ANA SƏHİFƏ / YAZARLAR

MƏNİM HAVAMIN DALĞASI

Əbülfət MƏDƏTOĞLU

17858    |   2017-03-10 17:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O, öz koordinatına düşə bilmir

Deyəsən havalar düzəlir. Bunu mən demirəm, Ekologiya Nazirliyinin adı bəlli xüsusi idarəsi var, onlar yayırlar hava haqqında məlumatı. Mən də o məlumata güvənib yazıram cümlələri. Amma bir güvənc yerim də var…

Hələ lap kiçik yaşlarımdan böyüklərdən, ağbirçəklərdən eşitmişdim ki, gecələr aya diqqət yetirmək lazımdır. Əgər ayın yarı hissəsinin çox tərəfi dik, yəni səmaya tərəf dayanıbsa, deməli, quraqlıq olacaq. Hətta evimizdə, öz ocağımızda da bunu müşahidə etmişdim. Sübh tezdən meşəyə, ya əkinə-biçinə getmək məsələsi ortaya çıxanda atam, daha çox isə nənəm əlini gözünün üstünə qoyub ayı seyr edərdi. Və sonra da öz-özünə danışırmış kimi deyərdi:

- Ayın bir qulağı dikdi, sabah quraqlıq (yəni isti – Ə.M.) olacaq.

İndi mən də həm hava bürosuna, həm də öz bilgimə güvənib yazıram ki, havalar düzəlir. Bu çox yaxşıdı. Heç olmasa kasıbın qızınma problemi təbii şəkildə öz həllini tapır. Yəni, Allahın, kasıb bəndələrinə rəhmi gəlir. Yazın nəfəsi ilə yanaşı, isti havaları da göndərir biz tərəfə. Biz deyəndə mən özümü də nəzərdə tuturam. Çünki bu gedişlə yaxın günlərdə çadır qurmalı olacam - sığınmaq üçün, nəvələrimi gecənin ayazından, gündüzün tez-tez dəyişən qarışıq havasından…

Bəli, təbiət öz işindədi. Və onun bu işi mənim də daxilimdə qarışmış havanı nə qədər cəhd etsə də, təsir göstərsə də, axarına sala bilmir. Elə bil ki, içimdəki hava təbiətlə, daha doğrusu, ətrafımdakı hava durumuyla tərs keçilər kimi baş-başa gəlib, heç biri geri çəkilmək istəmir. Mən də oyanmaqda olan ağaclara, artıq səs-səsə verməyə başlayan quşlara nə qədər diqqət yetirsəm də, onlara qarşı nə qədər həssas olsam da, içimdəki havanın boğanağından bütün bunları canımın istədiyi kimi yaşaya bilmirəm. Düşünməyin ki, artıq əlimi həyatdan üzmüşəm. Yox! Adətən deyirlər ki, ümid sonda ölür. Həm də deyirlər ki, axırıncı gülən qalib olur… Lakin nə qədər desələr də, görünən kənd bələdçi istəmədiyi kimi, mənim yaşadıqlarım da, mənim durumumda, ətrafımdakılar da çıxılmazlığı, hərəkətsizliyi, bu hərəkətsizliyin içində də israrlı təzyiqi yaşamağa məcburdular. Onu heç bir qoruyucu vasitə ilə özündən uzaqlaşdırmaq mümkün deyil. Lap çılpaq, birbaşa desəm, bütün bunlar sanki bir zəncirin həlqələridi. Bir-birinin daxilinə keçə-keçə uzanıb gedir. Nə qırmaq olmur, nə də həlqələrin hansısa birini o sıradan çıxarmaq. Sanki bir xətt boyunca düzülüb hər şey. Elə bil ki, böyük bir yarğanın üstündən tir atılıb. O tirin üstüylə keçib getmək lazımdı. Bu yerdə yadıma yuvasına dən daşıyan qarışqaların açdığı yol da düşür. Siz də onu gözünüzün qarşısına gətirin. Onda mənimlə razılaşacaqsınız. Görəcəksiniz ki:


Gecə dirəşib durur

Səhəri açmaq olmur…

Ürəyim elə vurur -

Səsindən qaçmaq olmur…


Sayıram ulduzları

Sonda qarışıq düşür…

İncidəndə qızları –

Yada barışıq düşür…


Gecəm, nə də gündüzüm

Sənsiz olmur bunu bil…

Ürəyim cənnətindi –

Sənsə orda açmış gül!..


Hə, deməli, gecədən səhərə çıxmağın yolu təbii ki, öncə dözümdü, sonra da dan ulduzuna gözünü dikib dan yerinin sökülməsini gözləmək. Amma gözləməyin də öz zülmləri, öz əzabları var. Buna tab gətirmək necə deyərlər, bu sınaqdan çıxmaq hər adama nəsib olmur. Gah əsəblər pozulur, gah fikirlər qarışır, gah yuxu adamı aparır, gah dərd adama təkrar yüklənir, gah da gözünün önündə min cür kölgələr canlanır - vahiməli kölgələr! İnanın ki, mən bütün bu yazdıqlarımı öz həyatımda, öz təcrübəmdə görmüşəm, sınamışam, yaşamışam. Və gəldiyim son, qəti qərar isə bu olubdu:

- Özünə güvən, özünü ələ al! Gözünü dan üzünə zilləyib dan yerinin sökülməsini gözlə! Bax, onda gecədən səhərə çıxacaqsan, özü də ürəyindəkilərlə birlikdə. Ürəyində olanlar isə arzularındı, xəyallarındı, təbii ki, bir də görüşünə tələsdiyin…

Deməli, bütün bu sıxıntılar, bütün bu basqılar daha çox ürəyə yönəlir. Ən çox insanın qafasını sıradan çıxarmağa çalışır. Nəticədə ürək də ağır tapır, qafa da. O yerdə ki, orda dözüm bitir… orda müqavimət tükənir və qurtarır… orda haqsızlıq söz sahibi olur… orda xəncər namərd əlinə keçir… Bax, mənim də ürəyimin, qafamın ağrıyıb qarışması, yəni dərdlə, fikirlə yüklənməsi məhz bu haqsızlıqdan irəli gəlir… onun diqqəti, onun ifadəsi olur. Ona görə də əllərimlə başımı nə qədər sıxsam da, onun ağrısını azalda bilmirəm. Həbləri ovuclayıb udsam da, ürəyim ipə-sapa yatmır. Yəni həblərə tabe olmur. Çünki mənfi dalğa öz işindədi… çünki mənfi axın məni büküb bələyir… məni özünün əsirinə çevirir… Bu yerdə yadıma filmlərimizdən bir ifadə düşür:

- Yenə həmin koordinat, yenə həmin dalğa…

İndi siz də düşünəcəksiniz ki, mən ancaq özümü, öz dərdimi, öz problemimi yazıram. Necə deyərlər, hər dəfə eyni fikirləri, eyni cümlələri bilgisayara söyləyirəm. Burada nə qədər haqlı olsanız da, mənim haqqımın tapdalanmasına etirazı, başqa yolu tapa bilmədiyimdən mən bu yazıların silsiləsini davam etdirirəm. Və istəyirəm ki, biləsiniz:


Mən özüm bildiyimdən

Özüm qədər uzağam…

Gözlərim bildiyindən -

Gözüm qədər uzağam…


Gecə-gündüz yandığın

Sirr doludu sandığın!

Ocağında yandığım -

Közüm qədər uzağam…


Ömründə bir yol barı

Ürəyini aç, yarı…

Dildi ürək açarı -

Sözüm qədər uzağam…


***

2017-ci ilin üçüncü ayının ikinci ongünlüyündə ağlımdan gəlib keçən bir fikri sizə də demək istəyirəm. Düşünürəm ki, bunu yaşantılarımın həm məntiqi nəticəsi, həm də bu günün reallığı kimi qəbul edəcəksiniz. Doğrudur, onu mən öz səhifəmdə status içində yazmışdım. Vurğulamışdım ki:

- Görəsən bu məmləkətdə söz adamına ev bağışlaya bilən bir Allah bəndəsi varmı?!

Etiraf edim ki, statusumla bağlı yazılan şərhlərdə, bildirilən münasibətlərin heç birində Azərbaycanda belə bir Allah bəndəsinin yaşadığı dilə gətirilmədi. Və mən də bu kollektiv müzakirənin nəticəsində belə bir fikirlə tam razılaşdım ki, gözəlim Azərbaycanda söz adamına bir koma bağışlayacaq imkan sahibi olan bəndə yoxdur. Neyləyək?! Əslində bu, söz adamlarının faciəsi, ağrısı, lap açığını desəm, gərəksizliyi demək deyil. Əksinə, bu, onları oxumaq, görmək istəməyənlərin əqli məhdudluğu, bir də görmələrinin zəifliyidi. Yəni Allah söz adamlarını xüsusi mərtəbədə saxlayır, onlara xüsusi missiya verir. Onları görməyənlər, onları oxumayanlar həm də Allahın mükafatlandırdığı bəndələri heçə sayanlardı. Bunun nəticəsi də onlar tərəfindən Allaha etinasızlıqdı!..

Həqiqətən eni-boyu, sürətlə hərəkət edən maşın üçün, 4-5 saatlıq yol olan bu məmləkətdən eni-boyu 10x10 ölçüdə olan torpaq tapılmır ki, oraya «yuvam!»deyim, oraya «yurd yerim!» deyim… oraya «evim!» deyim… Bu sözləri deyəndən sonra da bir Allah bəndəsi kimi də dərindən «ah» çəkim, çiynimdəki yükümü götürüb yuvamın, yurd yerimin kandarında yerə qoyum. Və deyim ki, bitdi artıq çətinliklər… çözüldü artıq problem… gözləməkdən, yollara boylanmaqdan qurtuldum… və onu da deyim ki, özümün özümə təsəlli üçün yazdığım bir şeirim elə həmin anda yaddaşımda mütləq təzələnər. Həmin şeirimdə yazmışdım:


Qalmışam dərdlərimin

Yollarında avara…

Dərdimin yoları tək -

Yollarım da avara…


Gözümü yollar alıb

Gözümdən yol da salıb…

Elə uzalı qalıb -

Qollarım da avara…


Dərdimin yox soyadı

Ad vərəqi sayadı!

«Öl!»lərim boy-boyadı -

«Ol!»larım da avara!..


***

Hə, özümdən, öz qayğılarımdan, öz iç dünyamdan yazmaq, onları hər gün təkrar-təkrar ağıl süzgəcindən keçirib kağıza köçürmək o qədər də asan iş deyil. Belə baxanda bu hardasa eyni musiqiyə gün ərzində fasiləsiz qulaq asmağa da bənzəyir. Nə qədər xoşagələn, nə qədər düşündürücü olsa da, musiqidən olmasa da, dinləməkdən adam yorula bilir, usanır. Bu mənada sizlərin mənim yazılarımı oxumaqdan yorulduğunuzu hiss edirəm, duyuram, anlayıram. Təkrar olsa da, demək istəyirəm ki, siz də məni duyub anlamağa çalışın. Bilin ki, iç dünyamı, qafamda olanları bölüşməyə başqa nə yerim yoxdu, nə də bir kimsəm. Ona görə də üzümü sizə, diqqətimi bilgisayara yönəldirəm. Açıram ürək kitabını, köçürürəm «Ədalət»in səhifəsinə. Və bir də onda baxıb görürəm ki, qəzetin səhifəsində özümə ayırdığım köşə yerində yenə dərdlərimdi… yenə ağrılarım… yenə sizə və ona ünvanladıqlarım… Ona görə də özümü unutmağa özümü nə iləsə yola verməyə cəhd edirəm. Lap elə bu şeirdəki kimi:


Əzrayıl qapısında

Növbə tutub durmuşam…

Növbəsiz keçənlərə -

Söz yarası vurmuşam…


Vərəq-vərəq sökülən

Kitabın son nəşriyəm…

Yarpaq-yarpaq tökülən -

Ağacın son həşriyəm…


Burda da bəxtim yatıb

Burda da sayılmıram…

Dəryada gəmim batıb -

SOS-a da ayılmıram…


Gör necə bəndəyəm ki,

Kirpiyimdə yaş yanır!

Varlığımla çevrəmdə -

Ağrı-acı yaşanır…


Məhz bu şeirdən sonra bilmirəm sizin mənə olan iradlarınızdan yayına bildimmi? Əgər bildimsə, çox sağ olun. Yox, yayına bilmədimsə, onda demək, hələ sizin qəlbinizə bütünlükdə yol tapa bilməmişəm. Necə deyərlər, mənim içimdəki havanın dalğası öz koordinatında, öz yerində deyil. Ona görə də bu məmləkətin havasıyla yaşamalı, havasına köklənməli olacaqsınız. Çalışın ki, kökdən düşməyəsiniz… Mən isə…

Bəli, mən artıq kökdən düşmüş bir musiqi aləti kimi qalan həyatım boyu da özümü ifadə edəcəm. O dediyim yuvanı, yurd yerini, evi haqq edənə qədər. Ona qədər ki, bu yazdıqlarım məni azacıq da olsa ovutsun və həm də ümid versin. Ümid versin ki, öz havamın dalğasına düşə bilim…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK