Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Yerli icra orqanları tərəfindən problemlə üzləşməmişəm” - MÜSAHİBƏ Adalet.az | “Yerli icra orqanları tərəfindən problemlə üzləşməmişəm” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Yerli icra orqanları tərəfindən problemlə üzləşməmişəm” - MÜSAHİBƏ

Cavid Osmanov: “Deputat mandatı qazanmağım mənim üzərimə çox böyük məsuliyyət qoydu”

97752    |   2017-03-13 10:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəzetimizin "Yeni mandat” rubrikasının bugünkü qonağı, 90 saylı Ağdaş Seçki Dairəsinin deputatı Cavid Osmanovdur.

-Cavid müəllim, seçkidə qələbə qazanaraq mandat əldə etdiniz. Gənc yaşda mandat qazanmaq necə bir hissdir?

-Seçkilərdə qələbə qazanacağıma inanırdım. Çünki bu prosesə qoşulanda necə bir məsuliyyətin altına girdiyimi, məni nələr, hansı çətinliklər gözlədiyini yaxşı bilirdim. Gənc yaşımdan siyasi proseslərdə daim yaxından iştirak etmişəm və təcrübə qazanmışam. Dövlətçiliyin, müstəqilliyin nə olduğunu, onu necə qorumalı olduğumuzun vacibliyini daim düşünmüşəm. Eyni zamanda məni Azərbaycan dövlətinin möhkəmlənməsində böyük işlər görən, ölkənin ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası, sadə insanlar dəstəklədilər. Bu mənada seçkilərdə qələbə qazanmaq mənim üçün çətin olmadı. Deputat mandatı qazanmağım mənim üzərimə çox böyük məsuliyyət qoydu. Hazırda əsas diqqətimi dövlət və milli maraqların təmin edilməsi üçün vacib olan məsələlərin həllinə və seçicilərimin problemlərinə yönəltmişəm. Bu mənada xalqıma, dövlətimə xidmət etmək mənim üçün şərəfdir, qürurveriricidir.

-Qarşıdakı müdət ərzində hansı işlərin görülməsi sizin üçün prioritetdir?

-Bilirsiniz ki, hazırda parlament bir neçə qanunvericilik layihələrinin üzərində çalışır. Onların hazırlanması və qəbul edilməsi üçün mən də öz səylərimi əsirgəmirəm. Eyni zamanda parlamentdən kənar bir sıra, siyasi və ictimai xarakterli tədbirlərdə həm təşkilatçı oluram, həm də iştirak edirəm. Həmçinin müntəzəm olaraq Seçki Qərargahımla əlaqə saxlayıram, seçicilərin problemlərilə maraqlanır, onların həlli istiqamətində lazım olan işləri görürəm.

-Deputatın əsas missiyası mandatı qazandığı seçicilərin problemlərinin həllidir. Maraqlıdır Cavid Osmanovun seçicilərinin nə kimi problemləri var və bunların həlli üçün hansı addımlar atılır?

-Kənd rayonu olduğu üçün mənim deputatı olduğum dairədə insanların əsas problemi aqrar məsələlərlə bağlıdır. 90-cı illərdə insanlar torpaqdan, əkin-biçindən uzaq düşdülər və bu da hazırda bir sıra problemlər yaradır. Mən çalışıram ki, seçicilərimin hər bir sosial probleminin həllinə nail olam. Demək istəyirəm ki, mən sadəcə seçkidən-seçkiyə insanların yanında olmuram, hər zaman seçicilərimlə maraqlanıram. Onların hər bir müraciətinə diqqətlə yanaşıram. Ən başlıcası möhtərəm prezidentimiz cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasət nəticəsində bütün bölgələrdə olduğu kimi,Ağdaş rayonundada xeyli problemlər artıq həllini tapmışdır.

-Milli Məclisdə Regional məsələlər komitəsinin üzvüsünüz. Komitənin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

-Regional məsələlər komitəsinin Milli Məclisin ən işlək, fəal komitələrindəndir. Bizim, xüsusilə də, bələdiyyələrlə apardığımız iş, bu sahənin inkişafı üçün hazırladığımız qanunvericilik aktları yüksək qiymətləndirilməlidir. Regional məsələlər komitəsi regionların inkişafı ilə bağlı çox ciddi qanunvericilik aktları hazırlayıb. Hazırladığımız qanun layihələri qəbul edilib. Həmin sənədlər regionların inkişaf etdirilməsi baxımından çox ciddi sənəd kimi qəbul olunur.

-Bələdiyyələrin fəaliyyəti ilə bağlı ciddi fikir ayrılığı var. Siz necə düşünürsünüz. Bu institut yetərincə inkişaf edə bilibmi?

-Müasir dövrün tələbləri göstərir ki, bələdiyyələr daha çox iş görməli və qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər. Bələdiyyələrin ən başlıca vəzifələri onların ərazisində yaşayan əhalini narahat edən problemlərin həllinə köməklik göstərməkdən ibarətdir. Vətəndaşları narahat edən problemlərin həll edilməsi üçün təbii ki, bələdiyyələrdə dayanıqlı maliyyə mənbələri olmalıdır. Onun da yeganə yolu yerli vergi ödənişlərinin yığım səviyyəsinin artırılmasıdır. Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi bu sahədə bələdiyyələrə kömək göstərməlidirlər. Bununla bağlı Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycanın şəhər, qəsəbə, kənd Bələdiyyələrinin Milli Assosiayaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi Bazası yaradılıb. Bütün bələdiyyələrdə zona seminarları keçirilib, bu proqram artıq bələdiyyələrdə quraşdırılıb və hazırda bu proqramdan kifayət qədər bəhrələnirlər. Ölkədə bələdiyyə institutu inkişaf etməkdədir.

-2018-ci ildə ölkədə prezident seçkiləri keçiriləcək. YAP fəalı kimi bu seçkilərə hazırlıqla bağlı nə deyə bilərsiniz?

-Gələn il keçiriləcək Prezidenti seçkilərində hakim partiyanın namizədi birmənalı şəkildə qalib gələcək. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilən siyasi kurs bu əminliyi bizdə yaradır. Yeni Azərbaycan Partiyasının namizədinin seçkilərdə böyük səsçoxluğu ilə qalib gəlməsi aparılan siyasi kursun düzgünlüyündən xəbər verir. Həmişə olduğu kimi, Yeni Azərbaycan Partiyası bu dəfə də seçkilərdə tam qələbə qazanacağına böyük ümidimiz var.

-Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva birinci vitse-prezident seçildi. Bu məsələyə münasibət bildirməyinizi sizdən xahiş edirik.

-Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması vaxtında və yerində verilmiş tarixi qərardır. Bu təyinat dövlətimizi daha güclü edəcək, sabitliyimizi gücləndirəcək. Mehriban xanım uzun illərdir Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır. Yeni Azərbaycan Partiyasının sədr müavini olaraq, partiyanın və onun üzvlərinin maraqlarını daim yüksək səviyyədə müdafiə edib. 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır və seçildiyi dairədə böyük işlər görüb. Mehriban xanımın fəaliyyəti nəticəsində ölkəmizin xaricdə dostlarının sayı artıb. 2004-cü ildən bu günə qədər ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondunun fəaliyyəti göz qabağındadır. Fondun gördüyü işləri sadalamaq üçün günlərlə vaxt lazımdır. Məktəblərin,müalicə diaqnostika mərkəzlərinin və digər sosial obyektlərin tikintisi, imkansız şəxslərin müalicəsinə yardım, milli mədəni irsin qorunması, xaricdə Azərbaycan mədəniyyətinin təbliğ olunması Heydər Əliyev Fondunun prioritetlərinə daxildir. Mehriban xanım Əliyeva Azərbaycan dövlətçiliyinin təbliği sahəsində çox böyük işlər görür, tədbirlər həyata keçirir. Ötən illər ərzində qazandığı uğurlar onun yüksək vəzifəyə təyin edilməsinə zəmin yaradıb. Heç də təsadüfi deyil ki, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ictimaiyyət tərəfindən birmənalı şəkildə dəstəklənib. Düşünürəm ki, bu təyinat Azərbaycanda sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafın daha da güclənməsi baxımından vacibdir. Mən əminliklə deyə bilərəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq.

-Azərbaycan Milli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-Azərbaycan Milli Məclisinin regionda yeri və rolu Azərbaycan dövlətinin regionda rolu və yeri ilə düz mütənasibdir. Azərbaycan siyasi, iqtisadi, sosial və s. baxımdan regionun ən qüdrətli dövlətidir və müvafiq olaraq Azərbaycan Milli Məclisi də regional siyasətə, regionun iqtisadi inkişafına təsir baxımından çox mühüm rol oynayır. Parlamentdə müzakirə olunan məsələlər, qəbul olunan qərarlar region dövlətlər tərəfindən diqqətlə izlənilir. Çünki bizim müzakirələr və qərarlarımız regional proseslərə ciddi təsir göstərir.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

-Mən Ağdaş rayonundan deputat seçilmişəm. Seçildiyim ilk gündən yerli və mərkəzi icra strukturları ilə sıx əməkdaşlıq edirəm. Seçicilərim tərəfindən olunan müraciətlərin həllində mərkəzi və yerli icra orqanları tərəfindən problemlə üzləşməmişəm.


Ədil Ədilzadə




İmza:

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK