ANA SƏHİFƏ / YAZARLAR

POLİSƏ BÖHTAN ATANLAR

Faiq QİSMƏTOĞLU

8482    |   2017-08-16 13:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxud yalan ayaq tutur və yeriyir

Biz Azərbaycan polisi ilə bağlı mütəmadi olaraq qəzetimizdə yazılar dərc edirik. Polisin dövlətçiliyə xidmətindən, cinayətkarlığa qarşı mübarizəsindən və ictimai asayişin qorunmasından çoxlu sayda yazılar qələmə almışıq. Təbii ki, dövlətə, dövlətçiliyə və ölkə Prezidentinə sadiq olan Azərbaycan polisi hər cür sevgiyə və qayğıya layiqdir.

Təəssüflə qeyd etməliyik ki, bir çox saytlarda və KİV-lərdə Azərbaycan polisinin fəaliyyətinə kölgə salınır, hətta onlara şər və böhtanlar atılır. Bu şər və böhtanlar maraqlı qüvvələr tərəfindən sosial şəbəkələrdə və müxtəlif saytlarda ildırım sürətilə yayılır. Ürəkağrısı ilə qeyd eləməliyik ki, bu cür şər və böhtanı yazanlar polisin nə qədər əziyyətlə üzləşdiyini təəssüf ki, görmürlər. Onları ancaq qara məqamlar və şər-böhtanlar maraqlandırır. Əlbəttə, bu cür şər-böhtanlar bir çoxt halda ayaq tutur və yeriyir.

Ancaq haqq-ədalət gec-tez öz yerini tapır. Yəni ağa qara demək, haqqı tapdamaq, vicdanlı və namuslu insanlara böhtan atmaq günlərin bir günündə bumeranq kimi həmin adamların özlərinə dəyir. Bir də görürsən ki, sosial şəbəkədə yol polisi ilə bağlı bir görüntü yayıldı. Və bu görüntüyə də baxanda bəzi insanlar düşünürlər ki, yol polisi gör sürücüyə qarşı necə ədalətsizlik eləyib?

Məsələn, bu yaxınlarda bir xanım sürücü yol polisi ilə olan mübahisəsini sosial şəbəkədə yayıb. Və orda xanım sürücü hüququnun pozulmasından və haqlı olmasından ağuzdolu danışır. Amma həmin məsələ yol polisində araşdırılandan sonra məlum olub ki, xanım sürücü kobud qayda pozuntusuna yol verib və polisin də əmrinə tabe olmayıb. Eyni zamanda, həmin sürücü dəfələrlə cəriməsi olduğuna baxmayaraq, neçə ay keçsə də onu ödəməyib. Əlbəttə, bu cür araşdırmalar haqq-ədaləti üzə çıxarır və kimin haqlı, kimin haqsız olmasını sübut edir. Ona görə də xanım sürücü barəsində toplanmış materiallar tədbir görülməsi üçün adiyyəti üzrə məhkəməyə göndərilib. Bu isə o deməkdir ki, yol polisinə böhtan atdığına görə, həmin xanım sürücü məhkəmə tərəfindən cəzalandırıla bilər. Çünki dediklərin ya sübut olunmalıdır, ya da sübut olunmursa, sənin özün böhtançı kimi məsuliyyətə cəlb edilməlisən.

Ümumiyyətlə, sosial şəbəkələrdə polislə bağlı qərəzli informasiya yayanlar bir məsələni unutmamalıdılar. Ən azından ona görə ki, hər hansı məlumat adiyyəti orqanlar tərəfindən araşdırılır. Əgər günahı varsa, həmin polis məsuliyyətə cəlb edilir, günahı yoxdusa, onun haqqında qeyri-obyektiv informasiyalar yayan sürücülər birmənalı olaraq məsuliyyətə cəlb edilməlidir.

Bir faktı da qeyd edək ki, bütün sahələrdə olduğu kimi, bəzi halda polisin də fəaliyyətində neqativ hallar var. Və bu cür hallar daim diqqət mərkəzində saxlanılır, nöqsanlara yol verən bir çox əməkdaşlar işdən azad edilir və onlar məsuliyyətdən kənarda qalmırlar. Amma gəlin onunla razılışaq ki, sutkanın 24 saatı ayaqüstə olan, qanunları icra edən və bizim təhlükəsizliyimizi qoruyan, bəzilərinin haqsız yerə hücum etdiyi, söydüyü və hətta təhqirdən belə çəkinmədiyi polislərdir. O polislər də bizim əmimiz, dayımız, qardaşımız və övladımızıdır. Niyə bəziləri Azərbaycan polisinin işıqlı və dəyərli tərəflərini görmək istəmir?

Ancaq «Ədalət» qəzeti olaraq biz həmişə Azərbaycan polisinin vətənpərvərliyini, dəyanətini və dövlətə, Prezidentə sədaqətini ön plana çəkmişik. İmkanımız qədər çalışmışıq ki, polislə bağlı məsələlərdə ədalətli olaq. Dəfələrlə biz ən çətin, ən ağır anlarda yol polsinin yanında olmuşuq. Görmüşük ki, onlar ağır vəziyyətdə olan vətəndaşı necə ölümün pəncəsindən xilas ediblər.

Bir dəfə reyd zamanı Yol Patrul Xidməti Alayının 6-cı tağımının stasionar postunda Qazaxa gedən mikroavtobusda sərnişinin vəziyyəti ağırlaşmışdı. Onu sudurğa tutmuşdu. Ağır vəziyyətdə olan o insanı 6-cı tağımın naryad rəhbəri Namiq Əzizov əməkdaşlarla birlikdə postdakı otağına gətirdi. Həkim gələnə qədər həmin xəstəyə isti çay verdilər, əllərini ovuşdurdular və ayağını isti suya qoydular. Həkim də gəldi, dedi ki, yol polisləri ilkin tibbi yardımı çox düz göstəriblər. Çünki xəstənin vəziyyəti yaxşılaşmışdı və o kritik andan çıxmışdı. Həkimlər də onu müayinə elədi, iynə vurdu və xəstə özünü daha da yaxşı hiss elədi. Bir saat postdakı otaqda uzanandan sonra xəstəni polis kapitanı Namiq Əzizov və əməkdaşlar həmin mikroavtobusla mənzilbaşına yola saldılar.

Yaxud başqa bir misal: 1-ci tağımın əməkdaşı, polis serjantı Tusi Bayramzadə Bakı-Quba avtomobil yolunda xidmət apararkən görür ki, dəmir arakəsmənin arasında yeniyetmə bir qız uşağı 2 saatdı soyuq havada qalıb yolu keçə bilmir. O, xidməti maşının mayakını yandıraraq geri qayıdır, yolu bağlayır və uşağı qucağına alıb yolun o biri hissəsinə keçirir. Bununla da yeniyetmə qız mövcud təhlükədən xilas olur. Sosial şəbəkədə yol polisinin bu nəcib hərəkətini 300 mindən çox insan izləmişdi. Bax, bu cür polis əməkdaşlarını sevməmək, hörmət etməmək olarmı?! Əlbəttə, olmaz!

Bir həftə bundan əvvəl Tovuz rayonundan Gəncəyə öz maşınında gəlinini doğum evinə aparmaq istəyən qayınatanın da maşını Yol Patrul Xidməti Alayının 9-cu tağımının postunda xarab olur. Həmin vaxt hamilə qadının vəziyyəti daha da ağırlaşır. Qızın qayınatası kritik vəziyyətlə bağlı posta yaxınlaşır, tağım komandiri, polis kapitanı Aqil Məmmədova bildirir ki, xəstənin vəziyyəti çox ağırdır. Əgər yol polisləri kömək eləməsə, o ölə bilər. Tağım komandirinin göstərişi ilə təcili olaraq polis serjantı Xəyal Məmmədov xəstəni və onun qohumlarını xidməti maşına əyləşdirir və Gəncə istiqamətinə hərəkət edir. Xəyal Məmmədov tez bir vaxtda xəstəni Gəncədəki doğum evinə çatdırır və özü xəstəyə kömək edərək ona yardım edilməsini xahiş edir. Həkimlərin operativ müdaxiləsi ilə hamilə qadını ölümün pəncəsindən xilas edir və o, dünyaya qız uşağı gətirir. Həmin qadının qohumları isə uşağın adını Xəyalə qoyurlar. Qızın qayınatası bildirir ki, oğlan olsaydı, Xəyal qoyacaqdım. Amma qız oldu, Xəyalə qoydum. Bir daha bizə kömək göstərdiyinə görə və gəlinimin həyatını xilas etdiyi üçün Yol Patrul Xidməti Alayının 9-cu tağımına və rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Nə yaxşı ki, bu cür xeyirxah insanlar var!

Görürsünüzmü, biz üç epizodu yada saldıq. Və hər üç epizodda çətin vəziyyətdə olan insanları yol polisi xilas edir və onları həyata qaytarır. Bu cür anlar və məqamlar inanın, tez-tez baş verir. Sadəcə olaraq, bəzi ürəyi qara və paxıl insanlar bunu görmək istəmirlər. Amma çox nahaq yerə! Çünki həqiqət və haqq-ədalət gün işığı kimi bir şeydi. Onun qarşısını qara buludlar nə qədər alsa da, bir müddətdən sonra bu gün işığı göy üzündə görünür və hər tərəfi öz nuruna bələyir. Ona görə də Azərbaycan polisinə nə qədər böhtan atılsa da, bu onlara yapışan deyil. Ən azından ona görə ki, onların arasında dövləti, milləti və xalqı sevən minlərlə əməkdaşlar var.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK