ANA SƏHİFƏ / AVTOMOBİL

Rusiya Türkiyəni elektrobuslarla təmin edəcək

44427    |   2017-09-02 14:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Rusiya Türkiyəni elektrobuslarla təmin edəcək.

Türkiyə ilə Rusiya arasında əldə olunmuş razılaşma çərçivəsində Rusiyanın "Drive Electro” şirkəti tərəfindən xüsusi olaraq Türkiyənin "Otokar” avtomobil istehsalçısı üçün hazırlanmış birinci elektrobus Türkiyəyə göndərilib.

"Drive Electro” və "Otokar” arasında razılaşma 2016-cı ilin dekabrında imzalanıb və 2017-ci ilin avqust ayında elektrobusun ilk nümunəsi Türkiyəyə göndərilib.

Uzunluğu 12 metr olan elektrobus şəhər avtobusudır. Avtobusun LTO batareyasının enerji ehtiyatı 40-50 km aralığında məsafəni qət etməyə kifayət edir. Batareyanın doldurulması marşrutların son dayanacaqlarında 6-10 dəqiqə müddətində həyata keçirilir ki, bu da əvvəlki nəsil batareyaların doldurulması üçün sərf olunan vaxtdan orta hesabla 20 dəfə azdır.(Trend)




İmza:
SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK