ANA SƏHİFƏ / YAZARLAR

NƏZARƏTSİZ QALAN UŞAQLAR

Faiq QİSMƏTOĞLU

9099    |   2017-07-26 12:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz böyüklərin günahları az deyil. Düşünsək ki, hər birimiz övlad böyüdürük, onları tərbiyə edirik, həyata hazırlayırıq. Bax, onda çiynimizdə nə qədər ağır məsuliyyət olduğunu dərindən dərk edərik. Ən azından ona görə ki, Allah-Təala o övladları bizə veribsə və bizə bəxş edibsə, biz də valideyn olaraq onları qorumalıyıq!..

İndi gəlin görək, övladlarımızı qoruya bilirkmi?! Təbii ki, övladlarına savad verən, tərbiyə verən və onları həyata hazırlayan valideynlər az deyil. Çünki bir balaja uşağın üzərində nəzarət azalanda, onların el dilində demiş olsaq, «ipini boş buraxsaq», bax onda o uşaqlar nə vaxtsa bizim başımıza çıxajaqlar. Bəzi uşaqlar harınlaşajaq, yolunu azajaq, güjü çatdı-çatmadı, hərəyə bir badalaq atajaq və axırda da çanaq onun öz başında çatlayajaq. Bax, burda deyiblər, bala başa bəladı!..

Biz heç də bu yazımızda başa bəla övladlardan danışmaq istəmirik. Ondan danışmaq istəyirik ki, biz valideynlərin səhlankarlığın üzündən uşaqlarımız ya evdə nəzarətsiz qalarkən kibrit götürüb mənzili yandırır, ya qaynar suyu üzərinə aşırır, ya da dənizə gedərkən nəzarət edilmədiyinə görə, suda boğulur…

Bir dəfə oğlumu uşaq bağçasından evə gətirmişdim. Evdə də heç kəs yox idi. Ona dedim ki, birdən çaşıb «spiçka» götürərsən ha?! Uşağın onda dörd yaşı vardı. Özüm də bərk yorğun idim. Uzandım ki, yorğunluğum bir qədər janımdan çıxsın. Beş dəqiqə keçmədi ki, gördüm oğlum başıalovlu qışqıra-qışqıra gəlir ki, bəs evimiz yanır! Sən demə, uşaq evdən kibrit götürüb və o kibritlə oynamağa başlayıb. Sonra kağıza od vurub. Kağızdan da evin pərdəsi yavaş-yavaş yanırmış. Tez özümü çatdırdım. Allahın mənə yazığı gəldiyinə görə, alov güjlənməmişdi. Bir-iki vedrə su ilə yanğını söndürdüm. Sonra oğlumun əllərini kibritlə yandırdım. Dedim ki, bir də belə şey eləmə! Uşaq böyüyəndə dedi ki, ata, bilirsən niyə evimizi yandırmışdım? Əgər sən deməsəydin ki, «spiçka» ilə oynama, mən də onu götürüb yandırmazdım. Sən deyəndən sonra yadıma düşdü ki, belə bir şey edim. Görürsünüz, bəzən hər hansı bir təbliğatın mənfi fəsadları da olur. Yəni sən istəyirsən ki, uşağı pis vərdişlərdən uzaqlaşdırasan, əksinə, oğrunun yadına daş salırsan…

Valideynlər hər an, hər dəqiqə diqqətli olmalıdılar. Və hər an, hər dəqiqə uşaqların və yeniyetmələrin üzərində nəzarətlərini saxlamalıdılar. Bir dəfə hər iki valideyn uşaqlarını evdə qoyub mənzilin qapısını bağlayaraq işə gediblər. Uşaqların isə hardansa əlinə kibrit düşür və onlar da mənzili yandırır. Qonşular köməyə gəlsə də, qapı bağlı olduğu üçün onları xilas edə bilmirlər. Hər iki uşaq yanğın nətijəsində fajiəli şəkildə həlak olurlar.

Bax, bu hadisədə yeganə günahkar yenə hər iki valideyndi. Biz hər şeyi başa düşürük. Onlar işə gedirlər, çörək qazanırlar. Amma bəzən elə hadisələr baş verir ki, o, adamın ağlına belə gəlmir. Bax, onda da bu jür ağır fajilər baş verir. Və bədbəxt ata-ana bu jür fajiənin şokundan ömrü boyu ayıla bilmir. Ayılanda da ya şəkər xəstəliyi tapır, ya da ürək!..

Bir neçə gün bundan əvvəl isə Novxanı çimərliyində çox fajiəli hadisə baş verib. Belə ki, Ağstafa rayonundan Novxanıda kirayənişin yaşayan bir ailə iki oğluyla bazar günü dənizə çimməyə gedir. Nejə olubsa, birdən-birə hər iki valideyn uşaqları nəzarətsiz qoyub. 9 və 12 yaşlı oğlan uşaqları dərinliyə gediblər və orda boğularaq dünyasını dəyişiblər. Yenə valideyn səhlankarlığı, valideyn diqqətsizliyi! Adam düşünəndə dəhşətə gəlir. İki azyaşlı övladınla dənizə gedəsən və onları nəzarətsiz qoyasan! Bunun fajiəsi isə çox ağır olur. Mənim hər iki valideynə yazığım gəlir. Allahdan onlara səbr diləyirəm! Səbr diləyirəm ki, hər iki övladı əlindən alınmış ana və ataya Ulu Yaradan özü kömək olsun!..

Görürsünüzmü, bir anın, bir dəqiqənin diqqətsizliyi insanları hansı fajiəli anlara sürükləyir. Bir anın, bir dəqiqənin diqqətsizliyi insanın xoşbəxtliyini əlindən alır, onun həyatının altını üstünə çevrir. Və bir anın, bir dəqiqənin diqqətsizliyi insana jəhənnəm əzabı yaşadır, onun belini qırır, bütün ümidlərini və istəklərini çilik-çilik eləyir…

Yazımızın əvvəlində qeyd etdik ki, biz valideynlərin üzərinə övladlarımızla bağlı çox böyük məsuliyyət hissi düşür. Biz onu da xatırlatdıq ki, bu məsuliyyəti dərk edən və uşaqlarını hərtərəfli böyüdən, tərbiyə edən valideynlər az deyil! Biz onu da yada saldıq ki, bəzi vaildeynlər ya diqqətsizlikdən, ya səhlankarlıqdan uşaqlarına nəzarət edə bilmir və nətijədə də ömrü boyu gözüyaşlı qalır. Və onun ürəyinə elə bir çalın-çarpaz yara vurulur ki, son mənzilə qədər bu yara yaddan çıxmır.

Əgər istəmiriksə bu jür taleyi yaşayaq, övladlarımız hər hansı diqqətsizliyimizin qurbanı olsun, ona görə də ən azından hər dəqiqə, hər saat, hər gün bizim nəzarətimiz onların üzərində olmalıdır. Bu diqqət olanda istər-istəməz ürəyimiz sakitləşər, uşaqlarımızın harda və nə işlə məşğul olduğunu çox yaxşı bilərik. Gəlin, uşaqlarımızı, balalarımızı, nəvələrimizi hər dəqiqə, hər an gözləyən təhlükədən qoruyaq və xilas edək!!!




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK