deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "QALIN" ADAMLAR Adalet.az | "QALIN" ADAMLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"QALIN" ADAMLAR

Əbülfət MƏDƏTOĞLU

8842    |   2017-07-14 14:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Və bir də onların sındırmağa çalışdığı mən

Yəqin ki, bu yazını oxumağa başlayanda düşünəcəksiniz ki, yenə nostalji duyğular, yenə sıxıntılar, yenə ağrı-acı, yenə dərd-qəm, bir sözlə, ovuc-ovuc göz yaşı. Hətta artıq bilgisayar yazarımız Gülər xanım da adət edib. Həftənin son iş günü ona yaxınlaşıb düşündüklərimi diqtə etməyə başlayanda bir az ironik şəkildə deyir:

- Əbülfət müəllim, yenə ağlayacağıq?

Bunun da cavabında mən də yarızarafat deyirəm:

- Hə qızım, bir əlli faiz ağlaşmadı.

Bunların, yəni bu söhbətimizin indi yazacağım yazıya dəxli yoxdu. Ona görə ki, bu gün həqiqətən ağlaşmadan yazırıq və bu ağlaşma da hər kəsin əlinin altında ya dəsmal, ya da salfet saxlamağı tələb edir. Mən bu tələbi nəzərə alıb bəribaşdan deyirəm:

- Ya yazını oxumayın, ya da əlinizə dəsmal götürün!

Bu belə...

Hə, mən özümü nə qədər toparlamağa, nə qədər ayaqda saxlamağa çalışsam da, nə bu dünya məni sevmir, nə də ətrafımdakı adamlar. Dünyanı başa düşürəm, onunla işim yoxdu. Hətta işim olsa da, o mənim işimi aşıran deyil. Yəni dünya milyon illərdi ki, özü bildiyi işləri aşırır, özü istədiyini ucaldır və yaxud da endirir. Mənim işim ətrafımdakı adamlarladı. Yəni işim deyəndə bilmək istəyirəm ki, mən ətrafımdakı adamların hansının ayağını tapdalamışam, hansının haqqına şərik çıxmışam və yaxud da hansının bostanına daş atmışam?! Bir az da kəndçiliyimə salıb demək istəyirəm, kimin toyuğuna "kiş" demişəm?! Mən bu sualları verdim. Ətrafımdakıların nə cavab verəcəyini qismən bilirəm. Amma qismənlə razılaşmıram. Çünki həmin sözün kökü başqa bir sözün də, yəni qismət sözünün də özülüdü. Deməli, o adamların mənim çevrəmdə olması bir qismət işidi, bir tale yazısıdı. Onlar da bundan istifadə edirlər, bundan yararlanırlar. Və hər yerdə, hər zaman mənim üstümə gəlirlər - sıxmaq üçün, sıxışdırmaq üçün, vurmaq üçün. Və mən də dayanıb baxıram. Dəyən zərbələrdən ancaq içim ağrıyır, ürəyim zədələnir. Özümü nə qədər şax tutmağa çalışsam da, alnımdakı qırışlar artır. Onda bir ildırım sürətilə ağlımdan gəlib keçir ki:

- Etməyin, insafınız olsun!

Bəli, bütün bunları birnəfəsə bilgisayara diqtə edə-edə əlimi Tanrıya da açıram, üzümü ona da tuturam. Və ondan soruşmaq istəyirəm:

- Niyə yazdın bu qisməti mənə? Axı, mən heç bu qədər vurulacağımı, sıxılacağımı ağlıma gətirməmişdim. Ən azından mənim günahımın nə boyda olduğunu (təbii ki, varsa və yaxud da günahsız insan yoxdu prinsipinə güvənib - Ə.M) Sən daha dəqiq bilirsən. Mən də Sənin adilliyinə, aliliyinə güvənib yazıram:


Boyu boyumdan uca

Dərdlə qoşa durmuşam...

Batıb çəkdiyim "ah"a-

Dönüb daşa durmuşam.


Sönən etirazıma

Ölən ehtirasıma...

Gözdən iraq yasıma-

Daman yaşa durmuşam...


Günün xoş keçsin təki

Bir ürək idik səki...

Sən turp əkdiyin ləki-

Çıxıb başa durmuşam...


***

İnsan iki məqamda sınır. Bir həddən artıq "qalın" olanda, bir də həddən artıq "nazik" olanda. İndi fikirləşəcəksiniz ki, insan necə qalın ola bilər? Mən deyim siz də dinləyin. İnsan o vaxt qalın olur ki, yerini bilmir, sözünü bilmir, davranışına nəzarət edə bilmir, deyilənləri qulaqardına vurur, gördüyündən gözkirəsi istəyir, ətrafındakıları vecinə almır, özünü Bağdaddakı kor xəlifə kimi aparır. Ən vacibi isə duymaq, anlamaq, dərk etmək və duyub anlamaq hissini itirir. Bu yerdə yadıma Seyfəddin Dağlının bir yazısı düşür. Onu televiziya tamaşası da etmişdilər sovet dönəmində. Həkimə müraciət edən xəstəyə həkim elə məsləhət verir ki, sonda onun, yəni xəstənin qulaqları xeyli uzanır. Və həkim gülüb deyir ki, indi heç nəyi vecinə almadan yaşaya bilərsən. Yəni insanlıqdan çıxıb heyvan həyatını davam etdir. Bax, bu novellanı yadınıza salmaqla qalınlığın nə olduğunu yəqin ki, sizə izah edə bildim. Bu qalınlıq da o vaxt sınır ki, ona özündən də qalın həmlə edir... özündən də qalın buynuz göstərir, göz ağardır. Və... nəticədə həmin o qalınlardan biri sınır...

Gələk naziyin sınmaq məsələsinə. Burda da söhbət o adamdan gedir ki, həddindən artıq həssas olur... həddindən artıq diqqətcil olur... həddindən artıq anlayışlı olur.. həddindən artıq qayğı göstərir, qayğı umur... həddindən artıq naz çəkir, nazının çəkilməsini istəyir... həddindən artıq insan olur... və özünün də həddindən artıq insan olanın yanında olmasını istəyir. Bax, bu həddindən artıqlıq onu ütüləyir, onu yontalayır, onu rəndələyir, onu nazildir. Burda da Şeyx Nizami yadıma düşür. Şeyx deyib ki, "artıq içiləndə dərd verir su da". Bax, həddindən artıq insanlıq da adama dərd gətirir, adamı sındırır.

Bütün bunları dedim, yazdım. Amma sonra düşündüm ki, guya təzə nə dedim, nə yazdım? Bütün bunları axı siz məndən yaxşı bilirsiniz. Amma sonda düşündüm ki, deməyə bilməzdim. Ən azından insan olanlar məni, adi bir Allah bəndəsini, adi bir insanı nahaq vururlar, nahaq tapdalayırlar. Axı, mən həddindən artıqlığın acısını, əzabını yaşamağa öyrəşsəm də bunun, yəni öyrəşdiyimin həcmini, çevrəsini artırmaq, genəltmək istəmirəm. Bəs siz niyə bunu edirsiniz? Bilmirsiniz ki...


Başımın üstündə bulud çiçəkdi

Gözümdə, könlümdə ümid çiçəkdi...

İnanma, desələr unut, çiçəkdi-

Bu sevgi saralıb sola da bilər...


Gecənin bir gözü yuxu çiləyir

Bir gözü xəyala bükür, bələyir...

Vallah, nə olursa Allah eləyir-

Məndən də dəlisi ola da bilər!


Bu da belə ömur, belə bir yaşam

Bu ömrə hakimsən- şəriksən paşam!

Demə duyğusuzam, ürəyi daşam-

Daşın da gözləri dola da bilər!..


Doğrudu, bu şeiri yazanda ovqatım tamam fərqli idi. Və ağlıma da gəlməzdi ki, nə vaxtsa həmin ovqatın iki qatını yaşayacam. Görünür, həmin o qismət deyilən məni yaddan çıxarmayıb. Və mən təkrar qayıdacam həmin ovqata, necə ki, qayıtdım da. Və o qayıtdığım ovqatın içindən bir Allahın, bir də sevginin ətəyindən çıxmaq üçün bu dəfə bir az fərqli misralar köçürdüm vərəqə. Yazdım ki:


Ürəyim susuz qalıbdı

Canımı suya çəkəcəm...

Allahım, bağışla məni

Dəli tək qıya çəkəcəm-

O qızın yadına düşüm...


Gecəm elə qaralıb ki,

Sanki Ay düşüb quyuya

Ovcumda tutmuşam - Allah

Bir dua oxu bu suya-

O qızın yadına düşüm...


Daşa, dəmirə baxdıqca

Özümə güvənim artır

İbadətə, ayağına

Məni tək bir istək dartır-

O qızın yadına düşüm!..

***

Bütün hallarda baş verənlərin mütləq bir səbəbi var. Bunu məndən öncə də deyiblər, bu gün də deyirlər və yəqin ki, sabah da deyəcəklər. Və mən də bununla razılaşıram. Çünki özüm də səbəbsiz heç nəyin olmadığına əminəm. Lakin elə səbəblər var ki, onlar olmaya da bilər. Təbii ki, həmin o "qalınlar", yəni qalın adamlar olmasa. Çox təəssüf ki, həyatımızın hər yerində, hər nöqtəsində qalınlar kifayət qədərdi. Onların qalınlığı da bəzən öz yatağında axan çayın da səmtini dəyişir... öz yolunu gedən insanı da büdrədir... öz sözünü deyən dili də dolaşdırır... Bax, mən də bütün bunların acısını çəkirəm... bütün bunların zərrəsini yaşayıram. Və səbəbin mütləqliyini qəbul edə-edə səbəbi yaradanların, daha çox isə o qanunların ünvanına yumruğumu düyürəm. Həmin o yumruq da dizimə dəyir. Elə bilməyin ki, yumruq dizimə dəyir, ağlım özümə qayıdır. Yox, mən onsuz da bu dünyanın namərdliyini zaman-zaman görüb, zaman-zaman da canımda, qanımda daşıyıram. Daşıdıqlarım da, yaşadıqlarım da ömür kitabının səhifələrinə çevrildikcə bircə sualın qorxusunu özümdən uzaqlaşdıra bilmirəm. Ağlımdan gəlib keçir ki, nə vaxtsa övladlarım, nəvələrim, elə məni tanıyanlar, mənə az-çox səmimi münasibətdə olanlar birdən soruşsalar ki:

- Niyə qalınlar həmişə səni qaraladılar? Niyə həmişə vuruldun, sıxıldın? Bax, onda nə deyəcəm? Nə cavab verəcəm? İzahımın şərhi onları qane edəcəkmi?

Gördüyünüz kimi sual ötəri, keçəri deyil. Sualın kifayət qədər ağırlığı, sanbalı var. Elə mən də o ağırlığı, o sanbalı indidən çiyinlərimdə, ürəyimdə, ruhumda daşıya-daşıya, hiss edə-edə istəyirəm ki, indidən bir şərh verəm və yazam:


Ömrün bu çağında, bu vədəsində

Tumurcuq çırtlayıb çiçək açırsa

Ürəyim fərəhlə sevgiyə tərəf

Zirək uşaq kimi hövlank qaçırsa-

Xoşbəxtəm demək!


Gecəni gündüzə calaqlayaraq

Gözüm yorulmadan yolu ölçürsə

İstəyi, xəyalı qalaqlayaraq

Olduğum hər yerə ürək köçürsə-

Xoşbəxtəm demək!


Özünün, sözünün ətrini duyub

Qələm ilhamlanıb naxış salırsa

Çiçəyi üzəndə ləçəyə dəyib

Əllərim şeh adlı qana batırsa-

Xoşbəxtəm demək!


Dodaq dodaq üçün nəfəs də dərman

Bunu baxış deyib naz andırırsa

Qollarım arası qəfəs də dərman

Toxunma! - deyəndə əl yandırırsa

Xoşbəxtəm demək!


... Telə daraq olan barmaqlar xoşbəxt

Üst-üstə dayanan yanaqlar xoşbəxt

Çiçəyi bürüyən yarpaqlar xoşbəxt

Adıma deyilən qınaqlar xoşbəxt-

Xoşbəxtəm demək!


Siz bütün yazı boyu nəyi necə şərh etdiyimi, nəyi necə təqdim etməyə çalışdığımı yəqin ki, qarışıq saldınız. Bu, məndən asılı deyil. Çünki içərisində olduğum durumun özü qarışıqdı. Və mən hardasa sizi də anlamağa çalışıram. Dərk edirəm ki, yazdıqlarımı sizə oxutmağa, içimdəkiləri sizə köçürməyə haqqım yoxdu. Amma siz də bilin ki, mən sizə güvəndiyimdən, sizə ümidli olduğumdan bu addımı atıram. Əks halda çəkilib içimdə bir küncə ölümünü gözləyən fil kimi dizlərimi qatlayardım. Lakin sizlərin varlığı, sizlərin anlayışı məni ayaqda saxlayır. Siz məni vuranlardan, yıxmaq istəyənlərdən qoruyursunuz. Siz bəlkə də xilaskar mələksiniz. Mən bunu tam səmimiyyətimlə deyirəm və elə o tam səmimiyyətlə də içimdəki bir istəyi də misralayıram. Demək istəyirəm ki:


Bilirsənmi dözmə nə?

Canım, gözüm döz mənə!

Baxım sənin dözmənə-

Yaşayım!


Bilirsənmi təkliyin

Ürəyimə çəkdiyin?!

Qoy göyərsin əkdiyin-

Yaşayım!


Bilirsənmi yalnız "ah"

Olur bəzən yalquzaq!..

Gəl, içimdən al, qız, "ah"-

Yaşayım!


Hə, mən bu yazını heç bilmirəm niyə yazdım? Amma yazmalıydım. Çünki yazmasaydım ürəyimin çatları bir az da artacaqdı. Və bu çatları yaradanlar mənə də, sənə də güləcəkdilər. Onların gülüşlərini dodaqlarında, ümidlərini gözlərində qoymaq üçün yazdım bu yazını. Və bir də yazdım ki, sən də biləsən nələr olur bu şəhərdə. Və biri sənə ünvanladığı dörd misranın günahından keçəcən. O misralar belədi:


Mən yoruldum içimin

Dərdlərini çözməkdən!

Sən yoruldun oturub-

Dərdlərinə dözməkdən!

Bağışla məni!

Elə siz də bağışlayın məni, bu yazını oxuyanlar!




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
SON XƏBƏRLƏR
2019-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK