ANA SƏHİFƏ / YAZARLAR

SOY… QIRIM…

Əbülfət MƏDƏTOĞLU

21706    |   2017-03-31 15:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həyatımın soyqırımını yaşayıram

Səhər yenicə açılmışdı. İş günü yenicə başlamışdı. Və açılan səhərin məmləkətində qanlı bir tarix - təqvim olduğunu gözəl bilirdim. Ona görə də bu günün ovqatına özümdən asılı olmadan artıq köklənmişdim. Nə vaxtdan bəri başımın üstündə fırlanan qara buludun yağıb yağmaycağı artıq mənim üçün elə də əhəmiyyət kəsb etmirdi. Necə deyərlər, heç vecimə də deyildi. Düşünürdüm ki, millətin faciəsi, millətin soyqırımı fonunda mənim yaşadığım heç nədi. O ana qədər ki, telefonum zəng çaldı. Tanıdığım, artıq səsinə, sözünə bir növü alışdığım bir mənsəb sahibi, səlahiyyət sahibi «salam-sağoldan» sonra günü mənə xatırlatdı. Və mən…

Hə, özümü saxlaya bilmədim. Əsəblərimi dişlərimlə sıxıb dedim ki:

- Bəli, müəllim, bu gün martın otuz biridi… Bu gün bizim soyqırım günümüzdü…

Telefon zəngini cavblandırdığım qarşı tərəf yenə özünəməxsus bir şəkildə:

- Bilirəm – dedi. Amma bir məsələ var ki, siz yaşadığınız ərazini boşaltmaq üçün zaman istəmişdiniz. Həmin zaman bu gün tamam olur. Sözünüzə əməl edin…

Bəli, bu sözlər mənim onsuz da qat-qat olmuş yaramı elə bil ki, lap özəyindən, özülündən dartıb qaysağını qopardıb qanatdı. Sızıltısı təkcə ürəyimə yox, başıma da vurdu. Düşündüm ki, soyqırım günü soyulmağa və qırılmağa məhkum olmaq görəsən daha kimlərin taleyinə yazılıb? Görəsən daha kimlər bu gün soyulub və qırılacaq? Ümumiyyətlə, belə bir gündə, faciənin tarixləşdiyi, rəsmiləşdiyi və qeyd olunduğu bir zamanda nə qədər ədalətli yanaşmadı bu? Nə qədər soyuqqanlılıqdı… nə qədər vətəndaş, daha doğrusu, məmur dəqiqliyidi?

Hə, düşünməyin ki, suallar çətindi və yaxud da elə düşdüyüm durumun içində çıxış edərək onları dilimə gətirirəm. Yox, bir Allah şahiddir ki, mən evimin sökülməsi ilə bağlı qərar verilən gündən üz tutmadığım, müraciət etmədiyim səlahiyyət sahibi qalmayıb. Hər kəsdən bir ümid, bir yardım, bir qığılcım ummuşam. Amma hamı susub, hamı sanki nə məni, nə mənim problemimi görməyib və yaxud görmək istəməyib. Saatlarla özümə çəkilib düşünmüşəm ki, doğurdanmı bu məmləkətdə bu qədər soyuqqanlılıq, bu qədər laqeydlik hakimdir. Axı, bir yuvanı sökəndə, bir yuvanı dağıdanda onun qarşılığı olaraq uyğun, münasib bir təklif də ortaya qoyurlar. Necə deyərlər, variantlar sərgiləyirlər. Amma nədənsə söhbət, mövzu mənim evim, mənim yuvam olanda bircə kəlmə deylir:

- İnfilyasiyadı, imkan daxilində sizə təklif olunan vəsait budu. Götürüb, ərazini boşaldın!!!

Bəli, qərar vermək, daha doğrusu, qərarı oxumaq çox asandı. Necə deyərlər, «götürün və ərazini boşaldın!» Cəmi bircə cümlədi. Amma bu cümlənin arxasında on nəfərin taleyi dayanır… bir cümlənin arxasında on nəfərin yaşam haqqı dayanır. Bu bir cümlənin arxasında 25 ilə yaxın bir yuva istiliyi, bir yuva hərarəti dayanır. Oxunan qərarda, səslənən bir cümlədə isə onlar yoxdu, onlar görünmür, heç hiss də olunmur. Ona görə də özüm-özümdən soruşuram:

- Əcəba, mənim günahım nədi? Azərbaycanlı olmaq, yoxsa Azərbaycanda doğulmaq?

Sual çox ciddi cavab tələb edir. O cavabı da ala bilmirəm. Heç o cavabı dilinə gətirən də yoxdu… heç o sualın özünü də eşitmək istəyən bir kimsə üzümə qapı açmır. Bağlanıb bütün qapılar üzümə. Və mən də o bağlı qapının arxasında özüm düşünüb, özüm deyib, özüm də yorulmuş, üzülmüş, bezmiş, intihar həddinə gəlib çatmış bir Allah bəndəsinin durumundayam. Düşünə bilərsiniz ki, bunları yazmağın, bunları deməyin nə mənası var? Mən də sizin kimi düşünürdüm. Amma sonra bu qərara gəldim ki, qoy düşündüklərimi yazım, yaşadıqlarımı sözə çevirim. Bu gün də olmasa nə vaxtsa, kimsə bir ailənin zaman-zaman (öncə Qarabağda erəmnilər tərəfindən – Ə.M) evindən, yurdundan soyulub sonra da qırılmağa məruz qaldığını biləcək. Və həmin o xəbəri, o faktı öyrənən Allah bəndəsi də heç olmasa bir təəssüf hissiylə əlini üzünə aparıb fatihə verəcəkdi. Axı, biz həm də müsəlmanıq! Ona görə də səbri daha çox sevirik. Elə mən də:


Mən üfüqdən

süzülüb gələn

şüa kimi

hər gün

bir az da artıq

əriyirəm…

və topağa

yaxınlaşdıqca

ovudulmuş uşaq kimi –

susuram, kiriyirəm

mənə

səbr et deyiblər

mən də belə

səbr edirəm…


***

Tarixin hər bir səhifəsi müəyyən anlam kəsb edir, yəni o səhifə əgər tarixdə yerini tutubsa və vərəqlənirsə, deməli orda ən azından nöqtə və vergül var. Bu da o deməkdir ki, vərəqlənən tarix öz səhifələrini həmin dövrün insanlarının ixtiyarına veribdi və insanlar da öz qələmləriylə, öz karandaşlarıyla yazıblar o səhifələri. Yazanların da bəziləri hopub qalıb bu səhifədə, bəzilərini isə illərin yağışı, seli, suyu, küləyi, qasırğası, tufanı silib aparıb. Amma maraqlı burasıdır ki, həmin təbii prosesin özü də həmin o tarix səhifəsində iz salıbdı. Və biz bilmişik ki, tarixin hansı günündə, hansı saatında hansı təbii hadisələr baş verir. Bunları yazmaqda, deməkdə məqsədim odur ki, Qarabağ hadisələri başlayanda sovet dönəmi idi. Və bizim də oxuduğumuz kitablarda azərbaycanlıların soyqırımı sözü, fikri yox idi. O tarix kitablarında fikirlərini yazanlar bizə 31martın Şamaxıda, Gəncədə, Qubada, Qarabağda, Şirvanda, daha nə bilim haralarda soyqırım törədildiyini bir sözlə, bir işarə ilə də olsun vurğulamamışdılar, diqqətə təqdim etməmişdilər. Və biz də sovet dönəminin çiçəkli arzularıyla soyqırımdan xəbərsiz böyümüşdük, yaşamışdıq. Ən yaxşı halda Moskva televiziyasının «Xəbərlər» proqramında bizdən 1000 kilometlərlə uzaqlarda acından, zəlzələdən, vəlvələdən, işğaldan əziyyət çəkənlərin taleyindən xəbər tutmuşduq… ürəyimiz ağrımışdı… onlara yazığımız gəlmişdi. Hətta orta məktəbdə müəllimlərimizin, uşaq təşkilatlarının dəstəyi ilə həmin o Amerikada, Afrikada, Vyetnamda, daha nə bilim haralarda zülm çəkənlərə pul da toplamışıq yardım məqsədiylə. Sonralar bizə yardım edənlərin, məhz uşaq yaşlarımda, orta məktəbdə oxuduğum illərdə keçirdiym hissləri keçirib-keçirmədikləri barədə xeyli düşündüm. Hətta rəhmətlik Vahid Əlifoğlu bir dəfə sözarası dedi ki, qağa, yadındadı də, biz də evdən beş-on qəpik alıb gətirib sinif rəhbərlərimizə verirdik ki, göndərsinlər Somaliyə, Anqolaya, Çiliyə. Günümüzə bax ki, indi bizə həmin o yerlərdən geyinilmiş paltarlar göndərirlər, ölü paltarları. Biz də növbədə durub üzümüzə irişən, qaş-göz əyən bu əcnəbilərin verdiklərini yeyir, gətirdiklərini geyinirik. Hələ üstəlik, yardım davası da edirik…

Hə, bunu da sözgəlişi yazdım. Ona görə yazdım ki, mən feysdə bir status qaralamışdım. Daha doğrusu, açıq mətnlə yazmışdım ki, görəsən bu məmləkətdə söz adamına yuva bağışlayacaq bir Allah bəndəsi varmı? Təəssüf ki, belə bir bəndənin olduğu barədə heç bir bilgi əldə edə bilmədim. Necə deyərlər, kimsədən səs çıxmadı. Və bu qənaətə gəldim ki, evi başqa zümrənin adamlarına bağışlamaq, hədiyyə etmək, hətta… nəinsə haqqı kimi vermək bizdə daha realdı. Yəni, o saydığım və saymadığım sahənin «kadrları» daha bəxti yeyin, daha şanslıdılar. Söz adamları isə gözlərini Allahın dərgahına sancaq etsinlər, başqa bir yerə yox…

Söz adamı demişkən, mən hələ də düşünürəm ki, görəsən söz bu qədərmi urvatdan duşub? Bu qədərmi gərəksiz olub? Axı, az və mənalı danışmanın qızıl olduğunu söyləyib ulularımız. Deməli, sözün mayasında qızıl olduğunu deyənlər yanılıblar. Yanılmasaydılar, söz bu günə düşməzdi, bu duruma gəlib çıxmazdı. Və mən də bu urvatdan düşən sözün bir xidmətçisi kimi çəkilməzdim bir küncə. Hamının eşidə biləcəyi bir tonda deyərdim:


Səssizcə yaşayırsan

Hər anımın içində.

Çat-çat olmuş bu ürək -

Viranımın içində!..


Sevgim sənin yaranmı,

Əsəblərin tarammı,

Görəm mən də varammı-

Bir anının içində?!


Yer titrədir bu ahın

Nədir mənim günahım?

Varmı sevgin, Allahım -

Quranının içində!..


***

Hə, mən bir əsəb üstündə yazmağa başladığım yazı əslində elə öz durumum kimi bərbad bir durumda alındı. Bir tərəfdən telefon zəngləri, bir tərəfdən icazəli-icazəsiz yazı prosesinə müdaxilə edənlər və nəhayət, içimdə yazdığımla ağlımda yazdıqlarımın bir-birinə qarışması yazını, əvvəldə dediyim kimi, öz günümə saldı. Hətta özümü unudub arada bir çox dəyərli, çox önəmli bir İnsana rica da etdim problemimlə bağlı. Sonra yanlış yapdığıma içimdə üzüldüm. Anladım ki, mənim köməyim məmləkətdə deyil, daha doğrusu Yerin üst qatında yoxdu. Mənə kömək gəlsə, hamının qovulanda, dara düşəndə daha çox əl açdığı göy üzündəndi. Və mən çox təəssüf ki, göy üzünün açarını nə tapa bilirəm və nə də onun harada olduğundan xəbərdaram. Ona görə də yazıram:


Yorulmuş bəxtimin qapısındayam

Düşmür əlimdəki açar qıfıla…

Mən özüm özümə nə qədər deyim -

Bir açar tapmağı bacar, qıfıla!...


Ümidim özümdən uzağa getmir

Həyat sınaqları bitmir ki, bitmir…

Nə də ki, bu canım tay ölüb-itmir -

Qalıb baxa-baxa naçar qıfıla…


İçimdə bir dünya dərd-sıxıntı var

Aşa bilmədiyim sərt çıxıntı var…

Mənimlə bağlanmış şərt - sıxıntı var -

Bir gözüm, bir əlim qaçar qıfıla…


Deməli, bütün yazı boyu sizlərə ancaq özümdən, öz yaşadıqlarımdan, daha doğrusu, məni yaşamağa məcbur etdiklərindən söz açdım. Üstəlik onu da vurğuladım ki, bu yazının taleyi də elə öz durumumun eynidi. Hətta sonuna gəlib çıxmağa imkan vermirlər. Elə bil bütün məmləkət mənə qarşı hərəkətdədi, mənim üstümə gəlir. Doğrudur, bunun bir iynə ucu boyda önəmli məqamı var. Bu da o deməkdir ki, hələ yaşayırsan, hələ gərəksən. Amma sizin qarşınızda, elə Allahın da qarşısında səmimi şəkildə etiraf edim ki, bu cür yaşamaq əslində yaşamamaqdı. Kim necə istəyir bu duruma qiymət versin. Mən olanı, daha doğrusu, canımda, qanımda nə varsa onu açıb tökdüm ortaya. Təkrar olsa da deyim ki, 31 martda mən SOYULdum və QIRILdım. İçimdə bir soyqırım baş verdi. Siz özünüzü soyulmaqdan və qırılmaqdan bacardığınız şəkildə qoruyun. Yoxsa mənim durumuma düşəcəksiniz. Bu duruma isə sahib çıxan yoxdu.

P.S. Hər gün yaşadığım əraziyə gedəndə elə bilirəm ki, müharibə baş vermiş bir kənddəyəm - uçurulub dağıdılmış, sökülüb-tökülmüş bir mənzərə… və bir də o mənzərənin yaratdığı aura... Əgər müharibədən kimsə film çəkmək istəsə, bu real səhnədən istifadə edə bilər.

P.P.S. Sadəcə, o səhnəyə top-tüfəng səsi əlavə etmək lazımdı, başqa heç nə. Bu da soyqırıma bir baxış.




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK