ANA SƏHİFƏ / YAZARLAR

ALLAH XATİRİNƏ, ÖZÜNƏ QAPANMA!

Eşit məni, Sona Çərkəz!

15112    |   2017-07-14 14:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən ruhuma, könlümə yaxın olan, özümə can sirdaşı sandığım insanlar barəsində yazı yazanda içim bir az rahatlanır. Elə bilirəm ki, bu yazı mənim onlarla söhbətimdi, onlarla dərdləşməyimdi. Amma yazı ortaya gələndə baxıb görürəm ki. Əslində heç nə deməmişəm, heç nə bölüşməmişəm. Demək istədiklərimin hamısı yığılıb qalıb ürəyimdə. Və…

Və oturub zaman gözləmişəm. O zamanı ki gəlsin, həmin mövzuya yenidən qayıdım, yenidən fərqli nəsə bir şey yazım. Həm özüm rahatlanım, həm də həmsöhbətim. Bax elə indi də həmin o istəklə, o niyyətlə oturmuşam bilgisayar yazarımızın yanında. Özümü ha toparlayıb hardan, necə başlayacağımı bilmirəm, köməyiimə onunla etdiyim söhbətlər, bölüşdüyüm fikirlər, bir də onun özünün kitabları çatır. Vərəqləyirəm kitablarını, xatırlayıram söhbətlərimizi. Və görürəm ki, həyatı boyu ağrı-acı çəkə-çəkə dünəni unutmaq istəyən, əksinə, onu ürəyində heykəlləşdirən Sona Çərkəz bir Azərbaycan xanımının, bir ailə ağbirçəyinin mükəmməl obrazıdı. O elə mükəmməl, elə tam və bütövdür ki, hansı prizmadan baxırsan bax, ancaq səmimiyyət, ancaq sədaqət, ancaq insanlıq, ancaq anna ülfəti, ancaq bacı ürəyi və bir də nənə məhəbbətinin şahidi ola bilərsən. Şəxsən mən bütün bu dediklərimi onun simasında təkcə hər görüşümüzdə yox, hər xatırlananda görürəm. Və inanın ki, bəzən elə bilirəm ki, o bu dünyanın adamı deyil, hardansa çox-çox uzaqlardan gəlib düşüb aramıza. Çünki…

İnsanda, xüsusilə anada, qadında bu qədər dözüm, bu qədər iradə, bu qədər ocağa bağlılıq və bu qədər də ürək böyüklüyü təsəvvür etmək mümkün deyil. Hansı ki, bunlar Sona xanımın nur topası olan varlığında cəmləşibdi. Onun müsbət aurası adama ancaq yaşamaq, ocağına, doğmalarına, torpağına bağlanmaq hissi aşılayır. Mən bütün həyatını ovcumun içi kimi bildiyim müəllimim, həm də bacım olan Sona xanımın yaşantılarını vərəqlədikcə heyrət etməyə bilmirəm. Ondakı dözüm qarşısında baş əyməyə bilmirəm. Axı həyatını, sağlamlığını, hətta maddiyyatını sevgin qarışıq həsr etdiyin yaxınlardan, ətrafdan nankorluq görmək, biganəlik görmək, laqeydlik görmək adamı sıxır, adamı sındırır. Bunu məhz Sona xanımın timsalında görmüşəm və bu gün də görməkdəyəm. Sona Çərkəz özünün hər addımı ilə təkcə haqlı olduğunu sübut etməyə çalışmayıb, hətta buna cəhd də etməyib. Sadəcə olaraq onun atdığı addımlar, onun göstərdiyi münasibət özü birbaşa az qala qışqıra-qışqıra deyir ki, «ay nankor, ay namərd, fil qulağında yatma, aş vermişəm, aşımı ver, daş vermişəm daşımı qaytar». Təəssüf ki, kar qulaqlar bu qışqırığı da eşitməyiblər. Elə bil ki, onların fikri, niyyəti, tutduqları anlamazlıq xəstəliyindən daha çox, daha möhkəm yapışmaqdır. Görünür, bu münasibət onların bir növ qayələrinə çevrilib. Ona görə də başlarını qaldırıb nə Allaha, nə də qarşılarındakı Sona xanıma baxmırlar. Amma necə olur-olsun, nə edirlər etsinlər onların heç biri Sona Çərkəzin tutduğu yolun səmtinə də yaxın düşə bilmir. Çünki Sona Çərkəzin yolu aid olduğu ailənin şərəfidi, namusu, dünənidi, bu günüdü, sabahıdı. Hətta o, həyatda nail olduğu uğurların da hamısını məhz Çərkəz müəllimlə, övladları ilə bağlayır. Bu gün özünün və Çərkəz müəllimin adını daşıyan nəvələri ilə bağlayır. İçində nə çəkdiyini, necə çəkdiyini hamıdan yaxşı bilən Sona Çərkəz məhz belə məqamda yazır ki:

Su üçün dənizə tutsam üzümü,

Bir anda dənizin suyu quruyar.

Yayın ortasında küçəyə çıxsam,

Göylərdən ya dolu, ya da qar yağar.

Yeri gəlmişkən, onu da deyim ki, bu misralardakı fikir Sona xanımın yaşantısıdı. O, məhz yayın ən isti günlərinin birində Çərkəz müəllimlə Muğan bölgəsinə gedəndə iyun ayında dolu yağdı, leysan oldu. Onunla bağlı Sona xanım yazdı ki:

Əyləşmişəm ömrün son qatarında,

Yolum hayanadı, hələ bilmirəm.

Bəzən gözlərimdən axan yaşları,

İstəsəm də belə, silə bilmirəm.

Mən Sona Çərkəzin şeirlərinə, yazılarına yaxşı bələdəm. Bu yazılar, bu şeirlər onun özünün, həyatının ifadəsidi. Onun içində yaşayan Çərkəz müəllimin, Füzuli müəllimin özləridi, arzularıdı, xatirələridi. Lap konkret desəm, Sona xanım öz cismində iki həyat yaşadır, amma bu həyatlar bir-birinə elə qovuşub ki, onu ancaq bilənlər, görənlər duyurlar. Bir də Yazıçılar Birliyinin üzvü olan Sona xanım haqqında bir-birindən dəyərli fikirlər söyləyən elm, mədəniyyət adamları bilib Sona Çərkəzin yaşantılarını. Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov demişkən, Sona Çərkəzi gördükcə adam daxilən, bütün varlığı ilə təmizlənir. Onun etdiklərini xatırladıqca adam paklaşır!

Bax mən də Sona xanımı hər dəfə görəndə hörmətli Nizami müəllimin dediyi fikirləri içimdən keçirirəm. Və düşünürəm ki, Çərkəzin müəllimin ocağının istisini övladlarına, nəvələrinə zəhmətilə, yuxusuz gecələrilə, qələmilə hopduran Sona xanım yaxşı ki, türk dünyasında da tanınır, sevilir və onun kitabları, şeirləri orda da maraqla qarşılanır.

Bəli, mən Sona Çərkəz barəsində içimdə olan fikirlərin, düşüncələrin cəmi bir damlasını kağıza köçürdüm. İstədim ki, bu gün səhhəti ilə bağlı narahatçılıq yaşayan Sona xanım onu sevənlərin yadından çıxmadığına inansın, əmin olsun və bilsin ki, o, şəxsən mənim üçün çox əziz bir insandı. Və bir də onun hər sözü, hər yazısı mənim üçün düşündürücü gücə malik olan həssas notların vərəqlərdəki əksidir. Elə bu istəklə də onun özünün Türkiyədə də sevilən iki şeirindən parçaları diqqətinizə çatdırıram. Sona xanım yazır ki:


Dünyaya üsyanım bitmək bilməyir,

O haqqı nahaqqa verəndi, dostlar.

Zalımın zülmünə yumub gözünü,

məzlumun əksiyin görəndi, dostlar.


Sona xanım onu da bizə deyir ki:


Nedir kalbimdə şu tufan?

Neden ötüşmüyor zaman?

Kedermi kadarım benim,

Ve ya ben böyleyim bu an?


Cevabı yok soruların,

İçimi yiyyor, dostum.

Şu dünyadan bir şey umsam,

Sen vefalı, sadik dost um…


Dəyərli Sona xanım, bu dünyada çox şeyi görmüsən və dünyanın namərdliyindən də xəbərdarsan. Şairlərimizdən birinin dediyi kimi, heç yaşamalı dünya deyil! Amma sizin ürəyinizin və yaşatdığınız insanların sizinlə birgə olması Sona Çərkəzə halal yaşamaq haqqı veribdi. Yaşayın, bu dünyanı! Həm bu dünyanın, həm də sizi istəməyənlərin acığına!

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-16
2018-06-15
2018-06-14
15:04 ACLIQ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK