hacklink Adalet.az | QƏRBİ - ÖZÜMÜZÜ ANLAMAQ Adalet.az | QƏRBİ - ÖZÜMÜZÜ ANLAMAQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QƏRBİ - ÖZÜMÜZÜ ANLAMAQ

altaylı_s@yahoo.com

32354    |   2017-04-07 22:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Problemi başa düşmək onu yarı-yarıya həll etmək anlamındadır.

Ən düz tarix, tarixi olayları yaşayan, onun şahidi olan insanların qərəzsiz xatirələridir.

Beş illik əzablı, səksəkəli, narahatçılıqlarla dolu günləri geridə buraxıb 1985-ci ildə TRT-də işə düzəldikdən sonra yaxından tanıdığım mərhum böyüyüm Müzəffər Özdağ ilə tez-tez görüşürdüm. Azərbaycanın müstəqillik hərəkatının ən qızğın çağları idi. Azərbaycanı Tanıtma Dərnəyini yaradandan sonra bu görüşlərimiz daha da sıxlaşmışdı. Müzəffər bəyin yayına gəlib-gedən İlhan Atabaş paşa ilə tanış olmuş, onunla da dostlaşmışdım. İlhan Atabaş, general-leytenant rütbəsindən təqaüdə çıxmışdı. Bir gün oturub söhbət edərkən bir xatirəsini mənə danışdı, mən də onu eyni ilə oxucularıma təqdim etmək istədim. Aşağıda təqdim etdiyim xatirəni İlhan Atabaş Paşa, NATO-dakı vəzifəsi başa çatıb 1961-ci ildə Türkiyəyə qayıdan və Ərzurumda III Ordu İstihbarat Rəhbərliyinə təyin olduğu zaman tanışıb-dostlaşıb, 1969-70-ci illərdə NATO-nun Brüsseldəki qərargahında birlikdə vəzifə yeritdikləri korgenral (general polkovnik) Atıf Ərçıkandan dinləyib, bunu bir tədbirdə məruzə edib sonra da çap etdirib.

1960-cı ilin əvvəllərində NATO-nun hərbi qərargahı Amerikanın Washington şəhərindədir və hələlik Avropaya aparılmayıb. NATO-ya üzv olduğuna görə Türkiyənin zabitləri də orda vəzifə yəridib. NATO-nun qurmay başqanlığı vəzifəsini ingilislərdən fransızlar təhvil alıb. Fransalı general-leytenant başqanlığı İngilis həmkarından təhvil aldıqdan sonra qərargahdakı zabitlərlə yığıncaq təşkil edərək iş bölgüsü aparıb və hər bir zabitə yeni vəzifəsini bildirib. Türkiyəni təmsil edən Qurmay Albay (Hərbi Akademiya Məzunu Polkovnik) Atıf Ərçıkana da Sovetlər Birliyinə qarşı həyata keçiriləcək "Psixoloji Hərbi Hərəkat" sahəsində işləyəcəyi tapşırıldığına görə ona bu sahə üçün hazırlanmış bir qovluq təqdim edilib. Yığıncaq qurtarıb və hər bir zabit öz otağına, işinin başına gedib. Albay Ərçıkan otağına gedib təzəcə oturub ki, içəriyə biri İngilis, digəri Amerikalı yekəpər iki albay daxil olub. Amerikalı sözə başlayaraq ondakı qovluğun özünə səhvən verildiyini bu səbəblə qovluğu özlərinə təhvil verməsini tələb edib. İngilis zabit də Amerikalının dədiklərini təsdiq edib. Atıf Ərçıkan isə həddən artıq ayıq və İngilis dilini ana dili kimi danışacaq qədər bilən bir zabitdir. Onlara, "Xeyr, NATO Qurmay Başqanı bu qovluğu mənə səhvən deyil, bilərək verdi, onu sizə təhvil verə bilmərəm". Aralarında mübahisə başlayıb və gələn albaylardan biri stolun üstündəki qovluğa əlini uzadıb qapmaq istədikdə Albay Ərçıkan ondan da cəld tərpənib qovluğu götürüb siyirməsinə salaraq qıfıllayıb. Gələnlər bu dəfə başlayıblar Ərçıkanı hədələməyə:

-Bu qovluğun məxfilik səviyyəsindən xəbərin var?

-NATO-da ən yüksək məxfilik "Cosmic Top Secret"dir ondan xəbərim var.

-Xeyr, bu ondan da yüksək səviyyəli məxfilik xarakteri daşıyır adı da "Vagram"dır. Bu qovluqdakı məlumatı nəinki xaricə sızdırmaq bir kəlməni belə özgəsinə desən öləcəkən bilmiş ol.

-Mən bu qovluğu oxuduqdan sonra öz Baş qərargah rəisimə təqdim edəcəyəm, narahat olmayın.

Amerikalı və ingilis zabit çıxıb getdikdən sonra Albay Ərçıkan qovluğu açıb oxuyub. Qovluqdakı hərbi hərəkata görə Sovetlər Birliyinin mərkəzi avtoritetinin diz çökdürülməsi məqsəd götürülüb. Sovetlər Birliyinə qarşı yeridiləcək psixoloji hərbi hərəkatın hədəfi Sovet İttifaqında yaşayan qeyri-rus xalqlardır. Qovluğun axır hissələrində işarə edilib ki, Sovetlər Birliyinin mərkəzi idarəsi diz çökdürüldükdən sonra o torpaqlarda artıq ayrı bir mənzərə hakim olacaq, Rusiyadan savayı 15-16 yeni dövlət yaranacaqdı. Yaranacaq yeni dövlətlərdən 5-i, 6-sı Türk dövləti olacaqdı. Onların yaşadıqları coğrafiyalar təbii sərvətlər yönündən olduqca zəngindir. Türk millətinin də cəngavərliyi tarixən məlumdur. Əgər bu dövlətlər Türkiyə Cümhuriyyəti ilə əl-ələ versələr Hitler Almaniyasından da, Stalin Rusiyasından da daha təhlükəli bir güc yaranıb qərblilərin qarşısına dikiləcəkdi. Bu təhlükə yaradılmamalı, Türkiyə ilə Şərq Türklüyü birləşdirilməməlidir.

Qovluğun axırında da belə bir sual verilib: "Türkiyə ilə Şərqdəki türklərin birləşə bilməməsi üçün hansı tədbirlər həyata keçirilməlidir, bu barədəki fikirlərinizi və təkliflərinizi NATO rəhbərliyinə yazılı şəkildə çatdırın".

Əziz oxucular, gəlin 1984-cü illərdən, Afinada Daşnaqsütyunun təşkil etdiyi qurultayda partiyanın mərkəzini Afinadan İrəvana aparmaq qərarına yətişməsindən və həyata keçirməsindən, 1988-ci illərdən başlayan olayları, kütləvi sürgünləri, Xocalı Soyqırımını, 1991-ci ildə yaranan müstəqil Türk dövlətlərindən indiyə kimi keçən 25 illik zamanda hansı olayların yarandığını bir sinəma pərdəsi kimi gözümüzün qabağına gətirək. Nələr olub, nələr ötüb onları nəzərdən keçirək, Azərbaycanda, digər Türk cümhuriyyətlərində hansı oyunlar səhnələnib, səhnələnir, Türkiyənin 1974-cü illərdən bəri üzləşdiyi PKK terrorunu, Hizbullahı, məzhəbçiliyi, güneyində 1993-cü illərdən bu tərəfə ABŞ-İngiltərə-İsrail triosunun İraqda, Suriyada, Liviyada həyata keçirdiklərini, onları dəstəkləyən qərb ölkələrinin məqsədlərinin nə olduğunu, sonradan Rusiyanın Orta Şərq bölgəsinə daxil olmasının səbəblərini, İraqın və Suriyanın şimalında yaşayan yazıq dili xaric hər şeyi ilə bizim bir parçamız olan kürdlərdən bir şahmat fiquru kimi istifadə edilməsi olaylarını tərəfsiz bir gözlə analiz edək.

Məncə, bunları obyektiv bir gözlə və fikirlə düzgün analiz etsək nəyin nə olduğunu və indən belə nələr ola biləcəyini yaxşı başa düşərik.

Seyfəddin Altaylı

Ankara



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK