ANA SƏHİFƏ / YAZARLAR

Taleyimi dəyişən qadın

107987    |   2017-05-02 20:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən heç vaxt düşünməzdim ki, ali məktəbi bitirdikdən sonra 5 il öncə xəyalları ilə yaşadığım respublikanın ən nüfuzlu universitetində təhsil alacam. Hamımız yaxşı bilirik ki, arzular reallaşanda onlar bizə əvvəlki simasını bəxş etmir. Necə ki, bakalavr dönəmində xəyallarımda canlanan, lakin orada təhsil almaq qismət olmadığı digər bir ali təhsil ocağının təsviri solmağa başlayanda bilməliydim ki, nə vaxtsa mən də bu gözə görünməzliyi gerçək bir hadisəyə çevirəcəm. Beləliklə təhsilimi həmin universitetdə davam etdirəsi oldum.

Beyninizi yormaq istəmirəm, keçək başqa bir hadisəyə. Hələ bakalavr pilləsinin 2-ci kursunda oxuyarkən… Yox hətta 1-ci kursun son günlərində qrup yoldaşım olan bir qıza aşiq oldum. Hər şey bunda sonra başladı. İlk baxışdan məni meh vuranda anladım ki, məhəbbətim əvvəlcə səbəbsiz məfhumata, daha sonra isə gərəksiz bir romana çevriləcək. Əslində romanım sevdiyim o qızdan daha dəyərlidir.

Uzun sözün qısası, yaradıcılığa şeirlə başladım. Dəli aşiqə dönən vaxtlarda anlamışdım ki, Məcnunla Kərəm nə iztirablar çəkibmiş. Sevdiyim qızı bənzədirdim, amma tam şəkildə bilmirdim qələmə, yoxsa kağıza. Əsas odur ki, yazmaqdan heç vaxt yorulmamışam. İlk şeirim isə belə idi:

Gülüm, çiçəyim sənsən,

Ürəkdən sevirəm mən,

Leyli tək sevdiyimsən,

Sevgimlə sevilmisən,

Taleyimin ismisən,

Aşiqə döndərmisən,

Ancaq səninləyəm mən.

Amma nədənsə hər şeirimin sonunda bu qafiyəsiz cümləni işlədərdim:

"Əgər bunu istəsən”

Bəli, bu şübhəm axırda sevgimizin sonuna çıxdı. İndi həmin qız başqası ilə ailə həyatı qurub, mən isə artıq prezident təqaüdü alıram.

Kiçik bir qeyd aparmaq istəyirəm. Zənn etməyin ki, mən şairəm. Qətiyyən, qız məni atıb gedəndən bəri həyatımı nəsrə bağlamışam. Ədəbiyyatçılar məni yaxşı başa düşər: Yaradıcılığa məhəbbətlə başlayanda sən heç bir vədə oturub hekayə yazmazsan. Əvvəlcə şeir, sonra seçim nəzm və ya nəsrə doğru sürüklənir. Yaradıcılığın qaydası belədir.

Bəs bayaqdan danışmaq istədiyim 2013-2014-cü illər arası dövr mənə nələr vəd edib?

Ötən ilin bu vaxtı hərbi xidmətdən ilk çağırış vərəqəm gəldi və mən yollandım hərbi komissarlığa. Aidiyyəti üzrə içi mən qarışıq gələcək əsgərlərimizi kütləvi şəkildə soyundurub "qıraq-bucağına” baxırdılar. Bədənimin sağ nahiyəsində baş boyda yarığı görəndə həkimlər qorxuya düşdülər. Onların bu qorxusu məni də təlaşa salmadı desəm yalan olardı. Elə bu zaman orada olan həkimlərdən biri qaçaraq yanıma gəldi, baxdı sonra göndərdi məni birbaşa xəstəxanaya. Adamın üstündə Allahı var, həkim bir az səbirli adam idi, həm də azdan çoxdan savadlı olduğu hiss olunurdu. Baxdı, sorğu-sual elədi və yekdilliklə qərar verdilər ki, "Bala sən bu çağırış dövrünü buraxası oldun”. Vallah nə yalan deyim, əslində həmin vaxt jurnalistika karyeramın başlanğıc dövrünə təsadüf etdiyi üçün çox üstünə getmədim, razılaşdım. ("Əsgərliyə getmək istəyirsən?” sualı ilə üzləşən gəncin də razılıq vermək haqqı var.) Ailədə də mənə dəstək gələndə anladım ki, hələ çox işlər görməliyəm və məni hələ sürprizlər gözləyir.

Əlqərəz.Vaxt fırlandı, həyat adlı karuseldə də mən fırlanırdım. Əyləncəli idi. Başımın gicəlləndiyi anlar olurdu. Üzümüzə gələn yay tətilini necə keçirəcəyimi əvvəlcədən təyin etməmişdim. Elə ona görə də heç bir tətil-falan olmadı. İsti qızmar dövrümün bir hissəsi Ramazana sərf olundu. Qalan aylar isə şəxsi yaradıcılığıma. İstəyirsiniz gülün, amma mən evdən bayıra çıxmadan ağlıma gələnləri yazmağa davam edirdim. İcazə verin izah edim. Məsələn, hərbi çağırışın ilk buraxılışından azad olduğum dönəmi səmərəli keçirmək üçün yaradıcılıqla məşğul olmağa başladım. Yazdığım hekayələr, esselər, nə bilim cəhd etməyə çalışdığım yazılı həyat dərsləri (yersiz məsləhətlər, taktikalar, planlar və oyunlar) nəzəri məsələləri əhatə edirdi. Ancaq bir məqam var idi – mən öz yazdıqlarımı fərqli nəsr əsərləri hesab edirdim. Çünki onların demək olar ki, hamısı hələ yaşamadığım həyat praktikasını əhatə edirdi."Qarşılıqsız sevgi”adlı geniş həcmli hekayəm də bu kateqoriyadan idi. Oxucularım etiraf edirlər ki, ən uğurlu hekayən məhz budur. Sevinə bilərəm. İnsan yazdıqca öyrənir. Mən də yazandan sonra oxucuların əsərlərimə verdiyi dəyərləri görəndə anladım ki, onlar maraqlı süjet xəttinin axtarışındadırlar. Anladım ki, fəlsəfi romanlar niyə az satılır…

Camaat düz deyir də, dərəbəylikdi ki, bəyəm hər yerindən duran məsləhətvari kitab yazsın. Olmaz belə. Düzü, mən bizim ədəbiyyatımızda bəzi nüansları hələ "götürə” bilməmişəm. Məsələn, deyək ki, ədəbiyyatçılarımız niyə Varisi, Çingizi, yaxud Elxanı və bunlar kimi detektiv və süjet xətti hazırlamaqla məşğul olan praktik yazarları tənqid edirlər. Həmin tənqidçilər arasında sorğu keçirəndə mənə aydın oldu ki, hələ heçə nə mənə aydın deyil. Azərbaycanda ədəbiyyat üçün yazanların oxucular üçün yazanlardan fərqini tam qavraya bilmədiyim üçün məhz belə bir sorğu keçirmişdim:"Ədəbiyyatçılar üçün yazırsınız, yoxsa oxucular üçün?..”

Sorğunun nəticəsinə görə, əksər yazıçılar oxuculara tabedir. Amma onların arasında sırf özü üçün, təbiət üçün yazanlar da peyda olmuşdu. Təəccüblənmədim, normal qəbul etdim. Çünki mənə hələ heç nə aydın olmamışdı. Şəxsən mənim fikrimi soruşası olsanız, sadəcə onu deyə bilərəm ki, cəmiyyətdə oxucu təbəqəsi daha qalındır.

Ona görə də hələ bir neçə ay öncə 2012-ci ildə (qızın məni atıb getdiyi dövrə təsadüf edir) başladım oxucular üçün yazmağa və ilk romanım çap olundu:"Qovuşduq ki, ayrılmayaq”. Sizdən nə gizlədim, yaradıcılığa yeni başlayan bir gənc yazar kimi tənqidləri həzm edə bilmirdim. Ona görə də 224 səhifəlik kitabımı "Primitiv başlanğıc” devizi altında ictimailəşdirməyə başladım. Daha sonra milli antologiyada hekayələrim yer aldı. Ardınca isə daha iki roman ərsəyə gəldi. Müsabiqələrdə iştirak edəsi oldum, ölkəmizin nüfuzlu qəzetlərindən birinə işə düzəldim. Yazıçılar birliyinin üzvü oldum, prezident təqaüdünə layiq görüldüm, bircə evim yox idi.

Əslində bu yazını yazmaqda məqsədim odur ki, məni tanıyanlar arasında səbəbsiz yerə nifrətini qazandığım insanların bu nifrəti adekvat sevgiyə və hörmətə çevrilsin. Mənim fəlsəfəm görünməz hallar üzərində qurulub. Məsələn, elə hesab edirəm ki, əgər qarşımdakı insanın mənə nifrət etməyinin səbəbini tapa bilmirəmsə, səbəb onun zəif nöqtəsi ilə bağlıdır. Həmin nöqtə isə mənim cəmiyyətdə tutduğum gizlin mövqeyimə söykənir. Mənim uğurlarımdan xəbəri olmayan bir şəxs təkbətək əyləşib müxtəlif mövzularda söhbət etməklə əslində göstərməyə çalışır ki, Rüfətdən zəhləm gedir. Hətta imkanım olsa onun əttökən kitabını əlimə alıb parçalayaram, alçaldaram onu. Hərçənd o bilmir ki, mənə bu kitaba görə təqaüd veriblər. Və beləcə kitabın cırılmış vərəqləri yapışdıranla bərpa olunur və başlanılır oxunmağa. Eşq olsun!

Uşaq ikən tamamilə şərq tərbiyəsi almışam. Lakin böyüdükcə anladım ki, ayaqlarım şərqdədir, ancaq mən qərbə doğru uzanıram. Cəmiyyətdə də mövqeyim belə olub. Bunu dostlarım, həyatımda olan qadınlar daha yaxşı bilirlər.

Əlqərəz.Yay mövsümünü beləcə başa vurdum. Artıq hərbi xidmətə növbəti çağırışın vaxtı yaxınlaşırdı. Telefonuma zəng gəldi. Çağırdılar, soyundurdular, qorxdular və növbəti mövsüm azadlığı.

"Ədalət”qəzetində gərgin iş prosesi gedirdi. Magistr təhsilim isə bir yandan maneçilik törədirdi. Həyat mübarizlərlə doludur deyib keçən də olurdu. Gündəlik fəaliyyət rejimim isə DƏRS-İŞ-EV.

Artıq gəncliyə qədəm qoyanda özüm üçün hesab etdiyim ən böyük uğurlardan biri məhz yuxarıdakı rejimə malik olmağım idi. Çünki hazırkı dövrdə gənclərin əksəriyyəti bu cür həyatı arzu edir. Digər tərəfdən isə yavaş-yavaş anlamağa başlayırdım ki, Tanrı niyə əvvəlki 4 il ərzində mənə çoxlu əziyyət verib. Nə olar ki, mən də sizə bir az örnək olum. Mənə də sizin kimi gənclər örnək olduğu kimi.

İlk kitabım çıxandan bir müddət sonra maraqlanmağa başladılar ki, növbəti romanı nə vaxt yazacaqsan? Cavabım isə həmişə belə olurdu ki, gərək sevgi macərasını bir daha yaşayım ki, qırılmış qəlbimdən yazmaq üçün mürəkkəb axsın.

Və beləliklə növbəti romanımı yazıb bitirdim. Lakin budəfəki tamam fərqli janrda – Xatirə – məktub janrında yazılmışdı. Sevdiyim qıza sevgimi bütünlüklə etiraf etsəm də, damazlıq məqamlar da var idi. Onu kəskin tənqid etmişdim. Yəqin oxuduqca məni sevməyə başlayan qadın qəfildən qüssəyə qapılır və nəticədə onun həyatında olan mövqeyimi itirmiş oluram. Bilirsiniz, uzaqgörənlik etmək niyyətim yoxdur, amma mən çox vaxt yaxşılığa doğru apara bilmədiklərimi öncədən hiss edirəm və hər şey pis sonluqla başa çatır. Deyəcəksiz ki, bəs niyə həmin sonluğun baş verməsinə şərait yardırsan? Cavabım isə çox sadədir, kitab yazmaq üçün.

Həyatımı məqsədsiz şəkildə kitab yazmağa həsr etmişəm. Bilirəm ki, illərdir yetişə bilmədiyim sevgi də bir gün xəbərim olmadan evimə girəcək. Barəsində kitab yazmadığım şəxs mənim qəlbimdə yerini tutan insandır. Gələcək barədə proqnoz verə bilmərəm, amma hal-hazırda vəziyyət bu cürədir. Jurnalistika fəaliyyətinə başlayandan sonra özümə müəllim hesab etdiyim tanınmış peşəkar jurnalist Ceyhun Musaoğlu hələ "Ədalət” qəzetində onunla ilk tanışlığım zamanı yazıçı olduğumu biləndə dedi ki, jurnalistika səni hekayə yazmağa qoymayacaq. Açığı burada bir məntiq görmürdüm, lakin üzərindən bir müddət keçəndə"Dostun.wordpress.com”da yer alan hekayə qıtlığı hər şeyi mənə izah etdi. Amma bir hadisəni də özümdə kəşf etmişdim. Maneələr həmişə var, amma yazıçı həmişə yazıçıdır.

Uşaq vaxtı pianonun səsi məni valeh edirdi. Amma qeyri-müəyyən səbəblərdən həmin aləti öyrənə bilmədim. Lakin indi pianinonun sədaları altında yazıram. Bəlkə də işin qeyri-müəyyənlik özülü elə bundadır.

Əlqərəz.Qış fəslində qar topu oynayırdıq. Sonra qaçıb sığınırdım isti sobanın qırağına və Kafkanın atasına yazdığı məktubu oxuyurdum. Bəli həmin əsər Xatirə – məktub janrında yazılmışdı. Kafkanı bilmirəm, amma mən ikinci romanımı əvvəlkindən fərqli olaraq daha çox düşüncələrə yer verərək yazmışam. Ürəyim buna görə bir ara incimişdi, sonra hər şey yoluna düşdü. Yaradıcı insanlar bəzən real həyatın özündə də romantikliyini nümayiş etdirir. Bizim üçün həyat bir filmdir, epizodları özümüz yaradırıq. Mən isə həmin epizoda dostumu da əlavə edib ikinci kitabımı ithaf etdiyim sevgilimə göndərdim. Guya mən özüm hərbi xidmətə yollanmışam. Filmdə ən çox yazığım gələn insan dostum olmuşdu. Qışın soyuğunda lazımıydı ona bu?

Mənə xəbər çatdı ki, qız həmin əsəri bir günə oxuyub bitirib. Sabahısı gün mənə zəng edəndə özümü dərhal rola salıb zəngə cavab vermədim. Düşünürdüm ki, adətən filmlərdə belə olur. Amma sən demə Allah üzümə baxıbmış, qız bir müddət sonra ara sakitləşəndə mənə demişdi ki, yaxşı ki o vaxtı telefona cavab verməmişəm, yoxsa ürək sözlərini yeni il qabağı mənə çatdıracaqdı. Beləcə, biz bir-birimizi sevməyə başladıq.

Növbəti çağırışa vədə yetişdi. Bununla bərabər,qeyri-məchul nələrinsə ortaya çıxacağını hiss edirdim. Bu dəfə də heç bir irəliləyiş baş vermədi. Qışın sonlarında gözlənilmədən əməliyyat olundum. Ağır vaxtlar idi. İyul ayında görüşənədək…

Əlqərəz.Xəbər portallarında jurnalistika fəaliyyətimlə bərabər adminlik fəaliyyətimi genişləndirməyə davam edirdim. Bunu da özümə uğur hesab edirəm. Çünki ilk addımı"Dostun.wordpress.com”adlı web blog açmaqla atmışdım. Bloggerlər də yaxşı bilirlər ki, hər hansı bir internet saytı ilə blogların oxşar cəhətləri çoxdur. İstər ana səhifədəki görüntü strukturu, istərsə də panel quruluşunda oxşarlıqlar və eyniliklər kifayət qədərdir.Adalet.azsaytına admin olandan bəri işlərimi genişləndirməyə başladım. Fəaliyyətim boyunca təkmilləşmə və proqressiv addımlar artırdı. May ayından etibarən artıq eyni anda iki xəbər portalına baş adminlik edirdim. Siyahıma yenicə daxil olmuş, Nicat Dağların rəhbərliyi altında qısa zamanda populyarlıq qazanan"AzerFax”xəbər agentliyi mənim təkmilləşmə kursumun ən ümdə və ali pilləsinə tuş gəldi. Sevinirəm.

İnsanlar bir-birilərinə dəstək olmaq üçün yaşayırlar. Mənə dəstək duran insanlara minnətdaram.

Rüfət Soltan



İmza:

YAZARIN ARXİVİ

2017-02-19 : Yazıçı olmaq
2017-02-09 : JURNALİST OLMAQ
2016-12-26 : Oyuncaq - HEKAYƏ
2016-09-14 : Azərbaycan?!
2015-10-28 : Müxbir olmaq
2015-09-12 : Salam Allah
SON XƏBƏRLƏR
2017-10-21


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki satıcı öz fırıldaqlarından məharətlə danışır:
-Bilirsən, mən bir axmağa kivi adı ilə kartof satmışam.
-Eh, bu nədi ki, mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.
-Bunun nəyi qəribədi ki?
-Mən sonra ona quş üçün yemək də satmışam.




digər lətifələr
ARXİV
FACEBOOK