Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Səyavuş Aslanın oğlu ailə sirlərini açdı: "Ata bir söz deyirdi, ana bir söz" Adalet.az | Səyavuş Aslanın oğlu ailə sirlərini açdı: "Ata bir söz deyirdi, ana bir söz" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Səyavuş Aslanın oğlu ailə sirlərini açdı: "Ata bir söz deyirdi, ana bir söz"

46011    |   2017-07-18 22:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalq artisti Səyavuş Aslanın oğlu Eldar Aslanın Milli.Az-a müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir:

- Eldar bəy, bilirəm ki, uzun müddətdir xaricdə yaşayırsınız. Bakını tərk etmə səbəbiniz təkcə öz biznesinizi qurmağla bağlı idi, yoxsa əzizlərinizin dünyadan köçməsi sizi buna vadar etdi?

- Mən Səyavuş Aslanın kiçik oğluyam. Uzun illərdir Azərbaycanı tərk etmişəm, hələ atam dünyasını dəyişməmişdən əvvəl. İstədiyim işi Bakıda tapa bilmədim, çox çətinlik çəkdim, ona görə də xaricə üz tutdum. Çünki mən həm ailəmi, həm də valideynlərimi dolandırmalı idim. Bundan da əlavə valideynlərimin ardıcıl olaraq dünyadan köçməyi məni Bakı ilə bağlantılarımı qırdı. Hal-hazırda dünyanın başqa-başqa şəhərlərindəyəm, konkret olaraq bir ölkədə çalışmıram. Cənubi Koreya şirkətinin Rusiya və MDB üzrə rəhbəriyəm. Şirkət müəyyən sahələrdə işlər aparır.

- Səsiniz mənə böyük sənətkarımız Səyavuş Aslanı xatırlatdı. Atanızın başqa hansı xüsusiyyətləri sizə bənzəyir?

- Təşəkkür edirəm. Səsim əgər oxşayarsa, çox sevinərəm. Səyavuş müəllimin yaxşı xüsusiyyətlərindən bir çoxu mənə keçib. Bu da onun mənə verdiyi tərbiyəsindən irəli gəlmişdi. Ailəcanlılıq mənə atamdan keçib. Mən uşaqlarım üçün özümü dağa-daşa vuraram. Çalışıram ki, onların hər şeyi olsun. Xeyirxahlığı da atamdan öyrənmişəm. Həmişə çalışmışam ki, tanıdığım və tanımadığım insanlara bir köməkliyim dəysin. Mən bir az yaxşı mənada emosional və zarafatcılam, bəlkə də bu da mənə elə atamdan keçib.

- Amma nədənsə atanız rəhmətə gedəndə sizi görmədik.

- 2010-cu ildə anam rəhmətə getdi, Səyavuş müəllim də çox keçmədi ki, anamın ölümündən insult oldu. Ev şəraitində müalicə alırdı. Mənim böyük qardaşım bildiyinizə görə işləmir, ailədə işləyən tək mən idim. Çalışdım ki, maddi durumu yaxşılaşdırıb, iş tapım. Mən əlimdən gələni etdim. İstədiyimə nail olmaq üçün çox əziyyətlər çəkdim. Arada atamın yanına gəlib gedirdim, amma Səyavuş müəllim rəhmətə gedəndə mən başqa şəhərdə idim. Dəfn edilən günü gələ bilmədim, sabahı günü gəldim. Hətta nazirliyə zəng edib, xahiş etdim ki, mümkünsə dəfni bir gün yubadasınız. Onlar bu işin mümkünsüz olduğunu söylədilər.

- Atanız Ofeliya xanımı çox sevib. Bəlkə də onların dillər əzbəri olan sevgilərin göz dəydi. İki sevimli sənətkarımızın ayrı yaşamaqları haqda hərə bir söz danışır. Ayrılıqlarının səbəbini siz necə izah edərdiniz?

- Bu sualı illərdir mənə verirlər, həmişə də cavab verirəm. Onlar birlikdə 25 il ömür sürdülər, birlikdə yaşadılar. Hər ulduz ailəsində olan dedi-qodu bizim ailəmizdən də yan keçmədi. Onların arasında yalandan uydurulan hekayələr də var idi. Onların arasında qısqanclıqdan narazılıq yaranmışdı. Bu qısqanclıqlar nəticədə atamla anamın ayrı yaşamalarına gətirib çıxardı. Atamla anam ayrılan zaman əsgərlikdə idim. Mən bu xəbəri eşidəndə şok keçirdim. Böyük qardaşım da, mən də istəmirdik ki, ailəmiz dağılsın, atamla anam ayrı yaşasın. Qarşısını ala bilmirdik, siz bilirsiz ki, övladın əlindən bu cür şeylər gəlmir. Övlad valideynlərinə bir hökm sürə bilməz. Amma ayrılmaqlarına baxmayaraq ünsiyyətdə istiqanlılıq var idi. Çünki ortada biz var idik. İstər-istəməz görüşlər olmalı idi. Hətta bir mənzildə qalırdılar, ara-sıra üz-üzə gəlib, salamlaşırdılar da. Ömürlərinin axırına kimi də belə davam etdi. Ondan sonra nə Səyavuş müəllim evləndi, nə də ki, Ofeliya xanım ərə getdi.

- İndiyə kimi yayılan şayiələrdən birində Siyavuş müəllimin Ofeliya xanıma tanınmış bir sənətkarla xəyanət etdiyi deyilirdi. Bu həqiqətə uyğun idi?

- Onların populyar vaxtında bu cür dedi-qodular çox yayılmışdı. Tək bir sənətkardan söhbət getmirdi, orda bir çox sənətkarlardan danışırdılar. Sadəcə olaraq şayiələrin biri məşhurlaşdı, digərləri bir az geridə qaldı. Anama yalandan gətirib çatdırırdılar ki, filankəslə görüşür, filankəslədir. İndi də davam edir bu şayiələr. Səyavuş müəllim indiki dövrdə yaşasaydı, bütün bunlara cavab verərdi. O vaxtı bu cür məsələlərə aydınlıq gətirmək üçün elə də bir telekanal yox idi ki, çıxıb orada bu dedi qoduları yalanlasın. Əslində xəyanət falan yox idi, bunlar heç bir həqiqətə uyğun deyil.

- Atanızın yanında çox vaxt keçirəndə ananız əsəbləşirdi, yaxud da əksinə? Valideynləriniz sizə nə qadağaları qoyurdular?

- Mən bu ərəfədə atamla qalırdım. Qadağalar yox idi, amma hər kəs öz tərəfindən, öz "damının" altından qərarlar verirdi. Ata bir söz deyirdi, ana bir söz. Mən bunların arasında bir poçtalyon kimi münasibət qururdum. Bəzən qadağalar da olurdu. Anam atama bir söz çatdıranda atam deyirdi ki, "sən ona qulaq asma, bu belə deyil, elədir, sən ona belə de" bu kimi sözlər. Mənə çox ağır gəlirdi bu cür yaşamaq. Heç cürə bu vəziyyətlə razılaşa bilmirdim. Çox çalışırdım onları barışdırım. Bir neçə dəfə ciddi cəhdlər etdim, amma fayda vermədi. Anam özünü müdafiə etmək üçün səbəblər gətirirdi, öz səbəblərini danışırdı mənə. Atam da özünü müdafiə edirdi. Hər kəs özünü haqlı sayırdı.- Böyük sənətkarların övladı olmaq çətin idi?

- Bunun mənfi tərəfi də var idi, müsbət tərəfi də. Mənfi tərəfi o idi ki, sərbəst, azad olmağımda məhdudiyyət yaranırdı. Əksər hallarda isə hörmətlə, izzətlə, qayğıyla qarşılayırdılar məni. Bəzən də mənim üçün də bezdirici idi. Küçələrdə baxıb deyirdilər ki, Səyavuş Aslanın oğlu. Mən özümü görməməzliyə vurub keçirdim.

- Bakıda qohumlarınız, bildiyimə görə ahıl yaşlı əminiz yaşayır. Onlarla əlaqələriniz varmı?

- Səyavuş müəllimin bir qardaş və bacısı var. Bacısı rəhmətə gedib. Qardaşı sağdır, bir balaca xəstədir. Atam sağlığında qardaşı ilə də, bacısı ilə də ayrılmaz bir münasibətdə idi. Hər gün zəngləşib görüşürdülər. Atam özü də çox istiqanlı idi. İndi də mən zəngləşib, danışıram. Qohumlarımla əlaqələrim qalıb.

- Səyavuş müəllimə qarşı sənət aləmində çox haqsızlıqlar olurdu?

- Bir çox adamlar təbii ki, onun populyarlığını paxıllıqla qarşılayırdılar. Həm ulduzlar arasında, həm də gənclər arasında bunlar baş verirdi. Baş rol ifaçıları arasında bu cür mübahisələr gedirdi. Səyavuş müəllimə batmaq mümkün deyildi. Hətta rejissorlar onun üçün tamaşa hazırlamağa növbəyə dururdular. Səyavuş müəllim araşdırardı, baxardı, ən yaxşılarını oynayardı. AZDRAMA-da özlərini hegemon sayanlar vaxtilə atamla mübahisələr edirdi. Halbuki onlar atamın heç kölgəsi də ola bilməzdilər. Hövsələsiz olduğundan hər kəsin cavabını elə yerindəcə verərdi. Musiqili Teatrda onun Nəsibə xanım və Hacıbaba müəllimlə aralarını vurmuşdular. Amma bu onlara heç cür zərbə vurmadı. "Hicran" tamaşasına baxanda heç bilmək olmur ki, onlar küsülüdürlər. Bəhram Osmanov adında bir rejissor var idi, çox özündən razı idi. O vaxtı cavan olsa da özünü dahi sayırdı. Mərahim Fərzəlibəyov və Lütfü Məmmədbəyov kimi rejissorun yanında mən ona gənc kimi baxırdım. Heç onun rejissorluğundan da xəbərdar deyiləm. Siyavuş müəllimin bir az onunla problemi yaranmışdı. Akademik teatrda belə hallar baş verirdi. Teatr aləmində bir birinin ardınca danışmaq ən adi bir şey idi. Bütün bunları mən görürdüm. Səyavuş müəllimin hegemonluğunun qabağında bütün bunlar heç nə idi.

- Sizi film çəkilişlərinə aparırdı?

- Bəli, bir çox çəkilişlərdə yanında olurdum. O kino sahəsində o qədər də tanınmayıb. Bəlkə də filmlərdə çəkilsəydi, daha da böyük uğur qazana bilərdi. O bir çox filmlərdə çəkilməyib, bəlkə də mane olublar. Mən onunla birlikdə "Yol əhvalatı" filminin çəkilişində olmuşam.

- Yeganə təsəlliniz nədir?

- Bu gün həm atam, həm də anam üçün çox darıxıram. Tez-tez yadıma salıram, gözümün önünə gətiririrəm. Təbii ki, darıxmadan olmur. Valideyn həyatda əziz və lazımlı bir amildir. Çalışınsağlığında valideynlərinizin qayğısına qalın.




İmza:

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK