ANA SƏHİFƏ / RUBRİKA

"Rəngli yuxuları dəlilər görür" - YUXU QAPISI

79979    |   2017-03-17 12:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. 

"Yuxu qapısı" rubrikasının bu dəfəki qonağı tanınmış jurnalist Günay Ardadır. Adalet.az müsahibəni təqdim edir:


- Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır. Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.S izin fikriniz necədir?

- İnsan lal olar, dili danışmaz, susar. Amma şüuraltısı həmişə danışar. Yuxularımız şüuraltımızın bir küncündə sıxışdırıb gizlədiklərimizdir. Real həyatla yuxular həmişə bağlı olmur. Yuxu bəzən bizi aldadır, fikrimizdən daşındırır, bəzən də real həyata istiqamət verir.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Deyilənə görə yuxudan ayıldıqdan sonra keçirdiyimiz hisslər, təəsüratımız yuxunun gələcək günlərimizdəki təsirinin işarəsidir. Yuxu yaxşı hisslər gətiribsə, zərərsizdir. Yuxu simvolikadır. Yüzilliklərdir ki, yuxuyozmalar, istişarələr var. Bunları cahillik dövrünə bağlaya da bilmirik. Çünki sadaladıqlarım bu günə qədər gəlib çıxıb. Yuxu da, simvollar da, yuxuyozmalar da insanın həyatına istiqamət verə bilməz. Yuxular real həyatdakı vaxtla hesablananda 4-5 saniyəni keçmir.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- İstər yuxu olsun, istər real həyat olsun. Hisslərim məni yanıltmır. Yuxudan oyandıqdan sonra hiss etdiklərim kifayət edir.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Ümumiyyətlə mistikaya inanmıram. Mistikaya inanmaq üçün ağlını itirib reallıqdan uzaqlaşmaq lazımdır. Mistika real həyatın ağrılarından baş götürüb qaçmaq üçün sığınacaqdır. Mistika yoxdur, hazırkı həyat var, dayanmadan, usanmadan inkişaf edən tibb elmi var, texniki inkişaf var.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- İnsanın taleyi öz ovuclarındadır. Həyatımızı çirkinləşdirən də bizik, çiçək açdıran da. Pis yuxudan oyanıb soğan dişləyib bayıra atan adamlar var. Yuxusunu suya danışan insanlar var. Bunlar hamısı bir növ inancdır, simvolikaya, totemlərə sığınmaqdır. Sizin də çox adını çəkdiyiniz Freyd deyir ki, İbtidai insan həm də məlum mənada müasirimizdir. İbtidai insandan bu günə kimi gələn, bizimlə gələcək nəsillərə ötürülən inanclar var. Bunun digər adı asılqan, qulpdur. Axından sağ çıxmaq üçün yapışdığımız saman çöpü.


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Uşaqlığımın atamla bağlı keçən illəri mənə yuxu kimi gəlir. Tez-tez görürəm. Bəlkə də bu heç yuxu deyil.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Deyilənə görə rəngli yuxuları dəlilər görür. Mənim yuxularım da rənglidir. Həyatımda ağ-qara nəyəsə yer yoxdur.


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Atamı...


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Yuxuda da , gündəlik həyatımızda da hər insanın öz dünyası var. Ən azından buna inanmaq istəyirəm.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- İnsanı həqiqətə yalnız özü çatdıra bilər. İnsanlar da, şəhərlər də, gündəlik həyatımızda rast gəldiyimiz hadisələr də keçici və mənasız ola bilər. Əsas obyektlər, fərdlər yox, onların yaşatdığı hisslərdir. Bu, yuxulara da aiddir. Yaxşı hisslər yaşadan yuxular görməyinizi arzu edirəm!



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK