ANA SƏHİFƏ / YAZARLAR

GÜNAHIM NƏDİ?

Əbülfət MƏDƏTOĞLU

13945    |   2017-06-09 16:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu sualı gündə neçə dəfə özümə versəm də...

Bəri başdan deyirəm, yazının adını görüb oxumaqdan vaz keçəcəksinizsə heç mənim səhifəmi açmayın. Çünki bu yazının adı mənim özümə bəraət istəyim deyil, umacağım deyil. Bu yazının adı mənim hələ ki, yaşamağım deməkdi. Kimlərinsə istəyib-istəməyindən asılı olmayaraq Yaşamağım!..

Hə, mən hələ ki, yaşayıram. Yaşadığıma görə də düşünürəm... işləyirəm... çalışıb-vuruşub nəyisə əldə etməyə, nəyisə dəyişməyə, nəyisə sərtləşdirməyə özümü həsr edirəm... zaman, vaxt, ömür ayırıram. Lap primitiv şəkildə desək, enerji sərf eləyib əmək israfçılığına yol verirəm. Amma bütün bunlar da kiminsə haqqını yemək, kiminsə yerinə göz dikmək, kiminsə əlində olanı almaq üçün deyil. Bir Allah şahiddir ki, kimsənin malında, mülkündə, haqqında, halalında gözüm yoxdu, olmayıb və olmayacaq da! Ağlım kəsəndən, özümü dərk edəndən gördüyüm bütün yaxşılıqlara, bütün yaxşılara, bütün gözəlliklərə həmişə sevgiylə, məftunluqla, sevinclə dəyər vermişəm. Onun daha çox, daha bol olmasını istəmişəm. Olana kinayə, paxıllıq, həsəd hissiylə deyil, doğma, məmnun, sevgi hissiylə dəyər vermişəm. İstəmişəm ki, bir nəfərə aid olan mal, mülk hamıya, o cümlədən mənə də nəsib olsun. Özü də o bir nəfərin mal-mülkü artımlı olmaqla. Yəni Allah ondan kəsib başqalarına verməmək şərtiylə. Bax, ona görə də qarşılaşdığım suallar, çətinliklər, aşa bilmədiyim sədlər, xüsusilə məqsədli şəkildə yaradılan sədlər məni çox sıxır, çox əsəbiləşdirir. Bilmirəm ki, niyə bütün bunları edirlər? Bilmirəm ki, niyə mənə həmişə problem yaratmağa, məni problemin içinə atmağa çalışırlar? Özü də kənarda yox, doğmaların, dostların, sevənlərin və sevdiklərimin içərisində. Bu düşünülmüş bir plandı, yoxsa, təsadüfdü? Və yaxud həyat elə bu cürdü. Bilmirəm. Bəlkə siz bilirsiniz? İnanmıram ki, siz də biləsiniz. Çünki böyük anlamda sizlər də elə mənim kəndçilərim olmaqla elə mənim günümdəsiniz. Ona görə də sizdən sualıma cavab gözləmirəm və sizə sual verdiyimə görə də hardasa özümü qınayıram. Bir də ona görə ki, cavabı gözlənilməyən sualı vermək hardasa, tam səmimi, deyim ki, məsuliyyətsizlikdi. Lap kobud desəm, bir az da ədəbsizlikdi.

Bütün bunları özüm-özümə deyirəm... özüm-özümə yazıram... özüm özüm üçün təkrarlayıram. Sizə bunun zərrəcə adiyyəti yoxdu. Siz deyəndə oxucularımı nəzərdə tutarm. Məni bu duruma atanların, məni bu durumu yaşamağa məcbur edənlərin isə məsələyə nə qədər dəxli olduğunu özləri daha yaxşı bilirlər. Bilmirlərsə xatırladaram. Lap elə bu an üçün içimdən keçən misraları diktə edəndən sonra.


Daşıdığım günahdan

Pələng də dizin bükər...

Bu günahlar önündə -

Fələk də dizin bükər...


Yeri eşər fil dizi

Ahımı daşımaqdan....

Çat-çat olar Mil düzü -

Halımı yaşamaqdan!..


Kiməsə sığınmağa

Üzüm gəlməz günahdan...

Məni günahdan qurtar -

Allah, günü sabahdan!..


***

Mən həyatımın müxtəlif dövrlərində stresin, haqsızlığın şahidi də olmuşam, ünvanı da, qurbanı da. Amma onları dostların və doğmaların, ədalətli adamların köməyilə çox qısa bir zamanda dəf edə bilmişəm. Yəni sınmadan, yıxılmadan qayıtmışam sıraya. Və hər dəfə də görmüşəm ki, haqqın nazilməsi hələ qırılması demək deyil. Ona görə də bu müdrik kəlamları deyənlərə rəhmət oxuya-oxuya təbii ki, həm də Allahıma şükürlər etmişəm. Lakin son onillikdə, xüsusilə Qarabağ savaşı başlayandan sonra elə hadisələrin şahidi olmuşam ki, bunu eyni xalqın, eyni dilin, eyni dinin təmsilçisinin bir-birinə qarşı etdiyini görəndə şoka düşmüşəm. Günlərlə, bəzən aylarla özümə gələ bilməmişəm. Yəni erməninin düşmən olduğu bəllidi. Onun əməlləri də təbii ki, düşmən əməlləridi. Buna təəccüblənmək ən azı absurdu. Lakin dildaşının, dindaşının, millətinin nümayəndəsinin əcaib hərəkəti mənim anlamıma görə, düşmənçilikdən çox-çox dəhşətlidi, çox-çox qorxuludu. Bunu da mən kimsəyə arzu etmirəm. Əksinə, arzu edirəm ki, bunlardan uzaq olaq, bunları aramızdan, çevrəmizdən çıxarmağı bacaraq. Ondan sonra üz-üzə, göz-gözə oturub özümüzü, sözümüzü, günümüzü, işimizi çözək. Və bu çözümlə də hamımız istəyimizə doğru addımlaya bilək. Amma neyləyim ki, bu mənim istəyim olaraq içimdə qalıbdı, gerçəkləşə bilməyibdi. Necə ki, Qarabağ istəyi hələ də içimdədi, hələ də gerçəkləşməyib. Necə ki, Sənə və bütövlükdə sevmək istəyim hələ də içimdədi, hələ də gerçəkləşməyib... Toplum halında mən özüm hələ də öz içimdə istəyimi gerçəkləşdirə bilmirəm. Ona görə də gerçəkləşə bilməyən istəyin, yəni özüm hamının, o cümlədən də sənin və ətrafımın yadından çıxıram. Deyə bilərsiniz ki, unutqanlıq qanımızda, canımızdadı. Sizinlə razılaşıram. Axı mən də sizlərdən biriyəm. Sizlərdən biri olduğuma görə mənim də yadımdan çıxan məqamlar var. Onları xatırlayanda həqiqətən tər gəlir alnıma. Gücüm qələmə, kağıza çatır. O qələmlə o kağıza boşaldıram ürəyimi və yazıram:


Günləri qarışdırdım

Həftə yadımdan çıxdı...

Dərddən umduğum sevinc -

Nəf də yadımdan çıxdı...


Kədərin yol azanı

Tapdı yazı yazanı!

Qaraşdırdı qazanı -

Kəf də yadımdan çıxdı...


Bu mənlik zaman deyil

Umduğum aman deyil!..

Təkcə tar-kaman deyil -

Dərd də yadımdan çıxdı...


İçimdə qarıyan ah

Cəzamdı verib Allah!

Əzbər bildiyim günah -

Səf də yadımdan çıxdı...


Bəli, bax, buna görə də kimlərsə nəyisə unudursa, yadından çıxarırsa, onun üstünə getməyə çalışmıram. Bilirəm ki, mənim ondan fərqim çox azdır və yaxud da başqa birisi də mənim üstümə gələ bilər. Onun da sualı haqlı olacaqdı. Və haqlı suala nə cavab verəcəyimi heç indinin özündə də ağlıma gətirə bilmirəm...

Hə, mən yazı boyu tez-tez vurğuladığım, daha doğrusu, mövzunun ağırlığını çiyninə yüklədiyim GÜNAH məsələsi elə-belə təsadüf, göydəndüşmə mövzu deyil. Bu, bir yaşamdı, o yaşamdan da doğan gerçək sualın gerçək ifadəsidi. Hər halda gəldiyim qənaət, çıxardığım nəticə budur. Tam çılpaqlığı ilə anlayıram ki, mənim kifayət qədər günahım var. Öncə ona görə ki, mələk deyiləm. Amma olan günahlarımın dövlətimə, xalqıma ziyan vurduğunu ağlımın ucundan da keçirmirəm. Və sizlər də yəqin ki, mənim belə bir günah sahibi olduğumu düşünməzsiniz. Yəni bütövlükdə, ümumilikdə özümün günah saydığım elə bir şey ağlıma gəlmir. Və mənə oxunan günah isə sevmək, doğulmaq, yaşamaq, yazı-pozuyla məşğul olmaq, adamlara diqqət göstərmək, bir də ki, yaxşı adamların çevrəsinə can atmağımdı. Mən bunların içərisində doğulmaq günahımı heç cür qəbul etmirəm. Çünki bu məndən asılı olmayan səbəb və nəticədi. Əgər o günahdısa, cəzası, necə deyərlər, babalı validenylərimin boynunda qalır. Qalan digər günahların içərisində olmağımı isə xoşbəxtliyim sayıram. Və hətta düşünürəm ki, ən böyük günahım sayılan Sevgi son nəfəsimə qədər məni tərk etməyəcək. Özünün həsrətiylə, vüsalıyla, ağrı-acısıyla, sevinciylə... Bax, yeri gəlmişkən, bununla bağlı yazdığım bir şeir də var. Orada dolayısıyla da olsa xatırlatmağa çalışmışam.


Bir tarix var sən onu

Çalış yadında saxla...

Nə olacaqsa sonu -

Alış, yadında saxla...


Çiynindəki çantanı,

Əynindəki koftanı...

Məndən cavab sormanı -

Danış, yadında saxla...


Ümid deyib gəl, mənə

Şirin-şirin gül mənə...

Həyatını bil mənə -

Tanış, yadında saxla...


Eşqdən dəli könüllər

Bir döyünür on illər...

Yaşanılan son illər -

Yalnış, yadında saxla!..


***

İndi düşünürəm ki, həyatımın son illərindəki günahların bir səbəbi də hardasa yalnış yaşamağımdı. "Yalnış yaşamaq" sözü həm böyük, həm də adi mənada özü hər şeyi ifadə edir. Lakin o ifadələrin şərhini göz önünə gətirəndə onda mənim üçün aydın olur ki, sən demə, bu yalnışın özü bir naxışdı. Yəni mən, yenə təkrar edirəm, bu yalnışlıqla haqq tapdalamamışam, oğurluq, əyrilik, namərdlik etməmişəm. Sadəcə olaraq sözün, duyğuların, xüsusilə ürəyin ətəyindən tutmuşam, onlara müəyyən mənada qoşulmuşam və dünyada hər şeyin gözəli olan Sevgiyə doğru getmişəm. Özü də getdiyim yolda ancaq vüsalı düşünüb həsrəti yaşamışam. Neyləyim ki, bu yol gözlə görünən, ayaqla tapdalanan yollardan deyil. Əgər belə olsaydı, onu nümayiş də etdirə bilərdim. Bax, görünməyən, ürəyin özündən özünə gedən bu yolun bir görəni, bir işıq salanı, bir xeyir-dua verəni var. O da Yaradandı, o da Allahdı, o da Tanrıdı! Sevginin və ürəyin Allahı!

İndiki halda bu fikirləri dilə gətirmək nə qədər zəruridi, deyə bilmərəm. Lakin xatırlatmaq yerinə düşər ki, yaddan çıxanları yaddaş kartında təzələmək, primitiv bir şəkildə onun axtarışını vermək hər ürəyin öz tələbatı, öz haqqıdı. Və bu tələbatı, bu haqqı kimsə qadağan edə bilməz. Ona edilən təzyiq də, ona yaradılan baryerlər də gec-tez qarşılığını alacaq, ortadan qaldırılacaqdı. Bu, bir gerçəkdi! Ona görə gerçəkdi ki, o Haqdan gəlir... O Allahın ürəyimə saldığı bir işıqdı. Mən də günah sayılanı, yəni sevməyi o işığın altında, o işığın içərisində reallaşdırmağa çalışıram. Bunun da cavabı olan nəsnələri də həm təbii, həm də sakit qarşılayıram. Ən azından böyük Füzulini az-çox oxuduğuma görə, onun könül dünyasından xəbərdar olduğuma görə. Elə Füzulinin Məcnunu kimi də günahımı boynuma alıb yazmışam ki:


Gözlərimi yummağa

Sən güc saxla əlində...

Son anda, lap son anda...

Kaş ki... bitsin dilində...


Sən İlahi duyğudan

Hey nur içən sevgiylə

"Kaş ki" deyib vidalaş -

Kaş ki... köçən sevgiylə!..


Kipriyində bir ulduz

Yanağında duz qalsın...

"Kaş ki" de bu sevgi də

Yaddaşında qız qalsın!..


Nəhayət, yazımın ilk cümləsində dediyim kimi, günahımın doğulmaq olduğunu, günahımın yaşamaq olduğunu, günahımın sevmək olduğunu bilə-bilə yenə bu günahların içərisindəyəm, yenə bu günahları davam etdirirəm. Yəni yaşayıram. Sizə xoş deyilsə, günahları yumaq həm də ətrafdakıların missiyasıdı. Düşünün, bir Yer üzündə daha bir günahın azalmasını istəyirsinzə, onda qərarı da özünüz verin! Mən isə elə başdan-başa günahlar meydanı olan bu dünyada bu günahlarımla birgə, eyni köynəkdə yaşamaqda davam edirəm!..




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK