ANA SƏHİFƏ / YAZARLAR

NƏNƏ VƏ NƏVƏ

Faiq QİSMƏTOĞLU

27033    |   2017-07-07 15:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Fərid ayaqyalın, başıaçıq kənd yolu ilə evlərinə tərəf qaçırdı. Elə qaçırdı ki, sanki onu qabaqda kimsə gözləyir. Günorta vaxtı olduğuna görə, həm də bərk acmışdı. Qonşuları Gülüş kişigilin yaxınlığına çatanda ucadan nənəsini səslədi:

- Ay nənə, qatıq da ver, doşab da tök, doğra da!..

... Hər günorta nənəsi Telli arvad ona camış qatığı verərdi. Və o camış qatığının qaymağının üstünə doşab da tökərdi. Qatıq o qədər dadlı olardı ki, Fərid onu yeməkdən doymazdı. Heç vaxt anası Mirvari arvaddan qatıq istəməzdi. Qatığı nənəsi Tellidən istəyərdi. Və nənəsi də ortancıl nəvəsi Fəridi o birilərindən daha çox istəyərdi. Çünki Fərid həm tərbiyəli idi, həm də dərslərini yaxşı oxuyurdu. Nənəsi də deyərdi ki, elə mənim nəvələrimin içərisində ən ağıllısı Fəriddi...

... Bir gün elə oldu ki, nənəsi Telli arvad xəstələnib yatağa düşdü. Onu oğlu Bakıya apardı. Məşhur həkimlərdən biri Telli arvadı mayinə eləyəndən sonra oğlunun qulağına pıçsıldadı:

- Arvadı çox incitmək olmaz! Bir-iki ay ömrü qalıb. Əgər bir qədər tez gətirsəydiniz, bəlkə də bir şey eləmək olardı. Artıq qaraciyər serrozunun qarşısını almaq mümkün deyil...

Məşhur professorun bu sözündən sonra Telli arvadın oğlunun qanı qaraldı. Amma yenə şükür elədi ki, anası 80 yaşı keçib. O özü oğluna və övladlarına bir təsəlliydi.

Amma Telli arvad dünyanın çox əziyyətini görmüşdü. Həyat yoldaşı Kərim kişi 39 yaşında ürək tutmasından dünyasını dəyişmişdi. Dörd oğlunu, bir qızı müharibənin odundan, alovundan, aclığından çıxara bilmişdi. Səhərdən axşama qədər kolxozun taxıl sahələrində, pambıq sahələrində işləyər və evə qayıdandan sonra da mal-qoyuna baxar, toyuq-cücə saxlayardı. Bir balaca ona əl yetirən, kömək eləyən böyük oğlu idi. Ortancıl oğlu Nüsrət də qəfil xəstələndi, sətəlcəm oldu və həkimlər dərdinə əlac qıla bilmədi. Qızı Çiçək isə ailə qurandan sonra çox yaşamadı, o da bir gün dünyasını dəyişdi. Telli arvadın bir oğlu isə Böyük Vətən müharibəsinə getdi və geri qayıtmadı. Bu dərdin, əzab-əziyyətin içində Telli arvad heç kəsə əyilmədi, o biri övladlarını əzab-əziyyətlə olsa da boya-başa çatdırdı.

Böyük oğlu Qərib kişi çox fərasətli çıxdı. Alın təriylə, zəhmətilə ev-eşik tikdi. Hətta yetim qalmış bacısı uşaqlarına da əl atdı. Onların toyunu elədi və onlara da ev-eşik yaratdı...

... Çətinliklər arxada qalmışdı. Telli arvadın indi-indi gözünə işıq gəlirdi. Onun dərddən qübar bağlamış ürəyi indi-indi açılırdı. Oğlunun hörmətini, izzətini, kənddəki nüfuzunu eşidəndə ürəyi dağ boyda olurdu. Telli arvad bu yaşda da zəhmətdən qorxmurdu. Özü təndiri qalayar, xəmiri yoğurar və çörək yapardı. Düzdür, iki gəlini də vardı - Mirvari və Gülü. Onlar da öz balası kimi baxardı. Bir dəfə böyük oğlu Qərib gəlini Mirvarini incitmişd. Telli arvad oğlunu çörək yapdığı yerdə təndirin yanına çağırdı və soruşdu:

- Bu yazığı niyə bu günə salmısan? Kişi də heç arvadı belə döyər?..

Qərib bir balaca donquldandı və Telli arvad da hiss elədi ki, artıq oğlunun "buynuzu" çıxıb və onun qabağında söz deyir. Arvad əsəbləşdi və hirsini oğlunun üstünə tökdü:

- Ay alçaq, sən belə qudurmusan? Mənim sözümü qaytarırsan?

Yazıq Qərib Telli arvadın sözünü də qaytarmamışdı. Amma sadəcə olaraq bir az səsində dəyişiklik vardı. Yəni səsini ucaltmışdı və bu da Telli arvadın xoşuna gəlməmişdi. Elə xoşuna gəlmədiyinə görə də Telli arvad bərk əsəbləşdi, əlindəki koxayla onun başına vurdu. Koxanın dəyməsilə qanın bulaq kimi fışqırması bir oldu...

... Aləm bir-birinə dəydi. Heç bundan Telli arvadın rəngi də qaçmadı. Elə bil heç nə olmayıbmış. Amma gəlinlər əl-ayağa düşdü. Biri pambıq dalınca qaçdı, biri də yod dalınca. Qan fışqıran yerə yod qarışıq pambıq basdılar. Qərib anasının qorxusundan cınqırını belə çıxara bilmədi.Telli arvad çox səbrli, zəhmli bir qadın idi. Heç kəs onun qabağında ailədə at oynada bilməzdi və heç kimin də haqqını heç kəsə verməzdi.

... Telli arvadın tez-tez yadına rəhmətə gedən cavan oğlu Nüsrət düşərdi, tez-tez yadına dünyasını dəyişən qızı Çiçək düşərdi, tez-tez yadına müharibədə qalan oğlu Əziz düşərdi. Bax, onda da onu qəhər boğardı, amma onu heç kəsə bildirməzdi. Dan yeri söküləndə dərdini ovutmaq üçün öz həyətlərinə yox, qonşu Abbas kişigilin həyətlərinə keçib orda ağı deyib ağlayardı. Səsinə böyük oğlu Qərib yuxudan oyanardı və anasının yanına gedib qucaqlayar, üz-gözündən öpər sakitləşdirərdi. Qərib kişinin bu isti münasibətindən sonra Telli arvad kiriyərdi. Qərib kişi də görərdi ki, balam, Telli arvadın gözünün yaşı qalmadı. Diqqətlə anasına baxardı və onu götürüb gətirərdi öz həyətlərinə. Yüz oyundan çıxardı ki, heç olmasa anasının sifətində bir az gülüş yaransın. Düzdür, Telli arvadın bu oyunlardan sonra qırışığı açılarda. Amma üzü heç vaxt gülməzdi...

... Ağır xəstə yatırdı. Diqqətlə pəncərədən çölə baxdı. Gördü ki, sevimli nəvəsi Fərid dərsdən qayıdır. Hər iki gəlinə dedi ki, onu mənim yanıma çağırın. Fəridi Telli arvadın yanına gətirdilər. O, sevimli nəvəsini bağrına basdı və dilləndi:

- Fərid, mənim ömrümə bir şey qalmayıb. Amma bil ki, səni hamıdan çox istəyirəm. Adımı da sənin övladına vəsiyyət edirəm. Nə vaxt qızın olsa mənim adımı qoyarsan...

Nənəsinin bu sözləri Fəridi kövrəltdi. Hətta Fərid hönkür-hönkür ağlamağa başladı. Çünki Fərid görürdü ki, nənəsinin rəngi sapsarıdı. Əvvəlki kimi ayaqüstə dura bilmir, danışmır və boğazından su da keçmirdi...

... Martın 7-də Telli arvad dünyasını dəyişdi. Və onda bir yaz havası vardı. Amma bu yaz havasının içinə bir kədər hopmuşdu. Hamıdan çox nənəsinin ölümünə Fərid ağlayırdı. Anası, atası nə illah eləsə də onu kiridə bilmirdilər. Hətta Telli arvadı qəbiristanlıqda dəfn edib gələndən sonra da Fərid elə hey ağlayırdı. Bir neçə gündən sonra o da sakitləşdi. Bir neçə gündən sonra o dərd yavaş-yavaş soyudu. Bir neçə ildən sonra o dərd bir az da soyudu...

Fərid ailə qurmuşdu və onun bir qız övladı dünyaya gəldi. Nənəsinin vəsiyyətini yerinə yetirdi. Qızının adını Telli qoydu. O Telli ki, nənəsi onu həmişə bütün nəvələrindən çox istəyirdi. O Telli ki, anasından çox nənəsi onun nazını çəkərdi. O Telli ki, zəhmindən, oturuşdun-duruşundan xanımlıq yağırdı. Nəinki oğlanları, kənddə bütün qohum-əqraba onu görəndə özünü yığışdırar, çəkinər və ağbirçək bilərdilər.

İndi də Fəridin yadına nənəsi tez-tez düşür. Qəbiristanlığa gedib nənəsini ziyarət eləyir. Molla tapanda qəbrinin üstündə "Yasin" də oxutdurur və bundan bir təsəlli tapır. Axı o, nənəsinin ən sevimli nəvəsi idi. Düzdür, nənələr nəvələri çox istəyirlər. Amma çox nadir halda nəvələr də nənələri əzizləyirlər, yaddan çıxarmırlar. Fərid nənəsini yaddan çıxarmayan nəvədi. Fərid həm də nənəsinin ətrini qızından alır. Fərid həm də göy üzü kimi təmiz olan nənəsinin ruhu ilə tez-tez söhbət edir. O ruh da ona deyir ki, üzün ağ olsun, məni yaddan çıxarmırsan. Nənələr yaddan çıxmadığı kimi nəvələr də unudulmur. Hər səhərin birində bu nənə yada düşür və tez-tez xatırlanır. O insan ki, tez-tez yada düşür, xatırlanırsa, deməli, hələ də yaşayır. Və Fərid yaxşı bilir ki, nənəsinin ruhu varsa, deməli hər şey ona ayan olur, nəvəsinin sevgisini ona çatdırır. Sevgi isə heç vaxt ölmür və həmişə yaşayır...




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK