ANA SƏHİFƏ / YAZARLAR

İSRAFÇILIQ

Faiq QİSMƏTOĞLU

3342    |   2017-08-28 13:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Hər şeydə bir qənaət, bir mizan-tərəzi olmalıdır. Və hər şeydə bu qənaət, bu mizan-tərəzi olanda onda istər-istəməz insan tez-tez iqtisadi sıxıntı ilə üzləşmir və çətin vəziyyətdən çıxmağı bacarır. İllah da ki, kasıb adamlar qənaətcil olmayanda, az da olsa var-dövlətinin qədrini bilməyəndə bax belə anları daha tez-tez yaşamağa məcburdurlar.

Müqəddəs kitabımız olan «Qurani-Kərim»də də israfçılıqla bağlı çox gözəl ayələr var. Buyrulur ki, nə əlini möhkəm-möhkəm sıx, nə də əlini axıra qədər açma. Yəni bunun da açıqlaması ondan ibarətdir ki, həddindən artıq səxavətli olmaq və həddindən artıq xəsis də olmaq insana şərəf gətirməz.

Söhbətimizin canı ondan ibarətdir ki, bu yaxınlarda televiziya kanallarının birində maraqlı bir süjetə baxdıq. Həmin süjetdə Gəncə ilə bağlı adət-ənənələrdən söhbət açılırdı. Deyilirdi ki, son vaxtlar Gəncədə ziyalılar yas məclislərindəki israfçılıqla bağlı məsələ qaldırıblar və həmin təşəbbüsü də icra hakimiyyəti və şəhər əhalisi dəstəkləyib. Təbii ki, hər bir yaxşı şey, millətə və xalqa xeyir gətirən təşəbbüs bəyənilməli, müdafiə edilməlidir. Çünki bundan elə ən çox da xeyir görən insanlar özləri olurlar.

İndi Gəncədə də məsələ qaldırılıb ki, yas məclislərində dəbdəbəli süfrələr açılmasın. Loru dildə demiş olsaq, yasa gələnlərə iki cür yemək verilməsin! Çox gözəl təşəbbüsdü! İndi onlar buyururlar ki, yas məclislərində çay süfrəsi olsun, halva və limon verilsin. Bunların hamısı çox gözəl, çox pakizə.

Bir neçə il bundaqn əvvəl bu məsələni də respublikamızın hər yerində gündəmə gətirmişdilər. Amma elə oldu ki, çox yerlərdə bu yeni ənənələr bir o qədər də yaşamadı və yenidən yas məclislərində israfçılığa yol verildi.

Yeganə rayon Füzulidir ki, həmin məsələ qaldırılandan bu günə qədər bu ənənə yaşayır və davam edir. Təbii ki, hər bir yeni adət-ənənə özü də bir tarixdi, millətin xalqın yaddaşına yazılır. Əlbəttə, bayaq dedyimiz kimi, əgər yaxşı bir şey varsa, niyə də o yaşamamalıdır?!

Füzuli rayonunda da 3-4 il bundan əvvəl rayon icra hakimiyyəti tərəfindən belə bir təşəbbüs qaldırılıb və həmin təşəbbüs də ziyalılar, əhali tərəfindən müdafiə edilib. İndi 3-4 ildir ki, Füzuli rayonunda yas məclislərində dəbdədəli yeməklərin verilməsi tamamilə aradan qaldırılıb. Və bu gun yas məclsilərində ancaq çay süfrəsi açılır və orda halva, xurma və bir də limon olur. Artıq buna görə də camaat və əhali tam razıdı. Ən azından ona görə ki, hər bir evi döyə biləcək bu yas məclisi istənilən isnanın və ailənin həyatında baş verə bilər.

Maraqlıdır ki, yas məclislərində rayon icra hakimiyyətinin başçısı Alı Alıyev də iştirak edir və camaatdan da səmim surətdə soruşur ki, əvvəlki məclislər sizin üçün sərfəliydi, yoxsa indiki? Aydındır ki, yas məclisində iştirak edənlərin hamısı da indiki məclsiləri razılıqla qarşılayır. Və onlar deyirlər ki, kim bu təşəbbüsü irəli sürübsə və yeni ənənəni yaşadıbsa, Allah onun ölənlərinə rəhmət eləsin!

Əlbəttə, yas məclislərində ilk növbədə maddi cəhətdən sıxıntı çəkən imkansız adamlardı. Çünki bu imkansız adamlar qəfil düşən yas məclislərini yola vermək, qonaq-qaranı müxtəlif yeməklərlə təmin etmək üçün çox əziyyət çəkməliydi. İlk növbədə böyük kəndlərdə yas məclisinin birindən qırxına qədər nə az, nə çox 2-3 dana kəsilərdi, neçə qutu yağ işlənərdi. Bununla yanaşı, şəkər tozu və çay da geniş istifadə olunardı. Bu qədər xərci isə kasıb adamlar tapmaqda çox çətinlik çəkərdilər. Düzdür, yas yerlərinə pul da yazılır. Amma bu pulla o dəbdəbəli yas məclislərini vermək, qəbirüstü abidəni götürmək o qədər də asan deyildi.

Üstəlik də dərd içində boğulan adam bilmirdi ki, rəhmətə gedəninin dərdini çəksin, yoxsa qapıya gələn qonaqları yola versin.

Bizim rayonda da yas məclisləri çox ağır olur. Yəni Bəhmənli kimi böyük bir kənddə yas məclisini yola vermək üçün 3-4 dana kəsilməli, 5-6 qutu yağ işlənməli idi. İndi bütün bunların hamısı artıq tarixə qovuşub. Və insanlar da yas məclislərini israfçılıq eləmədən yola verirlər.

Bu məsələni ona görə yada salırıq ki, yas məclislərindəki israfçılıqla bağlı təşəbbüsü respublikamızda birinci Füzuli rayonunda qaldırıblar və ona bu gün də əməl edirlər. Bəlkə də Füzuli yeganə rayondu ki, onların yaşatdığı bu yeni ənənə bütün respublikada geniş yayılmalıdır. Heç kim yas yerinə yemək üçün getmir. Düzdür, elələri var ki, «ehsanşiklərdi». Yəni onlara xalq arasında «qarınotaran» da deyirlər. Belə adamları isə barmaqla saymaq olar. Amma böyük əksəriyyət yas məclislərinə rəhmətə gedənin qohum-əqrabasının dərdinə şərik olmaq üçün gəlir. Bundan gözəl və bundan savab iş nə ola bilər?

Ona görə də respublikamızda yas məclislərindəki isrfaçılıqların qarşısını almaq üçün Füzuli rayonunun təcrübəsini geniş yaymaq lazımdı. Arıtq Gəncə kimi şəhərdə bu məsələ gündəmə gətirilib və onu da ziyalılar, əhali geniş müdafiə edir. Əgər bir şey bu millətə, bu xalqa xeyirdisə, onu qorumaq, yaymaq və yaşatmaq lazımdı! Tək yas məclislərində deyil, elə toy məclsilərindəki israfçılığın da qarşısı alınmalıdır. Onun da bir təşəbbüskarı olmalı və arxasında duran möhkəm qüvvələr lazımdır. O qüvvə ki, hər hansı yeni adət-ənənəni yaşatmaq istəyir və onu qoruyar.

Düzdür, şadlıq saraylarına, ayrı-ayrı o sarayların sahiblərinə toylardakı israfçılıq sərf eləmir. Çünki ilk növbədə həmin toyda qalan yeməklərin pulu toy sahibindən alınır. Artıq qalan o yeməklər isə növbəti toylarda stollara düzülür və bundan da ən çox qazanan şadlıq saraylarıdı. Yas məclsilərində qayda-qanun yaratdığımız kimi, toylarımızda da bu addımı atmalıyıq.

Əlbəttə, bu, şadlıq saraylarının sahiblərinin qanlarını qaraldacaq və keflərinə soğan doğaryacaq. Necə olur ki, yüzlərlə, minlərlə toy sahiblərinin kefinə soğan doğranılır, onlardan artıq pul alınır, amma bir şadlıq sarayının israfçılıqdan qazandığı pulun qarşısını almaq olmur?!

Hər şey bizim özümüzdən asılıdır. Əgər biz istəsək toylarmızda da, yaslarımızda da israfçılığın qarşısını ala bilərik. Xüsusən də toylarda şadlıq saraylarının sahibləri bizi aldatmaz və biz də toyda yığdığımız pulun hamısını şadlıq sarayında qoymarıq. Mən adam tanıyıram ki, toyda yığdığı pul xərci ödəməyib. Şadlıq sarayı da dava edib ki, pulun qalığını gətirməsən bəylə gəlini buraxan deyilik. Elə belə də olub. Həmin adam gecəylə borcu tapıb gətirib, pulu verib və bəylə gəlini azad edib. Belə toy kimə lazımdır?!

Biz sözümüzü deyirik. Biz sözümüzü deyirik ki, gəlin israfçılıq eləməyək. Onsuz da indiki iqtisadi böhan və bahalıq şəraitində hərə öz ailəsini çox çətinliklə dolandırır. Əgər hərə öz ailəsini çətinliklə dolandırırsa, onda papağımızı qarşımıza qoyub yaxşı-yaxşı fikirləşməliyik: biz israfçılıq edək, yoxsa etməyək?!




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK