərtəbəndə, öz ucalığında saxayacaq. Amma..

Amma yanıldım. Çox şeydə yanlıdığım kimi, bu düşüncəmdə də yanıldım. Füzulinin işğalı sənin içindəki qayğısızlığı da, üz-gözündəki təbəssümü də əsir götürdü, girova çevirdi. Alında qırış yarandı, görkəmindəki təbəssümdə iz qalmadı. Söhbət edəndə də hiss olunurdu ki, sən bu dünyanın adamı deyilsən. Sən bu dünyada bircə səsinlə mövcudsan. Bircə səsindi səni göstərən, səni təqdim edən, sənin yaşadığını büruzə verən. Bax, mən onda bir daha hiss etdim ki, düşmən bizim təkcə torpağımızı, malımızı-mülkümüzü talamayıb, əlimizdən almayıb, o, içimizi də yağmalayıb, içimizi də viran qoyub. Çünki biz ayaqüstə yeriyən bəndələr idik. İçi olmayan, daha doğrusu, içində sevinci olmayan bəndələr!.. Eh...

Ölüm xəbərini eşitdim... Şoka düşdüm... Və həmin o məqamda özümü də qınadım. Sənə olan yazı borcumu vaxtında yazmadığım üçün. Bəlkə də bu mənim namərdliyimdi... mənim hardasa özümə, özümünkülərə qarşı bir az laqeydliyimdi. Bəlkə də yox - bu mənim sizlərlə hələ çox görüşəcəyimə inamım idi!!!

Bilmirəm hansıdı. Amma bu gün üçün real olan odur ki, sənə yazı borclu qaldım... O borcu qaytarmaq üçün hər gün səsinlə köklənirəm və etiraf edim ki, ən çox da tamam fərqli bir yanğıyla, tamam fərqli bir ürək çırpıntısıyla az qala özünü də hopdurub oxuduğum bir mahnını dinləyirəm. O mahnının "Segahı”nda oxuduğun Füzuli nisgilli ustad şairimiz, dəyərli dostum Əşrəf Veysəllinin sözlərini sən şairin hardasa özündən də artıq dərəcədə düşündürücü, təsiredici, adamı yandırıb-yaxacağı bir şəkildə çatdırırsan bizlərə. Deyirsən ki:


Əziz dost, gəl gedək bizim ellərə,

Könlün nə istəsə var Qarabağda.

Ənciri, üzümü dillər əzbəri,

Heyva Qarabağda, nar Qarabağda...


Sən oxuyursan və mən Füzulini qarış-qarış gəzirəm. Çərəkəndən üzü yuxarı qalxıram... Quruçay boyunca gedirəm... Köndələni gəzib qayıdıram... Qaraköpək təpəsinə çıxıram... Məngələnatanı ziyarət edirəm... və Ərgünəşə baxa-baxa yol kənarındakı ağacların birindən nar üzürəm, birindən heyva... Və səni dinləyirəm. Sən onda "Qarabağ" şikəstəsini tamam fərqli oxuyurdun. Elə bil ki, bu mahnıdan dinləyənlərin nəşələnməsini, məst olmasını istəyirdin... Bax, belə oxuyurdun "Qarabağ" şikəstəsini. Mən də keflənirdim öz aləmimdə... İşğaldan sonra da sifariş verdilər toylarda, konsertlərdə. Onda da oxudun "Qarabağ" şikəstəsini. Amma bu dəfə düşünmək üçün, ağlamaq üçün, Qarabağ uğrunda vuruşmaq üçün kökləmişdin səsini... fərqli idi budəfəki "Qarabağ" şikəstən. Və elə əvvəldə dediyim kimi, Əşrəf Veysəllinin sözlərini də yana-yana oxuyanda çağırış edirdin. Deyirdin ki:


İndi o yerlərdə sular coşurlar,

Kəkliklər bahara nəğmə qoşurlar.

Sevgililər kimi qucaqlaşırlar,

Kaman Qarabağda, tar Qarabağda!


Bəli, mən sənin səsinin içində əriyib gedirəm özü də bilə-bilə. İstəyirəm ki, səsinə qarışıb qalxım göylərin yeddinci qatına. Gəlib orda tapıb səni gec yazdığım yazıya görə üzrxahlıq edim... yazdığım yazını sənə göstərim, sənə oxuyum... xoşun gəlməyən yerlərini elə gözünün önündəcə qaralayım, silim. And olsun Allaha, ürəkdən istəyirəm bunu!

Bəli, Eldar müəllim, sən səsini heç vaxt pula çevirmədin... Sən səsini heç vaxt satışa çıxarmadın... elin-obanın uyğun bildiyi, imkanı daxilində cibinə qoyduğu ilə razılaşdın.

Hələ neçə imkansızın, kimsəsizin toyunda da, məclisində də candan, könüldən iştirak elədin, heç nə də ummadın. Mən indi bilirəm ki, Sən nə qədər müdrik imişsən. Sən nə qədər uzaqgörən imişsən, Deməli, Sən ötən əsrin 70-ci illərindən bilirsənmiş ki, bu dünyada səsin qalacaq. Ona görə də səsinin qaydına qalmısan, səsini qorumusan və doğurdan da səsin qaldı bu dünyada.

Amma məni sızıldadan, məni göynədən odur ki, səsin yetim qalıbdı. Ona görə ki, səsin doğulduğun ünvana hələ gedib çatmayıb, hələ qayıtmayıb. Səsin də özün kimi qaçqınlıq, köçkünlük yaşayır. Amma Allaha inandığım kimi inanıram ki, səsinin yetimliyi uzun çəkməyəcək, səsin qayıdacaq Füzuliyə! Və Füzuliyə qayıdan səsin ordan təkrar üz tutacaq Azərbaycana!.. Hamı əlini radionun, televizorun pultuna uzadanda dikorun səsini eşidəcək:

- "Qarabağ" şikəstəsi. Oxuyur Eldar Novruzov!

...Ruhun şad olsun, Eldar müəllim! Sənin səsin səni tanıyanların, səni dinləyənlərin və Azərbaycan musiqi tarixinin yaddaşında qalacaqdı.




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK