ANA SƏHİFƏ / YAZARLAR

ANAMIN QOXUSU...

Fəridə RƏHİMLİ

5246    |   2017-08-11 16:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Körpə yaddaşı ağ kağız kimidi, deyirlər, nə yazılsa, qalır. Hətta danışmağa başlamamışdan əvvəl baş vermiş hər hansı hadisəni dil açandan sonra xatırlayıb, danışan uşaqlar çox olur. Məhz beton üzərinə qazılmış kimi, təmiz yaddaşa yazıldığından o uşaqlıq xatirələri bütün ömür boyu bizi tərk etmir. Maraqlıdır ki, sonralar baş verənlərin çox qismini unutsaq da, uşaqlıq xatirələrini unutmaq mümkün deyil.

İllərlə unudulub, yaddaşın küncündə gizlənmiş elə xatirələr olur ki, bir qoxunun, bir sözün, bir musiqinin, bir jestin təsiriylə yaddaşda yenidən təzələnir, sahibini nostalji hisslərə qapılmağa, onun əlindən tutub uzaqlara getməyə vadar edir.

...Avtobusda pəncərə qarşısında oturmuş gözəl bir xanımın ətrinin qoxusu məni vuranda... özümdən asılı olmadan sürətlə xatirələrin qanadında qırx il əvvələ yol aldım.

... Anamın göy paltarda, qucağında körpəsi olan təsviri gözlərim önündə canlandı: Qonşu uşaqlarla həyətdə oynayarkən sevinclə, anam gəldi!-deyə, qışqıran bacımın səsini eşitdim. Hamımız onun üstünə qaçdıq. Anam elə gözəl görünürdü ki... Ağappaq bənizi ilə uyuşan göy rəngli paltarı və qucağındakı yeni həyat, yeni nəfəs... Körpə ətri ilə anamın ətri bir-birinə qarışaraq məndə anlamadığım bir xoşhallıq yaratmışdı...

Özümü toplayıb xanımdan duxunun adını soruşmaq istəyəndə o, artıq avtobusdan çoxdan düşmüşdü...

Sorağında illərlə gəzib, yorulanda rast gəlmişdi mənə o ətrin iyi. Adını bilmədiyimdən tapa bilmirdim. Ancaq qoxusu ilə tapa bilərdim. Tapsaydın neyləyəcəkdin ki, soruşanlar ola bilər... Əslində, bilmirəm. Yəqin ki, heç nə!

Lap çoxdan bir hekayə oxumuşdum: oğul körpə uşaq olarkən ata-anası, bacı-qardaşı ilə olan xoşbəxt ailə tablosunu illərlə xatirəsində qoruyaraq yaşadır və illər sonra, artıq özü ailə-uşaq sahibi olarkən o illərə qayıtmaq, anasının geyindiyi indiqo parçadan tikilmiş paltarda, qara saçlarını çiyninə tökərkən necə gözəl göründüyünü xatırlayaraq, həmin parçadan alıb, ona paltar tikdirmək istəyir. Və o paltarı geyinərkən anasını gənclik illərindəki kimi görəcəyini sanır. Çox çətinliklə o parçanı tapır, anasının bədən ölçüsündə tikdirir və sevinə-sevinə evə gəlir. Anası paltarı geyinib çıxanda isə... oğul onu boğan kədərdən nə edəcəyini bilmir... o paltar artıq anasını gəncliyindəki kimi şux, gözəl göstərmirdi, çiyninə tökülən saçı isə ağappaq idi... Bir indiqo parça ilə anasının gəncliyini qaytaracağını təsəvvür edən oğul xəyal qırıqlığına uğramışdı...

İndi mən o ətri tapıb alarkən "İndiqo" hekayəsi sayəsində, (təəssüf ki, müəllifin adını unutmuşam -F.R ) artıq nəyə uğrayacağımı bilsəm də, axtarmaqdan vaz keçə bilmirdim. O ətrin iyini yenidən anamdan alaraq, heç olmasa, bir an da olsa, o illərə qayıdarkən əldən çıxmış xoşbəxt uşaqlığımı xatırlayaraq ağlayıb, ürəyimi boşaldacaqdım.

Anamın su sonası kimi gözəl bir gəlin olduğu, yeddi uşağın yorulmadan, usanmadan əziyyətini çəkdiyi, atamla çiyin-çiyinə hər çətinliyə qatlanaraq həyatından şikayətlənmədən özünü xoşbəxt sandığı o illərə dönəcəkdim. İndi xəstəliyin cəngində çapaladığı və nə bizim, nə tibbin kömək edə bilmədiyi bir zamanla o illəri görüşdürəcəkdim. Əmindim ki, o zaman ürəyim boşalacaqdı.

Bu uşaqlıq xatirəsi məni heç tərk etmədi. Məndən altı yaş kiçik olan qardaşımı doğum evindən gətirərkən anamın geyindiyi göy rəngli düz paltarı (O vaxt kənd qadınları qat-qat üst - üstə tumanlar geyinərdilər. Tək - tək ziyalı xanımları belə donlar geyinirdilər), paltarın yaxasındakı üç dənə süd rəngli halqalar, başındakı süd rəngli yaylıq və heç unutmadığım ətir iyi... Ağlım kəsəndən o qoxuda ətri axtarıram. O tapıntı nəyi dəyişəcək, bilmirəm, amma mənə elə gəlir ki, o duxunun təkrarı, əvəzi yoxdu. O ətri hələ axtarıram... anamın gəncliyini mənə qaytaracaq o ətri...




İmza:

YAZARIN ARXİVİ

2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2017-08-19
2017-08-18


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK