Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | DÜNYANIN ƏN GÖZƏL ÖLÜSÜ Adalet.az | DÜNYANIN ƏN GÖZƏL ÖLÜSÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÜNYANIN ƏN GÖZƏL ÖLÜSÜ

Faiq QİSMƏTOĞLU

25347    |   2017-07-11 13:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zəhra dünyaya gələndə hamıdan çox babası, nənəsi, atası, anası sevinmişdi. Hamıdan çox sevinən bu insanlar Zəhranın toppuş əllərini, nurlu çöhrəsini, işıqlı gözlərini heç vaxt unuda bilmirdilər. Heç vaxt unuda bilmirdilər ki, bu balaca fidan körpə nə vaxtsa bir anın, bir dəqiqənin içində həlak ola bilər. Onlar balalarının, nəvələrinin sevincini yaşayırdılar. Onda da balaca Zəhra dünyanın ən gözəl uşağı idi…

Dünyanın ən gözəl uşağını işğalçı ermənilər yaşamağa qoymadılar. Və dünyanın ən gözəl uşağı nənəsiylə həyətlərində gəzəndə qumbaranın partlayışının qurbanı oldu. Bir yaş səkkiz aylıq Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva qumbaranın partlaması nəticəsində elə həyətlərindəcə al qana boyandılar. Qırmızı qana boyanan nənəni və balaca Zəhranı görəndə doğmalarının ürəyinə çalın-çarpaz yara vuruldu. Hamı bir göz qırpımında özünü həlak olmuş nənəyə və nəvəyə çatdırdı. Amma hər şey gec idi. Yağı düşmənin atdığı mərmi hər ikisinin həyatına son qoymuşdu…

Füzuli rayonunun Alxanlı kəndinin sakinlərinin yaddaşında iyulun 4-ü saat 20:40 dəqiqə ən qanlı gün kimi tarixə çevrildi. Bu an, bu dəqiqə həmin insanların ürəyində çox faciəli və qanlı bir yaddaşa nöqtə qoydu. Bu anı, bu dəqiqəni nəinki alxanlılar, heç dünya da yaddan çıxara bilməyəcək…

Onsuz da ermənilər hər gün, hər saat atəşkəsi pozurlar. Dəfələrlə Ağdamın, Füzulinin, Tərtərin dinc sakinlərinə güllə-boran ediblər. Bu atılan güllələrdən və mərmilərdən evlər dağılıb, insanlar həlak olub. Çünki ürəyi daşdan olan erməni faşistlərinin nə uşağa, nə qadına, nə də qocaya heç vaxt rəhmi gəlməyib…

O balaca, o toppuş əlli, o maral gözlü Zəhranın qana boyanmış çöhrəsi heç vaxt heç kimin yadından çıxmayacaq. Markesin belə bir əsəri var: «Dünyanın ən gözəl ölüsü». O ölünü görəndə dənizin sahilində hamı o meyitə qibtə ilə baxır. Onun saçını sığallayırlar, əllərin sığallayırlar, gözlərini sığallayırlar. Hətta ərlərini sevə bilməyən qadınlar belə onu sevməyə başlayırlar. Bu Markesin təsvir elədiyi dünyanın ən gözəl ölüsüdü. Bu gün dünyanın ən gözəl ölüsü bizim ölüdü – Zəhra Quliyevadır! Onun gözlərinə, çöhrəsinə, toppuş əllərinə baxanda adam düşünür ki, bu uşaqdan gözəl ölü dünyada olmayıb. Çünki bu körpənin heç bir günahı, heç bir suçu yoxdur. Bu körpə mələk idi. Gəldi bu dünyaya və bu dünyadan da getdi Allahın dərgahına. Bu körpə dünyanın ən gözəl ölüsüdür. Çünki dünyanın gözəlliyini, şirinliyini, məhəbbətini bu balaca qəlbində maral gözündə o dünyaya aparıb. O dünyada isə sorğusuz və sualsız Zəhranın yeri cənnətdir.

Ən daşürəkli adamlar, ən dözümlü insanlar belə onun faciəli ölümünə kövrəldilər, ağladılar, gözləri doldu. Çünki Zəhra dünyanın ən gözəl uşağıydı. Zəhra öz isti nəfəsi, öz şirin təbəssümü ilə bir elə, bir obaya sevinc bəxş eləmişdi. Atasının, anasının, doğmasının günəşiydi Zəhra. Onun internetdə yayılmış görüntülərinə baxanda adamın ürəyi para-para olur al qana boyanmış cocuq çöhrəsi… Gözünü əbədi yummuş körpə bir fidan…

Təbii ki, bu anları görən, bu anlara baxan hər bir insanın ürəyi köksündən çıxır. Çünki bu dünyada cocuqların, körpələrin heç bir günahı yoxdur. Günah bəzi qudurmuş insanlardadır ki, ən müasir silahlarla dünyanı dağıdırlar. Körpəyə, qadına, qocaya baxmırlar…

Zəhra bir Alxanlı kəndinin cocuğuydu, körpəsiydi. Uzaqbaşı onu qohum-əqrəbası, Füzulidə tanıya bilərdilər. Amma bu əbədi ölümü ilə Zəhranı bütün dünya tanıdı. Bütün dünya tanıdı ki, Füzulinin Alxanlı kəndində bir cocuğu ermənilər nənəsi ilə bir yerdə qanına qəltan ediblər. Dünya tanıdı ki, Xocalı faciəsini törədən, Qarabağda qırğın yaradan yağı düşmən qan içməkdən hələ ki, doymayıb. Dünya onu da tanıdı ki, Azərbaycanın haqq səsini eşitmək lazımdır. Deyəsən bu dəfə kar qulaqlar, daş ürəklər, kor gözlər belə balaca Zəhranın ölümünə dözmədi…

Qardaşım Elxanla Alxanlıya üz tuturuq. Yanımda mamam oğlu Tehran, oğlum Emil və bir də sürücümüz Aydın var. Alxanlı qəbiristanlığına çatırıq və nə qədər qorxulu olsa da, qəbiristanlığa gedirik. Çünki ermənilər hər an həmin mövqeyi vura bilər. Vətən sevgisi, Zəhraya olan məhəbbətimizi bizi heç nədən çəkindirmir. Hətta oğlum Emil deyir ki, ata, lazımdısa lap qabağa gedək. Qabağa getməyə ehtiyac qalmır…

Maşından düşüb Zəhranın dəfn olunduğu yerə çatırıq. Nənəsi ilə bir yerdə dəfn olunub. Bir tərəfdə nənəsinin qəbridi, bir tərəfdə də onun. Məzarın üstünə şəkili qoyulub, güllər düzülüb, oyuncağı atılıb və hətta başmağı da qoyulub. Bu anı, bu dəqiqələri görmək çox ağırdır. Molla «Yasin» oxuyur. Göz yaşlarımızı saxlaya bilmirik. «Yasin» başa çatandan sonra aşağı əyilib onun məzarından öpürük. Bax, bundan sonra bir balaca ürəyimiz sakitləşir.

Mamam oğlu Tehran deyir ki, yas yeri Alxanlıda deyil. Çünki məsləhət biliblər ki, burda olmasın. Ermənilər həmin yeri vura bilərlər. Ona görə də yas yerini Zobucuqdakı 5-ci qəsəbədə keçirirlər. Sürücümüz Aydın dillənir ki, həmin yer o qədər də uzaq deyil, cəmi 2-3 kilometr məsafədir…

Biz həmin məsafəni qət etmək istəyəndə iki nəfər yolda duran bir qadın, bir kişi bizə yaxınlaşır. Deyir ki, biz də yas yerinə gedirik. Onlar maşınımıza əyləşir və həmin istiqamətə üz tuturuq. Beş-on dəqiqədən sonra yas yerinə çatırıq…

Yas çatıdırı diqqəti cəlb eləyir. Elə bil ki, çiynimizdə dünyanın ən ağır yükü var. Bilmirik, ev sahibinə necə təsəlli verəcəyik, dil-ağız edəcəyik, necə dərdlərinə şərik olacağıq. Adamlar çox olduğuna görə və hava da həddindən artıq isti olduğu üçün əksəriyyət çöldə əyləşib. Uzaqdan diqqətimi yaxın dostlarımızdan olan istedadlı müğənni Eldəniz Məmmədov cəlb eləyir.

Yas yerinə yaxınlaşırıq və bir-bir orda olan insanlarla görüşüb başsağlığı veririk. Heç bilmirik onların hansı babasıdır, hansı atasıdır, hansı əmisidir, hansı dayısıdır. Hamının gözündə bir kədər var. Hamının çiynində dünyanın bir ağır dərdi hiss olunur. Bu dərd bir yerdə çəkiləndə bir qədər yüngülləşir…

Atası, babası bizə təşəkkür eləyirlər. Deyirlər ki, əziyyət çəkib uzaq yoldan gəlmisiniz. İki daşın arasında stola çay gətirirlər. Amma nə illah eləyirəmsə bir qurtum çay boğazımdan keçmir. İstər-istəməz sevdiyim peşəm mənim köməyimə çatır və özümün də xəbərim olmadan məclisi ələ alıram. Düz yarım saat onlarla dərdləşirik, dərdimizi bölürük. Və hiss eləyirəm ki, bu söhbətdən sonra atasının, babasının, əmisinin, dayısının… dərdi bir qədər yüngülləşir…

Dostumuz istedadlı müğənni Eldəniz Məmmədovsa Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Zəhranın xatirəsinə həsr etdiyi «Səni niyə öldürdülər?» şeirini elə bir ahənglə, elə bir avazla ifa edir ki, məclis iştirakçılarının hamısı bu şeiri diqqətlə dinləyir. Sanki həmin şeir oxunan zaman Zəhranın ruhu mələklərlə bir yerdə bir anlıq yerə enmişdi. Sanki atası, babası, doğmaları həmin şeiri dinləyə-dinləyə Zəhranın ruhu ilə danışırdılar. Şeir o qədər gözəl və yaddaqalan idi ki, bu şeiri dinləyəndən sonra onun atasının, babasının ürəyində bir toxtaqlıq, bir sakitlik və bir rahatlıq yaratdı. Və ailə hiss elədi ki, ölkə prezidenti cənab İlham Əliyevin və onun ailəsinin diqqətindən kənarda deyillər. Onlar hiss etdilər ki, bu anda, bu dəqiqədə bütün Azərbaycan xalqı, bütün dünya onlarladı. Onlar hiss etdilər ki, bu dərd Alxanlının, Füzulinin kədəri deyil, bəşəri bir kədərdi.

Leyla Əliyevanın bu şeirini dinləyəndən sonra yas məclisində iştirak eləyənlərin hamısının ürəyində bir rahatlıq yarandı. Aydındır ki, yas olan məqamda Zəhranın qohum-əqrəbası nə televizora baxır, nə radioya qulaq asır, nə də qəzet oxuyur. Onlar ancaq bütün xəbər və məlumtaları yas məclisinə gələn insanlardan eşidirlər. Və bu xəbərləri də eşidəndə onların dağ boyda dərdi yüngülləşir, bu millətə, bu xalqa güvəndiklərini hiss edirlər. İnsan xalqına, millətinə, prezidentinə güvənində daha güclü olur.

Zəhranın da valideynləri bu ağır, bu çətin gündə ölkə prezidenti İlham Əliyevə sığınmışdılar, güvənmişdilər. Çünki balaca Zəhranın qisası onun həlak olmasının elə üçüncü günü erməni işğalçılarından alındı. Bu yas yerinə, bu yas məclisinə Azərbaycanın o yerindən qalmadı ki, insanlar axın eləməsin. Ən çox da Zəhranın uyuduğu qəbiristanlığa ziyarətə gələnlərin sayı-hesabı yox idi. Bu böyük sevgi türkçülüyün, azərbaycançılığın göstəricisi idi…

Dünyanın ən gözəl ölüsü idi Zəhra. Və dünyanın ən gözəl ölüsündən heç kəs əl çəkmək istəmirdi. Hamı istəyirdi ki, sonuncu dəfə onun başına sığal çəksin, əllərini tumarlasın, əbədi yumulmuş gözlərinə baxsın. Dünyanın ən gözəl ölüsü dünyanın ən böyük işığıydı, nuruydu. Deyirlər ki, məzara qoyulanda qəbirdə işıq görünüb. Bu işıq dünyanın ən gözəl ölüsünə Allah-Təala verdiyi əbədi nur idi. Bu əbədi nur onun məzarında əbədi də qalacaq. Çünki bu məzar adi bir məzar deyil, həm də dünyanın ən gözəl uşağının və ən gözəl ölüsünün məzarıdı. Və bu məzar bir ziyarətgaha çevrilib. O ziyarətgah ki, dünyanın ən gözəl uşağının və ölüsünün ətrini, iyini burdan almağa gələcəklər…




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK