hacklink Adalet.az | İRƏVANDA XAL QALMADI Adalet.az | İRƏVANDA XAL QALMADI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İRƏVANDA XAL QALMADI

80023    |   2017-05-13 00:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ayın beşi, ya altısı idi, "Azdrama"dan bir bəy zəng elədi: "Hidayət Orucov bəyin "İrəvanda xal qalmadı" tamaşasının ayın 8-ində premyerasıdı sizi də dəvət edirəm, dəvətnaməniz hazırdır" - dedikdə çox sevindim və təşəkkür edərək, "Tamaşaya həyat yoldaşımla birlikdə mütləq gələcəyik" - dədim.
Hidayət bəyi 1988-ci ildən tanıyıram, qədim dostumdur. Həddən artıq hörmət bəslədiyim bir dövlət adamı və ziyalı bir şair-yazıçıdır. Dövlət Başqanlığında işləyərkən də, Din İşləri Üzrə Dövlət Müşaviri işlədiyi zaman da haçan Azərbaycana gəlsəm mütləq görüşər, özüylə müsahibələr götürər və Türkiyənin Səsi Radiosundan efirə buraxardım. 1994 və 1995-ci illərdə həm Xocalı Soyqırımı (90 dəqiqəlik iki seriyalı sənədli film), həm də Qafqaz Ulduzu adlı 17 seriyalıq sənədli filmi çəkdiyimizdə bizə həddən artıq köməklik göstərmiş, biz də Azərbaycanımızı Anadolu Türklüyünə ən yaxşı şəkildə təqdim etmək üçün əlimizdən nə gəlir onu etmişdik. Deməli, Tanrı bizlərə qardaş dövlətlərimiz və xalqlarımız arasında etnik soy-kökdən bəhrələnən körpünün möhkəmləndirilməsi və yeni-yeni körpülər salınması yolunda bir missiya biçib...
Hidayət bəy indi Bişkekdə Azərbaycanımızın səfiridir. 2016-cı ildə Bişkekdə təşkil olunan tədbirə Avrasiya Universitetinin rektoru Nazim Hüseyinli bəy məni yollamışdı. Hidayət bəyin ordakı uğurlarının da canlı şahidi olmuş, Azərbaycanı ən gözəl şəkildə nəcə təmsil edir görmüşdüm.
"Azdrama"da tamaşaya qoyulan əsərə gəldikdə deyə bilərəm ki, indiyə kimi baxdığım və həddən artıq bəyəndiyim bir neçə tamaşa əsərindən biridir. Rollarda çıxış edən hər bir aktrisa və aktyor öz sənətində yüksək səviyyəli bir bacarıqla rolunu ifa etdi.
Hidayət bəyin illər uzunu ermənilərlə yanaşı yaşaması, onların içində vəzifə yeritməsi, tarix boyu özgələrinin qulu olmuş bu xalqın etnik kompleksdən bəhrələnən psixologiyanın nə cür əsiri olduğunu müşahidə etməsi, onları çox yaxşı tanıması da əsərin uğurunda təkanverici rol oynamışdı.
Əsərdə ermənilərin Qərbi Azərbaycandan xalqımızı nə cür və hansı yollarla rusların da dəstəyi ilə kütləvi şəkildə etnik təmizliyə məruz buraxıb, o məsələ detallandırılıb. Ermənilərin öz məqsədlərinə çatmaq yolunda hansı oyunlara müraciət etdikləri, hansı məqamlarda mənfur imperialistlərdən və erməni diasporasından yardım aldıqları bir tamaşa əsərində ən incə detallarına kimi nə cür göstərilərsə o səsləndirilib. Ancaq mən tamaşa əsərini izləyərkən daha ayrı detalları da eyhamla müşahidə etdim.
Böyüklərin səhvi də böyük olur...
Tariximizin ən görkəmli sərkərdələrindən biri olan Əmir Teymur Qızılorda Dövlətini məhv etməsəydi, hakimiyyət uğrunda İldırım Bayəzidin ordusunu Ankaranın Çubuq Düzlüyündə məğlub edib Osmanlının "Fətrət Dövrü"nə düşməsinə və əlli il o cür dəhşətli siyasi çalxantılara məruz qalmasına səbəb olmasaydı, Osmanlı ilə əlbir olub üzünü özgə coğrafiyalara tutsaydı, dünyanın çöhrəsi bu gün çox fərqli olardı.
Yavuzla Şah İsmail Xətayi bir-birinin ətini didməsəydi, potensial gücümüzü bir-birinə qırdırmasaydı rus Qafqaza enə bilməz, Azərbaycan işğal olunmaz, 20 Yanvar, Xocalı Soyqırımı kimi olaylar yaranmaz; bu gün ABŞ və Rusiya gəlib Qafqazda, Orta Şərqdə ağalıq davasına düşə bilməz və bizlər də indiki vəziyyətimizdə sancılana-sancılana qalmazdıq.
Hansı birini deyəsən...
Əsərə baxarkən özümdən asılı olmayaraq kəndimizdəki uşaqlıq günlərimi xatırladım. Kəndimizin üzbəüzündə, Arazın o tayındakı Qarxun kəndini, orda yaşayan insanların öz ana dilimizdə bir-birilərini ucadan çağırmalarını, aralarından bəzi gəlin və ya qızların ya Qarabağ Şikəstəsini və ya oxuduqları bir xalq mahnımızın melodiyası qulaqlarımda cingildədi. Qadınların günorta çağı Arazın sahilinə enib çörəklərini yeyib dincəlmələri gözlərimin qabağında canlandı.
O səsləri düz 1967-ci illərə kimi duyurduq. Bəzən öz-özümə kəndimizin güney tərəfində Cənnətabad varsa qüzey tərəfində də Qarxun var, deməli, bu kəndlərin hansına getsəm, hətta Arazı o taya keçib hər hansı bir qapını döysəm məni öz övladları kimi qonaq edərlər, çünki onlar da bizdəndi. Lakin 67-ci ildən sonra o səsləri duymaz oldum. Həmişə Arazın sahilinə getdikdə gözüm ilkin Qarxun kəndini, o kənddən ucalacaq doğma səsimizi axtarardı, sanki orda ürəkdən istədiyim bir itiyimi itirmişdim...
Mən əziz dostum Hidayət bəyin tamaşa əsərində yalnızca ermənilərin Qərbi Azərbaycanımıza məkirli siyasətləri ilə yiyələnməsini görmədim. Orda Sarı Çayın döngəsindən tutmuş Adriyatik sahillərinə kimi olan coğrafiyada tarix boyu üzləşdiyimiz və heç cürə dərs götürmədiyimiz, dilim gəlmir ancaq yazmalıyam, tarix boyu yalnızca öz-özümüzü diddiyimiz ənənəvi iztirablarla dolu tarixi siyasətimizə tamaşa etdim. Sanki Hidayət bəy mənim daimi olaraq ürəyimdən keçən arzuları, fikirləri əsərində gərgəf kimi ilmə-ilmə işləmişdi. Sənətkarlar belə olur əzizlərim. Atatürk ona görə, "Sənətsiz qalan bir millətin həyat damarlarından biri qopmuş deməkdir. Bir millət sənətə önəm verməz isə böyük bir fəlakətlə üzləşməyə məhkumdur" deyib.
Hidayət bəyin, tamaşa əsərində aktyor vasitəsi ilə söylədiyi bu sözlər hələ də qulaqlarımda cingildəyir:
"Erməni, yeni doğulan uşağının qulağına Türk sənin düşmənindir sözlərini pıçıldayır, biz isə uşaqlarımıza şirin laylalar söyləyirik. İrəvanın, Dilicanın, Göyçənin, Zəngəzurun, Vedibasarın, bütövlükdə Qərbi Azərbaycanın, Qarabağın əlimizdən getməsi bizim öz-özümüzə biganəliyimizin, laqeydliyimizin nəticəsidir. Artıq oyanmaq vaxtı deyilmi...???
Biz o torpaqlara mütləq qayıdacayıq, mütləq qayıdacayıq, mütləq qayıdacayıq...!"
Tanrı o günü də mənə göstərər inşallah...



YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK