Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Rəşad Məcid: “Mən bu qadına beş dəfə vuruldum...” - MÜSAHİBƏ Adalet.az | Rəşad Məcid: “Mən bu qadına beş dəfə vuruldum...” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Rəşad Məcid: “Mən bu qadına beş dəfə vuruldum...” - MÜSAHİBƏ

65035    |   2017-07-19 15:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kimsən?

Kim sənə şübhə eləyər,

Kim sənə yanakı baxar?

Bu duruluq, bu saflığa,

Kim səhv edib qara yaxar?

Deyirlər, şairlər qələmlərinin gücü, duyğularının həssaslığı ilə qəlbə yol tapırlar. Beləcə, hər bir oxucu öz müəllifini axtarıb tapır. Ədəbiyyat mənəvi azadlığa gedən ən sirrli, rəngli yoldur. Müsahibimizin özünəməxsus dünyası var. Qadın psixologiyası, qadın dünyası onun diqqət mərkəzindədir. O, bir neçə kitabın müəllifidir. Hətta kitablarından birinin adı "Çiyələk qadın”dır... İntellektual qadınları yüksək qiymətləndirir. Düşünür ki, qadın savadlı olduğu zaman daha güclü olur.

Doydum-

Adamlardan, söhbətlərdən

bir-birinin eyni olan

məclislərdən, tədbirlərdən,

saxta, soyuq sifətlərdən...

doydum.

Bumisralarda dərin məna var. Hər söz bir tablodur! Hər tabloda min rəng var! Rənglərin fəlsəfəsini anladığımız qədər həyat mənalıdır. O, hər məclisdə, hər səfərdə yeni insan, yeni ədəbiyyatsevər axtarışındadır. Doğurdan da, cəmiyyətdə ədəbiyyat ruhu, istedadı olan insanı hiss etməkqışda yasəmən gülünü görmək kimi bir hadisədir. Xoş hadisə! Ədəbiyyat sehrli bir adadır. Bu adada doğulmaq, bu adada bir ömür var olmaq özü bir dəyərdir. Elə bir dəyər ki, heç zaman bu dəyərə xəyanət edə bilmirsən.

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvüRəşad Məcidlə görüşümüz oldu. Və... Söhbətimizdən Nazim Hikmətin, Orxan Pamukun, Elif Şafakın kitablarının qoxusu gəlirdi. ƏDƏBİYYAT... Yalnız ədəbiyyat...

Rəşad müəllimi yaxından tanımaq istəyirsinizsə, "Kimsən”, "Son”, "Xilaskarım”, "Kövrəklik”,”Nə Olsun Ki...”,”Son Yazı” şeirlərini oxuyun.

-Duyğuların itilənməsində ədəbiyyatın rolu böyükdür. Ədəbiyyat olmasaydı cəmiyyətdə nə baş verərdi?

-Məşhur yazarlardan biri deyib ki,ədəbiyyat olmasaydı dünya heç nə itirməzdi. Polis olmasaydı dünya qarma-qarışıq vəziyyətə düşərdi. Mən bu fikri zarafat kimi qəbul edirəm. Rəhmətlik Tofiq Abidinlə bu mövzuda mübahisələrimiz olurdu. Onunla tez-tez ədəbiyyatın insanlara təsir gücü ədəbiyyatın tərbiyəvi rolu barədə danışırdıq. Tofiq müəllim bu təsir gücünü danan insanlar sırasındaydı. Mən isə uşaqlıqdan düşünmüşəm ki, ədəbiyyat insanların yaşaması üçün bir stimuldu, gələcəkdən proqnoz verir. Ədəbiyyat gələcəyin müjdəçisidir. Ədəbiyyat insanlara həyat barədə impulsları ötürür. Mənim həyatıma da təsir edən çoxlu kitablar olub. Oturub ağladığım, oxuyandan sonra aylarla, illərlə düşündüyüm kitablar olub. Demək istəyirəm ki, ədəbiyyat məhz belə bir təsirə, gücə malikdir. Gənc vaxtı Cek Londonun "Martin İden” romanını oxumuşdum. O illərdə bu roman mənə böyük təsir etdi. Dünyagörüşümün formalaşmasında, özümdə bir sıra keyfiyyətlərin yaranmasında bu əsərin xidmətləri böyükdür. Ədəbiyyatı həyatımın tərkib hissəsi hesab edirəm. Bu baxımdan mənim üçün ədəbiyyatı oxumayan insan gücsüz, zəif insandır.Ədəbiyyatı sevən, duyan adam daha güclü, daha üstün,daha dərindi.

- Q.Q.Markesin maraqlı bir müsahibəsini oxudum. Söhbət zamanı Nobel mükafatlı yazar deyirdi: "Birdən anladım ki, hər şey, əşyalar, şəhərlər, insanlar ədəbiyyata çevrildi”. Rəşad Məcid də bir çox ölkələrə səfərlər edib. Özünəməxsus aurası olan səfərlər sizdə hansı izləri qoyub?

- Çoxölkələrgəzmişəm. Təzə ölkələr, yeni məkanlar, insanlar, mədəniyyətlər bizə təsir edir.Küveytə getmişəm Küveytdən yazmışam, Koreyaya getmişəm Koreyadan yazmışam. Uzaq ölkələr olduğu üçün ilk olaraq bunların adını çəkdim. Rusiya, Türkiyə, Fransa səfərlərimdən reportajlarım olub. Səfər zamanı o ölkənin aurası,aldığımız informasiya zehnimizdə dərin izlər qoyur. Eyni zamanda səyahət zamanı insan daha çox doğmalaşır, səfər yoldaşlarını yaxından tanımaq imkanın olur. Bunlarda insanın ruhuna, düşüncəsinə, eyni zamanda, yaradıcılığına da təsir edir.

-Bir dəfə xalq şairi Vaqif Səmədoğlundan müsahibə alırdım. Onun fikirləri hələ də yaddaşımda qalıb: - "Vətən uğrunda ölənlərin qarşısında baş əyirəm. Qadın uğrunda ölənlərin qarşısında diz çökürəm”... Sizin üçün qadın kimdir?

-Rəsul Həmzətovun şeirini tez-tez misal çəkirəm. O deyir ki, dünyada iki müqəddəs savaş var. Bir vətən uğrunda savaş, bir də gözəl qadın uğrunda savaş. Qalan savaşların hamısı xoruz döyüşü kimidir.Əslində, qadın da vətən kimidir. Qadın insana güc verirsə, ruhunu dəyişirsə, səndə xoş ovqat yaradırsa, səni göylərə qaldırırsa, bu mənada qadının yeri misilsizdir. Qadınlarla bağlı çox fikirlər demişəm, müsahibələr vermişəm. Hətta qadın proqramlarında çox tez-tez danışdığım üçün mənə qadın uzmanı deyirdilər (gülür). Dostum İradə Tuncay öz kitabını mən hədiyyə edəndə də avtoqraf yazmışdı."Qadın uzmanına”... Mən ağıllı, intellektual qadınlara hörmət bəsləyirəm. Nədənsə, hər zaman qadınları tanımaq istəmişəm. Amma bilirəm ki, qadını dərk etmək mümkün deyil. Qadın düşüncəsi fərqli və təzadlıdır. Qadının dərinliyinə varıb, onu sonadək dərk etmək çətindir. Qadının üstün keyfiyyətləri, ilahi gücü ilə bağlı yazılarım da çoxdu. Xumar Qədimovanın mənim şeirimə bəstələdiyi mahnı çox uğur qazandı. Əksər qadınlar bu mahnını dinləyib, özlərini düşünüblər, hər bir qadında Eqo var!

Bilmədim iblissən, ya mələk qadın

Ətri, gözəlliyi, çiyələk qadın

Bir də gəlməyəcək sənin tək qadın

Nə mənim dünyama, nəbu dünyaya...

Bəzi qadınlarda həm iblislik, həm də mələklik çaları var. Elə qadın var insanı mələk kimi göylərə qaldırır, bəzən də iblis kimi əzab-əziyyət verir. Qadını Çiyələyə bənzətməyim də çoxlarına qəribə gəlmişdi. Çiyələk qoxusu ilə, dadı ilə, gözəlliyi ilə fərqlənir.

Ziyalı qadınlarla söhbət etməkdən zövq alıram...

Bir kitabımın adı "Çiyələk qadın”dı. Bir müsahibəmdə demişdim ki, Azərbaycanda intellektual, savadlı, özünə güvənən qadınlar azdır. Xeyli reaksiya, hay-küy doğurmuşdu.

- Bir dəfə Qadın komitəsində bir tədbir var idi. İştirak edənlərin çoxusu qadınlar idi. Bizim professor qadınlardan biri bu söhbəti gündəmə gətirdi ki, Rəşad müəllim qadınları aşağılayıb. Amma qadınlar məni müdafiə etdi. Axırda Hicran Hüseynova dedi ki, mən bir kəndə getmişdim. Məktəb direktoru ilə söhbət elədim. Dedim ki, axı 15-16 yaşında qızları ərə vermək düzgün deyil. Məktəb direktoru cavab verdi ki, qoy elə qız 15 yaşında ərə getsin.Hicran xanım cavab verib ki, sən nəinki məktəb direktoruna, heç müəllimliyə də layiq deyilsən. Və məni müdafiə edərək dedi ki, Rəşad müəllim bunlara görə deyir... Səviyyəli, oxumuş qadınlarla qürur duyuram. Ziyalı qadınlarla söhbət etməkdən zövq alıram. Mən istəyirəm ki, Azərbaycan qadınları savadlı olsun, hər cəhətdən yüksək olsunlar. Gələcəyimiz xanımların əlindədir. Axı, uşaqlarımızı xanımlar böyüdür. Savadlı qadının böyütdüyü uşaq fərqli olur. Millətin gələcəyi də ilk növbədə qadından aslıdır.

- Bugünkü gəncliklə bağlı nə deyə bilərsiniz?

-2004-ci ildən Yazıçılar Birliyinin gənclər üzrə katibiyəm. 1992-ci ildə "525-ci qəzet”in ilk sayı çıxanda orada da təsisçi kimi bir müraciət yazmışdım. Demişdim ki, bu qəzet gənclərin qəzeti olacaq. Mən hər zaman Azərbaycan gəncliyinə inanmışam. Həmişə özünə güvən aşılamışam gənclərə. Təbii ki, mən də gənc olmuşam. Gəncliyin nə olduğunu, gənclərin nələri özünə kompleks etdiyini yaxşı bilirəm. Bəzən gənclərdə yersiz, vaxtsız iddilar, ulduz xəstəliyi yaranır. İstedadlı gənclərə dəstək olanda zövq alıram. Gəncləri ən çox mütaliəsizlikdə qınamışam. Bugünkü gənclər az oxuyur. Ədəbiyyatla məşğul olan gənc daha çox oxumalıdır. Bilgi və məlumatı çox olmalıdır. Bu gün dünyada o qədər gözəl əsərlər var ki, o əsərləri qoyub sənin əsərini oxumaq üçün gərək daha yaxşı yazasan. Bugünkü bəzi gənclikdə ruh ölgünlüyü var. 20-25 yaşında olan gənc oğlanların elə bil dünya ilə bağlı arzuları yoxdur. Sanki, bitib tükəniblər. 15 yaşım olanda mən bilirdim nə istəyirəm və kim olacam. Şeir yazırdım, jurnalistika ilə məşğul olurdum. Fikirləşirdim ki, zaman gələcək mən özümü jurnalistikada, ədəbiyyatda təsdiq edəcəm. Heç olmasa 20-25 yaşında olan qızların bir azrusu var:"Bir yaxşı oğlana ərə getmək”. Bəzi oğlanların heç belə bir arzusu da yoxdur. Heç qız da sevmirlər. Mən istedadı seçə, hiss edə bilirəm. Bir cümlədən, bir danışıqdan, bir iti cavabdan anlaya bilirəm. İstedadlı adama stimul, güc verməyin tərəfdarıyam. Tənbəlikdən, inamsızlıqdan, müxtəlif səbəblərdən gəncləri zəif görəndə həvəsdən düşürəm. Güvəndiyim gənc mən dediklərimi başa düşüb həyata keçirəndə, uğur qazananda sevinirəm.

- Onun uşaqlığı İstanbulda babasının çəhrayı rəngli evində keçib. "Bakıdan Nazim keçdi”. Bakını İzmirə bənzədən türk dünyasının böyük şairi haqqında nə deyə bilərsiniz?

-Siz danışanda mən Anar müəllimin "Kərəm Kimi” əsərini xatırladım. Anar müəllimin imzası ilə "Kərəm Kimi” kitabını 2011-ci ildə İstanbulda Nazim Hikmət Vakfına hədiyyə etmişdim. Sonra xalq yazıçısı bu kitaba xeyli əlavələr etdi. Nazim Hikmət haqqında sanbalı əsərlər yazılıb. Anar müəlliminyazdığı bu kitab isə xeyli zəngindir. Nazim Hikmət türk dünyasının böyük şairidir. Gənclik illərimdən onun şeirlərini oxuyuram. O zamanlar Türkiyə bizə əlçatmaz görünürdü. Məhz, o dövrlərdən Nazim Hikmətin şeirləri bizə Türkiyəni yaxınlaşdırırdı. Nazim Hikmətin həyatında qadınların rolu böyük olub. Ümumiyyətlə, məşhur insanların həyatındakı qadınlar haqqında çox yazılıb.

Həyat və qadın.

-525-in əməkdaşı, gənc yazar Pərvin xanımın "Qadın olmaq” kitabı var. Qəzetimizdə dərc olunan esselər sonra kitab halında da çap olundu, maraqla qarşılandı. Son günlərdə şair Yevgeni Yevşenka haqqında Pərvinin yazısı da şairin sevgilərindən bəhs edir. Qadınların yaradıcı insanların-kişilərin həyatına necə təsir göstərməsiylə bağlı kitabda maraqlı yazılar var. Qadın sevgisi kişini göyə qaldırır, sonsuz enerji verir. Yaradıcı insana da belə enerji lazımdır. Qadında savad, intellekt, qadınlıq varsa demək ki, o kişiyə daha çox inam və ruh verəcək. Bu mənada Nazim Hikmətin şeirlərinin yaranmasında qadınların böyük rolu olub. Sevginin insana verdiyi gücdən üstün bir güc yoxdur. Filosoflar sevginin ötəri, müvəqqəti olmasına təəssüflənir. Ötəri olsa belə yaradıcı insanın həyatında sevgi vacib faktdır. Hətta elə yaradıcı insan var ki, onun həyatında dörd dəfə ciddi sevgi olub. Bu mənada qadının yaratdığı ruhdan, auradan çox şey asılıdır. Mənim həyatımda da məni göylərə qaldıran qadınlar olub. Sevgi şeirlərimin də ünvanları qadınlardır. Yaradıcı insan sevgidən daim güc almaq istəyir. Bəzi yaradıcı insanlarda sevgialınmayanda təsəllinialkoqolda, narkotikdə tapır.Onlar isə qadın sevgisi qədər güclü ola bilməz...

Nitşe niyə belə deyirdi?

-Sevginin necə yarandığını, hansı qığılcımdan başladığını hələ heç bir filosof tapa bilməyib. Beyində yaranan hormonlar bir ildən dörd ilə kimi yaşaya bilir. Gənc yaşımda düşünürdüm ki, sevgi uzağı altı ay çəkə bilər. Amma sonralar sevginin daha uzunömürlü olmasına inandım. Tez-tez alman filosofu Nitşenin fikirlərini misal çəkirəm."Sevgi yaşamağın yeganə və sonuncu şansıdır”... Buna inanıram. Bütün həyatım boyuda inanmışam.

-Türkiyəyə ilk Nobel mükafatını gətirən Orxan Pamukdan söhbət açaq. İlk dəfə dünyada bir roman muzeyə çevrildi. Etiraf edim ki, mən İstanbulu Orxan Pamukun romanlarından sevmişəm.

-Sənin Orxan Pamukla bağlı yazılarını oxumuşam. Bir yazıçını sevmək, onun əsərləri ilə yaşamaq gözəl, xoş hissdir. Mən hesab edirəm ki, Pamuk dünyanın üç, beş böyük yazıçısından biridir. Birinci dəfə mən "Qar” romanını oxudum. Mənə çox təsir elədi. Onun haqqında yazılarım da var. Karsda baş verən hadisələr diqqətimi çəkdi. Hətta bir neçə dəfə Karsda səfərdə olduq. Səfər yoldaşlarım redaktorlar Qulu Məhərrəmli, Aqil Abbas, Elçin Şıxlı ilə qarlı günlərdə Karsı gəzdik. Mən Karsda Pamukun obrazlarını axtarırdım. Romandakı auranı görmək istəyirdim. Sonra Pamukun digər romanlarını oxumağa başladım. "İstanbul” romanını da maraqla oxudum. Yazar öz şəhərinin hüznlü illərini çox ustalıqla qələmə almışdı.

Pamukun izi ilə...

-Dostumuz Vahid Qazı "Ağdam – ruhlar şəhəri” adlı kitab yazırdı.Dedim bu yazıları böyütmək lazımdır. Orxan Pamukun İstanbuldan yazıdığı kimi bir kitab olsun. Mənə görə Ağdam Azərbaycanın İstanbuludur. İstanbul fərqli, təzadlı bir məkandır. Hər bir dünyagörüşünə malik olan insan İstanbulda özü üçün mühit tapa bilər. İstanbul təzadlı şəhərdir.

"Məsumiyyət Muzeyi”ni oxuyandan sonra...

-"Məsumiyyət Muzeyi” romanını Antalyada oxumuşam. Xatırlayıram ki, millət vəkilləri ilə dörd, beş günlük seminara getmişdim. O zaman o romanı aldım. Kitab məni özünə çəkdi. Böyük bir peşəkarlıqla yazılmış, sadə bir süjet. Kitabdan ayrıla bilmirdim. O dövrlərdə düşünürdüm ki, qalın kitabların zamanı keçib. "Məsumiyyət Muzeyi”ni oxuyandan sonra anladım ki, qalın kitabların zamanı keçməyib. Sadəcə olaraq elə böyük sənətkarlıqla yaratmalısan ki, insanları cəlb etsin. Romanda 70-ci illər Türkiyəsi ustalıqla təsvir edilmişdi... Pamuk insan psixologiyasının bilicisidir, böyük ustaddır.

Elif Şafak sehri.

-Orxan Pamukdan sonra mən Elif Şafakın əsərlərini oxumağa başladım. Elif Şafakın ilk dəfə "Baba ve piç” romanını oxudum. O kitaba görədə Elif Şafaka məhkəmə işi açılmışdı. Bu romanda mənə təsir elədi. Onun haqqında "Yazıçının bicliyi” adlı yazı da yazdım.Sonrakı romanlarını hər oxuyanda bu yazıçıya vurulurdum.Beləcə, mən bu yazıçıya beş dəfə vuruldum. Zamanla "Aşk”, "İsgəndər” və digər kitablarını oxudum. Elif Şafakın Nobel mükafatı alacağına inanıram. Orxan Pamukdan sonra növbəti Nobel mükafatını Elif Şafak alacaq. Belə bir qadının varlığı - türk qadınları üçün böyük stimuldur. Elif Şafak yazıçı kimi uğur qazanmağın sirlərini yazır: bunun üçün 17 faiz istedad, 83 faiz zəhmət tələb olunur. Düşünürəm ki, burada istedadı az deyib. Mən deyərdim 60 faiz zəhmət, 40 faiz istedaddır. Məncə, o özü qəsdən zəhmətin rolunu böyüdüb.

-Nədənsə, mən həmişə məşhur yazarların uşaqlıq illəri haqqında düşünmüşəm. Bu mövzü haqqında siz nə düşünürsünüz?

- Bəzən yazıçılar uşaq vaxtı qapalı olur, özünə çəkilir, müxtəlif travmalar alır. Bəzi uşaqlar öz arzularını, ideyalarını kitablarda axtarmağa başlayır. Və bu kitablar hədsiz fantaziyalar yaradır. Uşaq fantaziyası həyatı ədəbiyyata dəyişmək istəyir. Çox güman ki, uşaqlıq illərinin görünən və görünməyən travmaları, özünə qapalılıq, bir otağa qapanmaq yazıçılıq üçün vacibdir. Ədəbiyyat adamlarının həyatında valideynlərin də, mühitin də böyük rolu olur.

-Həqiqət axtarışına gedən insanlar tənhalıq körpüsündən keçir. Tənhalıq hissi ilə bağlı fikirlərinizi eşitmək maraqlı olardı.

-Yazıçılar çox zaman içlərinə qapılıb özləri ilə söhbət edirlər. Mən də özümə uyğun insanla, qadınla nəyisə bölüşməkdən zövq alıram. Bəzən elə olur özümə qapılıram, duyğularım öz içimdə qalır. Belə olan halda yazmaq belə istəmirəm. Qələmdən qorxub qaçdığım anlar olur. Sözün gücü ilə nəyinsə dəyişəcəyinə inanmadığım vaxtlar olur. Mən tez-tez Cek Londonun sözünü işlədirəm. "Dünyada yaradıcılıq ləzzətindən üstün bir ləzzət yoxdur..” Bu ləzzəti yaradıcı adamlar bilə bilər. Doğrudanda böyük sənət əsəri ağrılar, acılar bahasına ərsəyə gəlir. İsgəndər Palanın belə bir sözü var: "Sən öz əsərinə nə qədər enerji qoymusansa, oxuyanda bir o qədər alacaq...” Orxan Pamukun, Elif Şafakın əsərlərində bu enerji var. Eyni zamanda hədsiz peşəkarlıq, yazı texnikası var.

Ədəbiyyat xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir. (V.Belinski)

Azərbaycan Yazıçılar Birliyi

Söhbət etdi: Nigar İsmayılqızı




İmza:

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK