HAVADAKI ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
64987 | 2017-05-26 15:30

Masazırdanikinci mesaj

Bəri başdandeyim ki, bu yazının mövzusu kimlərinsə xoşuna gəlməyəcək. Hətta ola bilsin ki,kimlərinsə kefinə soğan doğrandı, qanı qaraldı. Necə deyərlər, yumruqlarınıdüyünlədi, dişlərini bir-birinə sıxdı. Olsun!.. Mən bütün bunların artıq çoxdancəzasını almışam. Və onu da deyim ki, mənə çox doğma olan insanlardan biri söylədiki, bəlkə bu mövzunu yazmayasan. Amma ona söz verə bilmədim. Necə deyərlər,içimi boşaltmağın, əsəblərimi bir balaca suya verməyin yeganə yolu düşündüklərimi,dərk etdiklərimi yazmağımdı. Ona görə də yazmaqda qərarlıyam və artıqbilgisayara diltə etməyə də başlamışam..

Mövzu sizətanışdı, dəfələrlə yazmışam. Oxuyanların yəqin ki, yadında qalıb. Oxumayanlarüçün xatırladım ki, Azərbaycan adlı məmləkətdə qələminin işığında yaşayan birsöz adamı var. Bu söz adamının kəndi, yəni doğulduğu ocaq 1991-ci ilin oktyabrayından düşmən caynağındadı. Ona görə də dörd dəfə köç etməli edib, dörd dəfəünvan dəyişib. Şəxsiyyət vəsiqəsindəqalıbdı onun ünvanı… Arayıb axtaran hansı qapını döyəcəyini bilmir. Heç özü dədəqiq bilmir ki, indi o,hansı ocağın, hansı ünvanın sahibidi. Çünki sonuncu ünvanı uçuruldu və özü buboyda məmləkətdə kirayəçiyə çevrildi. İndi həmin o kirayəçi Masazırdan ikinci ismarıcınıünvanlayır oxucularına…

Bəli, həyatın hərüzünü görmüşəm. Necə deyərlər, yaşamağın nə olduğunu anlayıram. Acının, şirinindadına da kifayət qədər bələdəm. İtirdiyim yurdun, şəhid verdiyim insanların mənimüçün hansı önəmləri kəsb etdiyinideməyi, yazmağı artıq sayıram. Ona görə ki, bilənlər bilir, bilməyənlər də bilməkistəsə çox asanlıqla öyrənərlər bunu. Öyrənmək istəməyənə isə dərsi həyatverir. Özü də sərt bir şəkildə. Mən də dərsimi hər gün həyat kitabındanoxuyuram. Dan üzü ağaranda o kitab qoltuğumda özümü yetirirəm «Ədalət»dəki işotağıma. Bir də əl-ayaq yığışanda həmin kitab qoltuğumda gedirəm Masazıra kirayəünvanına. Bu «gəlimli-gedimlidünya» indi mənim üçün «Azərbaycan» nəşriyyatı ilə kirayə evin arasınlakı məsafəboydadı. Bir anlıq o məsafəni konkret ölçüyə çevirməyə çalışıram. Hardasa 8-10 metr məsafə edir. Deməli, mənim dünyam elə bu boydadı. O dünyadan kənaraçıxmağa maddi və fiziki gücüm olmadığından içimdəkiləri ancaq qələmlə bölüşürəm, düşüncələrimikağıza köçürürəm. Bilmirəm bu bir missiyadı, yoxsa özünü aldatmaqdı, özünə təsəllidi…Amma hər nədisə, bu mənim gerçəkhəyatımdı. Bu gerçək həyatın da təpkiləri o qədər güclüdü ki, zərbələrin əks-sədasıhər gün təkrarlanır…

Və mən düşünürəmki, 8-10 km dairəsində dünyası olan qələm adamı üçün görəsən ovuc boyda yer,kirpik boyda çörək niyə problem olur? Axı buadamın başqa heç bir iddiası yoxdu. Sadəcə, sağlamlığını, özünü həsr etdiyisözlə nəfəs almaq istəyir… özünü sözə çevirmək istəyir… özü, sözü və nəfəsi birtoplum və rahat olmaq istəyir. Başqa heç nə. Bunun üçün isə o adam ünvan sahibiolmalıdı. Amma çox təəssüf ki, o adam havadadı! Havadakı adamı isə görən yoxdu.Heç gördüm deyən də yoxdu. Ona görə də bu adamın sözü də havada qalır. O sözlərki, könüllərə yol tapa bilər.

Doğrudur,tez-tez müraciət etdiyim kitablardan biri olan «Arazbarı»da belə bir bənd var:


Sən üzmə özünü,ağlama belə,

Yollarındolaysı tez çatan olur.

Hərbağlı qapıya bağlı demə gəl,

Xudadanhər bəxti bir açan olur.


DəyərliSona Vəliyevaya məxsus olan bu misralar nə qədər ümidverici, nə qədər səbr diləyiciolsa da, havadan asılı qalmaq öz işini görür. Ona görə də mən də misralardankömək umuram.


Eləyorulmuşam ki,

Heçdilim söz də tutmur…

Qapaqlarınqaldırıb -

Heçgözüm göz də tutmur.


Köhnəlokomotiv tək

Xəttdənçıxıram daha…

Könlümüqıran mələk -

Üztut mənsiz sabaha…


Düşünmürdümbelə tez

Yorulubdiz çökəcəm…

Diz üstə olsam belə -

Çəkdiyimi çəkəcəm!..


***

Bəli, adətənhavadan söhbət düşəndə adamın ağlına ekoloji durum gəlir. Özü də ilin bucağlarından başlayaraq hava məsələsi daha tez-tez xatırlanır. Hər kəs öz gedib,gəzib görəcəyi, istirahət edəcəyi yerləri yaddaşına yazır və yaxud dayaddaşından reallığa çevirməyə başlayır. Mən isə «hava» sözünü eşidib dilimə gətiribya da düşünəndə dərhal yazıçı-publisist Samir Sədaqətoğlunu xatırlayıram. Çünkibir 10-15 il bundan öncə Samir bəy mənim barəmdə bir yazı yazmışdı, adını daqoymuşdu «Hava». Düzünü deyim ki, yazının adını görəndə heç nə anlamadım. Həttamənə bir az qəribə gəldi. Çünki söz yapışmadı. Sonra yazını oxudum və gördümki, Samir Sədaqətoğlu mənim yox, sözümün havasından yazıb. Sözümün öz havasıolmasını, öz havası ilə yaşamasını incələyibdi. Və yenə düzünü deyim ki, o yazımənim üçün çox doğma oldu. Və mən sözümün havasının necə olduğunu o yazıdan birdaha anladım. Axı başqa gözlə özünə baxanda özünü daha yaxşı tanıyırsan…

Deməli, ovaxtdan sonra ağlıma gətirməzdim ki, nə vaxtsa mən də havadan söhbət açacam,havadan danışacam. Düşünməyin ki, mən «havadan danışacam» deyəndə havaboşluğunu nəzərdə tuturam. Xeyr! İndiki məqamda mənim söhbətim havadan asılıqalan, ünvanı olmayan özüm barəsindədi. Əgər ciddiyyətlə bir araşdırma aparılsavə yaxud çox ciddi məsələ ilə bağlı ciddi sənəd hazırlanmağa ehtiyac duyulsa,onda ünvanımın işğal altında olduğunu göstərmək nə dərəcədə doğru olacaq, onu deyə bilmirəm. Və ona görə də daxilənbir sıxıntı yaşayıram. Hətta öz-özümə deyirəm ki, bu ünvansızlıq təkcə boşluqdaqalmaq deyil, həm də olmamaq kimi bir şeydi.

Bütün hallardaiç dünyamın sızıltısı məni həmin o yoxluğa doğru itələyir. Və mən də osızıltıya köklənib deyirəm ki:


Gücüm bitir, tükənir

Söz ağlayırdilimdə…

Gör necə bəndəyəmki-

Məni sevmir ölümdə!..


Hə, mən elə buyerdəcə bir anlıq durub yazıya fasilə vermək istəyirəm. Sanki bununla özümünmövcudluğumu, özümün yaşadığımı kimlərəsə xatırlatmaq istəyirəm. Hətta sadə birşəkildə desəm, özümü göstərmək istəyirəm. Sonra da düşünürəm ki, bu istəyin fərqinəvaran olacaqmı? Təbii ki, yox! Çünki görmək istəyənlər sən yanlarında olmayandada səni görürlər. Görmək istəməyənlər gözünün, lap kirpiyinin ucunda dayansan etinasız olurlar.Və bu da bütün ağırlığını, bütün qaramatını tökür üstümə. Onda da havalanmışbir şəkildə qələm, kağız axtarıram. Və yazıram ki:


Nə kibrit çəkirsən,nə od səpirsən

Amma yandırırsaniçimi mənim…

Hətta dəfn etməmişsən tələsirsən-

Oturub sayırsan üçümü mənim…


Bilmirəmqarşında vallah nəsim, nə

Baltasız, xəncərsiz, qansız kəsim də…

Soyuq baxışınla,soyuq səsinlə-

Yola çıxarırsanköçümü mənim…


Sənə verdiyim də,səndə olan da

Gerçək də o özü,hətta yalan da…

Ürəyi sən ayaqalta salanda-

Əritdin, itirdingücümü mənim…

***

Heç kim heçkimin haqqını sona qədər yeyə bilmir. Ona görə ki, hamıdan yuxarıda həttadünyaya meydan oxuyan Amerika və Rusiya prezidentlərindən də yuxarıda, özü dəçox-çox yuxarıda Allah var. Allah da hər kəsin haqqını həmişə özünə verir.Doğrudur, bəzən gecikir. Amma nəzərə almaq lazımdır ki, hamımızın Allahı təkdi,birdi. O tək olan Allah dabizim hamımıza müəyyən yollar açır, müəyyən talelər yazır. Ən vacibi isədüşünüb, çalışıb yaşamaq üçün ağıl verir. Təəssüf ki, bəzən ağıl payını maddiyyat üstələyir. Kimilərinsə hərisliyibaşqalarının sıxıntısına gətirib çıxarır. O yerə qədər ki, kişə Tanrı qarışır başqa-başqa bəndələrivasitəsilə. Həmin bəndələr haqqı bərpa edir…

İndi mən havadaolmağıma rəbmən yerdəki bəndələrin nələr düşünüb, nələr arzuladığını, nələrəmöhtac olduqlarını və yaxud da hansı torları hördüklərini dilə gətirmrəm. Heçbuna ehtiyac da duymuram. Onsuz da nə olacaqsa sonda görünəcək, bilinəcək.Ancaq bir məqamı, bir faktı deməyə, yazmaya bilmirəm. Yəni inanc, inam varsa,yaşayırsa, diridisə, bunun gücü bərpa etməyə, mübarizəni sərtləşdirməyə, dözümüartırmağa stimul olduğunu qəbul etmək ən dürüst, ən doğru qərardı. Bax, mən dəinancıma, eləcə də inandıqlarıma güvənərək bu qərara gəldim ki, üz tutduğumAllah və onun yerdə mənim taleyimi həll edəcək bəndələri gec-tez hər şeyiyerli-yerinə qoyacaqlar. Ən azından haqqı nahaqqa verməyəcəklər. Bax ondahavadakı adamın özünə yazdığı misralarınruhu da dincələcəkdi. O misraların ki, onu sizə də çatdırmaq istəyirəm. Mənyazmışam ki:


Ayağı üzülübyerdən

Gözü buludututub…

Daha keçib şeirdən-

Qəlbi umudututub…


Fikri yorubözünü

Heç kim çatmırdadına…

Yaş tutubdugözünü-

Heç nə düşmüryadına…


Girinc qalıbyollarda

Özləpirin tapdayır…

Arabirqolların da –

Bir-birinəsaplayır…


Ünçatmazda Tanrıdı

Ünçatandakı bəlli!

Havadakıadamın -

Sonümididi əli!..


Bəli, mən Masazırda sığındığım ünvandan ikincimesajı bilgisayara diktə edəndə öz-özümə bir fikri də təkrarladım. O fikri dəsizdən gizlətmək istəmirəm. Deməli, o fikir də belədir ki, cəmiyyət nə qədərçalxalansa da, söz sahibi həmişə idarə edənlər, aydınlar, güclülər və bir də təbiiki, xalqın sevdikləri olur. Yəni, cəmiyyətin dəyər verdiklərini yaddaşdan silməkmümkün deyil. Ən azından ona görə ki, həmin dəyər ömür hesabına, xidməthesabına qazanılır. Bax, bu mənada mənim də dəyər verdiyim insanlar var ki,onların söz sahibi olub-olmaması kimlər üçünsə ya maraq doğurar, ya da yersizgörünər. Amma son anda həmin o qazanılan dəyər nöqtəni qoyur. Bax, mən dədüşünürəm ki, mənə gülsələr də, gülməsələr də yəqin ki, havadan bir gün qopubayrılacam. Və onda havadakı adamın haqqını haqsızlığa çevirənlər, haqqınıtapdalayanlar, haqqını görməyənlər yəqin ki, bir vicdan titirəyişi ilə baş-başaqalacaqlar. Bu da mənim üçün elə hər şey deməkdi. Ona görə də elə havadaolduğum məqamda özüm özümə təsəlli verirəm. İronik bir təsəlli. Yazıram ki:


Alıbdizinin üstə

Gözyaşın çilə mənə…

Nəolar bircə dəfə -

Ruhunubələ mənə…


Toparlayıbözünü

İtirqəmin izini..

Silkələgöy üzünü -

Buludunələ mənə…


Kədərəbasılmışam

Sonsöz tək yazılmışam…

Havadanasılmışam -

Gülürsənhələ mənə…


Buda havada olan, havadan asılan mənim deyəcəklərimin bir qismi. Daha doğrusu,ünvan axtaran bir vətəndaşın ünvan istəyini ifadə edən bir yazı. O, hər halda mənimüçün çox əhəmiyyətlidi. Ona görə ki, bu yazıyla mən havada olsam da, hələ ki,varam deməyə çalışdım. Bilmirəm, siz mənim havada da olsa varlığımı gördünüz,duydunuz, yoxsa yox. Bir də ki, görməsəniz də, duymasanız da təkcə yazıma vaxtayırdığınıza görə, sizə təşəkkür edirəm. Axı, havadakı adamın havalı fikirləriçox da xoş olmaya bilər...


TƏQVİM / ARXİV