ANA SƏHİFƏ / YAZARLAR

NƏ VAXT QOCALDIM

Fəridə RƏHİMLİ

22742    |   2017-05-26 17:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan yarandığı gündən addım-addım ölümə doğru getməkdədir. Bəzən sürətli yerişlə, bəzən qaçaraq gedənlər də olur - nə baş verdiyini anlamadan, həyatın nədən ibarət olduğunu bilməyə, "pəncərə"dən baxmağa doğru-dürüst imkan tapmadan, bəzən də ətrafındakı yaxınlar, doğmalar seyrələ-seyrələ azaldıqca... tamamilə tək qalıncaya qədər yaşayıb, həyatın mənasızlaşdığını anlayaraq ölümü könüllü arzulamaqla baş tutur bu gediş... 

İnsan doğularkən nədən ağladığını tibbdə, öyrəşdiyi isti ana bətnindən ayrılması, onun üçün yad olan mühitə düşməsi ilə izah etsələr də, bunun izaholunmaz mənaları daha çoxdu... Bu dünya bir sınaq meydanıdı. Sanki imtahan verməyə gəlir insan - həyatın dərslərini öyrənmək üçün ən gözəl məktəb həyatın özü, ən qiymətli kitab - Qurani-Kərim, ən gözəl müəllim Peyğəmbərimizdi. Məktəbin şuluq uşaqları da olur - sonrakı peşmanlıqları fayda verməyən uşaqları... Amma o kitabı oxuyub, o müəllimin göstərdiyi yolla gedənlərdən ziyana düşəni olmayıb... Həyatımızı Yaradan elə nizamla qurub ki, öhdəmizə düşən vəzifələrimizi, borclarımızı, məsuliyyətlərimizi, öhdəliklərimizi yerinə yetirərkən... yəni, ölümü düşünmək üçün vaxtımız qalmır, bir də baxırıq ki, həyatın sonundayıq və heç nəyi yenidən yaşamaq şansımız yoxdu. Övlad dünyaya gələndən onun qarşısındakı məsuliyyətimiz bizi öz həyatımızı düşünməkdən vaz keçməyə, yaxud daha az düşünməyə vadar edir (övlad payından məhrum olanların isə başqa bir səbəblə başını qataraq). Bu instinktdimi, bilmədən beynimizdə kodlaşdırılmış ilahi vəzifədimi, hər nədirsə usanmadan, sevə-sevə edirik, hətta ömrümüzü fəda etdiyimiz övladlar bizə nankorluq etsələr də. Bizdən əvvəlkilərin söylədiyi kimi, övladın acısı da bal dadır... Qayğısız uşaqlıq (O da həmişə qayğısız olmur - F.R) arzularının qanadlarında böyüyür insan, gələcəyi düşünərkən ancaq yaxşı şeyləri, xoş anları təsəvvür edir. Heç kimsə tutaq ki, otuz yaşında gözəl bir ölüm planlaşdırmır. Amma gözəl həyat, təhsil, iş, ev, ailə barədə düşünür. Bu, bizim özümüzü aldatmağımızdımı, yoxsa ilahidən bizi yaşatmaq üçün içimizə səpələnmiş ümid qığılcımlarıdı... Bu duyğular hamıya tanış olsa da, hər bir insanın həyatın yalnız müəyyən dönəmində dayanıb, düşünməyə vadar edən anları olur. Və o zaman niyə, nədən sualları qarşısında qalırsan və bu sualları da beynindən çıxaran güc peyda olur və yenə yoluna davam edəsi olursan - ölümə doğru daha bir addım... İlk dəfə mənə gənc qız "xala" deyə müraciət edəndə diksindim. Özümü bir anlıq anlaşılmaz hisslərin içində tapdım. Sanki beynim tormozlandı, hansı reaksiyanı verəcəyimi kəsdirə bilmədim. Sonra öyrəşdim bu müraciətə... Amma kiçicik qiymətli bir varlığın "nənə" deyə müraciəti daha fərqli bir duyğu yaşatdı mənə. Bu duyğunun mənasını tam anlaya bilməsəm də, "nənə statusuna" heç cür alışa bilmirdim ki, bilmirdim. Ömür nə tez keçdi! Bilmirəm, mən uşaq olanda nənələr çox qoca olurmuşlar, yoxsa geyimləri onların indikilərdən fərqli görünməklərinə səbəb idi. Bircə onu bilirəm ki, mən nənəmi milli üslubda, üst-üstə qat-qat tumanla, ipək koftada, çəpgəndə, kəlağayıda gördüyümdən nənə simvolu da yaddaşımın o dövründə ilişib qalıb. Nənələr nağıl danışardı, göydən şirin almalar endirərdi, onların bayatılar,

şeirlər, ağılar, laylalar "boxçası" olardı. İçimdə mübarizədə olan iki hissin heç birini günahkar çıxara bilmirəm: Biri dövrün, zamanın, geyimin, yaş həddinin, tələbatların dəyişməsinin təbii, normal olduğunu söyləyir, digəri isə nənənin nənəyə yaraşan geyimi, oturuşu-duruşu, hərəkətləri olduğunu. Hələ nənə kəlməsini tam mənimsəyib, həzm edə bilmədiyim halda, bu tələbatları da qəbul etmək çətin bir işmiş. Özünü hansı yaşda hiss edirsənsə, o yaşdasan, deyirlər. Amma "hiss etdiyimlə", güzgüyə baxarkən keçirdiyimlə, nəvəyə baxarkən keçirdiyim hiss içimdəki savaşın bitməsinə imkan vermir... Nənə kimi anladığım yeganə hiss nəvənin nə qədər şirin, izaholunmaz bir cazibə sahibi, "...övladda nəvə" həqiqəti, sevinc mənbəyi olmasıdır. İnsan belə qayğılarla başını qataraq, daha doğrusu insanın ilahi bir əllə bu işlərə başı qatılaraq ömür yolunun sonuna doğru addımlayır. Yoxsa oturub ölümü gözləməklə ürək partlaya bilər. Kimi sevinciylə, kimi təsəllisiylə, kimi boş arzularıyla, kimi imanının kamilliyilə irəliləyir. Bu irəliləmədə yeganə dayanacaq qəbiristanlıqlarda, məzarlar arasında olarkən bir neçə dəqiqə düşündüklərin olur. Amma maraqlı olan budur ki, milyon illərlə davam edən bu "gəliş-gediş" insanları dünyanın faniliyinə, yalnız yaxşılığın qalacağına, pis əməllərin öz əleyhinə çevriləcəyinə, bu dünyadan aparacağının yalnız od, yoxsa nur ola biləcəyinə inandıra, alışdıra bilmir. "Cəhənnəmdən od gətirməyə getdim, yox idi. Hər kəs o, odu özü ilə gətirir, dedilər"... Bu dünyadan istər gənc, istər yaşlı kimi köçsək də, əməllərimizi düzgün istifadə edək, odu, isti münasibəti insanlara - bir-birimizə xərcləyib qurtaraq ki, pis əməllərin əliylə özümüzlə götürüb axirətimizi məhv etməyək.

Mən təsəvvürümdəki nənə yaşına gedib çatacağammı bilmirəm, amma bu statusu qəbul etməyə hazıram. "Doğulanda hər kəs gülür, sən ağlayırsan. Elə bir həyat yaşa ki, öldüyündə hər kəs ağlasın, sən güləsən...".




İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-19
2018-04-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (41.67%)
"Real" Madrid (58.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Qarabağın məşhur bəstəkarlarından biri Xosrov Fərəcov Musiqi Texnikumunun direktoru idi. Çox zəhmli adamıydı, hətta Texnikumda az qala hərbi nizam-intizam yaratmışdı. Bir məsələ də vardı ki, Ağdamın bütün ünlü xanəndələri və ifaçıları bu Texnikumda müəllim işləyirdilər. Və təbii ki, tez-tez də toylara çağırılırdılar, nəticədə dərsi buraxmalı olurdular. Ona görə də Xosrov müəllim toya gedən müəllimlərə haqq qoymuşdu: 25 manat.

Bir gün Ağdamdan çıxan böyük sənətkarların demək olar ki hamısının muğam müəllimi olan məşhur tarzən Məşədi Nəriman hardasa möhkəm yeyib-içib gəlir məktəbə. Tez qaçıb Xosrov müəllimə satırlar ki, məşədi Nəriman içib gəlib, həyətdə də hamıyla məzələnir. Xosrov müəllim üçün görünməmiş hadisə, dərhal düşür həyətə. Görür, həə, Nəriman müəllim babatdı.

Əsəbi halda deyir:

- Nəriman müəllim, bu nədi?

Nəriman müəllim təbii ki, ayılır, bir diqqətlə Xosrov müəllimi süzür, sonra cibindən bir 25-lik çıxarıb basır Xosrov müəllimin döş cibinə və deyir:

- Xosrov müəllim, mən ölüm, məni bu gün toyda bil.





digər lətifələr
ARXİV
FACEBOOK