ANA SƏHİFƏ / RUBRİKA

“Mövlud Mövlud yuxuda dedi ki, nə vaxt gəlirsiniz?” – YUXU QAPISI

90257    |   2017-05-12 11:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərlidir. Adalet.az müsahibəni təqdim edir.


- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

- Froydun yuxunun mənasız olmaması fikri ilə tam razıyam. Amma yuxunun mahiyyəti ilə bağlı nəsə deməyə çətinlik çəkirəm. Çünki bütün izahlara baxmayaraq, yuxu mənim üçün həddindən artıq sirli, bəlkə də anlaşılmaz bir vəziyyətdir.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Yuxuya görə hansısa plan qurduğumu demək çətindir. Amma yuxularımızın həyatımıza az da olsa təsir göstərdiyini söyləmək olar.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Baş sındırıram, özüm üçün müəyyən yozumlar verirəm. Ancaq əksər vaxtlarda bu bir neçə dəqiqə çəkir, yozumlara çox vaxt sərf eləmirəm.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- İnanıram. Sizə bir, daha doğrusu, iki yuxumu danışım. Mövlud Mövlud intihar etmişdi, sabahı Qazaxa gedəcəkdik. Yuxuda mənə zəng eləmişdi Mövlud, soruşdu "sabah gəlirsiz də?” Dedim, hə. Dedi, neçədə çıxacaqsınız-filan. Mən vaxtı dedim. Soruşdu ki, yazıçı dostumuz da gələcək? Dedim, yox, hələ sənin başına gələnlər haqqında xəbər yazır. Dedi, eybi yox, Dostumuzla işin olmasın, ondan muğayat ol. Mövlud bundan sonra bir dəfə də yuxuma girmişdi, deyirdi, qorxmuram, darıxıram. Düşünürəm ki, Mövludun yuxuma gəlməyində mistik nəsə var. Ümumiyyətlə, həmişə yuxularımı yazmaq istəmişəm, amma sonra Günəşin altında yeni heç nə olmadığını düşünüb vaz keçmişəm.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Bibim rəhmətə getməmişdən öncə çox dəhşətli, qarmaqarışıq yuxular görmüşdüm. Xalamqızı rəhmətə getməmişdən qabaq da oxşar hal baş vermişdi. Amma yaxşı şeylər də görmüşəm, məsələn, qohumumuzun əsgərlikdən gəlməyi kimi. Yeri gəlmişkən, deyim ki, həyat yoldaşımın yuxuları yüzdəyüz çin olur.


Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Qızımın doğulacağını yuxumda görmüşdüm, daha doğrusu yuxuda demişdilər ki, qızın olacaq. Həmin yerdə stəkanlar vardı, stəkanların üzərində nəsə yazılmışdı. Soruşdum ki, bəs bu stəkanların üzərində nə yazılıb? Dedilər, Zəhra. O vaxt bu yuxunu anama danışdım, o da dedi ki, qızın olsa, əlbəttə adını Zəhra qoymalıyıq, başqa variant yoxdur. Biz də anamın dediklərinə etiraz etmədik.

Bundan xeyli qabaq isə yuxuda bacımın oğlu olacağı xəbərini mənə vermişdilər. Bunu da evdə danışmışdım. Üstündən neçə il keçdi, bacımın iki qızı oldu, anam həmişə deyirdi ki, sənin yuxuların həmişə düz çıxırdı. Amma bu dəfə düz çıxmadı. Anamın belə deməyindən bir müddət sonra bacımın oğlu oldu.

Əslində mən yuxulara tam inanmıram, amma hərdən qəribə yuxular görürəm, bəzən bu yuxular yüzdəyüz düz çıxır deyə yuxu mənim üçün sirli, anlaşılmazdır.

Bir şey də deyim, mənə və yaxınlarıma bir neçə dəfə yuxuda mesaj göndərilib ki, Ağanın spirtli içkilərdən uzaq durmağı məsləhətdir. Mən də bu mesajı nəzərə alaraq spirtli içkilərdən tamamilə kənar durmağa çalışıram.

Əslində, mənə elə gəlir ki, Allaha, dinə inan insanlar yuxularda da daha çox inanır, amma mənim Allaha, dinə elə bir inanmım yoxdur. Buna baxmayaraq yuxular az da olsa mənə təsir göstərir.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Düzü xatırlaya bilmərəm ki, yuxularımı ağ, ya qara görürəm. Yuxlarıma rəngi sonradan qatıram. Hətta bəzən axşam yuxuda nə gördüyümü nə illah edirəmsə, yadıma sala bilmirəm.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Hamını, atamı, anamı, bacımı, qardaşımı, həyat yoldaşımı, övladlarımı... Ən ağırı onların hansının ölümünü yuxuda görməkdir, amma yuxuda kiminsə ölümünü görürsənsə, onun ömrünü uzadırsa fikri həmişə bizə təsəlli verir.


- Yunan filosofu Heraklitin yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Məncə də yuxudakı adamların hər birinin ayrı aləmi var, onun içində hey fırlanırlar. Əlbəttə burdakı fırlanmaq sözün birbaşa mənasındakı fırlanmaq deyil, amma mən özüm sözün birbaşa mənasında yuxuda çox fırlanmışam. Bu fırlanma o qədər güclü olub ki, indicə öləcəyimi zənn eləmişəm. Bütün gücümü sərf edərək yuxudan oyanmışam ki, ölməyim. Bir də yuxuda tez-tez uçduğumu görürəm. Qollarımı qaldıraraq uçduğum da olub, qollarım yanımda ayağımı yerdən qaldıraraq uçduğum da. Bildiyimə görə, yuxuda çox adam uçur. Mümkündür ki, çox adamın belə yuxu görməyi onların real həyatda da uçmaq istəyi ilə bağlı olsun.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- İsa, Məhəmməd, Kafka, İsa Hüseynov öz həqiqətlərinə yuxunun köməkliyə çatıblar. Ola bilsin ki, yuxu kimlərisə həqiqətə çatdırır, kimlərəsə müəyyən ipucları verir. Amma həqiqətə çatmaq mövzusunda nəsə demək, söyləmək mənim üçün həddindən artıq çətindir. Və mənə elə gəlir ki, həqiqət haqqında danışmaq yox, susmaq lazımdır. Həm də ona görə ki, hərənin öz həqiqəti var.



İmza:Oğuz Ayvaz
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-17
2018-11-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK