ANA SƏHİFƏ / YAZARLAR

FÜZULİM MƏNİM…

7433    |   2017-08-23 11:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Dünyada çox şirin şey var. Şirin şey var ki, onun dadından doymaq olmur və uzun müddət bu ləzzət damağından getmir… uzun müddət düşünürsən ki, elə bundun gözəl, bundan şirin heç nə ola bilməz… uzun muddət düşünürsən ki, nə yaxşı bu anları yaşadım… Dünyada bal da şirindi, bala da şirindi, valideyn də şirindi. Bunların hamısı bizim gördüyümüz, bildiyimiz və əbədi olaraq yaddaşımıza yazılmış anlardı. O anlar ki, şirin şey deyəndə yadımıza düşür. Amma vallah, baldan da, övladdan da, valideyndən də şirin bir şey var – Vətən!

Bilmirəm, Vətənsiz insan necə yaşaya bilər? Və əgər yaşayırsa, o, hər gün cəhənnəmi gözüylə görür. Və hər saat, hər dəqiqə, hər gün o Vətən, o torpaq haqqında düşünür. Düşünür ki, bir vaxtlar anadan olduğu, torpağının üstündə gəzdiyi, suyunu içdiyi və havasını udduğu Vətənə həsrət qalıb…

Bizim də Vətənimizin 20 faizi çörəyimizi yeyib suyumuzu içən nankor ermənilər tərəfindən işğal olunub. İşğal olunan rayonlar arasında Füzulinin də böyük bir dərdi var. O Füzuli ki, 1993-cü ilin avqustun 23-də erməni faşistləri tərəfindən işğal olunaraq yağmalanıb… o Füzuli ki, onun dağlarında, ormanlarında, bağlarında tarlalarında bir vaxtlar biz əkib-becərərdik, onun bərəkətini, ruzisini biz yığardıq… Mən heç də bu yazımda göz yaşı töküb ağlaymayacağam. Çünki ağlamaqla heç də məsələ həll olunmur və ağlamaqla bizim yaramız da sağalmır…

… Yaramızı sağalda biləcək bir məlhəm var: o da millətin bir yerə toplaşaraq, bir yerə yığışaraq ölkə Prezidenti İlham Əliyevin ətrafında möhkəm birləşməsidi. Artıq bu birlik, bu dəstək və bu sevgi var! Bu birliyi və bu dəstəyi zaman-zaman görmüşük. Düzdür, avqustun 23-ü Füzulinin işğal günüdür. Bu gündən düz 24 il keçir. Və bu 24 ildə ölkəmizin iqtisadi qüdrəti və hərbi potensialı qat-qat güclənib. Və bu 24 ildə Azərbaycan Ordusu biz deyərdik ki, dünyanın ən güclü ordusuna çevrilib. Çünki Azərbaycana dünyanın ən güclü və ən müdrik prezidenti olmuş Ulu Öndər Heydər Əliyev rəhbərlik edib. Bütün bəlalardan və çətinliklərdən, parçalanmalardan Heydər Əliyev bu milləti xilas edib və müstəqil Azərbaycanın memarı kimi yeni bir tarix yazıb.

Qüdrətli və güclü Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il yanvarın əvvəllərində Füzulinin Horadiz şəhərini və 22 yaşayış məntəqəsini erməni işğalından azad edib. Araz çayının üstündəki körpüdən erməni bayrağı çıxarılaraq yerə atılıb və ora Azərbaycan bayrağı sancılıb! 1994-cü ilin yanvarından bu günə qədər həmin körpüdə Azərbaycan bayrağı dalğalanır! Çünki Azərbaycan dövləti ermənilərin əvvəllər tanıdığı ölkə deyil. İndi Azərbaycan dövləti iqtisadi cəhətdən daha güclü və daha qüvvətlidir.

Prezident İlham Əliyev də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu çox uğurla davam etdirib və Füzuliyə daim diqqət və qayğı göstərib. Belə ki, ölkə Prezidenti İlham Əliyev dəfələrlə Füzuliyə, Horadiz şəhərinə səfər edib. Orda çox möhtəşəm mədəniyyət abidələrinin, sosial obyektlərin və yaşayış binalarının açılışında iştirak edib. Və dəfələrlə çıxışında bir fikri xüsusilə vurğulayıb ki, Horadizdə yaşayanlar və işləyənlər qəhrəmandırlar. Çünki onlar döyüş bölgəsinin yaxınlığında işləyir və yaşayırlar.

Təbii ki, cənab Prezidentin bu cür qayığısı və diqqəti heç vaxt Füzuli camaatının yadından çıxmır. Çünki bu camaat, bu el-oba görür ki, Prezident İlham Əliyev onlara necə böyük sevgi göstərir. Aydındır ki, ölkə Prezidentinin birbaşa sərəncamı ilə Füzulinin sosial-iqtisadi inkişafı üçün zaman-zaman milyonlarla manat vəsait ayırılıb. Və bu vəsait abadlıq, quruculuq, tikinti işlərinə sərf edilib. Bir vaxtlar yağmalanmış, hətta daşları belə yandırılmış Horadiz şəhəri möcüzəli bir məkan kimi yenidən tikilib. Bu gün Horadiz dünyanın ən gözəl şəhəridir desək, yanılmarıq. Dünyanın ən gözəl şəhərində çoxlu sayda sosial obyektlər, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və eyni zamanda yeni yaşayış binaları əsaslı surətdə təmir edilərək tikilib camaatın istifadəsinə verilib. Şəhərdə on minlərlə müxtəlif ağaclar əkilib. Və bu şəhər hər hansı Avropa şəhərilə yarışa girə bilər.

Bu gün Füzulidə bütün yaşayış məntəqələrində, kəndlərdə əhali üçün hər cür şərait yaradılıb. Kəndlərə, yaşayış məntəqələrinə yeni su, qaz xətləri çəkilib. Hətta bir neçə kənd müasir telefon xətti ilə təchiz edilib. Hər cür infrastrukturu olan rayonda son illər neçə-neçə qəsəbə inşa edilib. Buna nümunə kimi Qayıdış və Zobucuq qəsəbələrinin adını çəkə bilərik. Və bu qəsəbələrdə də əhali üçün hər cür əlverişli şərait təşkil edilib. Bir sözlə, bu gün Füzulinin işğaldan azad olunmuş bütün ərazilərində sanki cənnətə oxşar bir məkan yaradılıb. Hansı kəndə, hansı qəsəbəyə ayaq bassan, yolun düşsə orda möcüzələr dünyasına düşərsən. Rayonun elə bir kəndi, elə bir qəsəbəsi yoxdur ki, orda müasir standartlara cavab verən asfalt yol çəkilməsin. Hətta bu asfalt yolların sağ və sol hissəsində 7 il bundan əvvəl çinar ağacları əkilib.

Bu gün Füzulidə kənd təsərrüfatı, tərəvəzçilik sahəsində çox böyük uğurlar əldə edilib. Taxılçılıq və baramaçılıq sahəsində rekord nəticə qazanılıb. Bununla yanaşı, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsində rayon əməkçilərinin çox böyük xidməti var. Eyni zamanda, heyvandarlıq yüksələn xətlə inkişaf edir. Əhalinin yaşayışı, dolanışığı və rifah halı günbəgün yüksəlir. Bir faktı da qeyd edək ki, son illərdə rayonda çoxlu sayda yeni iş yerləri açılıb. Bunlar isə onu deməyə əsas verir ki, Füzulidə həyat bulaq kimi qanayır və hər kəs yaşamağın və işləməyin yolunu tapıb.

Artıq neçə aydır ki, Füzuli rayonunun girəcəyindən Horadiz şəhərinə qədər olan respublika əhəmiyyətli yol əsaslı surətdə yenidən inşa edilir. Çox güman ki, bu strateji əhəmiyyətli avtomobil yolu oktyabrın əvvəllərində istifadəyə veriləcəkdir. Aydındır ki, yeni yolun istifadəyə verilməsi insanların rahatlığını bir qədər də yüksək səviyyədə təmin edəcəkdir.

Füzulinin hər açılan səhəri, hər gündüzü yeni bir tarixdi. Axı bu yurd həm də mənim anadan olduğum, böyüdüyüm Vətəndir. Və bu Vətəni mən tezliklə bütöv görmək istəyirəm. Ananı baladan ayıran kimi Füzulinin də bir hissəsi bu gün işğal altındadır. Amma mən çox böyük ümidlə deyirəm ki, o işğal altında olan Füzulinin yarısı da tezliklə azad ediləcək. Çünki bir dəfə 1994-cü ilin yanvarında, bir dəfə 2016-cı ilin aprelində Füzulinin müəyyən hissəsi işğaldan azad edilib. Strateji əhmiyyətli Lələtəpə bu gün Azərbaycan Ordusunun nəzarətindədir. Bu isə o deməkdir ki, biz bu yüksəklikdən çox yerə, o cümlədən işğal altında olan ərazilərimizə nəzarət edə bilirik.

Və Allahın köməkliyi ilə, Prezidentin gücüylə biz Füzulinin işğal altında olan digər yerlərini də tezliklə azad edəcəyik. Və o vaxt dodağı Vətən həsrətiylə dörd yerdən çatlayan, ürəyi qubar bağlayan insanların sevincinin həddi-hüdudu olmayacaq. Və o vaxt biz tək Füzuliyə yox, ordan Ağdama, Cəbrayıla, Qubadlıya, Zəngilana, Laçına, Şuşaya, Kəlbəcərə gedəcəyik… Və o vaxt biz üçrəngli bayrağımızı həmin torpaqlara sancacağıq… Və o vaxt biz rahat nəfəs alacağıq və ürəyimiz də sakit olacaq…

***

Bakı şəhər, Yasamal rayonu, 32 nömrəli Mənzil İstismar İdarəsi tərəfindən 3-cü Yasamal , Məmmədzadə küçəsi bina 98, mənzil 23-də yaşayan Abanov Rauf Xəlil oğlunun adına 1982-ci ildə verilmiş mənzilin küpçası (kötük) itdiyi üçün etibarsız sayılır.

***

Rzayev Əli Müseyib oğlunun adına verilmiş «Niva» markalı 57 BN 350 nömrəli avtomaşının texpasportu itdiyi üçün etibarsız sayılır.




YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK