ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Cəmiyyətimizin gələcəyini mollaların ixtiyarina verməməliyik" - Rəşad Məcid

67153    |   2017-04-20 19:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son illər müsəlman ölkələrində müharibə və qarşıdurmalar, terror, qarışıqlıq, qırğınlar və əxlaqi degenerasiya dözülməz həddə çatıb. Təəssüf ki, qorxunc ənənə hazırda da davam etməkdədir.


Suriya, İraq kimi ölkələrdə baş verən olaylar bəşəriyyəti ciddi şəkildə narahat edir. Bir məqam xüsusi qeyd olunmalıdır ki, bu cür iğtişaşların kökündə din amili faktoru mövcuddur. "Əl-Qaidə”, Taliban, İŞİD, PKK kimi terror təşkilatları insanları ən iyrənc formada öz sıralarına çəkir.
Təəssüf ki, bu məsələdə Azərbaycan da istisna deyil. Dəfələrlə Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti nəticəsində ölkədən çıxıb terror təşkilatlarının sıralarına qatılmaq istəyənlərin qarşısı alınıb.
Dini çağırışlar bir növ narkotik vasitə rolunu oynayır. Hüzurunda baş əyənlər ən ülvi bəşəri dəyərləri yerlə-yeksan edir. Yalnız savadsız, təhsilsiz cəmiyyətdə mistik ideyalar ayaq açıb yeriməyə başlayır. Hər halda, real təhlükəni görməzlikdən gəlmək cahil təfəkkürün məhsuludur.

Din pərdəsi altında insanlarımız elmdən, təhsildən yayınır.
Nə məqsədlə?
O zaman cəmiyyət nə etməlidir?
Cəhalətə, xurafata qarşı hansı formada mübarizə aparılmalıdır?

Adalet.az xəbər verir ki, Modern.az saytı mövzunun aktuallığını nəzərə alaraq "525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidlə söhbətləşib.

Rəşad Məcid bildirib ki, bu cür məsələlərdə cəmiyyət susqunluq nümayiş etdirməməlidir.

"Cəhalətə, xurafata qarşı müqavimət olmasa, məktəblərimiz mollaxanaya çevriləcək. Bu cür məsələlərdə cəmiyyətimiz, ziyalılarımız daha aktiv olmalıdırlar. 21-ci əsrdə yaşayırıq. Maarifçi yazarlarımız 100-150 il bundan qabaq böyük ənənənin əsasını qoyublar. Cəhalətə qarşı iri əsərlər yazıblar. Aradan bu qədər illər keçib. İnternet əsrində yaşadığımızdan elmi kitablar insanlara daha əlçatımlıdır. Amma belə vasitələrin ətrafımızda olmasına baxmayaraq, din adı ilə cəhalətə, xurafata yuvarlananlar çoxdur. Bunun da birinci səbəbi savadsızlıqdır. İbtidai təhsili olmayan, bir kitab oxumayan insanlar öz ambisiyalarını, ideyalarını din pərdəsi altında gizlədib cəmiyyətə meydan oxumağa çalışırlar. Cəmiyyətin ziyalı təbəqəsi bunlara qarşı susqunluq nümayiş etdirməməlidir. Heç bir müqavimət göstərilmədiyi halda, bir gün gözümüzü açıb görəcəyik ki, Azərbaycan da qatı dindar ölkələrdəki cəmiyyətə çevrilib”.

Rəşad Məcidin sözlərinə görə, cəhaləti yayan adamlara qarşı mətbuat da müqavimət göstərməlidir.

"Bir də görürsən ki, orta və hətta ibtidai təhsili, savadı olmayan bir başı çadralı qadın məhdud düşüncələrini cəmiyyətə yeritməyə çalışır. Jurnalistlər də bu cür dar düşüncəli insanların fikirlərini cəmiyyətə bəyan etməklə onlara bir növ züy tuturlar, ziyanlı fikirləri ictimailəşdirirlər. Halbuki, din adından istifadə edib bu cür xurafat, cəhalət yayan adamlara qarşı ilk növbədə, müqaviməti jurnalistlər göstərməlidirlər. Bu cür cəhalət dolu fikirlərin geniş meydana çıxmasına şərait yaratmamalıdırlar. Azərbaycan xalqının böyük maarifçilik ənənəsi var.

Mirzə Fətəli Axundovdan başlamış xalqımızın böyük ziyalıları cəhalətin əleyhinə olublar. Ona görə də bu ənənələrə qarşı olmaq lazımdır. Prezident İlham Əliyev də bu barədə öz çıxışlarında narahatlığını bildirib.

"O yerdə ki təhsil zəifləyir, o zaman cəhalətə, xurafata yol açılır”. Bu baxımdan da körpəlikdən uşaqlarımızı savadlı böyütməyə, oxutmağa, dünyaya açıq gözlə baxmağa yönləndirməliyik. Məktəblətimizi və təhsilimizi gücləndirməliyik! Cəmiyyətimizin gələcəyini az savadlı xurafat yayan mollaların ixtiyarina verməməliyik. Əks halda, bizi çox ciddi təhlükə gözləyir.”




İmza:

Rafiq Əliyev: “Mənim həyat mayakım o olub” – Müsahibə

ARİF PAŞA: “Əbülfəz Elçibəy şəxsən mənə demişdi ki...”

"Azərbaycanın belinin kəməri Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda qırılıb..."

Aqil Abbas: “İki aydır dədən səni görmür, iki ay da sən dədəni görmə” - MÜSAHİBƏ

Alqış HƏSƏNOĞLU: “BU OĞRULARI İDARƏÇİLİYƏ KİM SIRIYIB?”

Azərbaycanlı yazıçı: “Oğlum İtaliyada virusa yoluxdu” – Müsahibə

Rafiq Əliyev: “Mən Allahsız alim tanımıram” – Müsahibə

Akademik Rasim Əliquliyev: “Pandemiya nə qədər ölümlərə səbəb olsa da, bizi ayıltdı” - MÜSAHİBƏ

İmişlidən Xızıya onlayn dərs - MÜSAHİBƏ

Dərdlərə dərman, xəstəyə məcun ŞUŞA... 28 illik yuxu

“Ədəbiyyatı jurnalistikaya uduzdurmaqla məşğulam” - MÜSAHİBƏ

Azərbaycan Prezidenti İlham Əliyev: 9 May - bizim ümumi Böyük Qələbə günümüzdür

SON XƏBƏRLƏR
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK