ANA SƏHİFƏ / YAZARLAR

Xalid Kazımlı:Bizim futbol mazoxistliyimiz

30367    |   2017-03-23 13:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Seyid Əşrəfin cəddi haqqı, bu cür futbol azarkeşliyi heç Qvineya-Bisauda da yoxdur. Bu, nəsə başqa şeydir. Bu azarkeşliyin içində babat bir mazoxizm var, ömrü boyu qapazaltı olmuş adamın artıq qapazlanmaqdan xoşunun gəldiyi, hətta lotu uşaqlar demişkən, kayf tutduğu durumdur. Bakılıların sözü olmasın, adam nervilənir.

Almaniyanın futbol millisinin baş məşqçisi Yoahim Löv qələt eləyib, deyib ki, Azərbaycana qarşı amansız olacağıq. İndi bizim azarkelər artıq 10:0-lıq hesabdan dəm vururlar. Bəziləri "almanlar AzTV-nin qisasını alacaq” kimi statuslar yazırlar (AzTV Almaniyanı çox dağıdıb axı, deyəsən, arada hələ də dağıdır). Bir qism rişxəndlə alman futbolçulara çağırış edir: "Bizə yazğınız gəlsin”. Eləsi var, yazır ki, salamatı meydana çıxıb biabır olmamaqdır və s. Adam o statusları, şərhləri oxuyur, qarabağlılar demişkən, xəjələt çəkir.

Yaxşı, Almaniya futbolçuları bizə qarşı "amansız” olub nə edəcəklər? Uzağı, qapımıza 5-6 qol vuracaqlar. Lap olsun, 10 dənə. O vaxt Zidanlı fransızlar 10 dənə vurdular da, nə oldu? Kimin yadındadır? Soruşsan, o haqq-hesab bəlkə heç Zidanın da yadında deyil. Bir işdi, oldu, keçdi, film idi, baxdıq, bitdi, külək idi, əsdi, ötdü.

Dediyim odur ki, bu yazıqlığın, güləş meydanına girməmiş yıxılacağın yeri manşırlamağın, çəmənin daş-kəsəyini, çör-çöpünü artlamağın (belinə batmasın deyə) yeri yoxdur. Bir az qürurlu olmaq lazımdır. Dədə-babalarımızın nəyi də olmasa, bir yekə-yekə danışmağı olub. Yeri gəlsə, biz "mən karvanbasan quldur deyiləm” deyə düşməninə gecə hücum etməyən, Osmanlı sultanına göndərdiyi qılıncın İstanbulda topun lüləsini kəsmədiyi xəbəri gələndə "qılınc o qılncdır, qol o qol deyil” deyən kişilərin nəvəsiyik. (Əski kommunistlər demişkən, ura, ura, ura).

Qol demişkən, almanlar qapımıza 10 qol vuracaqlar, bizimkilər də meydançada "qu quşunun ölümü” rəqsini ifa edəcəklər?

Ümumiyyətlə, axı bu almanlar meydançaya neçə nəfər çıxacaqlar? 11-mi, 15-mi, 22-mi? Bildiyimə görə, futbolda hər tərəfdən 11 nəfər oynayır, 12-ciyə icazə yoxdur. Fikir vermişəm, hər dəfə oyun başlamazdan əvvəl hakimlər meydançadakı oyunçuları baş-baş sayırlar. Demək, almanlar da, bizimkilər kimi meydançaya 11 nəfərlə çıxacaqlar. Burası belə.

Bəs onlar meydançaya peşəkar futbolçu çıxaracaqlar, biz qəssab, santexnik, aşgətirən, təkərqaraldan çıxaracağıq? Xeyr. Bizdən də peşəkar futbolçular çıxacaqlar. Pis-yaxşı bizimkiləri də 10-15 komandanın ən yaxşıları arasından seçiblər.

O zaman necə ola bilər ki, 11 peşəkar futbolçu digər 11 peşəkar futbolçu ilə top-top oynasın, amma qolların hamısı bir qapıya girsin.

İndi kimsə deyə bilər ki, qol o qoldur, amma qıç o qıç deyil. Məgər almanlar futbolu üç qıçla oynayırlar? Yox, onlar da topun dalınca iki ayaqla qaçırlar, hətta geydikləri butsılar da təxminən eyni firmadandır.

"Ustalıq səviyyəsi fərqlidir” deyənlər ola bilər. Niyə fərqli olmalıdır ki? Almanlar da eyni saat ərzində çalışır, məşq edir, ustalıq səviyyəsini artırır, öz üzərlərində işləyir, videolara baxır, futbolun fəlsəfəsini, texnikasını mənimsəyirlər, bizimkilər də elə etməlidirlər, usta olmalıdırlar. Yeyib-içib, şellənib gəzməyə, bahalı maşınlarda şütüməyə qalsa, bizimkilər Toni Krosdan və ya Drakslerdən əskik oğlan deyillər.

Demək, bizimkilərin də, yaxşı mənada canları çıxmalıdır, oyuna yaxşı hazırlaşmalıdırlar, meydana çıxıb əzmlə, qeyrətlə oynamalıdırlar.

Yoxsa indidən məğlubiyyətin hansı böyük hesabla olacağını (8:0 və ya 10:0) proqnozlaşdırmaq həm futbolçularımıza təzyiqdir, həm də oxumuş adamlar demişkən, millət olaraq öz natamamlıq kompleksimizin dünyaya bəyanıdır. Borçalılılar demişkən, niyə heylə elliyirsiniz?

P.S. Almanlar bizə qarşı doğrudan da amansız olacaqlarsa, demək, bu neçə ildə qanımızın arasına alman məşqçi Berti Foqts girirmiş, onun dövründə almanlara həmişə 0:2 uduzurduq.




İmza:musavat.com

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK