warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Aprel şəhidinin Şamaxıda albomunun təqdimatı və sərgisinin açılışı olub Adalet.az | Aprel şəhidinin Şamaxıda albomunun təqdimatı və sərgisinin açılışı olub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Aprel şəhidinin Şamaxıda albomunun təqdimatı və sərgisinin açılışı olub

8885    |   2017-02-21 16:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün "Xalq” Bankın "Şamaxı” filialında şəhid-heykəltəraş Samir Kaçayevin "Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomunun təqdimat mərasimi və əsərlərindən ibarət sərginin açılışı olub.

Adalet.az-ın məlumatına görə, rayon ictimaiyyəti, şəhidin ailə üzvləri və dostlarının iştirak etdiyi tədbirdə onun yaradıcılığı, həyatı haqda söz açılıb, xatirəsi yad edilib.

Tədbirdə Şamaxı rayonu Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, mədəniyyət işçisi Rafail Tağızadə, Qobustan rayonu ziyalıları adından Aftandil Şikarov, Çuxuryurd orta məktəbinin müəllimi Güntəkin Hümmətov, Samirin dostları və atası çıxış ediblər.
Tədbirin sonunda qonaqlar sərgi salonunda Samir Kaçayevin yaradıcılığı ilə yaxından tanış olublar.
Samir Kaçayevin əsərlərinin sərgisi fevralın 22-dən martın 20-dək Xalq Bankın "Şamaxı” filialında (Ünvan: Şamaxı şəh., Şəhriyar küç.1) fəaliyyət göstərəcək. Giriş sərbəstdir.
Samir Ziyatin oğlu Kaçayev 1994-cü il martın 6-da Şamaxı rayonunun Çuxuryurd kəndində anadan olub. Orta məktəbi bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olan Samir 2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini cəbhə bölgəsində keçirib. Ötən il aprel ayının 1-dən 2-nə keçən gecə döyüşlərdə qəhrəmancasına həlak olub. Döyüşlərdə rəşadət göstərən Samir Kaçayev ölümündən sonra "İgidliyə görə” medalı ilə təltif olunub. Samir yaşadığı qısa ömür ərzində böyük işlər görməyə müvəffəq olub, yaratdığı əsərləri ilə, sənətə baxışı, insanlara münasibəti, vətənə sevgisi ilə onu tanıyanların rəğbətini, həmkarlarının hörmətini, minlərlə həmvətəninin dərin ehtiramını qazanıb. Nəşr olunan alboma onun 50-dən çox heykəltəraşlıq və qrafika işi daxil edilib.
Qeyd edək ki, "Xalq” Bankın 2010-cu ildən həyata keçirdiyi "Xalq Əmanəti” layihəsi çərçivəsində 2016-cı il dekabrın 16-da "Samir Kaçayev. Heykəltəraşlıq” bədii albomu təqdim olunub, bankın Əsas binasında heykəltəraşın əsərlərinin sərgisi açılıb.

Şəhid-heykəltəraşın yaradıcılığına marağın yüksək olması səbəbindən sərginin onun doğulub boya-başa çatdığı Şamaxı rayonunda da təşkil edilməsinə qərar verilib.









İmza:

Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Nazir “Eurovision 2019”da Azərbaycana qarşı təxribatdan danışdı

Afaq Bəşirqızı məmurlara çağırış etdi - “Sənətkarların qədri bilinməlidir"

Fariz Vəliyev: "Qarşımızda duran əsas məqsədimiz..."

Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürdü

SABAH da Bakıda 28 muzeyə giriş pulsuzdur

YAP gənc rəssamları mükafatlandırıb

Cəbrayıllı toxucular qədim Qarabağ xalçalarına yeni həyat verir

“Keçmişə sənət səyahəti” olacaq

Lənkəran teatrında iranlı rejissorun quruluş verdiyi tamaşanın premyerası olub

Əbülfəs Qarayev: “Mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur”

YUNESKO-da Nəsiminin 650, Əhməd Ağaoğlunun 150 illik yubileyləri qeyd olunub

SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK