ANA SƏHİFƏ / YAZARLAR

QARA QOÇ

Faiq QİSMƏTOĞLU

14443    |   2017-05-12 14:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Sürüdə buruq-buruq buynuzlu və yarlı-yaraşıqlı bir qara qoç vardı. Və bu qara qoç da digər qoçların hamısından seçilirdi. Qara qoçun həm də çox yekə bir quyruğu vardı. Az qalırdı bu yekə quyruq lap yerlə sürünsün. Sürünün də yiyəsi gözünü bu qara qoça dikmişdi. Düşünürdü ki, əli aşağı olanda, bir balaca dara düşəndə bu qara qoçu bazara çıxarıb satar və işlərini yoluna qoyar…

Hər şey isə birdən-birə baş verdi. Elə oldu ki, sürünün sahibinin oğlu ali məktəbə qəbul oldu, o da sevincindən bu qara qoçu oğluna qurban dedi. Onsuz da onun sürüsündə nə qədər desən qoçlar vardı və bu qoçlar da heç də bu qara qoçdan geri qalmazdı. Həmin qoçlarda qara qoçdan fərqli olaraq bir şey çatışmırdı. O da bununla bağlı idi ki, kişinin saxladığı qara qoç hansı qoçla döyüşürdüsə onun gözünün odunu alırdı. Nəinki bu sürüdə, hətta qonşuların qoyun sürüsündə onun qabağına çıxan yox idi…

Kişi qoyun sürüsünü örüşə aparmışdı. Və bu örüşdə də qoyunları başlı-başına buraxıb getmişdi Fehruzun dükanından «Kazbek» alsın, sonra da onu o ki var damağına qoyub fısıldatsın. Çünki Cəmşid kişinin «Kazbek»dən savayı heç bir papirosdan xoşu gəlməzdi. Söz də düşəndə deyirdi ki, o birilərin heç biri «Kazbek»in fısını vermir. Yəni bu kişi «Kazbek»i elə sümürürdü ki, elə bil ki, bal yeyirdi. Onsuz da «Kazbek» Cəmşid üçün baldan da şirin idi…

… Sürü sahibsiz qalanda bir neçə canavar ora hücum çəkdi. Qoyunların irilərini pəncələrinə alıb aradan çıxmaq istədilər. Düzdür, bəzi zəif qoyunlar elə ilk hücumdan parçalandı. Amma qara qoça gələndə vəziyyət çox qəlizləşmişdi. Sürüdə çobanın olmadığını görən bir neçə canavar yenidən onların üstünə hücum çəkdi. Qara qoça yaxınlaşan qara canavar bir göz qırpımında onun üstünə sıçradı. Qara qoç isə geri çəkildi, iri, uzun, xəncər kimi iti buynuzuyla canavarın qarnından bir zərbə ilişdirdi. Canavar gördü ki, bu qara qoç heç də o biri qoçlar kimi asanlıqla onlara yem olmayacaq. İlk zərbədən gözü qorxan canavar geri çəkildi. Yenə qüvvəsini toplayıb iriquyruqlu, buruqbuynuzlu qara qoça hücum çəkdi və bu dəfə də qara qoç heç nədən çəkinməyərək canavarın başqa bir yerindən buynuzunu ilişdirdi. İlişən yerdən qan axmağa başladı. Və digər canavarlar da qara qoçun iri buruq-buruq buynuzundan deyəsən çəkindilər. Sürüdən bir-iki quzunu götürüb meşəliyə qaçdılar…

Qara qoçun quyruğu yaralanmışdı. Az keçmədi ki, çoban örüşə qayıtdı. Gördü ki, balam, qoyun-quzunun, hətta qoçların bir neçəsi yoxdu. Gözünə dəyən qoyunlarınsa ya quyruqları qan içindədi, ya da hansısa can verir. O dəqiqə barmağını dişlədi ki, sürüyə canavar daraşıb. Kişi peşmançılıq hissi keçirdi. Ancaq hər şey gec idi. Canavarlar sürüyə darışmışdı və öz paylarını da aparmışdı…

Kişi düşündü ki, kaş oğluna dediyi qurbanlığı canavar yeməyəydi. Gözü sürüdə qara qoçu axtardı. Özünü ora-bura vurdu, nəfəsi təngidi, qan-tərə batdı və gözü birdən-birə sürünün içində olan qara qoça sataşdı. Yaxına gəlib diqqətlə qara qoça baxdı. Gördü ki, quyruğu yaralıdı və qan axır. Qabaq tərəfə keçib qara qoçun buynuzlarına da baxdı. Buynuzunun ucunda qan izləri gördü. Yenə yadına düşdü ki, canavarlar qara qoçu da yemək istəyib. Ancaq qara qoç onlarla axıra qədər döyüşüb və canavarın ağzından xilas olub.

… Qara qoça bir də diqqətlə baxdı. Həkimi çağırdı, həkim də nəzər yetirəndən sonra dedi ki, mütləq buna qabaqlayıcı iynə vurmalıyıq. Həkim iynəni qara qoça vurdu və yaranı da dərmanla möhkəm-möhkəm yudu. Sonra da kişiyə tapşırdı ki, çalışın bir neçə gün qara qoçu sürüyə buraxmayın. Yaraya infeksiya keçsə yoxsa qara qoç tələf olar. Kişi həkimin dediklərini birər-birər yerinə yetirdi. İyirmi gündən sonra qara qoç tam sağaldı və onu sürüyə qatdılar…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK