ANA SƏHİFƏ / YAZARLAR

BİZİM KÜÇƏDƏ TONQAL YANMADI

Əbülfət MƏDƏTOĞLU

31339    |   2017-02-24 15:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu ilin ilk çərşənbəsində

Bilmirəm inancdandı, milli adət-ənənədəndi, yoxsa südlə qanımıza hopmasındadı… hər nədəndisə, əl boyda uşaq olan vaxtdan Novruzu həsrətlə gözləmişik. Onun çərşənbə tonqallarının ətrafında ayrı bir dünya qurmuşuq, ayrı bir dünyanın adamı olmuşuq. Uşaqların səs-küyü, böyüklərin «tonqalla ehtiyatlı olun» xəbərdarlığı qarışıb bir-birinə. Gecə yarıya qədər sönməyib tonqallarımız. Hətta kimlərsə evindən kartof-soğan daşıyıb gətirib və çərşənbə tonqalının közünü aralayıb «basdırmışıq» o tonqalın közü içərisində kartofu, soğanı. Sonra da şirin-şirin əlimizi od-alov ütə-ütə yemişik, indi restoranlarda «külləmə» deyib bizə təklif etdikləri kartof-soğanı…

Bəli, bu bir dünyamız olub bizim, özümüzə məxsus dünyamız. Və bu dünyanı bizim övladlarımıza hədiyyə eləmişik qanımızla, təbliğatımızla. Şəxsən mənim övladlarım o tonqal üçün həmişə darıxıblar. Amma onların bəxti gətirməyib. Paylarına düşən ilk tonqalı Qarabağda yandırdıq – 1989-cu ildə. Sonra işğal olundu Tuğ kəndi. Və tonqallarımız da «işğal» olundu. Füzulidə yandıra bilmədik, Beyləqanda ilk illər əlimiz qalxmadı, ürəyimiz təpmədi tonqal qalamağa və üz tutduq Bakıya. Gecəqondu tikdik… Evimiz dedik adına və tonqalı yandırdıq. Amma bu nisgilli tonqal idi. Sən demə, tonqalın da ömrü çox qısaymış… elə bu ilə qədər çəkdi onun ömrü…

Hə, ilk çərşənbə tonqalında işdən evə qayıdırdım. Məskunlaşdığımız ərazidən keçəndə diqqətimi bir məqam çəkdi. Bizim küçənin evlərinin böyük əksəriyyəti sökülüb. Köçürülüb adamlar. Xarabalığa bənzəyir. Və … Ən dəhşətlisi budur ki, bu küçədə bir dənə də olsun tonqal yanmır. Çünki iki ev qalıb küçənin mən yaşayan hissəsində və bu evlər də qaranlığa qərq olub… Ev sahiblərinin içində o qədər, o qədər ağrı-acı var ki, tonqal çatmaq, yandırmaq yada düşməyib və ümumiyyətlə də düşmür. Çünki bizim tonqalımızı evimizi sökənlər, bizi köçürmək istəyənlər içimizdə yandırıb və tonqalı da bizdən başqa kimsə görmür və görmək də istəmir… İnanın ki, bir anlıq küçənin ortasında dayandım. Hər tərəfdən üstümə bir ağırlıq, bir hüzn axıb gəldi. Sanki o ağırlıq məni torpağa sıxırdı. Amma neyləyim ki, yer paralanmırdı, yarılmırdı… Evim-eşiyim qarışıq çəkmirdi məni aşağı... Və mən bu xofun, bu sıxıntının içərisində Allahdan başqa kimsəni görmürdüm. Ona görə də qeyri-ixtiyari üzümü göy üzünə tutub dedim:

- İlahi, bu nə qədər çəkəcək? Nə qədər köç olacaq həyatımda? Mən ancaq köçmək üçünmü doğulmuşam?!

Bir təhər fikirlərdən yaxamı qurtarıb evə gəlirəm. Uşaqlar televizora baxırlar. Kanallardan hansındasa çərşənbədən danışılır. Tonqal ətrafında söhbət gedir. Uşaqlarımın, nəvələrimin üzünə baxıram. O tonqalın işığını görmürəm onların çöhrələrində, onların gözlərində. Hiss edirəm ki, vaxtı yola vermək üçün oturublar ekran qarşısında… Hə, bu da bir dəhşətdi. Əl boyda uşaqlar vaxtı öldürməyə çalışır?!

Mən bir küncə çəkilirəm özümlə danışmaq üçün. Buna da imkan olmur. Yaxınlarımızdan bir nəfərin dünyasını dəyişməsi xəbəri gəlir… Sonra qələm və ürək dostum, jurnalist Polad Qasımovun acı xəbəri və bir də dənizdə həlak olan dayım oğlunun itkisi…

Bəli, bir həftədə üç sarsıntı, üç itki. Buna ürəkmi dözər? Üstəlik, ocağına su calanması… küllüyünün sovrulması… və bir də özünün bu dünyada heç kimə gərək olmamağı, heç bir əhəmiyyət kəsb etməməyi… lap sadə desəm, gərəksizliyin… artıqlığın… Ümumiyyətlə, bir insan, bir vətəndaş kimi yalnız say baxımından hardasa görünməyin… Bax, bunlar bitib-tükənməyən dərd. Ona görə də:


Qaçmaq -

özümdən ancaq

görmək istəməyən

gözümdən ancaq…

kəsmək -

dilimi ancaq
səni inandıra bilmir

küsmək -

ölümdən ancaq

bu qədər gözəldir

yığışıb gəlmir…

qaçmaq…

görmək…

kəsmək…

küsmək…

və bütün bunları da

seçmək,

dözmək

sənin boyuna biçilib

ay yazıq,

ay dəli ürək!..


***

Bir az bundan öncə bir həftənin acılarını dilimə gətirdim və elə bil ki, bu acılar onsuz da heç 1988-ci ildən bu günə qədər ürəyimcə olmayan fevral ayının bəxtinə yazılıb. Bir az pafoslu səslənsə də fevralın Qarabağ hadisələrinə başlanğıc olması... fevralın Qaradağlı faciəsi… fevralın Xocalı faciəsi… Malıbəyli faciəsi və daha nələr, nələr… Bir ayın dərd yükünə baxın… bir ayın qan selinə baxın… Bax, bu dərdləri, qanı görə-görə inciyib küsdüyüm fevralın 2017-ci il gəlişi də ağrılı-acılıdı. Məni qınamayın. Deməyin ki, mən nəm çəkənəm, buluddan da nəm çəkirəm… axan çaydan da, kükrəyən dənizdən də… lal göldən də, hətta kasadakı sudan da…

Yox, belə düşünməyin. Mən təbiətən onların hamısına vurğunam. Onları anlamağa, onları duymağa, onların duruluğundan keçib gəlməyə həmişə cəhd eləmişəm. Amma neyləyim ki, mən qaçdıqca dərd də dalımca qaçır. Gah məni haqlayır… gah məndən önə keçir… gah özü məni ardınca aparır, gah da mən onu… Bax, bu məqamda sizdən təkrar rica edirəm, məni nəm çəkən kimi qəbul etməyin. Mənim kipriklərim Qarabağda ütüldü… Mənim ürəyim Qarabağda daşlaşdı. Ona görə iki əl boyda körpəsini qoyub dənizdə faciəvi şəkildə həyatını dəyişən dayım oğlunun acısı da mənim tüstümü təpəmdən çıxarmır. Çünki özüm artıq bu məmləkətdə, bu cəmiyyətdə ayaq üstə gəzən bir varlığam, bir cənazəyəm. Kimsəyə fərq etmir, kimsəyə iynə ucu boyda da olsa təsir göstərmir olmağımla ölməyim, varlığımla yoxluğum. Sanki bütün cəmiyyət görməmək, duymamaq üstündə köklənib. Belə olan halda baş yolmaq, sinəyə döymək, əllərini dizinə çırpmaq heç nəyi dəyişmir. Mən bunu hər gün daha çox anlayıram, daha çox hiss edirəm. Ona görə də özümə çəkilməyi, özümlə danışmağı, özümlə oturub-durmağı daha üstün tuturam, buna daha çox meyl edirəm. Və kimlərsə də bunu mənə qəbahət sayır, məni bunda günahlandırır. Mən isə…


Açılan səhərlə doğulan ümid

Mənə nə gətirir, sənə nə, gülüm?

Hərdən düşünürəm quş dimdiyində -

Nə gərək olardı dənə, nə, gülüm?


Xəyalım, ümidim qəlpələnirsə,

Ürəyim dərd-qəmə hey bələnirsə,

Güvəncim dağlara qar ələnirsə -

Dumana nə, gülüm, çənə nə, gülüm…


Tutubdu çevrəmi həsrət mərəzi

Gözümdən oxunur dərdin qərəzi…

Pozulub gör necə mizan-tərəzi -

Nə deyim ölçüdə nə, tənə, gülüm!


Qaçqınlıq… köçkünlük üstəlik də bu -

Gözümdən sellənib qurumayan su…

Durub boyumu ölç, başdaşımı yu -

Sığındım gör hansı vətənə gülüm?!


***

Bu dünya mənimlə və yaxud da kimlərləsə maraqlı da ola bilər, maraqsız da… Bu dünya mənimlə və ya kimlərləsə yaşamalı da olar və yaxud da elə-belə gəlib getməli də… Bunları sözgəlişi demirəm. Yəni, düşünməyin ki, bunlar gəlişi, deyilişi gözəl sözlərdi, fikirlərdi. Yox, sadəcə, bunlar mənim dərk elədiyim həqiqətin hamının gördüyü tərəfidi. Hər kəs bilir ki, onun varlığı və bir gün dünyadan köçməsi bir evin içini, bir doğmalarını, bir sevdiklərini, bir də onu sevənləri müəyyən zaman kəsiyində ağrıdacaq, düşündürəcək və sonra həyat öz axarı ilə davam edəcək. Və o müdriklərin dediyi «torpağın üzü soyuqdu» kəlamı doğrudan-doğruya gerçəkdi. Ən əziz itkini də qırx gün ağrayıb sızlayırsan. Sonra yavaş-yavaş çəkilirsən ürəyinə – öz dünyana, öz xatirələrinə. Bax, mən kəndimi, elimi itirəndə gözümün qabağında yanan uşaqlığıma sızıldadım, göynədim, yazılar yazdım təsəlli üçün. İndi də yazıram. Amma bu yazıların, bu sızıltıların məndən başqa kimsəyə heç bir isti-soyuğu yoxdur. Hər kəs ya oxuyur, ya da qatlayıb tullayır bir tərəfə bu yazıları. Ona görə ki, həyat hər kəsi öz problemi ilə yükləyir, hər kəsin başı öz dərdlərinə, öz qayğılarına qarışıbdı. Və mən bu məqamda tez-tez işlədilən bir fikrə daxilən etiraz edirəm, etmişəm və edəcəm. Deyirlər ki, əvəzedilməz insan yoxdu. Mən bununla razı deyiləm. Çünki Tanrı heç kəsdən iki nüsxə yaratmayıb, heç ağacdakı yarpaqların ikisi bir-biri ilə yüzə yüz eyni deyil. Deməli, hər insan fərd olaraq öz missiyasını yerinə yetirir. Düzdü, onun gördüyü işi kimlərsə ondan yaxşı davam etdirir. Amma o işdə hər kəsin öz nəfəsi var, öz əlinin, alnının təri var. Bax, bu mənada ƏVƏZ EDİLƏN İNSAN YOXDUR!!! İşi davam etdirən insanlar var…

Bəli, bax, bu əvəz olunmayan insanlar bizi tərk edəndə, yığışıb köçəndə özləriylə aparırlar öz dünyalarını da. Və biz də o dünyanı onların əlindən almaq gücündə deyilik. Mən itirdiklərimin heç birinin dünyasını alıb saxlaya bilməmişəm. Bəlkə siz almısınız, saxlayırsınız – deyə bilmrəm. Öz adıma, əlimi öz ürəyimin üstünə qoyub deyə bilərəm ki, mən ala bilmədim. Ona görə yazmışam ki:


Üzümü aparacam

Gözümü aparacam…

Üzüm, gözüm qarışıq

Özümü aparacam -

Qalsa, sözüm qalacaq…


Əlimi götürəcəm

Dilmi götürəcəm…

Əlim, dilim qarışıq

Ölümü götürəcəm -

Qalsa, sözüm qalacaq…


Elçim fələk olacaq

Ölçüm boyum olacaq…

Elçi, ölçü qarışıq

Torpaq bələk olacaq -

Qalsa, sözüm qalacaq…


Hə, bu bədbin notlardan sonra özümü ha silkələsəm də sizin dünyaya, bugünkü həyata qayıda bilmirəm. Çünki yükləndiyim dərd, yükləndiyim qayğılar beşəlli sallaşıb ürəyimdən. Və mən qarşıdan gələn növbəti çərşənbənin «qaranlığını» da artıq özümə yükləyirəm. Bilirəm ki, onda da bizim küçədə tonqal yanmayacaq. Çünki bizim tonqalı elə bizim evləri sökənlər birdəfəlik söndürdülər. Neyləmək olar?! Gücüm gücünə, imkanım imkanına çatmır – nə fələyin, nə də evimi sökənlərin. Deməli, bu da mənim qədərim!.. Sizə kədərsiz, qəmsiz çərşənbə tonqalları diləyirəm. Barı siz bu çərşənbə ovqatını yaşamağa çalışın!..




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-19
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi iri supermarketdə alıcı qadınlardan birinə yaxınlaşır:
- Bağışlayın,mən buralarda həyat yoldaşımı itirmişəm. Sizin köməyiniz lazımdı, mənə beş dəqiqə vaxt ayıra bilməzsiniz?
- Necə?!
- Bilirsiniz ,gəlin bir az söhbət eləyək ,sınamışam ,mən nə vaxt qəşəng qadınla söhbət eləmişəm ,mənim yoldaşım tez tapılıb. Qəfil hardansa üzə çıxıb ,başıalovlu kimi bizə yaxınlaşıb...




digər lətifələr
ARXİV
FACEBOOK